Uzun illər ərzində olduğu kimi, bu gün də Ermənistanın Rusiya tərəfindən silahlandırılması posesi davam edir.
Maraqlıdır, Azərbaycanın
bu məsələyə biganə yanaşması, müharibə qərarı verməkdə tərəddüd göstərməklə Ermənistanın
öz hərbi arsenlını genişləndirməsinə şərait yaratması nə dərəcədə doğrudur?
Bununla bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov Azərbaycanın bu
problemə əsla laqeyd yanaşmadığını bildirib:
“Azərbaycan Ermənistanın
silahlandırılmasına heç vaxt biganə yanaşmayıb. Dəfələrlə beynəlxalq tətbirlərdə
beynəlxalq təşkilatlar qarşısında Azərbaycan tərəfindən bu məsələ ən yüksək səviyyədə
qaldırılıb. Bununla bağlı nota da verilib, fikir də bildirilib. Qeyd olunub ki,
Ermənistanın silahlandırılması regionda sabitliyi pozur, müharibə dalğasının
yaranmasına xidmət edir. Rusiya ATƏT-in həmsdər ölkəsidir. Bu baxımdan Rusiya
silahlandırmanın qarşısını almalıdır, nəinki əksinə”.
Seymur Əliyev