Dünyadan bir şair getdi...
Cəmiyyət
Oxunub: 5152
05 May 2016 | 00:53
Dünyadan bir şair getdi...
(Söhrab Tahirlə ilgili iki epizod)

Söhrab Tahir dünyasını dəyişdi.
Bir neçə aydan sonra (avqustda) şairin düz doxsan yaşı tamam olacaqdı.
İlk dəfə onunla nə vaxt görüşdüyümü, haçan tanış olduğumu indi dəqiq xatırlamıram.
Amma orasını bilirəm ki, müxtəlif tədbir və mərasimlərdə dəfələrlə görüşüb söhbət etmişik.
Zahirən çox ciddi, hətta, müəyyən mənada sərt bir adam təsiri bağışlayırdı. Çatılmış qaşlarının altından baxan sınayıcı gözləri vardı. Qədd-qamətli, ucaboy, asta yerişli bir kişiydi. Əslində isə daxilən uşaq kimi sadədil, ünsiyyətcil, səmimi, xöşrəftar bir adam idi Söhrab Tahir.
İndi onunla bağlı iki epizodu xatırlayıram. 
Ötən əsrin səksəninci illərinin birinci yarısı idi. O vaxtlar “Azərbaycan gəncləri” qəzetinin çox populyar bir vaxtıydı. Həmin qəzetdə əbəbi işçi kimi çalışırdım. Otaqda tək idim. Qapı açıldı. Gələn Söhrab Tahir idi. Yanında 16-17 yaşlarında utancaq bir qız vardı. Onlara əyləşmək üçün yer göstərdim
Şair mənimlə köhnə tanışı kimi görüşüb hal-əhval tutdu. 
-Firuz müəllim, bu uşaq mənim qızımdır. Adı Nəsibədir. Atasının yolu ilə getmək istəyir. Şeir yazır. Vaxtınız olsa bir bu yazılara baxın, görün xoşunuza gələni olacaqmı.
Düzü, heç bilmədim o, adımı haradan öyrənib. Mən şairin ciddi təhər-tövrünə baxıb aradakı rəsmiyyəti götürmək üçün zarafata keçməli oldum:
-Söhrab müəllim, əvvəla, şeirə Tofiq Mütəllibov baxır.
O, şirin bir ləhcə ilə dedi:
-Bunu bilirəm, Firuz müəllim. Mən burada-redaksiyada  bir balaca “kəşfiyyat” işi apardım. Öyrəndim ki, mənim dostum Tofiq müəllim indi məzuniyyətdədir. Ədəbiyyata, poeziyaya siz baxırsız...
Mən “birinci”yə ikinci əlavəmi də etdim:
-İkincisi də, Söhrab müəllim, axı şeirin səviyyəsini məndən daha yaxşı siz müəyyən edərsiz. Əgər o yazıları siz bəyənirsizsə, deməli yaxşıdır. Burada ikinci bir rəyə nə ehtiyac?
O, üzümə yenə cidi nəzər salıb dostyana bir əda ilə dedi:
-Firuz müəllim, xoş sözlərə görə təşəkkür edirəm. Amma hər qəzetin öz üslubu, öz istiqaməti var. Bir də ki, heç bir kəs öz balasının yazıb-yaratdığında bir qüsur görə bilmir axı.
Bir xeyli söhbət etdik. Söhrab müəllim  yazıları stolun üstünə qoyub mənə əl uzatdı. Görüşüb ayrıldıq.
... İkinci epizod.
Doxsanıncı illərin ikinci yarısı idi.
Dostlarımızdan birinin,  indiki terminologiya ilə desək,  kitab “prezidentasiyası” idi. Tədbirin başlanmasına hələ bir xeyli qalırdı. AYB-nın qarşısındakı “Sahil” bağında Hacızadələrlə- Əlibala və Nahidlə gəzişirdik. Uzaqdan “boy verən” Söhrab Tahir şax və şux addımlarla  bizə yaxınlaşdı. Hamımızla görüşüb öpüşdü. Təbii ki, onun Hacızadələrlə daha qədim və daha yaxın ünsiyyəti vardı. Buna görə də onları birləşdirən ümumi xatirələrin miqyası, radiusu da geniş idi. 
Hamı ona “əmi” deyə müraciət edirdi. Əmi həmin gün bizə daha çox öz “Moskva həyatından” danışdı. Tələbəlik illərini xatırladı. Xəlil Rza, Məmməd Araz, Nəriman Həsənzadə ilə bağlı maraqlı epizodlar danışdı. Sonra üzünü mənə tutub dedi:
-Firuz müəllim, bu iki nəfər mənim ən yaxın, ən əziz dostlarımdır. Bunu onların özləri də yaxşı bilir. Amma, inanın ki,  mən elə sizi də özümə dost bilirəm. Sizin yazıları diqqətlə oxuyuram. Xüsusən, bu yaxınlarda “Azərbaycan” jurnalında dərc olunmuş “Qapı” romanınızı ayrı bir şövqlə oxudum. O repressiya illərinin mənzərəsini necə canlı yaratmısız, əzizim. Əgər belə cavan olmasaydınız düşünərdim ki, yəqin o illərin faciəsini elə özünüz yaşamısız. Vallah, sizin bu əsəriniz məni mütəəssir etdi...
Düzü, bu sözlər, gözləmədiyim tərifli ifadələr məni sıxdı. Özümü nəsə bir gərginlikdə hiss etdim. Ehtiyatla dedim:
-Söhrab müəllim, mənə “siz” yox, elə “sən” deyin. Necə ki, Nahid müəllimə, Əlibala müəllimə müraciət edirsiz, bax elə o cür...
Hamı güldü.
Söhrab müəllim cibindən dəsmal çıxarıb gözlərini silə-silə dedi:
-Yaxşı, olsum “sən”. Firuz müəllim, sənə bir sirr açım: mən indiki cavanlarla bir az ehtiyatlı davranır, onlarla ehtiyatlı danışıram. Çünki onların çoxu özünəvurğunluq, özündənmüştəbehlik  xəstəliyinə mübtəla olub. Çoxu ədəbiyyatın vəzifəsini, onun nə olduğunu hələ lazımınca dərk etmir. Amma yekə-yekə danışmağı bacarırlar. 
Əslən fars dili mütəxəssisi olan Əlibala Hacızadə dari ləhcəsində bir misal çəkib dostunun sözünə Firdovsinin bir fikriylə qüvvət verdi:
-Əmi, fikir eləmə. Firdovsi demiş,  tovuz quşunun altına qarğa yumurtası qoysan, yenə o yumurtadan qarğa çıxacaq.
Nahid Hacızadə də söhbətə bu yöndə olan başqa bir misalla körpu atdı:
-İndi qoca qartallara dərs vermək istəyən cüllütlər istənilən qədərdir.
Mən zarafatla dedim ki, hərə öz dövrünün övladıdır. Görünür, indiki dövr belələrinə daha çox “atalıq” edir.
Söhrab müəllim dedi:
-Mən son zamanlar şeirdən daha çox, nəsr əsərləri oxuyuram. Özüm də bir neçə roman və povest qələmə almışam. Yəqin ki, o əsərlərdən bəziləri sizə də rast gəlib. Daha çox İranda Şah rejimi vaxtı görüb eşitdiklərimi və müşahidə etdiklərimi yazıram... Qoca kişiyəm, gərək innən belə elə əsərlər yazam ki, ibrətamiz olsun.
-Qoca niyə, əmi? Qocalığı həndəvərinizə yaxın buraxmayın. Bir də ki, şair heç vaxt qocalmaz.
Söhrab əmi güldü:
-Elədir. Düz deyirsən. Şair ürəyi qocalmır ki...
Söhrab Tahir, həqiqətən, son illərdə qələmə aldığı bir sıra tarixi- memuar əsərlərlə, nəsr nümunələri ilə ədəbiyyatımızı zənginləşdirdi.
Amma geniş oxucu auditoriyası- əminin o taylı bu taylı oxucuları onu, əsasən, bir şair kimi sevib dəyərləndirirdi.
Bəli, doğrudan da şair heç vaxt qocalmır.
Dünyadan bir Söhrab əmi, şair Söhrab Tahir getdi. Ürəyi gənc, sözü cavan...
Allah rəhmət eləsin.
Qoy uyuduğun torpaq ürəyin kimi rahat olsun.

Firuz Mustafa
Oxşar xəbərlər
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
25 Apr 2024 | 16:13
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
25 Apr 2024 | 16:12
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
25 Apr 2024 | 16:10
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
25 Apr 2024 | 16:09
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
25 Apr 2024 | 16:07
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
25 Apr 2024 | 16:05
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
25 Apr 2024 | 16:04
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
25 Apr 2024 | 16:02
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
25 Apr 2024 | 16:00
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
25 Apr 2024 | 15:55
Əfsanəvi tennisçi karyerasını başa vurur
25 Apr 2024 | 15:52
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
25 Apr 2024 | 15:50
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
25 Apr 2024 | 15:45
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
25 Apr 2024 | 15:41
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
GÜNLÜK
25 Apr 2024 | 00:45
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
25 Apr 2024 | 00:17
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 00:45
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
25 Apr 2024 | 00:17
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir