Xalası qızı ilə nişanlandı, dayısı qızını zorladı ”“ TƏFƏRRÜAT
Oxunub: 5496
03 May 2016 | 16:47
Xalası qızı ilə nişanlandı, dayısı qızını zorladı  ”“ TƏFƏRRÜAT
Şamaxı rayon sakini, 1988-ci il təvəllüdlü Mövli Mövliyev dayısı qızını zorlayıb. 

Mövli dayısı Eldarın (ad şərti verilib - H.Z) Şamaxı rayonu Göylər kəndindəki evində qonaqlıqda olub və yeyib-içib. Mövli sərxoş olandan  sonra gecə saat 01.00-da dayısı qızı Günelə dəfələrlə zəng edib, habelə SMS-lər yazaraq onunla görüşmək istədiyini, vacib sözünün olduğunu deyib. Amma Günel Mövlinin nə telefon zəngələrinə, nə də SMS-lərinə cavab verməyib.

Mövli Mövliyev dayısı qızının evin ikinci mərtəbəsində yerləşən yataq otağında tək olduğunu bilib və bundan istifadə edərək, Güneli zorlamaq məqsədilə yataq otağına gedib. O, Günelin lüt vəziyyətdə yatmasından istifadə edərək onunla zorakı yolla cinsi əlaqədə olub.

“Dayımgilə qonaqlığa getdim”.

Günelin valideynləri Şamaxı rayon Polis Şöbəsinə şikayət edəndən sonra Mövli həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Mövli Mövliyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, bütün bunların ona qarşı böhtan olduğunu qeyd edib:

 “Martın 24-də təxminən saat 19.20 radələrində valideynlərim ilə birlikdə dayım Eldargilə qonaqlığa getdim. Evə keçib, yemək yeyib spirtli içki qəbul etdik. Bir qədər sonra siqaret çəkmək üçün həyətə çıxdım. Gördüm ki, Günel mobil telefonla kiminləsə danışır”.

“Günel məni qucaqlayıb “səni istəyirəm, nişanını qaytar, məni al” dedi”.

Mövli Mövliyev bildirib ki, Günelin telefonla kiminləsə danışmağına fikir verməyib:

“Bir qədər sonra Günel mənə sözü olduğunu dedi. Buna görə də məndən mobil telefon nömrəmi istədi. Öz mobil telefonumu ona verdim ki, nömrəsini telefona yazsın. Nömrəni yazandan sonra telefonumu geri qaytardı. Sonra Günel məni qucaqlayaraq “səni istəyirəm, nişanını qaytar, məni al” dedi. Ona Sevda ilə nişanlı olduğumu və bu səbəbdən də onu ala bilməyəcəyimi dedim. Həmin vaxt valideynlərim, iki dayım - Suma və Neman otaqdan çölə çıxdılar. Onlar da Günelin məni qucaqlamasını gördülər. Günelin anası dedi ki, qardaşıdı da qucaqlayıb”.

“Güneli lüt vəziyyətdə oğlanla görüşəndə tutmuşam”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, saat 23.00 radələrində ailə üzvləri ilə birlikdə evlərinə qayıdıb:

“Anama bildirdim ki, xalamgildə qalmağa gedirəm. Xalamgilin evinin açarlarını götürdüm və evdən çıxdım. Günelin başqa oğlanla görüşdüyündən şübhələnmişdim. Bir neçə dəfə Güneli başqa oğlanla tutmuşdum. Onun atasına, qardaşına demişdim ki, qızınız belə hərəkətlər edir. Güneli öz həyətlərində lüt vəziyyətdə oğlanla görüşəndə tutmuşam. Günel başqa oğlanla telefonda danışanda eşitmişəm, oğlana deyib ki, axşam gələrsən, söhbət edərik. Ona görə də Güneli güdmək qərarına gəldim. Bir qədər Günelgilin həyətini güdəndən sonra gördüm ki, mənim orada olmağımı Günel hiss edib. Bundan on beş-iyirmi dəqiqə sonra Suma məni səslədi. Mən də cavabımda “gəlirəm” desəm də, bir qədər gec getdim. Bu dəfə Günel gəldi və dayımın məni çağırdığını bildirdi. Xalamın evinin qapısını bağlayandan sonra dayımgilə keçdim”.

“Günel əli qanlı qışqırmağa başladı ki, Mövli məni zorlayıb”.

Mövli Mövliyev daha sonra qeyd edib ki, həyətə girəndə dayısı oğlunun əllərini yuduğunu, dayısının həyətdə olmağını görüb:

“Günelə dedim ki, mənə bir stəkan su versin. Günelin gətirdiyi suyu içdim. Daha sonra Günel otağa keçdi. Bir neçə dəqiqə sonra geri qayıdanda Günel əli qanlı qışqırmağa başladı ki, Mövli məni zorlayıb. Məni Günelin valideynləri evin birinci mərtəbəsinə apardılar. Sonra mənim valideynlərimi çağırdılar və onlara bildirdilər ki, oğlunuz bizim qızımızı zorlayıb. Mən də həmin vaxt atama belə bir hadisənin olmadığını bildirdim. Dedim ki, əlim belə Günelə dəyməyib”.

“Cavan uşaqlar mənə çatdırdı ki, dayım qızı yolunu azıb”.

Təqsirləndirlən şəxsin sözlərinə görə, Günelin ailəsinin prinsipə getməsinə səbəb onun xalası qızı ilə nişanlanması olub:

“Mən nişanlanandan sonra aramızda düşmənçilik yaranıb. Nişanımda da çatdırıblar ki, darıxma, görün, sizin başınıza nə işlər gətirəcəyik. Dayım həmişə mənə qarşı yaxşı münasibətdə olub. Məqsədim dayımın qeyrətini çəkmək olub. Kənd camaatının içinə utandığımdan çıxa bilməmişəm. Cavan uşaqların içərisində mənə çatdırıblar ki, dayımın qızı yolunu azıb. Belə söhbətlərə görə utanmışam. Qərara gəldim ki, Güneli başqa oğlanla tutub, atasına məlumat verim ki, qızını yığışdırsın. Gözləmişdim ki, evdəkilər yatsın, Günel oğlanla görüşəndə onu tutum”.

“Mənə Günellə evlənməyi təklif ediblər”.

Mövli Mövliyev bildirib ki, nişanlanandan sonra ona qarşı böhtan atmağa başlayıblar:

“Qonaqlıqda olan vaxt çarpayının üstündə oturmuşam. Çarpayının üzərində paltarlar və “adyal” olub. Həmin çarpayının üzərində yorğan da olub. Hadisə vaxtı polis işçilərindən birinci dayımın tanışı, adını bilmədiyim bir nəfər gəlib. Məni Günelgildə döyərək paltarlarımı cırıblar. Bədənimdəki xəsarətləri Günelin atası yetirib. Mənə Günellə evlənməyi təklif ediblər. Sonra da valideynlərimə deyiblər ki, qızı aparın. Həmin vaxt Namiq adlı qohumları da orada olub. İlk dəfə hadisə yerinə Dövlət Yol Polisinin işçiləri gəliblər. Hadisə yerində qan görmüşəm. Amma bilməmişəm ki, nə qandır”.

“Mövlini həmişə özümə qardaş kimi bilmişəm”.

Zərərçəkmiş Günel ifadəsində bildirib ki, martın 24-də Mövli və digər qohumları onlara qonaq gəliblər. Onun sözlərinə görə, həmin vaxt atası ilə qardaşı qışlaqda olublar:

“Atam ilə qardaşım bir qədər sonra qışlaqdan qayıtdılar. Atam, Fəqan və Mövli spirtli içki içdilər. Təxminən saat yarımdan sonra Mövli bayıra çıxdı və məndən atasının yanında olan mobil telefonunu gətirməyi xahiş etdi. Təxminən beş dəqiqədən sonra Mövli yenidən məni çölə çağıraraq pilləkanda yanında oturmağımı xahiş etdi. Mövlini həmişə özümə qardaş kimi bilmişəm. Pilləkanda Mövlinin yanında oturdum. Mövli qolunu boynuma salaraq məndən mobil telefonumun nömrəsini istədi. Mövlidən nömrəmi nə üçün istədiyini soruşdum. Bildirdi ki, “dayım qızı deyilsən, nömrəni mənə ver, sənə vacib sözüm var”. Mövliyə sözü varsa, indi deməyini istədim. Mövli “uzun məsələdir, telefonda deyəcəyəm” deyərək nömrəmi istədi. Buna görə də Mövliyə nömrəmi verdim”.

