“Hətta nazirə şikayət ediblər ki, sizin Namiq zəngimizə cavab vermir”
Oxunub: 1653
24 May 2016 | 12:48
“Hətta  nazirə şikayət ediblər ki, sizin Namiq zəngimizə cavab vermir”
Moderator.az Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov ilə müsahibəni təqdim edir:

- Namiq müəllim, Nəqliyyat Nazirliyinə bu vəzifəyə gəlişiniz necə oldu? 

- Mən bundan əvvəl də mətbuat xidmətinin rəhbəri olmuşam. Əvvəllər bir qəzetdə iqtisadiyyat şöbəsinin müdiri olmuşam. Sonra Vergilər Nazirliyində 1 il 10 ay müddətində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi çalışmışam. Daha sonra Lider TV-də 3 il aparıcı işləmişəm. Bəlkə də Azərbaycanda yeganə mətbuat xidmətinin rəhbəriyəm ki, mətbuatdan nazirliyə, sonra nazirlikdən mətbuata qayıtmışam. 

Lider TV-dən isə Nəqliyyat Nazirliyinə dəvət olundum və 2003-cü ilin iyul ayından bəri burada fəaliyyət göstərirəm. Mənim televiziyada apardığım verilişi görüb, bəyənib məni dəvət etdilər. Artıq 13 ildir ki, buradayam. 

- Sizin üçün bir dövlət qurumunun mətbuat xidmətinin rəhbəri olmaq nə deməkdir? Bu, insandan hansı keyfiyyətlər tələb edir?

- Mətbuat xidmətinin rəhbəri dövlət qurumu ilə cəmiyyət, mətbuat, müəyyən strukturlar arasında vasitəçidir. Şübhəsiz ki, burada ilk növbədə peşəkarlıq önəmlidir. Mətbuat xidmətinin rəhbəri o qədər peşəkar, o qədər hazırlıqlı olmalıdır ki, təmsil etdiyi qurumun rəhbərinin əvəzindən də danışa bilsin. Jurnalistin istənilən sualına cavab verə bilsin. Həmin sahədə nə baş verirsə, dərhal adekvat reaksiya bildirsin, mətbuatdan gələn zəngləri cavablandıra bilsin. Bu illər ərzində mən çalışmışam ki, bunu edim -  televiziyada, mətbuatda çalışdığım qurumu təmsil edə bilim. 

- Nəqliyyat Nazirliyi mətbuatda ən çox tənqidlərə məruz qalan qurumlardandır. Həm də nəqliyyat elə bir sahədir ki, bütün gerçəkliyi ilə göz qabağındadır, burada nəyisə gizlətmək mümkün deyil. Bu tənqidlər sizin işinizə necə təsir edir, reaksiyanız necə olur? 


- Sağ olun ki, bu sualı mənə verdiniz. Əslində siz soruşmasaydınız da mən bu məsələyə toxunacaqdım. Çünki Nəqliyyat Nazirliyi üzdə olan qurumdur. İnsanların hər gün müraciət etdiyi bir xidmət sahəsinə nəzarət edir. İstər sərnişindaşımada, istər yükdaşımada nəqliyyatdan istifadə olunur. İnsan evindən çıxdığı andan nəqliyyatla əlaqəli olur deyə, bizim nazirlik həmişə üzdə olub, gündəmdə olub. 

- Namiq müəllim, çox zaman jurnalistlər arasında rəy sorğusu keçiriləndə sizi də mətbuatdan qaçan, asan tapılmayan mətbuat xidməti rəhbəri kimi təqdim edirlər. Bunun səbəbi nədir? 

- Çox təəssüf ki, mən bəzən müəyyən sualları cavablandırmağa, sadəcə, vaxt tapa bilməmişəm. Elə jurnalistlər olub ki, onların suallarını cavablandırmaq fiziki baxımdan mümkün olmayıb, vaxt qıtlığı yaşamışıq. Sonradan haqqımızda tənqid yazıblar ki, Namiq müəllimi tapmaq olmur. Amma mən hamı üçün açıq olmuşam. Mətbuatdan gəldiyim üçün bu ehtiyacın nə olduğunu bilirəm. Elə adam olub ki, mən onu ümumiyyətlə tanımıram. Hətta mənə zəng də vurmayıb. Ancaq hansısa saytda yazır ki, mən Namiq Həsənovu tapa bilmirəm. O yazandan sonra mən bilmişəm ki, belə bir jurnalist var imiş. Bəzən  jurnalistlər deyirlər ki, biz Namiq müəllimi tapa bilmirik. Mən də bunun əksini deyə bilərəm ki, bəzən mən də jurnalist tapa bilmirəm. Peşəkar jurnalist çox azdır. Elə jurnalist var ki, heç Nəqliyyat Nazirliyinə aid olmayan sualları bizə verir. 

Ümumiyyətlə, bizim sahə ən çox tənqid olunursa, deməli, burada iş var. Əgər bizim nazirliyin xətti ilə son 15 ildə həyata keçirilən işləri mən sadalamağa başlasam, saatlarla çəkər. İş olan yerdə təbii ki, tənqid də olmalıdır. Hamının xoşuna gəlmək mümkün deyil. Əgər hamının xoşuna gəlirsənsə, deməli, ümumiyyətlə, yaxşı işləməmisən. 

- Nazirliyin və ya sizin haqqınızda yazılan tənqidlərə reaksiya necə olur? 

- Mən, ümumiyyətlə, heç bir reaksiya vermirəm. Yazmaq jurnalistin haqqıdır. Ancaq mən istəyirəm ki, onu oxucu oxuyub qiymət versin, başqa bir peşəkar jurnalist oxuyub qiymət versin. Bəzən dostlarım da soruşur ki, sən niyə reytinqlərdə sonuncu olursan, niyə tapılmayan mətbuat xidmətlərindən biri deyirlər sənə. Deyirəm, təbii ki, o jurnalist məni tapa bilməyibsə, mən onun keçirdiyi sorğuda sonuncu olacağam. Mənim üçün fərqi yoxdur ki, bir mətbuat orqanı kimə qulluq edir. Mənim üçün jurnalist var və bir də söz var. Ona görə də reaksiyam normaldır, tənqidə çox dözümlüyəm. Bir dəfə də zəng edib deməmişəm ki, mənim haqqımda niyə bu qədər tənqid yazırsınız. Uzaq başı belə bir irad bildirirəm ki, yazanda bizim də fikrimizi öyrənin. Mənim reaksiyam bundan o yana getmir. Bizim fikrimizi öyrənmədən yazılan yazını da mən peşəkar yazı hesab etmirəm. 


- Telefonlara cavab vermədiyiniz, mətbuatdan qaçdığınız vaxtlar olubmu? Bunu nə üçün etmisiniz? 

“...Hər dəfə müsahibə üçün cənab nazirdən icazə almıram”

- Telefonumu qapatmıram, ancaq elə olur ki, zənglərə cavab vermirəm. Müəyyən obyektiv səbəblər olur ki, telefon yanımda olmur, tədbirdə oluram və sair. Ancaq elə də olur ki, sadəcə, telefonu götürmək istəməmişəm. Çünki bilmişəm ki, zəng edən adam bu sahənin adamı deyil, jurnalist hesab olunmur. Mənim haqqımda yazan elə adam var ki, mən jurnalistikaya gələndə o, hələ anadan olmamışdı. Bu baxımdan etiraf edirəm ki, telefona cavab vermədiyim vaxtlar olub. Səhəri gün də həmin mətbuat orqanında haqqımda tənqid oxumuşam. Hətta cənab nazirə şikayət ediblər ki, sizin Namiq telefonumuza cavab vermir. Belə hallar olub.

- Yəqin ki, arabir ən azı müşahidə məqsədilə ictimai nəqliyyatdan istifadə edirsiniz. 

- Təbii, istifadə edirəm. Hətta insanlar məni görəndə təəccüblənirlər ki, bunun metroda və ya avtobusda nə işi var (gülür). Mənim həyat tərzim çox sadədir, piyada da gəzirəm, ictimai nəqliyyatdan da istifadə edirəm. Həmişə tənqid etdiyim küçələrdən birində yaşayıram. Orada da avtobusların, taksilərin sıxlığı var, problemlər var. Sadəcə olaraq, mən də cəmiyyətin bir parçasıyam. İstərdim ki, bizim ictimai nəqliyyat da sivil qaydada olsun. Sürücü ilə sərnişin dalaşmasın, kimsə tıxacda qalıb əsəbiləşməsin. Bu həm də bizim işimizə birbaşa aidiyyəti olan məsələdir və mərkəzi icra orqanı olaraq biz əsas siyasəti həyata keçirən qurumuq. Biz də vətəndaşlar kimi problemlərin olmasını istəmirik. 

- Siz bir məmur yox, sadə vətəndaş kimi Azərbaycan nəqliyyat sektorunu necə qiymətləndirərdiniz? 

- İstərdim bunu vətəndaşlar qiymətləndirsin. Mənim verdiyim qiymət bəlkə də subyektiv olar. Ancaq nəzərə alsaq ki, son 10 ildə Azərbaycanda hətta yüzillər boyu görülməyən işlər görülüb, körpülər, yollar tikilib, avtobus parkı yenilənib, sərnişin nəqliyyatında nə qədər işlər görülüb. Hətta biz Xınalığa yol çəkəndə cənab prezident demişdi ki, əgər biz buraya da yol çəkdiksə, Azərbaycanda nəqliyyat infrastrukturunun qarşısında heç bir maneə dura bilməz. Bizim işimizə ölkə başçısı bu cür qiymət verib. Bu baxımdan  peşəkarlar qiymət versə, daha yaxşı olar. 

- Bir ara nəqliyyat naziri Ziya Məmmədov çox tənqid olunurdu. İndi o ajiotaj bir qədər səngiyib. Bunu siz də hiss edirsinizmi? Sizcə, səbəb nədir? 

- Məsələ ondadır ki, hər bir yeni mövzu olanda ona diqqət də çox olur. Bu gün Azərbaycanda iqtisadi islahatlar gedir, idarəetmədə müəyyən təkmilləşdirmə işləri aparılır. Yeni dövlət qurumları yaradılır, bəziləri ləğv edilir, birinin səlahiyyətləri başqasına verilir. İnsanlar üçün daha asan olsun deyə bir ASAN xidmət yaradılıb. Söhbət vətəndaş cəmiyyətinin daha rahat nəfəs alması məqsədilə atılan addımlardan gedirsə, bu gün Nəqliyyat Nazirliyi də, bizim rəhbərlik də cənab prezident tərəfindən həyata keçirilən bütün islahatları dəstəkləyirik.

Ajiotajın səngiməsinə gəlincə, Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin müəyyən hissəsi başqa qurumlar tərəfindən həyata keçirilir. Müraciətlərin də bir hissəsi onlara yönəlir. Bu baxımdan mənim də işim bir qədər yüngülləşib, asudə nəfəs alıram, jurnalistlərə daha çox cavab verə bilirəm. Məzuniyyətimi yarımçıq qoyub bu müsahibəyə gəldim. Çünki müəyyən məsələlər var ki, onu cəmiyyətə demək lazımdır. Mən mətbuatdan qaçan adam olmamışam. Amma sözün həqiqi mənasında, böyük hərflərlə yazılan mətbuatdan. Əgər kimsə desə ki, Azərbaycanda peşəkar jurnalistlərin sayı iki əlin barmaqlarına yerləşir, o, böyük qəbahətdir. Mənim jurnalist həmkarlarım bundan inciməsin. Jurnalist məmuru danışdıra bilirsə, bu, artıq qələbədir. Məmur çox vaxt jurnalistdən qaçır. Çünki bilir ki, ya verilən sual düzgün deyil, ya da başqa məqsədlə verilir. İnsan işində düz olmalıdır ki, heç kimdən çəkinməsin. Biz bunu nə qədər bacarmışıq, bunu yəqin ki, mətbuatdakılar deyər. 

- Namiq müəllim, biz mətbuat xidmətlərinin media ilə əlaqələrinin hansı səviyyədə olmasına bələdik. Çünki gözümüzün önündə baş verir. Ancaq bir mətbuat xidməti rəhbərinin o qurumun rəhbəri ilə münasibətlərinə, iş prosesinə bələd deyilik. Həmin məqamı bizim üçün aça bilərsinizmi? 

- Mən buraya işə gələndə cənab nazirlə çox açıq söhbətimiz  oldu. Bizim nazir mətbuata çox açıq və demokratik adamdır. Mənə dedi ki, bu sahədən gəlmisən, iki təhsilin var. Jurnalistlərlə açıq ol, bütün suallarını cavablındır, mənim əvəzimdən danış. Bizim belə bir söhbətimiz oldu. Bizim rəhbərliklə elə səmimi bir münasibətimiz var ki, mən hər dəfə müsahibə üçün cənab nazirdən icazə almıram. Bir dəfə mənim qarşımda bu tapşırığı qoyub və 13 ildir bu sistemlə gedirik. O, mənə arxayındır, mən də ona arxayınam ki, cənab nazir mənim müsahibəmi oxuyanda, hətta orada səhv də eləsəm, onu mənə irad tutmaz. Ancaq çalışıram ki, bunu etməyim. Mətbuat xidməti ondan ötrüdür ki, jurnalistlər hər dəfə naziri narahat etməsin. Bütün məlumatlar mənim masamın üstündədir. Kimə lazımdırsa, gəlsin, bölüşək. Bizim cənab nazirlə həm səmimi işçi-rəhbər  münasibətlərimiz var, həm də müasir idarəçiliyə uyğun peşəkar münasibətlərimiz. Həftəlik olaraq, rəhbərliyə hesabat veririk. 

- Siz şəxsən gündəlik cənab nazirlə əlaqə saxlayırsınızmı?

- Elə təcili hadisələr olur ki, biz gündə bir neçə dəfə cənab nazirlə əlaqə saxlamalı oluruq. Mənim üçün cənab nazirlə əlaqə saxlamaq problem deyil. Hətta bəzən özü bizimlə əlaqə saxlayır, tapşırıq verir. Bu 13 ildə bir dəfə də olmayıb ki, mən bu telefonla cənab nazirlə əlaqə saxlayım, o, cavab verməsin (əli ilə stolun kənarındakı telefonlardan birini göstərir). İş belə qurulmalıdır, operativ şəkildə əlaqə saxlayıb tapşırıq almasan, işi yerinə yetirə bilməzsən. 

- Mətbuatla əlaqələrinizi şəxsi dostluq üzərində qurursunuz, yoxsa sırf  peşəkar müstəvidə? 

- Bilirsiniz, “Yeni Müsavat”ın köşə yazarı Zamin Hacı ilə mənim heç bir tanışlığım yoxdur, ancaq hər gün işə onun yazılarını oxumaqla başlayıram. Onun yazıları mənə çox pozitiv əhval-ruhiyyə verir. Elə jurnalist də var ki, həyatda dostumdur, ancaq qələmi yoxdur, yaza bilmir. Mən bütün jurnalistlərə kitab oxumağı tövsiyə edirəm. 

- Xəbərləri hansı saytlardan oxuyursunuz?

- Sizə müsahibə verdiyimə görə demirəm, elə birinci musavat.com-u açıram. Virtualaz.org-a, azadliq.info-ya da baxıram. Rəsmi qəzetləri oxuyuram.  

- Bizim tanımadığımız hansı tərəfləriniz var?

“Jurnalistlər deyirlər ki, biz səni tapa bilmirik. Mən də jurnalist tapa bilmirəm, peşəkar jurnalist çox azdır”

- Belə bir istedadım var ki, 10-a yaxın incəsənət xadimini parodiya edə bilirəm. Bunu mətbuatda çoxları bilmir. Flora Kərimova, Polad Bülbüloğlu, mərhum aktyorlardan Əliağa Ağayev, Ağahüseyn Cavadov və digərlərini parodiya edə bilirəm. Mahnıları tərsinə oxuya bilirəm. Yaxşı üzürəm, velosiped sürürəm, şahmat oynayıram. 

İki təhsilim var. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə ilə bitirmişəm, AMEA-nın İqtisadiyyat İnstitutunun aspiranturasını bitirib elmi işçi kimi işləmişəm. Fizika, astronomiya, coğrafiya, kimya elmlərinə marağım var. Mən həm də ABŞ-ın Nemraska ştatının və həmin ştatın paytaxtı Linkoln şəhərinin fəxri vətəndaşıyam. 

- Şəxsi həyatınızdan nə danışa bilərsiniz? 

- Ailədə 6 uşaq olmuşuq. Ailəmiz çox kasıb olub. Ailədə yalnız mənim ali təhsilim var. Bir övladım var. Bir qədər gec evləndim, oğlum 9 yaşındadır. Həyat yoldaşım BDU-nun kimya fakültəsində işləyir. (musavat.com)
Oxşar xəbərlər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb
27 Mar 2024 | 17:32
Məşhur “Çayxana” kafesi bağlandı - SƏBƏB
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb
27 Mar 2024 | 17:32
Məşhur “Çayxana” kafesi bağlandı - SƏBƏB
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR