“Ali Məhkəmə hakimlərinin ömürlük seçilməsi məqsədəuyğun olardı”.
Bunu Moderator.az-a
açıqlamasında tanınmış hüquqşünas Əyyub Kərimov bildirib. Onun sözlərinə görə, xaricdə
çoxdan tətbiq edilən bu təcrübənin Azərbaycanda reallaşdırılması hakimlərin kənar
təzyiqlərdən qorunması baxımından faydalı olardı:
“Xaricdə bu cür təcrübə
var. Məsələn, ABŞ-da Ali Məhkəmənin üzvləri ömürlük təyin edilir. Hamı da başa
düşür ki, hətta prezident belə gəldi-gedərdi, amma Ali Məhkəmə hakimi ömürlük.
Ali Məhkəmə hakimi də bu cür halda başa düşür ki, o, doğru bildiyi qərarı qəbul
edə bilər və buna görə kimsə onu tutduğu vəzifədən azad edə bilməyəcək.
Azərbaycanda aşağı
insatnsiya hakimləri nösanlara yol verir və ya təzyiqlərə məruz qalırlar. Arzu
edərdik ki, Azərbaycanda elə bir vəziyyət formalaşsın, Ali Məhkəmə hakimlərinin
statusu o dərəcə möhkəm olsun ki, onlar bütün təzyiqlərə baxmayaraq ədalətli,
professional qərar qəbul edə bilsinlər.
Təbii, mən demirəm ki, Azərbaycanda
professional hakim yoxdur. Bizdə prinsipial və professional hakimlər var. Ancaq
onların sayı olduqca azdır. Ədalət mühakiməsini ayaq altına salanlar çoxlu təşkil
edir”.
Seymur Əliyev