Sarkisyan prezidentlərin iyun görüşünü poza bilər...
Gündəm
Oxunub: 2185
26 May 2016 | 11:09

Sarkisyan prezidentlərin iyun görüşünü poza bilər...
Sülh prosesinin uğuru işğalçı Ermənistanın nə dərəcədə konstruktiv mövqe tutacağından asılı olacaq; Azərbaycan Qarabağa dair prinsiplərini açıqladı... 
Qarabağ danışıqları ilə bağlı ümidlər indi də iyun ayına köklənib. Belə bir kövrək ümidi isə təbii ki, Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrlərinin təşəbbüsü ilə Vyanada keçirilən görüşü formalaşdırıb. 

Məlumdur ki, Vyana görüşünün əsas təşəbbüsçüsü ABŞ olub. Müşahidələr göstərir ki, ümumiyyətlə, apreldəki 4 günlük müharibədən sonra rəsmi Vaşinqtonun Dağlıq Qarabağ ixtilafı ilə bağlı hərəkətliliyi artıb. Belə ehtimal var ki, Amerika problemin artıq tamamən Rusiyanın inhisarında qalmasını istəmir. 

Bu xüsusda qarşıdakı dönəmdə Vaşinqtonun konfliktin həllini dalandan çıxarmağa yönəlik yeni təşəbbüslərinin şahidi də ola bilərik - bu cür təşəbbüslər Rusiyada müəyyən qısqanclıq və qıcıq yaratsa da. ABŞ dövlət katibi Con Kerrinin 28 May Cümhuriyyət Günü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda Amerikanın “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək verməkdə sadiq qalacağının” xüsusi vurğulanması bu qənaəti möhkəmləndirir. 

*    *    * 
“Biz iyunda prezidentlərin görüşünün baş tutacağına ümid edirik”. Bu barədə isə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. Diplomat qeyd edib ki, həmsədrlər prezidentlərin razılaşdırdığı kimi, iyun ayında gözlənilən sammitə hazırlıq məqsədilə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməyə ümid edir. “Bizim məqsədimiz hərtərəfli sülh razılaşmasına gətirib çıxara biləcək danışıqlar üçün zəmin yaratmaqdır”.


Bəs belə bir zəmini qısa zamanda hazırlamaq mümkün olacaqmı? 

Tanınmış ekspertlərin bu xüsusda proqnozları elə də ümidverici deyil. Məsələn, rusiyalı politoloq Qriqori Trofimçuka görə, prezidentlərin iyun görüşü reallaşmaya da bilər, heç bir nəticə gözlənilmədiyi üçün sadəcə, baş tuta da. Onun sözlərinə görə, görüşün nəticə verməsi üçün indidən hazırlaşmaq lazımdır: “İlk növbədə də Azərbaycan hazırlaşmalıdır. Ona görə ki, Ermənistan danışıqlarda heç nəyi həll eləmək istəmir - xüsusən də aprel döyüşlərindən sonra. Əgər Sərkisyan əvvəl qəbul edilmiş protokollar çərçivəsində təzyiq altında və ya təzyiqsiz hansısa addımı atsa, o zaman ölkə daxilində çox böyük problemlə üzləşəcək. O saat müxalifət başını qaldıracaq, hansı ki, Sərkisyanı indinin özündə torpaqları təhvil verməkdə ittiham edir”.


Politoloq bu üzdən növbəti danışıqlar çərçivəsində hansısa yekun sənədin təsdiqlənəcəyinə skeptik baxır. “Buna necə nail olunacaq, qətiyyən aydın deyil. Bir ay sonra heç olmasa hansısa nəticənin əldə edilməsi və ya imzalanması üçün Vyanada hansısa bəndlər razılaşdırılmalı idi. İstənilən halda bu, formal bir görüş olacaq. Ən yaxşı halda o, sadəcə, baş tutacaq. Son iki on illikdə olduğu kimi, hər şey gedib formata, danışıq prosesinə, qarşılıqlı əlaqə prosesinə, görüşlərə dirənir. Yekun etibarilə bütün tərəflər, bütün regional iştirakçılar - Azərbaycan, Ermənistan və təbii ki, Rusiya çox mürəkkəb vəziyyətə düşür, ABŞ-dan savayı” - ekspert hesab edir.  

Rusiyalı politoloqun fikrincə, əslində ABŞ-da heç kim Azərbaycan üçün işləməyəcək: “Heç kim heç bir ərazini Azərbaycanın əvəzinə geri qaytarmağa hazırlaşmır. Buna ümid eləmək sadəlövhlük olardı. Bununla belə, Azərbaycan Vyanada ciddi addım atdı - o, görüşdə ABŞ Dövlət Departamentinin başçısı Con Kerronin iştirakına razılıq verdi. Bununla da sanki Rusiyaya işarə vurdu ki, lazımi anda Amerikaya kömək üçün müraciət edəcək. Anlamaq lazımdır ki, departament belə bir köməyi hətta vəd edəcək, sonra isə özünü elə aparacaq ki, guya Bakıya kömək edir. Ancaq bu, yalınız imitasiya olacaq. Və əgər İrəvan da Vaşinqton və Brüsselin (Avropa Birliyinin - red.) xeyrinə addımlar atmasa, o zaman Ermənistan daxilində, müxalifət vasitəsilə Sərkisyana təzyiq göstəriləcək. Bütövlükdə quru vədlər səslənəcək. Amerika nadir istisnalarla heç vaxt heç bir torpağı qaytarmaqda heç kimə kömək eləmir. Yalnız Şərqi Almaniya istisna olub. Burada da eyni şey olacaq. Xoşməramlı motiv altında isə NATO-nun Cənubi Qafqazda hərbi mövcudluğu gücləndiriləcək”.


*     *    * 
Bu arada rəsmi Bakı iyun görüşü ərəfəsi Qarabağla bağlı danışıqların əsas prinsiplərini açıqlayıb. Azərbaycanın yanaşması belədir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas hissəsi status-kvonun dəyişilməsindən ibarətdir. Bu barədə RİA Novosti agentliyinə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bəyan edib (virtualaz. org).
“Vyana görüşündən sonra Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov qeyd edib ki, görüş münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu gün əsas məsələ iyun ayında münaqişənin həlli üçün hərtərəfli danışıqlara başlamaqdır. Münaqişənin həllinin əsas hissəsi qəbuledilməz və davamsız status-kvonun dəyişilməsi və erməni ordusunun işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından ibarətdir” - H.Hacıyev qeyd edib.


Beləliklə, bir daha aydın olur ki, Ermənistan işğal elədiyi əraziləri boşaltmağa başlamayınca heç bir sülh danışığı heç vaxt nəticə verməyəcək. Yəni problemin həllini irəli aparmaq üçün açar məsələ işğal faktıdır. Bu fakta münasibət köklü şəkildə Azərbaycanın xeyrinə dəyişməyincə, bütün sülh təşəbbüsləri, o cümlədən prezidentlərin görüşləri hər hansı nəticə verə bilməz. Necə ki, indiyədək verməyib. Vaxt isə gözləmir. Müharibə qapıdadır. 

Əgər gerçəkdən də Rusiya ABŞ, Avropa Birliyi böyük müharibə istəmirsə, - məntiq deyir ki, istəmir, - o zaman son xəbərdarlıq mesajı olan 4 günlük müharibədən nə qədər gec deyil, düzgün nəticə çıxarılmalıdır. Təcavüzkarı cilovlamağın, ona öz sərhədləri daxilinə çəkilməyin qaçılmazılığını bəyan etməyin zamanı çatıb.(musavat.com)

Oxşar xəbərlər
19:59, Bu gün
Bağanis Ayrımın müdafiə zonası minalardan təmizlənir
19:56, Bu gün
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
19:50, Bu gün
Bakıda hoteldə yanğın olub - YENİLƏNİB
19:41, Bu gün
Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT
19:35, Bu gün
Bakıda taxta bazarındakı yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-4
19:30, Bu gün
Mərkəzi Afrika Respublikasında gəminin batması nəticəsində azı 60 nəfər ölüb
19:27, Bu gün
İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var
19:23, Bu gün
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:22, Bu gün
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:05, Bu gün
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
GÜNLÜK
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı