 
                            “Qarabağda qərbyönlü əhval-ruhiyyə mövcud deyil. Soros yoxdur. NATO-nun əvəzinə Rusiya sülhməramlı kontingenti dayanıb. Lakin indi insanlar Rusiyaya qarşıdırlar. Sizcə niyə? Bu Qərbə görə baş verməyib, Rusiya burada özü günahkardır. Özünə qarşı münasibəti Rusiya özü formalaşdırır”.
Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Novaya qazeta Avropa” qəzetinə müsahibəsində bildirib.
                                            
                                            
                                            
                                            
Qriqoryan Rusiya sülhməramlılarından heç nə gözləmədiklərini bildirib. 
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, istənilən halda Ermənistan heç vaxt öz ərazisindən ekstraterritorial dəhlizin keçməsinə razı olmayacaq:
“Bizim üçün bu, qırmızı xəttdir. Müharibədirsə, deməli, müharibə”.
Bizim.Media
 
                             
                             
                             
                            