"Zəncir zəif halqasından qırılır, sevgi fasilədə..."
Oxunub: 4771
23 May 2016 | 10:37
Moderator.az tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin hissə-hissə təqdimatına başlayıb. 

Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk... 

“Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram. Üçüncü dünyanı biz özümüz yaradırıq”.
Karl Popper

Əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/137570.html



II Bölüm. “Lillian Gish”
(Davamı)

Qadın: Təsadüfdür, ya zərurət ”“ bilmirəm, amma mən əslən elə oralıyam. Qalaaltını mən də çox sevirəm. Özü də sabah qara bayramdı, anamın, başqa doğmalarımızın məzarlarına baş çəkmək üçün ora gedəcəyik. Bura bax, bəlkə məni izləyirsən? Qalaaltı söhbətini qəsdən saldın? Oralı olduğumu, sabah ora gedəcəyimizi bilirdin, yoxsa?
Rəssam: Ola bilməz! Zarafat eləyirsən? İnan, sırf təsadüfdən alındı belə. Oralar həqiqətən çox əzizdi mənə. Nə vaxt, saat neçədə gedəcəksiniz?
Qadın: Səhər çıxasıyıq. Ailəlikcə.
Rəssam: Ailən haqda heç yazmadın.
Qadın: Atam, bir də qardaşım var. Bacım da olub bir vaxtlar. Qardaşım ailəlidir. Hə, mən həm də bibiyəm. 
Rəssam: Bəlkə sabah orada görüşək? Sən mənə sadəcə istiqamət ver, harda, nə vaxt olacaqsan. Məncə, ilk görüş üçün ora əla yerdi. İş-gücdən bir gün oğurlamaq da qənimətdi. Nə deyirsən?
Qadın: Yox, incimə, mən belə görüşləri xoşlamıram.
Rəssam: Uzaqdan-uzağa da olsa görüm səni.
Qadın: Yox! Üz vurma!
Rəssam: Aydındı. Başa düşürəm”¦
Qadın: Yox, elə deyil, artıq sualların yaranmasını istəmirəm. Hələ bir bu suallara cavab verməyi demirəm heç.
Rəssam: Səni sərbəst qız bilirəm.
Qadın: Bütün hərəkətlərimdə sərbəstəm. Heç kimdən asılı deyiləm. Sadəcə, görüşə hazır bilmirəm özümü. Söhbət səndən getmir. Ümumiyyətlə, adamlardan qaçıram. Səninlə belə yazışmağımın özü belə mənə qəribə gəlir. Adamı tutub saxlamaq bacarığın var. Sənlə ünsiyyət xoşdu. Amma görüşmək istəmirəm.
Rəssam: Bunun ciddi səbəbi olmamış deyil. Kimsə incidib səni, özü də çox möhkəm incidib.
Qadın: İncimək! İnciklik olsaydı, nə vardı ki... Nə isə, dərinə getmə...
***
Rəssam: Yazırdın fotolarımı bəyənirsən. Albomumdakı qızların hansını özünə bənzədərdin?
Qadın: Qoy bir də baxım diqqətlə... Məncə, iki sütun arasında skripka çalan qızı.
Rəssam: Yax-şı! İzah elə! Niyə?
Qadın: Mənə elə gəlir, sən o qızı həmişə axtarmısan. Orada skripka çalan qızı mənə bənzədirsən, dünyaya o bucaqdan baxmaq istəyirsən, onun musiqisinin sədası altında.
Rəssam: O fotonu İstanbulda, Dolmabaxça sarayında çəkmişəm. Gənc rəssamların sərgisini keçirirdik, açılışdan sonra ziyafət verdilər. O qız da orkestrdə çalırdı... 
***
Rəssam: Təsəvvür eləməzsən ki, səninlə tanışlığa necə şadam. Mənə elə gəlirdi, daha həvəslə danışacağım adam qalmayıb. Sən məni elə asan başa düşürsən ki... Həmişə ağıllı adamların, xüsusilə ağıllı qadınların vurğunu olmuşam. Əvvəllər belələri az çıxmayıb rastıma. Amma son illərdə olmayıb. Deyəsən, axı Sən həm də ən ağıllısısan”¦
Qadın: Əstəğfürullah, nə ağıllısı? Sadəcə, kişilərə onların prizmasından baxmaq lazımdır. İnsanlar istədikləri dildə istədikləri adamla ünsiyyət yaradırlar. Onlar iki halda susurlar: heç nə bilməyəndə, bir də bildiklərini paylaşmaq istəməyəndə. Bizsə susmuruq: bildiklərimizi paylaşır, bilmədiklərimizi öyrənirik!
Rəssam: Ağıllılıq çox oxumaq, gəzmək, bilmək deyil, düzgün analiz etməkdi. Bir məşhur məsəldə deyildiyi kimi, dənizin dadını bilmək üçün bütün dənizi içməyə ehtiyac yoxdu, bir qurtum da bəsdi. Ağıllıya analiz edib qərar çıxarmaq üçün ip ucu yetərlidi. Yəni “arifə bir işarə” məsəli.
***
Qadın: Ðœənə elə gəlir ki, sənin iki oğlun var.
Rəssam: Bəs neçə qızım var?
Qadın: Qızın yoxdur!
Rəssam: Niyə elə fikirləşirsən? 
Qadın: Tipik oğul atasına bənzəyirsən. Ailəlisən. Ailə sənin statusundur. Qızın ola bilər, amma xarakterin buna dəlalət etmir. Hardasa oxumuşdum ki, insanın xarakterinə uşaqların təsiri böyükdür. Oğlu olanlarla qızı olanların xarakterində fərqlilik biz müsəlmanlarda daha tez duyulur. Elə bil oğul ataları qız atalarından daha inamlı, arxayın olurlar.
Rəssam: Maraqlıdı. Əsas o deyil fikir hansı nəticəyə çatır. Əsas odu ki, nə cür fikirləşirsən, düşüncə vektorun düzdümü! Fikrin nəticəsi təhlil tərzinə bağlıdı. Səndə bu alınır.
Qadın: Bu, mənim işimdir ”“ insanları sözsüz təhlil etmək...
Rəssam: Sən bacarıqlı işçisən! Gərək belə işçi öz dəyərini ala”¦ Mən səninlə səhərəcən söhbətdən doymaram. Amma səni yuxuda da olsa görmək umuduyla ayrılacam. Çıxmalıyam!
Qadın: Özünə yaxşı bax. Allah amanında!
Rəssam: Qalaaltı səmasında ruhumuzun görüşməsi umuduyla.
***
Rəssam: Burda dostların doğum günü göstərilir, amma Səninki yoxdu. Niyə? Özün yazmamısan? Nə vaxtdı? Düzdü, bunu öyrənmək elə də çətin deyil internet əsrində. ...Yaşını gizlədənləri başa düşmürəm. Yəqin bu da bir başqa qadın kompleksidi. Guya kişilərin qadına münasibətini onların yaşının çoxluğu, ya azlığı müəyyənləşdirir? Qətiyyən belə deyil! Yaş kişinin qadında önəm verdiyi heç də ilk şərtlərdən deyil.
Qadın: Nə fərq edər ki”¦ Doğum tarixi, yaş, bunlar sadəcə statistikadı. Ürəkdən gələn arzuları ilin istənilən günündə söyləmək olar. Bunun üçün həmin günü gözləməyə bir məna vermirəm. Bu, qapalılıq deyil, sadəcə hisslərin yalnız müəyyən günlərdə, konkret hadisələrlə bağlı dilə gətirilməsində təbiiliyin olmadığı qənaətindəyəm. Hələ mənə qalsa, duyğuların ömrünü uzatmaq üçün onları ilin günləri arasında bərabər bölərdim. Zəncirin möhkəmliyi halqaların bərabər bərkliyindən asılıdır. Sevginin də gücü onun daimiliyində, davamlılığındadır. Zəncir zəif halqasından qırılır, sevgi fasilədə. Hisslər mirvari düzümünə bənzər. Kənardan çox zərif, gözəl, cəlbedicidi, nizamlı sırası pozulmaz görünür, amma ehtiyatsız davranışda, toxunuşda qopub dağıla bilir. Bax onda inciyir hiss yiyəsi, üzülür ona dəyən. 
Rəssam: Mənim yanaşmam isə başqadı. Sən “Bərabər olmaq şərtilə, az olsun, həmişə olsun!” prinsipini qəbul edirsən. Mən isə “Bir dəfə olsun, amma tam olsun” deyirəm. Sənin dediyin bəzən faydasız olur. Təsəvvür elə, yalnız bir lampanı yandırası, lakin bir ilə yetəsi enerjin var; qaranlıqda qalmırsan, amma başqa heç nə edə bilmirsən. Biri də var, bu enerjiylə bir ay çay dəmləyib qoyursan yanına, kompüteri internetə qoşursan və gözəl bir qızla məktublaşıb apofeoz  sevginin özülünü qoyursan. Hələ üşüsən, otağı qızdıra da bilərsən. Düzdü, daha səmərəli istifadə eləmək də olar... 
Qadın: Dünyanı heyran qoyan rəssamlıq incisi yaratmaq da olar, eləmi? 
Rəssam: Nə yaxşı tuta bildim səni burda... Yumoru dəyərləndirənlərdən xoşum gəlir. “Dünyanı heyran qoyan rəssamlıq inciləri” “İliç lampası” olmadan belə yaranıb.
Qadın: Ay “tam”ı bir dəfəyə istəyən dostum, bəs atomla neyləyərdin? Xirosimaya atılan birdəfəlik atomla neçə evi, neçə şəhəri işıqlandırmaq olardı günlərlə, aylarla? Gör nə qədər sənin dediyin sevgilər öldü bu “bir dəfə”də! 
Rəssam: Milyon illərdi dünya işıqlanır o “birdəfəlik atom”suz. Amma buna heç kim heyrətlənmir. Xirosimaya isə Yerdə bəşəriyyətin gözü bərələ, ağzı açıla qaldı, yəqin göydə də Tanrının”¦ Aşxana dibində keçən 80 illik musiqiçi ömrü də var, 21 illik Asəf Zeynallı, 31 illik Şubert, 35 illik Motsart ömrü də. 
Qadın: Deyirsən, aşxanadakı musiqiçinin ömrünü 30 yaşadək sıxsan, dahi musiqiçi olar?
Rəssam: Ömrü enerji hesab eləsək, olar yəqin. 
***


Rəssam: Neçə gündü görünmürsən. Nəsə olub? Problem yoxdu? Bəlkə məndən incimisən? Yeni şəklinə lap valeh olmuşam. Səninlə danışmaq istəyirəm. Gündüzlər səni tapmaq olmur. Axşamlar isə uçan ulduzlar kimi bir anda sayrışıb yox olursan. Görünən hər şeyin o üzündə görmədiklərimiz də var ”“ gündüz günəşin göyün o üzündə gizlətdiyi milyardlarla ulduz kimi. Sən də beləcə, gördüyümün o üzündəki görünməzliyə keçirsən. Axı nə olub? İşinin çoxluğunu demisən. Başqa problem də var? Deyəsən, həddən artıq maraq göstərirəm. İncimə! Səni düşünməsəm, yazmazdım.
Qadın: Yazdığın bütün gözəl sözlərə görə təşəkkür edirəm. Sağ ol ki, mənim üçün narahat olursan. Qadınlar bundan kişilərin təsəvvür belə edə bilməyəcəyi qədər zövq alırlar. Qadın öz hissini kişidən daha məharətlə gizlədə bilir. Amma eyni zamanda kişinin öz hisslərini bildirməsini istəyir, bunu ondan gözləyir. Mən də səninlə ünsiyyətdən zövq alıram. İnşallah, vaxt tapıb bolluca danışarıq. Özünə yaxşı bax. Salamat qal! Görüşərik saglıq olsa.
Rəssam: Sənin ovqatını müəyyənləşdirmək istədim. Hətta analiz elədim. Variantlar çoxdu. Amma daha çox könülsüz ərə verilən qızın ovqatına oxşadıram. Ay qız, birdən səni verərlər, xəbər eləməzsən! ”¦Bir zaman de, zəng vurum. Xəbərsiz zəng eləmək istəmirəm. Konkret vaxt yaz mənə. Messencerdə də olmursan gündüzlər. 
Qadın: ”¦
Rəssam: Bilirəm, burdasan! Yaşıl işığın yanır.
Qadın: Salam! Məni bu qədər analiz etməyinə, düzünü desəm, sevinirəm. Amma qənaətin yanlışdı, bu günədək zorla ərə verməyiblərsə, bundan sonra da çətin alınar. Mən azad xoşbəxtlər sırasında yer almışam. Hər şey yaxşıdır. Narahat olma! Sadəcə, işim çoxdur. Başım çox qarışıb işə. 
Rəssam: Əlbəttə, mən əminliklə yazmadım, güman elədim. Adətən bizim qızların oğlanlarla dostluğu ərə gedənə qədərdi. Hiss edirəm, Sən də zora tabe olan deyilsən. Bir qisim adam var ki, onlara zor elədikcə daha da sərtləşirlər”¦
Qadın: İndi hardasan, nə edirsən? Bu şəklində çox yorğun görünürsən.
Rəssam: Bütün günü emalatxanada olmuşam, bir tablonu tamamlamaq üzrəyəm. Çox iş qalmayıb, amma bu günlük bəsdi. İndi gəlmişəm bura, oynayıram şəkillərlə, birini çıxarıb o birini qoyuram. İndikində həqiqətən yorğun görünürəm. Qəzetdən uşaqlar göndərmişdilər. “Abşeron” mehmanxanasında kitab təqdimatında, isti yay günündə çəkilib. Beş-altı ilin şəkli olar. Amma sənin son şəklinə vurulmuşam. Retrovaridi, gözlərin daha aydındı. İyirminci illərdəki lal filmlərin ecazkar aktrisası Lillian Gish-ə oxşayırsan. Rejissorluq dərslərindən tanıyarsan onu bəlkə. Bir bax bu linkdəki şəklə, göndərirəm. 
Qadın: Yəni mən buna oxşayıram? Sənin gözünlə pis görünmürəm haa... Amma o, bir az yazıq görünür, mənsə zalımam.
Rəssam: Gizlətmək istəsələr də, bütün aktrisalarda bir yazıqlıq var”¦
Qadın: Elə aktyorlarda da!!!
Rəssam: Amma rejissorlar qəddar olurlar, elə sənin kimi. Yeri gəlmişkən, niyə ixtisasın üzrə işləmədin?
Qadın: Peşəni sevmək əsasdı, başa düşürəm, rejissorluq sevdiyim peşədi. Amma məncə, mühit də vacib şərtdir. Burda belə mühit yoxdur. Dostlarla bir studiya yaratdıq. Böyük arzular, planlar vardı. Bir neçə reklam, klip çəkdik. Zövqsüz şirkət rəhbərləri, əttökən müğənnilərlə uğraşmaq məşəqqət idi. Uşaqlar davam elədilər işə, mən çıxdım. Kinodan danışmaq istəmirəm, teatrdan isə heç danışmıram. Nə qədər istedadlı uşaqlarımız vardı, hamısı itdi, batdı, çəkilib getdilər ayrı işin-gücün dalınca. Qalanlar da xaltura ilə məşğuldurlar, özləri də bilirlər bunu.
Rəssam: Razıyam, mühit ciddi şərtdi. Parisdə Monparnas deyilən bir məhəllə var. Onun ucuz kafeləri, mənzilləri iyirminci əsrin əvvəllərində dünyanın dörd bir tərəfindən istedadlı sənət adamının bura yığılmasına imkan yaratmışdı. Özünə güvənən, özünü təsdiq eləmək istəyən rəssam, aktyor, şair, musiqiçiyə Monparnasın kabare və kafelərində meydan vardı. Əsl intellektual yığnağı idi. O dövrün əksər dahisi sənət uğurlarına bu məhəllədən yol alıb. Bakının da bənzər dövrü olub. Bizim gəncliyimizdə, hələ bizdən də əvvəl Sovetskinin kirayəlik evləri, mərkəzdə, qədim evlərin zirzəmisindəki ucuz cızbızxanalar, ”Azneft” çayxanası sənət adamlarının yığışdığı yerlər idi. İndi belə yerlər yoxdu. Qlamur saraylarda əsl sənət yaranmır. Kimin sözüdü bilmirəm, deyir əsl sənət zibillikdən çıxır. Səni başa düşürəm, ilk baxışda adama elə gəlir ki, indiki gəncliyin özünü təsdiqi üçün geniş imkanlar var, amma belə deyil. Özünü təqdim eləməyə çox yer ola bilsin indi var, amma gərək sənin istedadını cilalayan, onu püxtələşdirən mühit də ola...
Parisdən niyə söz saldım? İndi Baninin “Paris günləri”ni oxuyuram. Bu axşam bitirərəm yəqin. Oxumamısan? Məsləhət görürəm. Oxşarlıq deməzdim, amma Sənlə xeyli paralellər var.
Qadın: Oxumamışam. Amma maraqlı gəldi. Oxşarlığı nədə görürsən?
Rəssam: Əsər ilk baxışda şux görünsə də, əslində melanxolikdi, pessimist notlar çoxdu. Bəlkə də mənə elə gəlir. Qəhrəmanın Sənə oxşarlığı isə sərbəstliyi hər şeydən üstün tutmasındadı. Azadlığın nə olduğunu bilir və buna hər vəchlə can atır, çatır, lakin öz prinsiplərini də qorumaq istəyir. Bilmirəm o, bu prinsipləri axıradək qoruya biləcəkmi, bu axşam biləcəm”¦ Mən Səninlə görüşənədək, əgər buna imkan olsa və əlbəttə, Sən istəsən, Sənin tam obrazını yaratmaq istəyirəm təsəvvürümdə, sonra bu obrazı real Sənlə tutuşduracam.
Qadın: Mənimçün çox maraqlı olacaq.
Rəssam: Vaxt elə, kofedən, çaydan içək.
Qadın: İnşallah, görüşərik.
Rəssam: Boş vaxtda, istirahət günlərində, tətildə hamı görüşür. Məsələ dar macalda vaxt tapmaqdadı. Şahlardan hansısa deyib ki, Novruzda aş yeyəndə ürəyimə yatır, çünki bayramda aşı hamı yeyə bilir. Məsələ ondadı ki, sən heç kimin edə bilmədiyi vaxt nəsə eləyəsən. Müharibədə çoxlarının qəhrəman olmaq şansı var. Əsas odu ki, dinc dövrdə qəhrəman olasan. Nəysə, bunları elə-belə yazıram. Görüşü də yetişdirmək lazımdı. Kal olmasın.
Qadın: Nənəm Novruza “kasıbın qapı satan ayı” deyirdi, yəni Novruz bayramında ən kasıb adam da qapısını çıxarıb satası olsa belə evində aş qazanı asacaqmış... Nəysə, görüşərik bir gün. Mən çıxıram. Özünə yaxşı bax! Allah amanında!
Rəssam: Hələlik, gözəlim Lillian Gish!
 
Ardı var...
Oxşar xəbərlər
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri