“Bu gərginlik Azərbaycanı narahat edir...” - Prezidentin köməkçisi
Oxunub: 1625
25 May 2016 | 11:41
“Bu gərginlik Azərbaycanı narahat edir...”  - Prezidentin köməkçisi
Rusiyanın Sputnik Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycanda fəaliyyətə başlamasının bir ili tamam olur. 

Moderator.az  Sputnik Azərbaycan-ın 1 yaşı ərəfəsində, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun agentliyə verdiyi müsahibəsini təqdim edir:

- Əli müəllim, mayın 25-də Sputnik beynəlxalq xəbər agentliyinin Azərbaycanda fəaliyyətə başlamasından 1 il ötür. Bu dövr ərzində agentliyimiz tərəfindən görülən işləri necə qiymətləndirirsiniz?

- Azərbaycanda fəaliyyətə başlamasının bir ili münasibətilə Sputnik beynəlxalq xəbər agentliyini təbrik edir və kollektivinizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Sputnik hazırda dünyanın digər çoxsaylı ölkələrində olduğu kimi, Azərbaycanda da müvəffəqiyyətlə fəaliyyət göstərir və nüfuzlu media orqanları sırasında özünəməxsus yer tutmağa çalışır. Bizim üçün önəmli olan odur ki, agentliyin kollektivi fəaliyyət göstərdiyi digər ölkələrdə olduğu kimi, Azərbaycanın da qanunlarına, tarixinə və xalqımızın mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşsın, beynəlxalq jurnalistika standartlarına uyğun obyektiv xəbər daşıyıcısı funksiyasını yerinə yetirsin. Əlbəttə, informasiya bolluğu şəraitində öz auditoriyası üçün hamıdan əvvəl, operativ və fərqli xəbər təqdim etmək istəyi bəzən beynəlxalq KİV-ləri yerli cəmiyyətlərlə üz-üzə qoyur. Düşünürəm ki, 2015-ci ildən Azərbaycanda fəaliyyətə başlayan Sputnik Azərbaycan, bir il müddətində özünün əsas texniki-təşkilati məsələlərini həll edərək operativ informasiya istehsalına başlaya bildi. Ötən dövr ərzində agentliyin fəaliyyətinin qısa dəyərləndirilməsi onu deməyə əsas verir ki, kollektiviniz həm öz jurnalist prinsiplərinə sadiq qalaraq ictimaiyyətin alternativ informasiya ehtiyacının ödənilməsində layiqincə iştirak etdi, həm də fəaliyyəti ilə Rusiya ”” Azərbaycan münasibətlərinin dərinləşməsinə töhfə verdi.

Fikrimizcə, Sputnik getdikcə strateji xarakter alan Rusiya-Azərbaycan əlaqələrinin xarakterini, yerli ictimaiyyətin həssaslıqla yanaşdığı məsələləri nəzərə alır, xəbər kontentini peşəkarlıqla, jurnalistikanın etik davranış qaydalarına uyğun təqdim edir. Müstəqillik illərində söz və məlumat azadlığının həyat normasına çevrildiyi, KİV-lərin müstəqil fəaliyyəti üçün zəruri şəraitin təmin olunduğu Azərbaycanda qanunlar çərçivəsində fəaliyyət göstərən hər bir xarici KİV-in, o cümlədən də Sputnik agentliyinin gələcəkdə yeni uğurlara imza atmaq və böyük media ailəsinin bir parçasına çevrilmək şansı yüksəkdir.

Hazırda Azərbaycan nəhəng transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır, günü-gündən müasirləşən Bakı şəhəri isə qlobal məsələlərin müzakirə olunduğu dünya səviyyəli tədbirlərə uğurla ev sahibliyi edir. Ölkəmizin artan beynəlxalq nüfuzu, geostrateji əhəmiyyəti, regional liderliyi, demokratik, tolerant mühiti onun dünya mediası üçün cəlbediciliyini şərtləndirən əsas amillərdir. Azərbaycan fikir plüralizminə, müxtəlif dünyagörüşlərini əks etdirən müzakirələrə, məlumat mübadiləsinə açıq olmaqla yanaşı, həm də öz həqiqətlərinin ədalətli və balanslı şəkildə beynəlxalq informasiya şəbəkələrində yayılmasında maraqlıdır. Buna görə də biz Azərbaycanda fəaliyyət göstərən hər bir xarici KİV-i həm də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, daxili və xarici siyasəti haqqında obyektiv məlumatları dünyaya yayan bir vasitə kimi qiymətləndiririk. Bu mənada Sputnik agentliyi həm də Rusiya ilə bizim ölkə arasında informasiya mübadiləsinin dolğunlaşmasına, Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə, dünyadakı rusdilli auditoriyaya çatdırılmasına əməli töhfə verir.

- Xalqlar və dövlətlər arasında əlaqələrin inkişafında, konkret olaraq Rusiya-Azərbaycan münasibətlərinin genişlənməsində medianın rolunu necə qiymətləndirirsiniz?

”” İnformasiya bütün dövrlərdə cəmiyyət həyatının, ictimai münasibətlərin, beynəlxalq əlaqələrin formalaşması və inkişafında mühüm rol oynayıb. Hazırda biz bütün ölkələri əhatə edərək insanların və ümumilikdə kütlələrin şüuruna ciddi təsir göstərən qlobal informasiya şəbəkəsinin formalaşması dövrünü ”” informasiyalı cəmiyyətin yaranması mərhələsini yaşayırıq. İnformasiyanı təhlil edərək, ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə kimi KİV-lərin əhəmiyyəti və cəmiyyət həyatında rolu, habelə beynəlxalq münasibətlər sisteminin formalaşmasına, dövlətlər və xalqlar arasında əməkdaşlığın inkişafına təsiri durmadan artır. Hər bir dövlət, o cümlədən Azərbaycan və Rusiya kimi ölkələr daxili və xarici siyasətlərinin öncül istiqamətlərini toplanmış və təhlil edilmiş informasiya əsasında müəyyənləşdirirlər.

Yaxın qonşu və strateji tərəfdaş kimi ölkələrimiz arasında münasibətlərin ənənələrə söykənən zəngin tarixi var. Həm çoxəsrlik müştərək tarix, həm də güclü siyasi əlaqələr, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin arasında qarşılıqlı etimad, səmimi münasibət, yüksək səviyyəli dialoq digər sahələrdə qarşılıqlı əməkdaşlığın getdikcə möhkəmlənməsini şərtləndirən başlıca amillərdir. Ölkələrimiz arasında siyasi, iqtisadi, elmi-texniki, hərbi, humanitar və digər sahələrdə yüksək səviyyəli əməkdaşlıq əlaqələrini tənzimləyən onlarla dövlətlərarası normativ-hüquqi akt vardır.

Təbii ki, xalqlarımız arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində hər iki ölkənin kütləvi informasiya vasitələri əhəmiyyətli rol oynayır. Media dinamik və innovativ yeniliklərə daha açıq olduğundan, orada cəmiyyətlərimizdə hökm sürən əhval-ruhiyyə, qarşılıqlı əlaqələrin xarakteri qabarıq formada özünü göstərir. Bilirsiniz ki, Azərbaycan cəmiyyətinin bir hissəsi, xüsusilə intellektual təbəqə uzun illərdir rus dilində informasiya alır, bu dildə yenilikləri mənimsəyir. Çünki Sovet İttifaqı dağıldıqdan sonra bir çox post-sovet respublikalarından fərqli olaraq, Azərbaycanda rus dilinin əhəmiyyəti, ona olan maraq azalmadı. Ölkəmizdə rusdilli ali və orta məktəblər fəaliyyətini davam etdirdi, bir çox təhsil ocaqlarında rus sektorları vardır. Azərbaycanda çoxlu sayda rus dilində media orqanı fəaliyyət göstərir, aparıcı internet resurslarının isə rusdilli versiyaları mövcuddur. Əlbəttə, bütün bunlar Azərbaycanda rus xalqına, onun mədəniyyətinə və dilinə olan hörmətin əyani təzahürüdür.

Hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi KİV-lər arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərir, onları konstruktiv, sağlam, obyektiv informasiya siyasəti həyata keçirməyə sövq edir, qarşılıqlı məlumat mübadiləsini gücləndirir. Məsələn, həm Azərbaycan, həm də Rusiya KİV-lərinin nümayəndəlikləri ölkələrimizdə uğurla fəaliyyət göstərir, dövlət agentlikləri arasında tərəfdaşlıq əlaqələri mövcuddur və daimi əsasda informasiya mübadiləsi həyata keçirilir, maarifləndirmə, məlumatlandırma, təhsil və digər sahələri əhatə edən birgə layihələr həyata keçirilir. Bütün bunlar həm də cəmiyyətlərimizdə baş verən hadisələr və cərəyan edən proseslər haqqında düzgün informasiya almaq üçün etibarlı zəmin yaradır. Nəticə etibarilə media dövlətlərarası münasibətlərin inkişafına, xalqlar arasında qarşılıqlı anlaşmanın, mehriban qonşuluq və dostluq münasibətinin güclənməsinə, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın genişlənməsinə ciddi təsir göstərən önəmli vasitədir.

- Ancaq həqiqətdir ki, bir sıra hallarda həm Azərbaycan, həm də Rusiya mediasında təqdim olunan materiallar ictimaiyyət arasında narahatlıq üçün əsas yaradır”¦

- Təəssüf ki, belə hallar hələ də mövcuddur. Əlbəttə, razılaşmalıyıq ki, demokratik ölkələr kimi həm Rusiya, həm də Azərbaycanda çoxsaylı KİV-lər tam sərbəst şəkildə fəaliyyət göstərir, heç bir kənar müdaxilə olmadan informasiya əldə etmək və yaymaq hüququnu həyata keçirirlər. Hər iki cəmiyyətdə söz və məlumat azadlığı, fikir plüralizmi təmin olunub, insanların sərbəst şəkildə öz mövqelərini ifadə etməsinə maneə yaradılmır. Mediada qarşılıqlı maraq doğuran məsələlər müxtəlif prizmalardan şərh edilir, onların arasında qeyri-obyektiv təqdimatlar, rəylər də müşahidə olunur. Lakin bu meyl tendensioz xarakter alırsa, məlumatlar yalnız birtərəfli qaydada, hər hansı ölkənin milli maraqlarına zidd təqdim edilirsə, təbii ki, narahatlıq üçün əsas yaranır.

Sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli Azərbaycan cəmiyyəti üçün ən həssas və mühüm məsələdir. BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri, o cümlədən də Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Məlumdur ki, bu il aprelin əvvəlində Ermənistan hərbi birləşmələrinin davamlı təxribatları nəticəsində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində vəziyyət yenidən gərginləşdi və Azərbaycan Ordusu düşmənə cavab verərək onu geri oturtmağa məcbur etdi. Nəticədə Ermənistan silahlı qüvvələri ciddi texnika və insan itkisinə məruz qaldı, həmçinin işğal altında saxladığı ərazilərin bir qismini boşaltmağa vadar edildi. Təəssüf ki, bu hadisələr bəzi Rusiya KİV-lərində, hətta bir neçə aparıcı media orqanlarında balanslı təqdim olunmadı, faktlar təhrif edildi, kifayət qədər əsassız fikirlər səsləndirildi, daha çox Azərbaycan ərazilərini 20 ildən artıqdır ki, işğal altında saxlayan Ermənistanın mövqeyinin işıqlandırılmasına və şərhinə üstünlük verildi. Aydındır ki, Rusiyada böyük erməni diasporu fəaliyyət göstərir. Onlar da Rusiya mediasına ciddi təsir imkanları əldə etməyə, Ermənistan dövlətinin maraqlarına uyğun ictimai rəy formalaşdırmağa çalışırlar. Belələrinin əsas məqsədlərdən biri də Rusiya ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini sarsıtmaq, hər iki ölkənin ictimaiyyəti arasında narazılıq yaratmaqdır. Hətta bir sıra analitik proqramlarda erməni ekspertləri Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlikdən sui-istifadə etməyə və cəmiyyətdə Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdılar. Bütün bunlar da, təbii olaraq Azərbaycan ictimaiyyətində müəyyən narazılıq doğurdu.

Buna görə də istər Rusiyada, istərsə də Azərbaycanda KİV-lər dövlətlərarası münasibətlərin xarakterini nəzərdən qaçırmamalı, müxtəlif kənar qüvvələrin təsiri altına düşməməli, ictimai rəyə yanlış məlumatların təlqin edilməsi və manipulyasiya imkanlarını maksimum məhdudlaşdırmalıdırlar. Biz hər hansı media qurumunun üzərinə öhdəlik qoya, onun işinə müdaxilə edə bilmərik. Hesab edirik ki, obyektivlik, bitərəflik, qərəzsizlik medianın başlıca fəaliyyət prinsipləri olmalı, materialların təqdimatında ölkələrimizin milli maraqları, qarşılıqlı əlaqələrin mahiyyəti, habelə mövcud reallıqlar mümkün qədər nəzərə alınmalıdır.

- Siz Rusiya ilə Türkiyə arasında münasibətlərin kəskinləşməsi məsələsinə toxundunuz. Hər iki dövlətlə sıx əlaqələri olan Azərbaycan necə davranır, hansı mövqeni nümayiş etdirməyə çalışır?

”” Əlbəttə, Rusiya ilə Türkiyə arasında müşahidə olunan gərginlik Azərbaycanı narahat etməyə bilməz. Çünki Azərbaycan hər iki dövlətlə yüksək səviyyəli, strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Digər tərəfdən, yaşadığımız regionun iki böyük ölkəsi arasında hər hansı problem dərhal bütün bölgənin sabit inkişafına mənfi təsir göstərir. Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Dövlət başçısı Azərbaycan tərəfinin Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylər göstərməyə hazır olduğunu ifadə etmişdi. Buna görə də biz Rusiya ilə Türkiyə arasında gərginliyin, ikitərəfli münasibətlərə kənar təsirlərin aradan qaldırılmasına çalışırıq. Rusiya və Türkiyənin öz səylərini ortaq maraqlar üzərində davam etdirməsi, keçmişə deyil, gələcəyə istiqamətlənmiş birgə fəaliyyəti həm regionumuz, həm də Azərbaycan üçün çox vacibdir.

- Əli müəllim, sonda Sputnik beynəlxalq informasiya agentliyinin Azərbaycanda gələcək fəaliyyəti ilə bağlı fikirlərinizi öyrənmək istərdik”¦

”” Ümid edirəm ki, qarşıdan gələn dövrdə ölkələrimizin qarşısında duran strateji vəzifələr həyata keçiriləcək, xalqlarımız inkişaf və tərəqqi şəraitində gələcəyə doğru inamla irəliləyəcəklər. Həm Rusiya, həm də Azərbaycan regionun sabit, sülh və təhlükəsizlik şəraitində inkişafı üçün çalışır və bu sahədə yaxından əməkdaşlıq edirlər. Növbəti illərdə Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf edəcəyinə də heç bir şübhə yoxdur. Buna görə də hər iki ölkənin KİV-ləri, o cümlədən də Sputnik agentliyi dövlətlərimiz və xalqlarımız arasında mehriban dostluq münasibətlərinin daha da dərinləşməsi üçün səylərini əsirgəməməli, kənar təsirlərdən uzaq olmalı və qarşılıqlı maraq doğuran məsələlərin həyata keçirilməsinə hərtərəfli dəstək verməlidirlər. Bu işdə Sputnik beynəlxalq informasiya agentliyinə uğurlar və gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayıram.
Oxşar xəbərlər
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO