Məlum olduğu kimi, qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) müstəıqilliyinin tanınması məsələsi Ermənistan parlamenti tərəfindən müzakirəyə çıxarılacaq. Maraqlıdır, Ermənistanın DQR-i tanıması ciddi mənada nəyisə dəyişəcəkmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bunun rəsmi İrəvanın erməni xalqını aldatmaq cəhdindən başqa bir şey olmadığını vurğuladı:
“Bu, tamamilə məntiqsiz bir addımdır. Çünki Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyır. Türkiyədən başqa isə bu dövləti heç kim tanımır. Abxaziya və Osetyanın müstəqilliyini isə Rusiya tanmıyır, lakin digər dövlətlərlə tanımır. Ermənistanın DQR-nin müstəqilliyinin tanıması heç nəyi dəyişməyəcək. Bu, nə Ermənistanın, nə qondarma respublikanın əhalisinin sayının artmasına, pullarının çoxalmasına, nüfuzunun güclənməsinə, döyüş meydanında qüvvələr nisbətinin onun xeyrinə dəyişməsinə, Rusiyanın onu daha ciddi müdafiə etməsinə təsir göstərməyəcək. Bütün bunların hamısı boş şeydir.
Ermənistan hakimiyyəti mütəmadi surətdə öz xalqını aldadır. Ermənistan, erməni xalqı isə əldən gedir. DQR-nin müstəqilliyinin tanınması məsələsinin gündəmə gətirilməsi isə xalqı aldatmaq üçün ortaya atılan növbəti mənasız cəhddən başqa bir şey deyil”.
Seymur Əliyev