Moderator.az xəbər verir ki, Sumqayıt-Novxanı yolunun asfaltlanmasına start verilib. Z.Fərəcovun məlum göstərişi ilə yolun genişləndirilməsi və piyadalar üçün səkilərin quraşdırılması ilə yanaşı, keyfiyyətini itirən köhnə asfalt örtüyünün qaşınıb təmizlənməsi və yeni asfalt örtüyünün çəkilməsi prosesi gedir. Gün ərzində çoxlu sayda ağır texnikanın işlədiyi yolda avtomobillərin öz hərəkətini rahat və problemsiz şəkildə davam etdirməsi üçün də lazımi təhlükəsizlik tədbirləri görülüb.
Bundan başqa, şəhərin Novxanı
çimərliyi istiqamətindəki girişində də böyük abadlıq işləri həyata keçirilib və
üzərində Suqmayıt sözü yazılan lövhə quraşdırılıb. Yol kənarlarında dekoratik
kolların əklməsi, səkilərdə müasir tələblərə cavab verən örtüklərin salınması
prosesi də davam edir.