Azərbaycan məhəbbət dastanlarında sevgiyə sadiqlik...
Oxunub: 2408
05 May 2016 | 23:15
Azərbaycan məhəbbət dastanlarında sevgiyə sadiqlik...
AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, prezident təqaüdçüsü, tədqiqatçı-publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) qələmə aldığı  “Azərbaycan məhəbbət dastanlarında sevgiyə sadiqlik” yazısını təqdim edirik:

 Gəlimli, gedimli, son ucu ölümlü dünyanın adamları ömür adlı möhlətlərində ov ovlaya-ovlaya, quş quşlaya-quşlaya qayaları şəkilləndirməyə, qavaldaşları səsləndirməyə, sözləri naxışlandırmağa da vaxt tapmışlar. Onların doğulanlar üçün laylaları doğulmuş, doğmaları, əzizləri üçün oxşamaları, bayatıları, gözəlləmələri, ölənlər üçün ağıları yaranmışdır. İcmalardan toplumlara, onlardan da millətlərə çevrildikcə mədəniyyətləri də böyümüş, monumentallaşmış, yaradıcılıqlarının bütün formalarını bir vəhdətdə birləşdirmişlər. Yəni artıq onlar sevgilərindən, rəşadətlərindən boy boylamağa, onları dastanlaşdırmağa başlamışlar.
Beləliklə, xalqların qəhrəmanlıq və məhəbbət dastanları qopuzlu, sazlı-sözlü şəkildə bəstələnmiş, süslənmiş, məclislərdə, meydan tamaşalarında milləti başına toplaya bilmişdir.
Xalqımız üçün məhəbbətin və rəşadətin sintezindən yaranmış “Dədə Qorqud” boyları həmin sahənin həm özül daşı, həm etalonu, həm də ən monumental nümunəsi hesab edilə bilər. 
Dastanları (xalq yaradıcılığının bir sıra janrlarını özündə birləşdirib, qanadları altına ala bilmiş xalq epopeyalarını) bədii sözümüzün xalqın yüz ölçüb, bir biçdiyi poetik əlbisəsi hesab etmək olar. 
Mövlana Cəlaləddin Ruminin belə bir kəlamı var:

Çox insanlar gördüm, əynində libası yox,
Çox libaslar gördüm, içində insanı yox.

Bizim qəhrəmanlıq dastanlarını toppuzlu, qopuzlu Koroğlu misallı igidlərimizin “Misri” üstə, misri qılınclı hərbi əlbisəsinə, məhəbbət dastanlarımızı aşıq havacatlarının gözəlləmələriylə butalanmış əvəzsiz paltarlarına bənzətmək olar. Onların hamısının da içində doğma insanlarımız bir libas alıb içindəkilərə, içindəkilər libaslarına yaraşıb bir xalqın söz yaradıcılığının vəhdətinə çevrilə bilir.
Qəhrəmanlıq dastanları xalqın igid övladlarının rəşadəti eldən-elə yayılanda zamanın özünün diktəsi ilə dəli nərəsiylə üstələnməyə, məhəbbət dastanları aşiqlərin ülvi sevdaları dildən-dilə düşəndə ilham ocağı kürəsiylə bəstələnməyə başlayır. “Kitabi-Dədə Qorqud” boylarından tutmuş klassik eşq dastanlarımıza, eləcə də XX əsr Azərbaycan məhəbbət dastanlarına qədər təbliğ və tərənnüm edilən sevgilərdə saflıq, ucalıq, alilik, ülvilik kimi milli-mənəvi dəyərlər xalqımızın böyüklüyünün, ləyaqətinin göstəricilərindəndir. Dastanlarımızın aşiq və məşuq qəhrəmanları daim öz sevgilərinə sadiqlikləri ilə, əhdə, ilqara dönük çıxmamaları ilə fərqlənən parlaq simalar olaraq göz önündə canlanır. Bütün əzab-əziyyətlərə, məşəqqətlərə sinə gərən, hətta sevgiləri, sevdikləri yolunda həyatlarını qurban verməyə hər an hazır olan sevgililər sonrakı nəsillərə daim örnək olublar və indi də olmaqdadırlar. “Dədə Qorqud”da Selcan Xatunun qılınc çəkib döyüşə atılması onun Qanturalıya sadiqliyinin, fədakarlığının bariz nümunəsidir. Yaxud Beyrəklə Banıçiçəyin uzun illərin ayrılığına baxmayaraq (16 il), qovuşana qədər öz əhd-peymanlarına sadiq qalmalarını misal göstərmək olar. Klassik eşq dastanlarımızdan bu cür misalları daha çox göstərə bilərik. Məsələn, “Aşıq Qərib”də Şahsənəmin illərlə Qəribin yolunu gözləməsi, “Abbas və Gülgəz”də Abbasın başına min bir müsibət gətirilməsinə baxmayaraq, sevgisindən ölüm ayağında belə, dönməməsi, “Əsli”“Kərəm”də Kərəmlə Əslinin hər ikisi yanıb külə dönənəcən bir-birini sevməsi və s. və i. 
XX əsrdə yaranan bir sıra bəlli müəllifli məhəbbət dastanlarında da bu kimi ali duyğuların təbliğinə və tərənnümünə kifayət qədər rast gəlirik. Ülvi hisslər, saf sevgi, sadiqlik, fədakarlıq kimi bu cür ali dəyərlərin dastanlarımızda obrazlar vasitəsilə poetik canlandırılması daim cəmiyyətin tərbiyəsində, əxlaqi-mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamış və oynamaqdadır. Sevindirici haldır ki, son illər milli-mənəvi dəyərlərimizə, xüsusən muğam sənətinə, aşıq yaradıcılığına verilən qiymət yeni-yeni sənət əsərlərinin, istedadların üzə çıxmasına səbəb olmuşdur.
Zəngin aşıq yaradıcılığında mühüm yer tutan məşhur dastanlarımıza yenilərinin əlavə olunması isə onu göstərir ki, sivilizasiyanın, inkişafın, tərəqqinin fonunda belə milli mənəviyyatımız, ənənəmiz unudulmayıb.
Janrından asılı olmayaraq üzə çıxan hər bir yaxşı əsər milli özünüdərkin, özünəqayıdışın təsdiqidir. Bu mənada yeni yaranmış “Əyyub və Sənəm dastanı” da ənənələrimizə söykənir. 
Dastanda baş verən hadisələrin Kəlbəcərdə cərəyan etməsi də bir simvolik məna daşıyır. Burada Miskin Abdalın, Aşıq Ələsgərin, şair Qurbanın, Aşıq Şəmşirin, Səməd Vurğunun ölməz ruhu dolaşır. Bir yaylaq, köç havası, aran yanğısı, yüzillər boyu Qarabağ camaatının saflığını, simsarlığını özündə əks etdirən elat ruhu bu dastanın mayasıdır.
Dastanda adları çəkilən bulaqlarımız, dağlarımız, dərələrimiz, cığırlarımız, dumanımız belə qədim dastanlardakı doğmalığı xatırladır. Ona görə bulaqdan yarpız ətri gəlir. Dağ döşündə kəklikotu, qırxbuğum nəfəsi duyulur.
Bulağın başı adətən görüş yeri olub həmişə. “Əyyub və Sənəm dastanı”nda da sevənlər bir-birini bulaq başında görürlər.
Dastanda qarşılıqlı verilən sorğu-suallar da zəngin mənəviyyata, əxlaqa xidmət edir.

Sənəm:  
Sizin elin qonağıyam, 
El qaydasın bilmirsənmi? 
Mən də bir elin qızıyam, 
El sevdasın bilmirsənmi? 

Əyyub: 
Göydən gəlmiş bir mələksən, 
Gözəllikdə görənəksən. 
Axı mənə sən gərəksən, 
Gərəyimi bilmirsənmi? 

Sənəm: 
Bir ibrət al öz eybindən, 
Gör nə deyər gəlib-gedən? 
Elçi gedib qız evindən 
Qız almasın bilmirsənmi? 

Əyyub: 
İstəyimə külək demə, 
“Əyyub, məndən əl çək” demə. 
Bu sevgimə “kələk” demə, 
Ürəyimi bilmirsənmi? 

Dastanda həm də elat camaatının adət-ənənəsini, gələnəklərini, mərdliyini, qəhrəmanlığını verməyə çalışmışıq. At minən, cıdır yarışına çıxan qızlarımız sevgi imtahanından da alnıaçıq, üzüağ çıxmaq istəyirlər. Ancaq keçmişdən qalan, bu gün də davam edən var-dövlət  hərisliyi, övladın arzu və istəyi ilə hesablaşmamaq duyğusu ailə münaqişəsinə, faciələrə yol açır.
Övladın hiss və duyğularına hörmət etməmək, əslində, onu xoşbəxtlikdən çox bədbəxtliyin acı girdabına yuvarlatmaq deməkdir.
Sənəm də son nəticədə xoşbəxt ola bilmir. Qaçırıldığını, aldadıldığını bilib özünü çaya atır, sulara qərq olur ki, bu da onun öz uca sevgisinə sadiqliyinin, əhdinə vəfalılığının, fədakarlığının parlaq qələbəsi sayıla bilər.
Dastanın finalının belə acı sonluqla bitməsi də bir həyat dərsidir.
Qeyd edək ki, “Əyyub və Sənəm dastanı”nı istedadlı şair Əyyub Cabbarovun şeirlər toplusunun motivləri əsasında qələmə almışıq.
Oxşar xəbərlər
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
GÜNLÜK
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO