“Sevdim insanları dəlicəsinə, məni dəli kimi sevən olmadı”¦”
Oxunub: 4763
24 May 2016 | 11:34
“Sevdim insanları dəlicəsinə, məni dəli kimi sevən olmadı”¦”
Bu gün sözü urvata mindirdiyinə görə söz qədər sevilən, əziz tutulan, uzun illər efirdən evlərimizin ən sevimli qonağı olan jurnalist, publisist, şairə Telli Pənahqızının doğum günüdür. Könül istərdi ki, bu gün üçün Telli xanımla həmsöhbət ola, həmdərd ola, təbrikləşə. Ancaq Telli xanımın üzü Savalana tərəf, Yardımlının Cənubi Azərbaycanla bir addımlığında yerləşən Deman kəndinə  yol aldığından könülün arzuları gözündə qaldı. Bu şad günündə uzaqdan uzağa olsa da Telli Pənahqızına ən isti, ən dəyərli, ən içdən gələn arzularımı göndərirəm. Hər şeyin özünüzə yaraşanı Sizin olsun, Telli xanım! Özəlliklər, gözəlliklər içində qərq olasınız! Doğum gününüz kutlu olsun!!!

Telli xanıma indi əlim yetmədiyindən bir neçə ay əvvəl baş tutan söhbətimizi təqdim etmək istədim. 


Onu mavi ekranlarda görüb sevmişdim. Daha doğrusu, o, özünü sevdirmişdi, həm özünü, həm də sözünü, peşəsini. Hər dəfə efirdən evlərimizə qonaq gələndə anamın əlində yağı daşmış olsaydı belə, qaçıb televizorun qarşısını kəsdirərdi. Hər dəfə də, “Bəxtəvərin nə gözəl saçları var” deyərdi. Mənsə onun dodaqlarını hər tərpətdiyində sanki ürəyindən süzülüb gələn kəlimələrinin sehrinə düşmüşdüm. Aram-aram, özünəməxsus intonasiyayla, həlimliklə elə gözəl danışardı ki, mən jurnalistlərə həsəd aparardım. O dövrdə hər günümüzü “Səhər”lə salama gəlib, gecələrimizi bədii filmlə sonlandıran bircə kanalımız vardı. O kanalda da ən istedadlı jurnalistlər, diktorlar cəmlənmişdi sanki. Açığını deyim ki, o vaxtlar sevmədiyimiz diktor, jurnalist yox idi.
Telli Pənahqızı isə bir başqa aləm idi mənim üçün. Daha sonralar onu təcrübəyə getdiyim AzTV-nin həyətində, dəhlizində görürdüm, yaxınlaşmağa isə ürək etmirdim. Söz genaralının qarşısında “çest” verməyin hələ çox tez olduğunu düşünərək oğrun-oğrun izləməklə kifayətlənirdim ancaq. Və bir də dəftərçəmə qəzetlərdən kəsib yapışdırdığım şeirləriylə dərdləşirdik sanki. O qədər göynəyirdim ki, o şeirləri oxuduqca...
Söz vermişdim özümə, bir gün o generalın qarşısında əsgər salamı verməyə. Deyəsən, o gün bu günmüş... 

- Salam cənab general!

- Salam, xoş gördük! Amma, məncə bir azca duzunu, istiotunu çox elədik deyəsən!  General çox yüksək çindir! Ona layiq olmaqsa böyük xoşbəxtlik!

- Telli xanım, yaxşı jurnalist olmağın xüsusi düsturu varmı? Yoxsa ki, söz aşının mahir aşpazı olmaq üçün anadan xüsusi istedadlı doğulmaq lazımdır?

- Hər bir sənətin, peşənin əsl ustası olan birisi ilə rastlaşsanız, bilin ki, o adamdakı istedad Tanrı vergisidir! Başqa cür sıradan biri olmaq mümkündür, uca yaradan seçib istedad nuru ilə şərəfləndirdiyi bəndələrinə başqalarından bir az artıq şans verir, lakin qarşılıq almadan eləmir ha, bunu da bilmənizi istiyirəm! Yoxsa  bəziləri düşünər ki, istedadı Allah veribsə, deməli yolumda heç bir maneə olmayacaq! Xeyir! Əslində mənim üçün İstedad= zəhmət+ fədakarlıq+istək! 

- Bu gün söz meydanında aşpazlar çoxdur, yoxsa ofisiantlar? Qane edirmi, sizi jurnalistikanın indiki durumu?

- Müqayisəniz bir qədər mübahisə doğura bilər! Ofisiantlıq-yəni yemək paylayan şəxsin işi də bir peşədir və mətbəxdə zəhmət çəkən onlarla insanın, o cümlədən də ən mahir aşpazın hazırladığı təamları müştəriyə-qonağa o təqdim edir! Biz nə restoran sahibi, nə də aşpazla ünsiyyətdəyik. Bizim mətbəxin və yemək, əylənmək üçün getdiyimiz restoranın şah damarı sayılan mətbəxlə yeganə bağımız ofisiantlardı.(Yalnız çox ciddi  fövqəladə bir hadisə baş versə, müştəri iradını aşpaza və ya rəhbərliyə bildirə bilər!) Əslində, bu xidmət sahəsinin bizə məlum olmayan o qədər sirləri, etiket qaydaları var ki, onu mükəmməl bilməyən birini özünə hörmət edən, imicini qoruyan restoranda işə götürməzlər! Bu, çox mürəkkəb və həm də olduqca maraqlı bir sistemdir və bu məktəbin ustad dərsini keçməyənlər  bizim toylarda gördüyümüz günəmuzd cavan uşaqlardır ki, onların "vəzifə məharəti" bütün gecə boyu ancaq masadakı qab-qacağın yerini vaxtaşırı dəyişdirmək və yeməkləri yarı-yarımçıq boşqablara qoymaqdan ibarətdir ki, belələrindən də nə mədəniyyət gözləmək mümkündür, nə də yüksək qulluq! Belələrini də işdə çox  saxlamırlar!


- Telli xanım, indi media kapitanı olmaq dəbdədir, nə vaxtsa belə bir istək keçibmi könlünüzdən? Azacıq sərbəst olub, nə vaxtsa, söz dənizində bir gəminin də sahibəsi olmaq istəmisinizmi?

 - Biz elə ötən yüzilliyin son illərinin-özü də tarixin təkərinin tərs fırlandığı, dünyanın çarxının dabanın qaldığı, səssizcə dənizə axan "yeraltı çayların" məcrasından çıxdığı dönəmlərin kapitanı idik də! Amma, bizim dövrün kapitanları batan gəmini sonuncu tərk edən və ya heç etməyən əsl fədailər idi! (Alı Mustafayev, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev, Salatın Əsgərova və onlarla başqaları). Əgər o illərdə; deyək ki, Qarabağ müharibəsində reportaj hazırlamaq üçün cəbhəyə gedərkən başımıza yağan ölüm saçan mərmilərdən, 20 Yanvar gecəsi və ondan sonrakı Komendant saatlı Bakının küçələrində hər an ölümlə üzləşərkən Allah bizi qorudusa, ölmədiksə, ömründə bir dəfə də yolu Biləcəridən o tərəfə düşməyən, utanıb-qızarmadan bu gün cibində gəzdirdiyi "Müharibə veteranı" vəsiqəsini az qala adamın gözünə dürtənlərdən olmadıqsa, bu artıq bizim "günahımız" deyil!  Əgər insanlar bu gün də mənim Şəhidlər Xiyabanından, Qocalar evindən, Qərbi Azərbaycan qaçqınlarının, Qarabağdan məcburi köçürülən insanların taleyindən, dünyanın ən məşhur siyasət, elm, mədəniyyət xadimlərindən, bir sıra xarici ölkələrində keçirilən Azərbaycan mədəniyyəti günlərindən hazırladığım reportaj, müsahibə və verilişləri bu gün də xatırlayırlarsa, məni sevgi və hörmətlə dindirirlərsə, bu, məncə, bütün yer sevgilərinin fövqündə dayanan bir el məhəbbətidir! Bu bayaq dediyiniz General rütbəsindən də ucadır mənim üçün!     Biz - yəni o dövr üçün "gülü burnunda olan" cavan jurnalistlər cibimiz, şəxsi mənafeyimiz, rahatlığımız, özümüzü təbliğ üçün, indi dəbdə olan "reytinq rekordları qırmaq" xətrinə çalışmırdıq! Biz bir-birimizlə söz yarışına çıxdıq. Kim daha yaxşı veriliş, reportaj, zarisovka, teleoçerk yazar ”“ deyə bir-birimizlə bəhsə girdik! Məqamında işlədilməsi gərəkən bir kəlməni, sözü, fikri tapmaq üçün baş sındırdıq! Biz dedi-qodu eləməyə vaxt tapmadıq, biz insanları marifləndirməyə, həyatı sevməyə, ən çətin anda da ümidini itirməməyə, mübariz və əzmkar olmağa həvəsləndirdik. Bəlkə indi cavanlar bunu "Sovet təbliğatı" adlandıracaq! Qoy olsun. Gəlin unutmayaq ki, o dövrdə orta məktəb şagirdləri dünyaya, həyata, insanlara və ən başlıcası, öz gələcəklərinə indiki qədər biganə deyildilər. Adamlar bu qədər yadlaşmamışdı bir-birinə, ailə bağları bu qədər qopmamışdı, insanlar, xüsusən də yeniyetmələr bu qədər süst və laqeyd deyildilər! Budurmu bizim "Yüksək Reytinqli" təbliğatımız?
Sualınızdan uzaq düşdük deyəsən bir az! Vallah o qədər problem var ki, bilmirsən, hansını çözələyəsən! Fikrimi belə izah edim: mən həmişə daxilən Azad olmuşam, özümə, doğmalarıma Rəva görmədiyimi heç kəsə rəva görməmişəm, həmişə Özümdən Çəkinmişəm, bir iş görəndə düşünmüşəm ki, bu sözü deməyə, bu hərəkəti etməyə sənin Mənəvi Haqqın çatırmı?



Baxın, mən ilk dəfə o vaxt  Azərbaycan Ali Sovetinin sədri seçilən unudulmaz  şəxsiyyət, böyük insan Heydər Əliyevdən müsahibə alanda beynimdə dolaşan sualların böyük əksəriyyətini ona verdim və o da çox böyük səbrlə bu sualları cavablandırdı. O vaxt işləmək çox çətin idi! Hər cümlənin, hər fikrin, sözün məsuliyyətini hiss etməliydin! Sözümün canı nədir? O müsahibəyə görə müxalifətçilər mənim başıma oyun açdılar! Niyə sən demisən ki: "Siz təcrübəli, dünya miqyasında tanınmış siyasətçisiniz, qapıları açıq qoyun, o gənclər gəlib sizdən öyrənsinlər!". O böyük şəxsiyyətsə özünəməxsus təbəssümlə: "Mənim qapım həmişə onların üzünə açıqdı!"-demişdi! Buna görə jurnalisti təhdid edərlərmi, hədələyələrmi? Ancaq mən o vaxt kimsəyə bir söz söyləmədim! Neçə ay işə də,  evə də taksi ilə gedib gəldim. Özü də eyni taksi ilə yox, qapıdan çıxıb rastıma gələn ilk taksini saxlayırdım. Və zaman sübut elədi ki, Vətənin istiqlalı, müstəqilliyi naminə mənim verdiyim sual o vaxt da, elə indi də çox vacibdir!
Bu günsə, işləməyə nə var! Maşallah, özünü məşhur sayan "jurnalistlər" getdikləri obyektin adını doğru-dürüst bilmir, sualların mövzuya aid olub olmadığının belə fərqində deyil. Elə suallar verir, elə cümlələr quraşdırır, elə mənasız fikirlər söyləyirlər ki, adamın matı-qutu quruyur!
Bu məqamda mənə də maraqlı olan bir sual vermək istəyirəm: niyə bizim orta məktəb məzunlarının böyük əksəriyyəti Azərbaycan dilindən (öz Ana dilindən, Dövlət dilindən) iki alır? İnsan öz doğma dilinə bu qədərmi, yumşaq desəm, laqeyd və biganə ola bilər? Bunun səbəbini araşdıran, bu qlobal problemi aradan qaldırmaq üçün əməli iş görən niyə yoxdur? Dilimizin qrammatikasını doğru-dürüst bilməyən, fikrini ifadə eləməkdə çətinlik çəkən, bədii kitab oxumağa həvəs göstərməyən yüzlərlə yeniyetmə nədənsə Jurnalistikanı çox asan, gəlirli və populyarlıq üçün əlverişli mühit saydıqlarından bizim illər boyu nazını çəkdiyimiz bağçanın gül-çiçəyini əzməyə başlayıblar! Bu, bəlkə də qəribə bənzətmə oldu, ancaq mənim üçün Jurnalistika çox-çox ülvi və müqəddəs sənətdir!

- İndiki məqamınıza pillə-pillə yüksəlmisiniz. Hər pillənin də bir ayrı çətinliyi, ağırılığı olub. Mənə maraqlıdır ki, söz ordusunda əsgərlik rütbəsi daha çətin olub, yoxsa ki, sərkərdəlik məqamı?

- Təbii ki, əsgərlik! Bir vaxtlar biz, yəni öz peşəsinə təmənnasız sevgiylə bağlananlar bu çətinlik və ağırlığı sıradan bir sınaq sayırdıq! Həm də bəzi qadağalar, maneələr, hətta vurulan badalaqlar belə bizi polad kimi bərkitdi, zərbələrə qarşı daha dözümlü etdi, yıxılmağa qoymadı! Bu gün mən bir çox bədxahlarımı belə minnətdarlıq hissi ilə xatırlayıram! Çünki o adamlar özləri də bilmədən, bizə bu həyatın Ustad dərsini keçdilər!

- Telli xanım, qadınının bu sənətdə var olması heç də asan deyil, məncə. Bu sahədə qazanmaq üçün mütləq nələrisə uduzmalısan. Fırtınanın qabağında duruş gətirmək hər tingin işi deyil. Bu həqiqətənmi belədir, yoxsa səhv düşünürəm?

- Mən peşə və sənəti qadın və ya kişi işi kimi dəyərləndirməmişəm heç vaxt! Nə vaxtsa sırf kişi peşəsi sayılan o qədər sahələr var ki, bu gün orada qadınlar kişilərdən daha bacarıqlı və daha çevikdi. Əgər sənin öz işini yüksək əyarlarla yerinə yetirməyə qabiliyyətin çatırsa, deməli sən ora üçün seçilmişlərdənsən! Qalanı şans məsələsidir! Sənə bunun üçün imkan yarada da bilərlər, yaratmaya da!

- Mən sizi jurnalist kimi sevib, şairə kimi bağrıma basmışam. Hər şeirinizi oxuduqca sizi ağlamışam o şeirlərdə, deməsəm yalan danışmış olaram. Belə içdən yazmağınız nakam məhəbbətin gücündədir yoxsa ki, peşənizdən qaynaqlanan bir bacarıqdır? Telli Pənahqızı eşq acısı yaşamasaydı da beləcə içdən, yanğıyla yaza bilərdimi?

- Aman Allah, daha məni ağlamaq niyə? Əslində bu şeirləri yaza bildiyim və sizin, bir başqasının, bütövlükdə oxucuların ürəyindən keçənləri söyləməyi bacardığım üçün sevmək və hardasa qibtə eləmək gərəkdir mənə! Əgər şairlər təkcə özlərini yazsaydılar, tez tükənərdilər məncə! Bilirsinizmi, mənim düşüncəm belədir: şeir Tanrı pıçıltısıdır, Allah sevdiyi bəndələrinin vasitəsi ilə yaratdıqlarına mesaj göndərir məncə!

- Çoxmu arzularınızın ətəyindən daş asılı qaldı?

- O daşları ətəyə yığmaq lazım deyildi! Nə göyü daşladım, nə də bədxahlarımı, birdə gördüm ki, donum da köhnəlib, ətəyim də. Mən də o daşları Minada Şeytana tulladım!

- Anam sizin saçlarınıza hər baxanda bəxtəvərlik verərdi, ancaq sonradan ona danışanda ki, saçlarınız qarasını bəxtinizə hədiyyə edib, yazıq qadın yanıb-töküldü”¦

- Saç və gözəllik qızın yaraşığı olsa da, xoşbəxtliyinin başlıca meyarı deyil! Mən alın yazısına inanan bəndələrdənəm və taleyimdən qəti narazılığım yoxdur! Allah hər kəsə qaldıra biləcəyi qədər yük, çəkə biləcəyi boyda qəhr verir!

- “Kəsilmiş başın saçı üçün ağlamazlar! İçimdəki o məsum və gözəl körpəni heç kəs öldürə bilmədi, ona görə də hələ də dünyanın yaxşılığa doğru dəyişəcəyinə inanmıram”-deyirsiniz! Bu gəlişi gözəl şözdür, yoxsa sizin həyat amalınız?

 - Mənim bir şeirim var:
Sevdim insanları dəlicəsinə,
Məni dəli kimi sevən olmadı.
Qəribədir ki, illər sonra məni bir vaxtlar dəlicəsinə  sevdiklərini, amma yaxınlaşıb söz deməyə ürək eləmədiklərini  etiraf edənlər oldu. Ancaq bu nəyisə dəyişmək üçün çox təəssüf ki, çox gecdir! Onları başa düşürəm. Ancaq mənim kimilərinin iş-güc, qayğılar başını o qədər qatır ki, özünü düşünməyə macal tapammır:
Ağacını sevdim, quşunu sevdim,
Üstümə atdığın daşını sevdim ,
Mən sənin gözünün yaşını sevdim,
Özümü sevməyə vaxtım olmadı!

- Şerilərinizlə o qədər göynəmişəm ki, indi istəmirəm kövrək notlara toxunum. Siz də istəməzsiniz, əminəm. Elə buradaca söhbətimin məcrasını dəyişmək istəyirəm.. Məsum körpə dediniz, yadıma düşdü, facebook profilinizdən balaca bir bal bala boylanır mənə. Kimdir o?

- Qardaşımın nəvəsi. Atamın adını yaşadan Pənahımın oğlu!

- Allah salamat eləsin Pənah balanı! Telli xanım, indi verəcəyim sualı cavabsız qoymağınızı heç istəməzdim. Çoxları sizi çox qapalı, dərdi içini yandıran qadın kimi tanıyır. Telli Pənahqızının elə bir sirri olubmu ki, indiyəcən də içini yandırıb, ancaq tüstüsünü ən əzizləri belə hiss etməyiblər?

- Var! Və güman eləmirəm ki, siz onun açmasını gözləyəsiniz!

- Son olaraq da əsgər "Sağ ol!"u ilə ayrılmaq istəyirəm hüzurunuzdan və təbii ki,  bir daha yenidən salam vermək ümidi ilə. Ümid edirəm ki, həqiqətən də əsgər-komandir olsaydıq, bu suallara görə ağır cəza verməzdiniz mənə”¦

 - Yox... Təşəkkür eləyirəm, maraqlı həmsöhbətsiniz. Sevdim sizi! Bilirsinizmi niyə? Çünki biz hamımız üzü Tanrıdan gəlmiş göy adamlarıyıq!

Rumiyyə MİRASLAN
Oxşar xəbərlər
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
GÜNLÜK
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...