“Rusiya-Ukrayna gərginliyi aktiv hərbi əməliyyatlar mərhələsinə keçəcəyi təqdirdə belə, proseslər Qarabağda müharibə üçün əlverişli şəraitə yol açmayacaq”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Hikmət Hacızadə bildirib. H.Hacızadənin sözlərinə görə, bu, Azərbaycan üçün daha arzuedilməz situasiyanın formalaşmasına səbəb olacaq:
“Ukrayna-Rusiya qarşıdurması Azərbaycan üçün Qarabağ məsələsində əlavə imkanlar yaratmayacaq. Əksinə, belə bir qarşıdurmanın reallaşması Azərbaycanın imkanlarını daha da məhdudlaşdıracaq. Çünki reallıq bundan ibarətdir ki, Rusiya gücləndikcə, öz hərbi aktivliyini artırdıqca, biz ondan daha asılı vəziyyətə düşürük. Belə bir vəziyyətdə isə Rusiya amilini gözardı edib Qarabağda əməliyyatlara başlamaq olduqca təhlükəlidir”.
Seymur Əliyev