NATO Rusiya ilə müharibəyə hazırlaşır ”“ Qarabağın qurtuluşu üçün böyük fürsət!
Oxunub: 7856
24 May 2016 | 08:55
NATO Rusiya ilə müharibəyə hazırlaşır ”“  Qarabağın qurtuluşu üçün böyük fürsət!
Qafqazın ən üzücü münaqişəsinin həlində ilginc ssenari; Hərbi ekspertlərin ardınca britaniyalı general da toqquşma barədə xəbərdarlıq etdi; Azərbaycan üçün unikal şans pəncərəsi açıla bilər; işğalçıya apreldəkindən də sarsıdıcı zərbə vurmaq üçün güc və hazırlığımızı hər an artırmalıyıq... 
Krımın ilhaqına görə Qərblə, özəlliklə də NATO ilə Rusiya arasında gərginlik üçüncü ildir davam edir. Vəziyyəti tündləşdirən məsələlərdən biri də şimal qonşumuzun vaxtaşırı NATO üzvü olan həmsərhəd Baltikyanı ölkələr və Polşanın hava məkanını özünün hərbi təyyarələri ilə nümayişkaranə şəkildə pozmasıdır. 

Təhlükəni ciddiyə alan NATO və onun aparıcı üzvü ABŞ isə Baltikyanı ölkələr və Polşa daxil, alyansa üzv olan Şərqi Avropa ölkələri ərazisində hərbi kontingenti artırmaqda, intensiv genişmiqyaslı təlimlər keçirməkdə, bu ölkələrin təhlükəsizliyinin təminatına yönəlik başqa ön tədbirlər görməkdədir. Hazırda Qara dənizdə davam edən NATO təlimləri də eyni hədəfə, Rusiyanı effektli şəkildə cilovlamağa yönəlib. 

*    *   *

Lakin bir sıra siyasi və hərbi ekspertlər son zamanlar bu kimi addımların yetərli olmayacağı, Rusiya - NATO (ABŞ) qarşıdurmasının qaçılmaz olacağı haqda bədbin proqnozlar verməkdədirlər. Aparıcı motiv kimi belə bir toqquşmada Kremlin maraqlı olması göstərilir. İddialara əsasən, beynəlxalq sanksiyalarla küncə sıxışdırılan Rusiya bu cür qarşıdurma ilə, yaxud qarşıdurma təhdidi ilə özünü Qərbə, dünyaya fövqəlgüc kimi qəbul etdirmək, əvvəlki imicini qaytarmaq istəyindədir. Belə bir tənqid də səslənir ki, Qərb siyasətçiləri hərbi sahəyə daha çox investisiya qoymaqdansa, hərbi hərəkətlər barədə bəyanatlar verməkdədirlər.



NATO silahlı qüvvələrinin baş komandanının keçmiş müavini, britaniyalı general Riçard Şirrefin yeni kitabında məhz bu barədə söz açılır. Kitabda deyilir ki, Qərb bir ildən sonra Rusiya ilə açıq müharibə vəziyyətində olacaq. “Kreml Baltikyanı dövlətləri Latviyadan başlayaraq işğal edəcək və NATO buna reaksiya vermək istəyəndə isə onu nüvə silahı ilə hədələyəcək. Tərəddüdlü NATO fəlakətlə üzləşəcək. Güclü siyasi bəyanatların güclü hərbi qüvvəyə üstün gəldiyi an yetişəcək” - kitabda bildirilir.



General Şirrefə görə, Rusiya ilə müharibə gələn ilin mayında - düz bir il sonra baş verə bilər. Müəllif hesab edir ki, “aqressiv və fürsətçi Putin” Qərbin zəif siyasi liderliyindən istifadə edərək Rusiyanı bir daha qüdrətli dövlətə çevirəcək. Onun qənaətincə, 2008-ci ildəki 5 günlük Gürcüstan müharibəsi və 2014-cü ildə Krımın ilhaqı, ardınca Ukraynanın Şərqində separatçılığın qızışdırılması böyük Rusiya ekspansiyası planının yalnız başlanğıcıdır. General bunu da qeyd edir ki, keçmiş sovet respublikalarındakı dondurulmuş münaqişələr böyük planın icrasında Putinin işinə yaraya bilər. Lakin necə, bunu detallaşdırmır.