“Telefon söhbəti deyil, ölüm-dirim məsələsidir”.

Zərərşəkmiş daha sonra ifadəsində qeyd edib ki, gecə təqribən saat 01.00 radələrində evdə televizorun yanına qoyduğu mobil telefonu götürüb: “Baxanda telefona tanımadığım nömrədən iyirmi qəbul edilməmiş zəng, beş-altı “SMS” gəldiyini gördüm. “SMS”lərdə baxanda gördüm ki, “Gülnar mənəm Mövli, telefonu aç da”, “Sən mənə inanmırsan, telefonu aç. Bu qədər zəng edirəm, telefonu a甝 mesajları gördüm. Elə həmin vaxt telefona yenidən zəng gəldi. Zəngə cavab verdim. Mövli bibim Səriyyəgilin həyətində olduğu bildirdi və siqaret yandırmaq üçün kibrit istədi. Evdən kibriti götürdüm və Mövlinin istəyi ilə qapı qonşumuz olan bibimin həyətinə atdım. Mövli bibim Səriyyənin qızı Könüllə nişanlı olub. Səriyyəgil ailəlikcə Rusiya Federasiyasında olduqları üçün Mövli onların evində qalıb. Kibriti atıb evə qayıdandan sonra Mövli yenidən mənə zəng etdi, kibriti tapa bilmədiyini dedi. O, yenə kibrit istədi və bildirdi ki, məni görmək istəyir, vacib sözü var. Mövliyə dedim ki, vacib sözünü telefonda de, Mövli “telefon söhbəti deyil, ölüm-dirim məsələsidir” dedi”.

Günelin sözlərinə görə, Mövli istədyini edə biləcəyini söyləyib. O, əlavə edib ki, Mövliyə bir azdan zəng edəcəyini deyib və telefonu söndürüb:

“Mövliylə danışandan sonra yatağıma girdim. Təxminən on dəqiqə sonra yuxuya getdim. Birdən otağın qapısı açıldı. Yuxulu olduğum üçün əvvəlcə heç nə başa düşmədim. Otağın işığı yanıb-sönəndə içəri girənin Mövli olduğunu gördüm. Mövli üstümə gələ-gələ əynindəki gödəkcəni çıxardı və uzandığım vəziyyətdə üstümə cumdu”.

“Mövli dedi ki, ikimizin də meyiti buradan çıxacaq”.

Zərərçəkmiş ifadəsinin bu hissəsində Mövli tərəfindən zorlandığını  açıq və çılpaqlığı ilə danışıb:

“Mövli məni zorlayanda dedi ki, “bu mənim çoxdankı arzum idi, səni alacaqdım qoymadılar, ya mən dediyim kimi olacaq, ya da ikimizin də meyiti buradan çıxacaq”. Çalışmışdım ki, Mövli mənimlə cinsi əlaqəyə girə bilməsin. Amma ona gücüm çatmadı. Mövli zorla mənimlə cinsi əlaqədə olub. Mövli cinsi əlaqədə olandan sonra mənə deyib ki, birlikdə ailə quracağıq. Bu barədə heç kəsə heç nə deməyəcəyim barədə and içdirdi. Bundan sonra əlimi buraxdı. Bu zaman valideynlərim olan otağa qaçdım. Baş verən hadisəni onlar danışdım”.

Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Mövli Mövliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində şərləndiyini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şikayət araşdırılması üçün Sumqayıt Apaelyasiya Məhkəməsinə göndərilib.

Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Mövli Mövliyevin cəzasından 2 il çıxıb və onun barəsində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. (Teleqraf.com)
Oxşar xəbərlər
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:29, Bu gün
İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdü - YENİLƏNİB + FOTO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:36, Bu gün
Anar Quliyev Qusarda vətəndaş qəbulu keçirdi
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO