“Əbülfəz Elçibəylə dostluğum bütün sonrakı həyatımı dəyişdi...”
Oxunub: 2114
22 May 2016 | 19:06
“Əbülfəz Elçibəylə dostluğum bütün sonrakı həyatımı dəyişdi...”
Ədalət Tahirzadənin 65 illiyinə...

O, yaşca məndən az qala üç dəfə böyükdür. Ancaq bu, dostluğumuza qətiyyən əngəl törətmir. İlk baxışdan quru, qapalı, adamayovuşmaz kimi görünsə də, "sarı siminə toxunanda" çox söhbətcil, ünsiyyətsevər və zarafatcıl olduğuna inanırsan. Əsas məsələ isə o "sarı sim"ini tutmaqdır. Azərbaycan siyasi mühacirətinin taleyi ilə bağlı araşdırmalarım, bir çox sənədləri əldə etməyim onda da ciddi maraq doğurdu və bu, yaxınlaşmağımıza əsas səbəb oldu. Ümumiyyətlə, Azərbaycanın 1918-1920-ci illər tarixi ilə bağlı hər bir mövzu professor Ədalət Tahirzadənin "sarı sim"i ola bilər. Deyəsən, mən artıq bu "sim"i çalmaqda ustalaşmışam ”“ onunla son vaxtlar xeyli maraqlı görüşlərim, söhbətlərim olub. Bugünlərdə 65 yaşının tamam olduğunu bildiyimə görə növbəti görüşümüzü bir jurnalist kimi bu əlamətdar hadisəyə başlamağı qərara aldım. Onunla bu dəfə Bakı Avrasiya Universitetində ”“ həyatının 23 ilini həsr etdiyi ali məktəbdə söhbətləşdim. 

”“ Ədalət bəy, 50 illiyinizdə demişdiniz ki, Məşədi İbad yaşına çatdım. Bəs indi kim yaşındasınız?

”“ İndi Ömər Faiq Nemanzadə yaşındayam. O, 1937-də 65 yaşında güllələnib.

”“ 65 yaşı 50 yaşdan fərqləndirən nədir, yaxud nələrdir?

”“ Hər şeydən qabaq odur ki, 65 yaş 50 yaşdan 15 il çoxdur. (Gülür). Doğrusu, bu haqda heç fikirləşməmişəm. 50 yaşda 7-ci mərtəbəyə piyada asanlıqla çıxırsan (özü 7-ci mərtəbədə yaşayır ”“ D.Ə.), 65 yaşda isə iki-üç yerdə dayanıb nəfəsini dərməli olursan. Bu, bir. 50 yaşda sənə "əmi", "dayı" deyənlər çoxdursa 65 yaşda yalnız "ağsaqqal", yaxud "baba"san. Bu, iki. 50 yaşda həkim qapısını təpiklə açırsan, 65 yaşda isə həkimin qəbuluna belinin ağrısından ikiqat olub girirsən. Bu da üç. (Gülür). Ciddi desək, 50 yaş insanın ağıl və savadca kamilliyə yüksəldiyi önəmli bir nöqtədir. 65 yaşda isə bunun üzərinə çox zəngin həyat təcrübəsi də gəlir. Şəxsən mən bu gün özümü Azərbaycanın bir əsr öncəki tarixinə dair ən ciddi əsərlər yazmağa tam qadir hiss edirəm və düşünürəm ki, nəzərdə tutduğum işləri məndən yaxşı görə bilən olmaz. 

”“ Bu yaşda ömür şirindirmi?

”“ "Şirinlik" deyəndə çox yaşamaq istəyini nəzərdə tutursunuzsa, mənim üçün ömrün uzun-gödəkliyinin heç bir önəmi yoxdur. Bu gün Əhməd Cavaddan 20 yaş, Səməd Vurğun və Nəcəf Nəcəfovdan 15 yaş, Salman Mümtazdan 8 yaş, Hüseyn Caviddən 6 yaş, Əbdürrəhim bəy Haqverdiyev və Əbülfəz Elçibəydən 2 yaş böyüyəm. Ömrü verən də, alan da Allahdır və Onun verdiyi ölüm əmri də gözüm üstədir. Yalnız görmək istədiyim, millətim, xalqım üçün faydalı olacağını düşündüyüm, ancaq hələ ortaya qoya bilmədiyim bəzi işlərimi başa vurmaq üçün Ondan möhlət istəyirəm ”“ versə də xoşdur, verməsə də!  

”“ 65 illik bir ömür yolu keçmisiniz. Geriyə boylananda bu yolda buraxdığınız izlərdən razısınızmı?

”“ Mən yetərincə təvazökar adamam, ancaq bu, o demək deyil ki, gerçəyi söyləməkdən çəkinim. Bəli, yaşadığım 65 ildən razıyam və bu ömürlə fəxr edirəm, çünki onu şərəflə yaşamışam! Buraxdığım izlərə gəlincə, məndən sonra bu millətə 22 kitabım, yüzlərcə məqaləm, redaktoru olduğum qəzet-jurnallar, müstəqil Azərbaycanın orta məktəbləri üçün mənim rəhbərliyim altında yaradılmış 82 adda dərslik, adlarını kommunistlərin tarixdən sildiyi, ancaq ilk dəfə mənim arxiv materiallarına əsasən üzə çıxardığım onlarca ziyalımız, Cümhuriyyətimizin 1920-də xaricə oxumağa göndərdiyi 102 tələbəmiz, dərs deyərək savad verdiyim yüzlərcə şagird və tələbə... məndən xalqıma yadigar qalacaq.

”“ Bayaq hələ ortaya qoya bilmədiyiniz işlər oldunu dediniz...

”“ Bundan sonra da yaşamağı Allah mənə nəsib edərsə ən böyük arzum 1918-1920-ci illərdə mövcud olmuş ilk Azərbaycan Cümhuriyyətinin Parlamenti və onun üzvləri haqqında kitabımı yazaraq Cümhuriyyətin 100 illiyinə ərməğan etməkdir. 

”“ Evinizdə bu mövzu ilə bağlı qalın-qalın qovluqlar dolusu sənədləri görmüşəm və bilirəm ki, o qədər zəngin sənədlər əsasında yazılmış bir əsər həqiqətən çox qiymətli olacaq. Bəs onu yazıb ortaya qoymaq üçün Sizə daha nə lazımdır? 

”“ (Gülür). Sponsor, Dilqəm bəy, sponsor. "Cümhuriyyət tələbələri"ni yazanda bir xeyirxah cəmiyyət sponsorluq etdi və mən bütün işlərimi bir qırağa qoyub oğlumla birgə 1600 səhifəlik kitabı 9 aya tamamlayaraq təhvil verdim. Parlament kitabı isə həcmcə ondan da geniş olacaq və onu yazmağa başqa işlərlə məşğul olmadan ən azı bir il - il yarım vaxt gedəcək. Belə işi isə sponsorsuz görmək mümkün deyil.

”“ Siz ixtisasca dilçi-filoloqsunuz, ancaq çoxları Sizi "tarixçi alim" adlandırır...

”“ (Gülümsəyir). Hələ bu harasıdır? 1992-93-cü illərdə Prezident Əbülfəz Elçibəyə mətbuatda şikayət yazırdılar ki, sən jurnalisti təhsil nazirinin müavini təyin etmisən...
Bəli, mən filoloqam. Diplomumda "Filoloq. Azərbaycan dili və ədəbiyyat müəllimi" yazılıb. 5 ilə yaxın müəllim işlədikdən sonra Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında oxumuşam, orada müdafiə edib baş elmi işçiyədək yüksəlmişəm. 1985-ci ildə məni "Elm" qəzetinin redaktoru təyin etdilər. Yeri gəlmişkən, mən Sovetlər Birliyində kommunist olmadan qəzet redaktoru təyin edilmiş bəlkə də yeganə adam idim. İki il sonra qəzetdən çıxıb Əlyazmalar İnstitutunda şöbə müdiri kimi çalışmağa başladım və tale məni burada Əbülfəz Elçibəylə qovuşdurdu. 1989-un sonunda Nəcəf Nəcəfovun redaktorluğu altında yenicə nəşrə başlayan "Azadlıq" qəzetinə Bəyin istəyi ilə redaktor müavini təyin edildim. Ta 1992-ci ilə kimi. Rəhmətlik Bəy prezident olarkən məni təhsil naziri Firidun Cəlilovun müavini görmək istədi. Deməli, o vaxt məni "jurnalist" adlandıranlar o qədər də yanılmamışdılar. 1992-1993-də yeni proqram və dərsliklərin yaradılmasındakı işim isə mənim təhsil sahəsində təsadüfi adam olmadığımı göstərdi. 1993-dən ozamankı Ali Diplomatiya Kollecində, indiki Bakı Avrasiya Universitetində və eyni zamanda "Şirvan" hazırlıq kursunda müəllimliyə başladım. Dərs prosesində gördüm ki, kommunistlər Azərbaycan tarixini o qədər baş-ayaq yazıblar, görkəmli şəxsiyyətlərimizi özümüzə o qədər düşmən kimi tanıdıblar ki, tarixçilərimiz hələ də onlardan yazmağa çəkinirlər. Mən ilk iş olaraq yoldaşım Nailə xanımla birgə testlər toplusundan ibarət "Tarixi öyrənənlərə kömək" adlı kitab nəşr etdirdim. Sonra "Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı" kitabım çıxdı. 2000-ci illərin başlarında "Azərbaycan imperatorları" silsiləsindən "Nadir şah Əfşar" və "Ağaməhəmməd şah Qacar" kitabçalarını ortaya qoydum. Qacar haqqındakı kitaba mənim xahişimlə rəhmətlik Bəxtiyar Vahabzadə çox dəyərli bir ön söz yazdı. Bu iki azman hökmdarımız haqqında ictima rəydə yüz ildən artıq bir dövrdə formalaşdırılmış mənfi rəyin sındırılmasında o kitabçaların, özəlliklə Bəxtiyar müəllimin ön sözünün önəmli rolu oldu və sonrakı araşdırmalar üçün sanki yol təmizləndi. 
Mən hələ 1980-ci illərin sonundan repressiya mövzusunda çox yazmışam. Daha sonra 1920-ci ilədək ali təhsil almış azərbaycanlılar mövzusuna maraq göstərdim və bir çox arxivlərə baş vurdum. Cümhuriyyət mövzusu məni arixlərlə daha da doğmalaşdırdı. Bu gün də özümü arxivsiz təsəvvür edə bilmirəm. Belə durumda, təbii ki, yazdıqlarım da tarixdən olacaq. Son illərdəki bütün beynəlxalq simpozium və konfranslardakı çıxışlarım tarixə aiddir. Beləliklə, mən universitetdə professor olaraq dildən dərs deyirəm, ancaq demək olar ki, bütün elmi araşdırmalarım tarixlə bağlıdır. 

”“ Həyatdakı uğurlarınız üçün daha çox kimə borclusunuz?

”“ İlk növbədə atama və anama. Onlar mənim "adam olmağım" üçün əllərindən gələn hər şeyi ediblər. Daha sonra həyat yoldaşıma. Mənim aspirantura, elmi işçilik və jurnalistlik dönəmim dəhşətli maddi və psixoloji sıxıntı içində keçib. O ağır dönəmdə məni sınaraq sıradan çıxmağa qoymayan həyat yoldaşımın sonsuz qayğısı və müdrikliyi oldu. O, sözün əsl mənasında fədakarlıq göstərdi.

”“ Bu yaxında Feysbukda bir nəfərə cavabınızı oxudum ki, mən həyat yoldaşıma indiyədək xəyanət etməmişəm.

”“ Gerçəkdən də belədir. Həmin adam da mənə zarafatla yazdı ki, Allah bəkarətini qorusun. Mən isə ona cavab verdim ki, kişinin bəkarəti qadının bəkarətindən daha şərəflidir. Şəxsən mən belə düşünürəm. Həyatını sənə və ailəsinə fəda etmiş bir qadına xəyanət etməyi mən şərəfsizlik sayıram. Qoy məni kim qınayır qınasın.

”“ Yəni yoldaşınızla heç probleminiz olmayıb?

”“ Dilqəm bəy, Siz çox gənc və üstəlik subaysınız. Məni nə qədər anlayacağınızı bilmirəm. Əlbəttə, problemsiz ailə ola bilməz. Hətta peyğəmbərimizin də ailəsində söz-söhbət olub. Ancaq əsl məharət bu problemi, söz-söhbəti ürəkləri qırmadan həll etməkdədir. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, 38 illik ailə həyatımızda yoldaşımla mənim aramda indiyədək bir kəlmə də aşağılayıcı söz işlədilməyib. Doğrudur, bəzən mən əsib-coşmuşam, o susub, bəzən də o əsib-coşub, mən susmuşam, beləliklə də, məsələni böyüməyə qoymamışıq.      

”“ Bəlkə mən subaya deyəsiniz: ailə Sizin üçün nədir?

”“ Ailə mənim cənnətimdir. Burada mən bütün dünya qayğılarımı unudur, özümü hədsiz xoşbəxt hiss edirəm. 

”“ Övladlarınızdan razısınızmı?

”“ Çox. Üçü də vicdanlı, xeyirxah və tərbiyəlidir. Yaxşı savad alıblar. Valideynlərinə dərin sayğıları var. Bu yaxınlarda yoldaşım xəstələnmişdi, üçü də başına fırfıra kimi fırlanırdı. Maşallah, gəlinlərim də çox yaxşı balalardır. Nəvələrim isə şokolad kimi şipşirindirlər!

”“ Ədalət müəllim, həyat yolunuzun müəyyənləşməsinə təsir edən insanlar olubmu?

”“ Əlbəttə. Öncə müəllim atama baxıb özüm də müəllim olmaq istəmişəm, o da universitetdə və aspiranturada oxumağım üçün əlindən gələni edib. Universitetə imtahan verdiyim zaman qəbul komissiyasında çalışan Bilqeyis Dadaşzadə göydən xilaskar mələk kimi enərək xarici dildən "4" almağıma və bununla da tələbə olmağıma təmənnasız yardım göstərib. Professor Xalid Əlimirzəyev məni universitetdə qrup başçısı təyin etdirib və bunun müsbət təsirini 5 il görmüşəm. İsmayıllının Topçu kənd məktəbində müəllim işlədiyim zaman direktor Şükür Rəhimov mənə həyat dərsi keçib. Aspiranturada oxuduğum və Dilçilik İnstitutunda çalışdığım dövrdə Əlyazmalar İnstitutunun direktoru Cahangir Qəhrəmanovun adı başımın üstündə qalxan olaraq məni yersiz təzyiqlərdən qoruyub. Dilçilik İnstitutunda şöbə müdirim Aydın Məmmədov mənim "Elm" qəzetinin redaktoru olmağımda və jurnalistikaya bağlanmağımda həlledici rol oynayıb. Həmin qəzetdə işlədiyim zaman birbaşa tabe olduğum şəxs Akademiyanın partkomu Fatma Abdullazadə idi. O, məni Əlyazmalar İnstitutunda şöbə müdiri təyin etdirməklə həyatımda yeni bir yol açıb. Əbülfəz Elçibəylə buradakı tanışlığım və dostluğum isə bütün sonrakı həyatımı dəyişib. "Azadlıq"da Nəcəf Nəcəfovdan idarəçiliyi öyrənmişəm. Nazir Firidun Cəlilov mənə tam sərbəstlik verməklə nəyə qadir olduğumu göstərməyə, öz gücümə inanmağa imkan yaradıb. Rektor Nazim Hüseynli isə məni öz ali məktəbinə işə götürməklə və sonrakı qasırğalardan qorumaqla bugünkü elmi-pedaqoji karyeramı qazanmağıma ciddi yardımda bulunub. Bu insanlardan hansısa biri həyatda qarşıma çıxmasaydı, bəlkə də indi Sizə müsahibə vermirdim. Bu gün onların çoxu Haqq dünyasına qovuşub. Ölənlərə Allahdan rəhmət diləyir, yaşayanlara isə ən dərin minnətdarlığımı bildirirəm!

”“ Sizin yaradıcılığınızda maraqlı bir məqamla qarşılaşdım ”“ son illərdə yazılarınızı yalnız "525-ci qəzet"də verirsiniz. Bunun bir özəl sirri varmı?

”“ "525-ci qəzet"də 2004-cü ildən "Bismillah" rubrikası açmışam və yazılarımı orada verirəm. "525"-i seçməyimin ilk səbəbi budur ki, o, Azərbaycan ziyalılarının ən çox oxuduğu qəzetdir. İkinci və ən önəmli səbəb isə bu qəzetin mənim yazılarıma dərin hörmətlə yanaşması və nöqtə-vergülümə belə toxunmamasıdır, halbuki başqa qəzetlərdə isə həmin münasibəti görmürəm. Ancaq bunu da deməliyəm ki, Misir Mərdanov təhsil naziri olan zaman ”“ 2012-ci ildə onun təklifi ilə "Azərbaycan müəllimi" qəzetində də təhsil tariximizlə bağlı xeyli yazım çıxıb. 

”“ Siz millətçi birisisiniz. Nə əcəb soyadınızı milliləşdirməmisiniz?

”“  Mənim soyadım öncə "Tahirov" idi. Universitetdə oxuyanda Bəxtiyar Vahabzadə ən çox hörmət etdiyim müəllimlərimdəndi, ona görə də soyadımı onunkuna uyğunlaşdırıb jurnallarda "Tahirzadə" yazmağa başladım. Sonra pasportumda da "Tahirzadə" getməsinə nail oldum. Sovet dönəmində bunun necə çətinliklə başa gəldiyini yazsam bir kitab olar. İndi isə daha gecdir ”“ hamı məni Tahirzadə kimi tanıyır. Kiçik oğlum şəxsiyyət vəsiqəsi alanda soyadını "Tahirli" yazdırdı və bu, məni sevindirdi.

”“ Oxucuları bir qədər də özəl həyatınızla tanış etmək istəyirəm. Dostlarınız və düşmənləriniz varmı?

”“ Dostlarım sayca çox deyil. 65 il boyunca həyat ələyimdən keçən çox az dost qalıb. Bir uşaqlıq dostum var ”“ Bəhram Zeynalov. Heç bir vəzifəsi, titulu olmayan, ancaq 1968-ci ildən üzübəri min sınaqdan çıxmış ən sədaqətli və təmənnasız dostumdur. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Avropada olan dostlarımın adını çəkməyəcəyəm, çünki belə etsəm "məni niyə yaddan çıxardın?" deyə inciyib küsənlər olar. Təkcə onu deyə bilərəm ki, dostlarımın, demək olar ki, hamısı ziyalıdır və yazı-pozu adamıdır. Düşmən məsələsinə gəlincə, mənim şəxsi düşmənim yoxdur, çünki həyatım boyunca kimsəyə pislik etməmişəm, özümə edilən pislikləri isə unutmuşam.      

”“ Filoloq olduğunuz üçün soruşuram: ən çox sevdiyiniz Azərbaycan şairi kimdir?

”“Azərbaycanda adı əbədi yaşayacağına inandığım üç şair var: Məhəmməd Füzuli, Hüseyn Cavid və Ramiz Rövşən. Sabiri və Bəxtiyar Vahabzadəni də çox sevirəm.

”“ Bəs yazıçılardan?

”“ Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev və İsmayıl Şıxlı.

”“ Azərbaycan televiziyalarına və mətbuatına münasibətiniz? 

”“ Mən Türkiyənin təkcə "Əsra Erolla" verilişini bütün Azərbaycan televiziyalarına dəyişmərəm. Mətbuatımızdan isə danışmağa dəyməz. Buna görə də mən Azərbaycan kanallarına baxmıram və Azərbaycan mətbuatını oxumuram, çünki onlarda peşəkarlıq səviyyəsi mümkün olan ən aşağı həddədir.

”“ Sizə son sualım: həyatda ən böyük arzunuz?

”“ Millətimizin yenidən "TÜRK" adlandırılmasını, Qarabağın qaytarılmasını və Azərbaycanın birləşməsini görmək!

”“ Müsahibəyə vaxt ayırdığınıza görə minnətdaram!  
Oxşar xəbərlər
23:27, Bu gün
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
23:22, Bu gün
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
23:17, Bu gün
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
23:12, Bu gün
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
23:07, Bu gün
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
23:02, Bu gün
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
22:55, Bu gün
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
22:47, Bu gün
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
22:42, Bu gün
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
22:35, Bu gün
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
22:17, Bu gün
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
GÜNLÜK
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR