Məlum olduğu kimi, KXCP rus qoşunlarının Azərbaycandan çıxarıldığı günün - 25 may tarixinin bayram kimi qeyd edilməsi təklifi ilə çıxış edib.
Moderator.az-a açıqlamasında təklifə münasibət bildirən
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli təklifə müsbət yanaşdığını
bildirib:
“Bu, cəzbedici bir təklifdir. Təbii ki, başqa bir dövlətin
ordusunun digər bir dövlətdə olması, həmin dövlətin işğal edilməsi, nəzarətdə
olması deməkdir. Rusiya bütün parametrlər üzrə Azərbaycan və türk dünyasına
düşmən olduğunu, onları parçalamaq, əzmək, ayırıb-buyurmaq siyasəti yürütdüyünü
əməli ilə sübut edib. Rusiyanın ağıllandığı, fitnə-fəsaddan əl çəkdiyi ilə
bağlı deyilənlərin əsassız olduğu ortadadır. Rusiyanın qara tarixlərini bizim
tarixlərə daxil etməyimizin bizə psixoloji üstünlük qazandıra biləcəyi,
toplumun ideoloji baxımdan savadlanması, hadisələrin mahiyyətini dərk etməsi
baxımından məqsədəuyğun olduğu qənaətindəyəm. Bu təklifin gerçəkləşməsi
mümkündür. Ola bilsin ki, siyasi hakimiyyət bəlli səbəblərdən buna razılıq verməsin.
Bu gün biz ATƏT adlı bir qurumda erməniləri himayə edən qüvvələrin mühasirəsindəyik.
Rusiyanın hakimiyyətə təsir imkanları da üst qatdadır. Bu səbəbdən də bu günün
ilkin etabda ictimai səviyyədə keçirilməsi mümkündür. Bunu milli dövlətçiliyimi
baxımından əhəmiyyətli hesab edirəm”.
Seymur Əliyev