Ankara Böyükşəhər bələdiyyəsi, Azərbaycan Rəssamlar İttifaqı və Uluslararası Aktivist Sənətçilər Birliyinin təşkilatçılığı ilə rəssam Nəvai Metin Məmmədoğlunun Türkiyənin Ankara şəhərində fərdi sərgisi açılıb. Ankara Böyükşəhər bələdiyyəsinin Qalereyasında baş tutan “Paletin Azəri rəngi” adlı sərgi böyük maraqla qarşılanıb.
Sərginin açılışında ABB-nin xalqla əlaqələr şöbəsinin müdiri Mustafa Yıldız, Mədəniyyət nazirliyindən Şenel Gönen, ASKEF rəhbəri Savaş Ünal iştirak edib. Çoban Rəssam kimi tanınan Süleyman Şahin, həmçinin, Yaşar Çallı, Teymur Ağalıoğlu, Hikmət Çetinkaya, Memik Kibarkaya, Derya Saatçıoğlu, Ferman Aydın, Demet Adalı kimi çox tanınmış sənətçilər də sərgini izləyənlər arasında olub.
Moderator.az-a
açıqlamasında rəssam Nəvai METİN qeyd
edib ki, bu sərgisi dünyada baş verən savaşlara qarşı təşkil edilib: “Dünyadadkı
bütün müharibələrin səbəbi mədəniyyətsizlikdir. Sərginin də əsas məqsədi odur
ki, müharibələrə, pisliklərə ancaq sənətlə qalib gələ bilərik”.
Rəssam sabah
sərgidə canlı performans nümayiş etdirəcəyini də bildirib. Qeyd edib ki, sabah
o, sərgi iştirakçılarının gözü qarşısında ATATÜRKün portretini çəkəcək. Və hər
kəs bunu maraqla gözləyir.
Qeyd edək ki, azərbaycanlı rəssamın may ayının 17-də açılan sərgisi 24 may tarixinədək davam edəcək.