*    *    *

Doğrudur, generalın proqnozlarını ciddi qəbul etməyənlər var. Onların nəzərincə, Ukrayna “bataqlığına girən” və ağır sanksiyalarla üzləşən Moskvanın Baltik regionunda daha bir müharibədə maraqlı olması sual yaradır. Bu məqam da xüsusi qabardılır ki, Ukrayna və Gürcüstandan fərqli olaraq, Baltik dövlətləri NATO üzvüdür. Londonda Royal “United Services” İnstitutunda kitabı ilə bağlı etdiyi təqdimat çıxışında general Şiffrerin özü də proqnozuna düzəliş edərək deyib ki, müharibənin qarşısını almaq üçün NATO Şərqi Avropa və Baltik hövzəsində canlı qüvvə və hərbi texnika cəmləşdirməlidir - nəyi ki, artıq alyans həyata keçirir.
Ancaq gerçək gerçəkliyində qalır ki, NATO-Rusiya münasibətləri ən gərgin dönəmini yaşayır. Alyansın, ABŞ-ın Gürcüstanda hərbi cəhətdən xeyli fəallaşması, iyulun 8-də gözlənilən NATO sammiti, sammit ərəfəsində daha bir Avropa dövlətinin (Monteneqronun) ona üzv qəbul olunması münasibətlərə əlavə gərginlik qatmaqda, Moskvanı daha əsəbi eləmək də və onu çıxış yolu axtarışına sövq eləməkdədir.


Bu çıxış yolunun NATO-Rusiya qarşıdurması ola biləcəyi barədə ehtimallar isə artmaqdadır. Az öncə analoji xəbərdarlıqla Ukrayna mətbuatına açıqlamasında tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer çıxış eləmişdi. Onun sözlərinə görə, Rusiyanın sərhədləri yaxınlığında müharibə ocaqları artır. “Türkiyə və Suriyada olan böhranlar hələ bitməyib. Bundan əvvəl Donbas var idi, indi isə bura Pribaltika da əlavə olunub. Rusiyanın ya NATO ölkələrindən biri, yaxud ABŞ-la birbaşa hərbi qarşıdurması mümkündür. Çox güman ki, bu, yaxın illər ərzində baş verəcək” - ekspert vurğulamışdı.

*    *    *

Bu proqnozları təbii ki, Azərbaycan da ciddiyə almalıdır. Çünki Rusiya Dağlıq Qarabağ məsələsinin həllində əsas əngəlləyici siyasi-hərbi faktor olaraq qalır. Ancaq aydındır ki, Kreml NATO ilə qarşıdurmaya cəlb olunarsa, Dağlıq Qarabağ kimi münaqişə zonalarına əvvəlki diqqəti ayıra, Azərbaycan-Ermənistan müharibəsinə İrəvan tərəfdə cəlb oluna bilməyəcək. Buna risk eləməyəcək, əks halda NATO üzvü Türkiyə müharibəyə qoşulmaqla Moskvaya qarşı ikinci cəbhə aça bilər - hansı ki, NATO da artıq bunda maraqlı olacaq. 


Ayrı sözlə, on illərdir əraziləri işğal altında qalan Azərbaycan üçün əslində unikal şans açıla bilər. Odur ki, Qarabağ ətrafında kifayət qədər həssas bir dönəmə daxil olduğumuzu ciddiyə alıb da daha da güclənməli, hərbi qüdrətimizi Türkiyə, İsrail, Pakistan, lap elə Rusiyanın özünün hesabına durmadan artırmalıyıq. 

Ermənistanın yaxşı ki, belə imkanı yoxdur, çünki iqtisadi durumu ağırdır. Böyük fürsət anına hər cəhətdən yaxşı hazırlaşmamız lazım! 
Onu da yaddan çıxarmaq olmaz ki, 4 günlük müharibədə Qərb (ABŞ, NATO) Azərbaycan ordusunun təmizləmə əməliyyatına münasibətdə faktiki, neytral qalıb. Bu da yetərincə anlaşılandır. Hər necə olmasa, münaqişənin uzanmasından, Ermənistanın Kremlin əlində oyuncaq olmasından və Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinə can-başla dəstək verməsindən Qərb də bezib və bir an öncə konfliktin həllini, Moskvanın bölgədən çəkilməsini istərdi.   

Eyni zamanda rəsmi Bakının çevik diplomatiya yürütməsi də vacibdir ki, Azərbaycan Gürcüstan kimi Kremlin qəzəbinə tuş gəlməsin. Rusiyanı öz tərəfimizə çəkə bilməsək də, çalışmalıyıq ki, bütün variantlarda onun neytrallığını təmin edək. NATO-Rusiya savaşı olsa da, olmasa da, bu neytrallıq təmin olunarsa, torpaqlarımızın azad edilməsi yalnız zaman məsələsi olacaq.   (musavat.com)
Oxşar xəbərlər
07:27, Bu gün
Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçirəcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 08:58
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 08:58
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş