Vasif Talıbov Poldəşt Gömrük terminal kompleksinin açılış mərasimində...- FOTO
Oxunub: 5390
04 May 2016 | 21:17
Vasif Talıbov Poldəşt Gömrük terminal kompleksinin açılış mərasimində...- FOTO
Mayın 4-də İran İslam Respublikasının Poldəşt Gömrük terminal kompleksinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Moderator.az -ın "Şərq Qapısı" qəzetinə istinadən verdiyi xəbərə görə. Ali Məclisin Sədrini Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsində İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti ostandarının müavini Əlirza Radfər, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin və digər rəsmi şəxslər qarşılayıblar. 

Sərhəd-keçid məntəqəsində Ali Məclis Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi Ali Məclisin Sədrinə raport verib. 

Ali Məclisin Sədri fəxri qarovul dəstəsinin önündən keçmiş və əsgərləri salamlayıb.

Poldəşt gömrükxanasında keçirilən tədbirdə əvvəlcə İran İslam Respublikasının dövlət himni səsləndirilmiş və Qurani-Kərimdən ayələr oxunub. 

Tədbirdə Qərbi Azərbaycan Vilayətinin Nəqliyyat və Terminallar Baş İdarəsinin rəhbəri Əli Əkbəri, Maku Azad Zonasının icraçı direktoru Hüseyn Foruza və İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin çıxış edərək ölkələrimiz arasındakı dostluq əlaqələrindən, İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında həyata keçirilən iqtisadi layihələrdən danışmış, mövcud əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıblar. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasında Poldəşt gömrükxanasının istifadəyə verilməsini dost və qonşu ölkələrimiz arasında əlaqələrin inkişafına dəyərli töhfə olduğunu bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını və istifadəçiləri təbrik edərək deyib: Azərbaycan və İran qonşu və qardaş dövlətlərdir. Xalqlarımızı əsrlər boyu formalaşmış tarixi və müştərək dəyərlər birləşdirir. Bu dəyərlərin inkişafına daim mühüm əhəmiyyət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan-İran əlaqələrini mehriban qonşu­luq və dostluq əlaqələri səviyyəsinə qaldırmışdır. Əlaqələrimizin daha da dərinləşməsində mühüm rolu olan Şahtaxtı-Poldəşt körpüsünün açılması da ulu öndər Heydər Əliyevin 1992-ci ildə Naxçıvanın rəhbəri kimi İrana rəsmi səfəri zamanı imzalanmış əməkdaşlıq protokolunda ayrıca bənd kimi öz əksini tapmış və 1992-ci il dekabr ayının 3-də ulu öndər Heydər Əliyevin və o zaman da Qərbi Azərbaycan Vilayətinin ostandarı olan Qurbanəli Səadətin iştirakı ilə Şahtaxtı-Poldəşt körpüsünün açılışı olmuşdur. Açılış tədbirində çıxış edən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bu keçid məntəqəsinin açılması İran-Azərbaycan əlaqələrinin genişlənməsinə xidmət edir. Mən arzu edirəm ki, daimi körpünün tikintisi də tezliklə başa çatdırılsın və beləliklə, bizim əlaqələrimiz daha da möhkəmlənsin”. 

Ali Məclisin Sədri demişdir: Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 5-ci iclasının nəticələri barədə Memoranduma əsasən 2005-ci ildə Araz çayı üzərində Şahtaxtı-Poldəşt körpüsünün tikintisinə başlanmışdır. Bundan sonra keçid məntəqəsinin buraxılış imkanlarının artırılması məqsədi ilə Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilmiş və 2007-ci il oktyabr ayının 17-də yeni körpünün açılışı olmuşdur. Açılış tədbirində Azərbaycan Respublikası Prezidentinin və İran İslam Respublikasının birinci vitse-prezidentinin iştirakı hər iki tərəfdən Şahtaxtı-Poldəşt körpüsünə və buradakı sərhəd-keçid məntəqəsinin fəaliyyətinə verilən yüksək diqqətin ifadəsidir. Bu diqqət və qarşılıqlı səylər öz bəhrəsini vermişdir. Bu gün Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın bölgələri arasındakı əlaqələr bir nümunə səviyyəsindədir.

“Möhkəm təməl üzərində qurulmuş əməkdaşlığımızın inkişafına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasındakı əlaqələr də öz töhfəsini verir. Bu əlaqələr işgüzar, davamlı və sabit xarakter daşıyır”, ”“ deyən Ali Məclisin Sədri bu gün İranın yaxın bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin təşəkkül tapmasında və daha da möhkəmlənməsində əməyi olanların hamısına təşəkkürünü bildirib. 

Açılış mərasimində iştirak etdiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edən Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan İran-Azərbaycan əlaqələri bu gün inkişaf etdirilir. Şahtaxtı-Poldəşt gömrük keçid məntəqəsinin yaradılması, Poldəşt gömrükxanasının istifadəyə verilməsi də bu əlaqələrin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Bu gün İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq vardır. Hər iki tərəfin səyləri ilə əlaqələr ilbəil inkişaf etdirilir. Qurbanəli Səadət Naxçıvan Muxtar Respublikasına səfərini xatırlamış, muxtar respublikanın mövcud iqtisadi inkişafının məmnunluq doğurduğunu bildirmiş və bunun münasibətlərin genişləndirilməsində mühüm amil olduğunu diqqətə çatdırmışdır. 

İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini, Yol Xidmətləri və Şose Nəqliyyatı Təşkilatının sədri Davud Keşavərziya bildirmişdir ki, dost və qardaş ölkələr arasında əlaqələr müxtəlif sahələrdə inkişaf etdirilir. Bu gün İran və Azərbaycan arasında müasir gömrük məntəqələri fəaliyyət göstərir. İranın qonşu vilayətləri ilə Naxçıvan arasında əlaqələrin qurulması və inkişafında bu sərhəd-keçid məntəqələri mühüm əhəmiyyət daşıyır. Nəqliyyat sahəsində əməkdaşlıq da ilbəil genişləndirilir. Poldəşt Gömrük terminal kompleksinin istifadəyə verilməsi də İranın Qərbi Azərbaycan Vilayəti ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcək, ticarət əlaqələrinin həcmi artacaqdır.  

Tədbir başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir.
Poldəşt Gömrük terminal kompleksi ilə tanışlıq zamanı məlumat verilmişdir ki, ümumi sahəsi 18 hektar olan kompleksdə müasir avadanlıqlar quraşdırılmış, gömrük nəzarətinin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Gömrük keçid məntəqəsi insanların və avtomobillərin rahat keçidini təmin edəcək, gömrük nəzarəti və rəsmiləşdirilməsi operativ həyata keçiriləcəkdir. Yeni kompleks Naxçıvan Muxtar Respublikası və İranın Qərbi Azərbaycan Vilayəti arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə və beynəlxalq yükdaşımaların həcminin artmasına öz töhfəsini verəcəkdir.
Gömrük məntəqəsi ilə tanışlıqdan sonra Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmişdir. 
Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsində Ali Məclisin Sədrini Qərbi Azərbaycan Vilayəti ostandarının müavini Əlirza Radfər və digər rəsmi şəxslər yola salmışlar.




Oxşar xəbərlər
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO