Ağalar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Sloveniyada səfərdə olub -Foto
Oxunub: 1886
24 May 2016 | 14:19
Ağalar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Sloveniyada səfərdə olub  -Foto
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-24-də Sloveniya Respublikasında rəsmi səfərdə olub. 

Zəngin proqramı olan səfərin çərçivəsində nümayəndə heyəti Sloveniya Milli Şurasının prezidenti Mitya Bervar tərəfindən qəbul edilib və daha sonra Miryam Bon-Klanyşçekin rəhbərlik etdiyi Sloveniya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərilə görüşüb. 
Milli Şuranın prezidenti qonaqları səmimiyyətlə salamlayaraq Azərbaycan nümayəndə heyətinin Sloveniyaya səfərindən məmnunluğunu ifadə edib. 
  Qarşılıqlı etimad şəraitində keçən görüşdə Mitya Bervar 2015-ci ilin mart ayında rəhbərlik etdiyi Sloveniya Milli Şurasının nümayəndə heyətinin Bakıya səfərini, Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini, Milli Məclisin sədri Oqtay Əsədovla və parlamentlərarası dostluq qrupunun üzvlərilə görüşlərini yaxşı xatırladığını, Azərbaycanda aparılan genişmiqysalı quruculuq və abadlıq işlərinin, gerçəkləşdirilən sosial-iqtisadi layihələrin, Sloveniyalı parlamentarilərin timsalında ölkəsinə və xalqına olan isti və doğma münasibətin bilavasitə şahidi olduğunu vurğulayıb. 
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ağalar Vəliyev səfərin çox əlamətdar bir dövrə ”“ Sloveniya Respublikasının Azərbaycan Respublkasının dövlət müstəqilliyini tanımasının 25-ci ildönümünün və ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünün tamam olduğu bir dövrə təsadüf etdiyini qeyd edib.

Ağalar Vəliyev vurğulayıb ki, bənzər talelər yaşayan xalqlarımız XX əsrin sonlarında müstəqil dövlətçilik arzularına qovuşmuş, Azərbaycan və Sloveniya müasir dünyanın siyasi xəritəsində öz layiqli yerlərini tutmuşlar.
Dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun son on iki il ərzində uğurla davam etdirilməsini xüsusilə vurğlayan Ağalar Vəliyev məhz bunun sayəsində hazırda ölkəmizin regionda lider, Avropanın enerji təhlükəsizliyində fəal iştirak edən önəmli tərəfdaş və beynəlxalq arenada böyük nüfuzu olan dövlətə çevrildiyini qeyd edib.
Eyni zamanda Ağalar Vəliyev bildirib ki, Azərbaycanla Sloveniya arasında parlamentlərarası münasibətlər də daxil olmaqla siyasi, iqtisadi, humanitar, elmi, mədəni əlaqələr durmadan inkişaf etməkdədir və ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində Prezidenti İlham Əliyevin Sloveniyaya 2006 və 2011-ci illərdəki rəsmi səfərlərinin, Sloveniyanın dövlət, hökumət və parlament rəhbərlərinin Azərbaycana rəsmi səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların və imzalanan sənədlərin müstəsna əhəmiyyəti olub.  

Azərbaycan nümayəndə heyətinin rəhbəri görüş ərzində xalqımız üçün olduqca aktual olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə və bununla bağlı son duruma ayrıca toxunub. Ağalar Vəliyev bildirib ki, 20 ildən çoxdur ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb, tarixi Azərbaycan torpaqları olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətilə yanaşı 7 rayonumuz işğal olunub və bir milyondan çox soydaşımız həmin ərazilərdən deportasiya olunaraq qaçqın taleyi yaşamağa məcbur edilib.

Cari ilin aprel ayı ərzində erməni silahlı qüvvələrinin təxribatları ilə Azərbaycanın cəbhə boyu yerləşən mövqeləri və yaşayış məntəqələri intensiv atəşə tutulub ki, bunun da nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub, 500-dən artıq yaşayış evi və sosial obyekt dağıdılıb. 
Azərbaycanın təmas xəttində yerləşən Goranboy, Ağdam və Tərtər rayonlarının Milli Məclisdə təmsilçisi olan deputat kimi həmin günlərdə bu bölgələrdə olarkən bütün bunların bilavasitə şahidi olduğunu qeyd edən Ağalar Vəliyev erməni işğalçılarının bu təxribatının qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən cavab tədbirlərinin görüldüyünü, strateji əhəmiyyətə malik olan bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin işğaldan azad edildiyini Sloveniyalı həmkarlarının diqqətinə çatdırıb.
Son vaxtlar istər Minsk qrupu üzrə həmsədrlər, istərsə də onların dövlət başçıları tərəfindən, məsələnin müsbət həlli istiqamətində səylərin artırılmasını müsbət dəyərləndirən Ağalar Vəliyev münaqişənin beynəlxalq hüquq və normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yoluyla həll edilməsinə və işğal olunmuş torpaqlarımızın dinc yolla azad olunmasına inamını ifadə edib. 

Bu kontekstdə Sloveniya Parlamentinin Milli Şurasının 23 dekabr 2014-cü il tarixində qəbul etdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən sənədi yüksək dəyərləndirən Azərbaycan nümayəndə heyətinin rəhbəri buna görə öz dərin minnətdarlığını bildirib.
Yekunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sloveniyadakı görüşlərin parlamentlərimiz və işçi qruplarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə layiqincə xidmət edəcəyinə əminliyimi ifadə edib.

Səfər çərçivəsində nümayəndə heyəti Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzi xiyabanlarından olan Şimal Parkında ucaldılan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimində də iştirak edib. Mərasimdə qeyd edilib ki, XII əsrdə yaşamış Nizami Gəncəvinin yaradıcılığında ümümbəşəri ictimai və siyasi, sosial və mənəvi ideallar parlaq bədii əksini tapmış və onun yaradıcılığı bütövlükdə şərq və qərb xalqlarının ədəbiyyatlarının inkişafına müsbət təsir göstərmiş və dünya mədəniyyəti xəzinəsinə qiymətli incilər kimi daxil olub.
Memorial abidənin Azərbaycan-Sloveniya dostluq münasibətlərinin parlaq təcəssümü olduğunu vurğulayan Ağalar Vəliyev bunu Sloveniya xalqının Nizami Gəncəviyə olan ehtiramı və bütövlükdə mədəniyyətimizə və tariximizə verilmiş yüksək qiymət kimi dəyərləndirmış və bu işdə əməyi keçmiş hər kəsə minnətdarlığımı bildirib.

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin Lyublyana şəhərinin meriyasının rəhbərliyi ilə də görüşü olub. Görüşdə meriyanın rəsmi nümayəndə heyətinin 2013-cü ildə Bakıya səfəri xoş məqamlarla xatırlzalanması, onun bütün müddəalarının hazırda uğurla həyata keçirildiyi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.
Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti səfər çərçanmış, paytaxtlarımız Bakı ilə Lyublyana arasında qardaşlaşmış şəhərlər haqqında müqavilə imivəsində həmçinin 28 May ”“ Respublika Günü və Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin 20 illiyinin tamam olması ilə bağlı təşkil edilmiş rəsmi ziyafətdə də iştirak edib. 
Eyni zamanda nümayəndə heyəti Novoqoritsa şəhərində II Dünya müharibəsinin əfsanəvi partizanı, Azərbaycanın və Sloveniyanın Milli Qəhrəmanı “Mixaylo” təxəllüslü Mehdi Hüseynzadənin və digər azərbaycanlı zabit və əsgərlərin məzarlarını,  xatirə-abidə kompleksini və memorial muzeyi ziyarət edib.

Bununla da Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin rəhbərlik etdiyi Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başa çatıb.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da daxil olub.
Ağalar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Sloveniyada səfərdə olub <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/100.jpeg">Ağalar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Sloveniyada səfərdə olub <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/101.jpeg">Ağalar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Sloveniyada səfərdə olub <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/102.jpeg">
Oxşar xəbərlər
08:39, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:34, Bu gün
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
08:27, Bu gün
Kanada “Airbus”a Rusiya titanından istifadə etməyə icazə verib
08:22, Bu gün
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
08:20, Bu gün
Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb
08:18, Bu gün
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
08:17, Bu gün
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
08:11, Bu gün
Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA
08:02, Bu gün
KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir
08:01, Bu gün
Argentina İranın nazirinin həbsini tələb edir
07:56, Bu gün
Sumqayıtda gənc oğlan itkin düşüb
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
23 Apr 2024 | 19:42
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
23 Apr 2024 | 19:31
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 19:23
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
23 Apr 2024 | 19:16
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
23 Apr 2024 | 19:11
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
23 Apr 2024 | 19:09
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:05
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
23 Apr 2024 | 19:02
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
23 Apr 2024 | 19:01
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
23 Apr 2024 | 19:00
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 18:43
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Apr 2024 | 18:41
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
23 Apr 2024 | 18:32
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 18:31
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 17:54
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
23 Apr 2024 | 17:51
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
23 Apr 2024 | 17:48
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:45
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
23 Apr 2024 | 17:43
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:39
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
23 Apr 2024 | 17:35
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
23 Apr 2024 | 17:25
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:17
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
23 Apr 2024 | 17:14
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
GÜNLÜK
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 09:18
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
23 Apr 2024 | 09:06
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
23 Apr 2024 | 08:47
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
23 Apr 2024 | 10:57
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 09:18
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
23 Apr 2024 | 09:06
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
23 Apr 2024 | 08:47
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
23 Apr 2024 | 10:57
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB