Türkiyənin baş naziri Əhməd Davudoğlu tutduğu postdan istefa verib.
Maraqlıdır,
Davudoğlunun bu istefası Türkiyənin region dövlətləri, o cümlədən də Azərbaycanla
bağlı siyasətində nəyisə dəyişəcəkmi?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış siyasətçi Aqil Səmədbəyli baş
verən məlum olayın Türkiyənin xarici siyasətində hər hansı dəyişikliyə yol
açmayacağını bildirib:
“Türkiyə
köklü və təcrübəli dövlətdir. Şəxslər siyasəti dəyişməz. Bəlkə ilk baxışdan belə
görünə bilər, amma buradakı gerçəklik başqadır. Dövlətin qısa və uzun müddətli
proqramları var. Bu proqramı həyata keçirmək üçün nə gərəkirsə edir.
Davudoğlunun baş nazirlikdən getməsi və növbədənkənar qurultayın, yeni seçkinin
keçirilməsi də bu şəkildə yorumlanmalıdır. Azərbaycanda Türkiyə ilə bağlı çox
böyük həssaslıq var, təbii olaraq bu, sevgidən doğur. Amma qətiyyən narahat
olmasınlar. Nə baş verirsə, xeyrə doğrudur”.
Seymur
Əliyev