“Düşmən ərazisinə girib partizan müharibəsinə də əl ata bilərik"
Oxunub: 2956
26 May 2016 | 16:31
“Düşmən ərazisinə girib partizan müharibəsinə də əl ata bilərik

Dağlıq Qarabağ ətrafında gedən proseslərlə bağlı keçmiş döyüşçü olan siyasilərimizin mövqeyini öyrənmək ictimaiyyət üçün də maraqlıdır. Xüsusilə də bu gün parlamentdə təmsil olunanların mövqeyi. Ən azı ona görə ki, döyüşçü deputatların rəsmi Bakının Qarabağ siyasətinə təsir imkanları sadə vətəndaşlardan daha çoxdur.

Bəs, görəsən, onlar son zamanlar beynəlxalq ictimaiyyətin tərəflərə təklif etdikləri prinsiplərə necə baxırlar?

Moderator.az-ın  bu suallarını  Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliye vcavablandırdı.

MDHP sədrinin Starteq.az-a müsahibəsini təqdim edirik:

”“Bayaq bir söz dediniz. Həbsxanada olarkən iqtidarlı müxalifətli bütün siyasiləri bir araya gətirmək və Qarabağla bağlı memorandum imzalamaqdan bəhs etdiniz. Niyə o təşəbbüsü bu gün də davam etdirmirsiniz? Bu, həm də iki qütb arasında dialoqa verilmiş bir töhfə olardı”¦

-Mən bu işi davam etdirdim. Məhbəsdən sonra bu fikri dəfələrlə gündəmə gətirdim. Hətta məsələni parlamentdə qaldırdım. Dedim ki, gəlin, bir Qarabağ kommisiyası yaradaq, iqtidarlı, müxalifətli hər kəs bu kommisiyada iştirak etsin, bütün ictimai, siyasi təşkilatlar Azərbaycanın milli maraqlarını ifadə edən memorandum imzalasın. Yenə də sizin vasitənizlə bu təklifimi gündəmə gətirmək istəyirəm. Çünki problem hələ də öz aktuallığını qoruyur. Bu məsələnin müzakirəyə çıxarılması çox faydalı işdir. Əvvəla, dediyiniz kimi, siyasi qurumlar arasında dialoq ortamı yaranar və sonrakı mərhələlərdə başqa problemlərin də müzakirəyə çıxarılmasının və həllinin önü açılar. İkincisi, hakimiyyət arxayın olar ki, Qarabağ kartından kimsə istifadə edə bilməyəcək və diplomatik masa arxasında daha rahat oturar. Müxalifət və ictimaiyyət əmin olar ki, hakimiyyət Qarabağ məsələsində ayrı cür addım atmayacaq, problemi başqa formatda gizli həll etməyəcək. Ən mühümü də odur ki, kənardan Azərbaycana təzyiqlər olanda bu memorandum ildırımötürücü fünksiya daşıyar. Rəsmi Bakının “hər şey bizdən asılı deyil” deməsi üçün əsas yaranar, cəmiyyəti, bir növ, öz arxasına almış olar. Təklifim yenə öz qüvvəsindədir, məncə, istifadə etmək lazımdır”¦

”“Siz bu təşəbbüsü müxtəlif siyasi çevrələrlə görüşlərinizdə də qaldıracaqsınız?

-Mən sadəcə təşəbbüs qaldıra bilərəm. Təşəbbüsün həyata keçməsi isə daha çox hakimiyyətdən asılıdır.

-Bayaq mərhələli həllə bağlı bir fikir dediniz. Haqlı olaraq bildirdiniz ki, mərhələli həll variantı da əslində problemi dondurmağa xidmət edir. Bu isə Rusiyanın maraqlarına uyğundur. Çünki istədiyi an problemi yenidən aktuallaşdıra biləcək. Bizim diplomatlarımız isə Azərbaycan üçün ən uğurlu variantın mərhələli həll olduğunu bildirirlər. Belə bir məşhur məsəl var: şeytan detallarda gizlənir. Sizcə, diplomatiyamız detallarda gizlənən bu şeytanı niyə görə bilmir?

-Son zamanlar diplomatiyamızın fəallaşdığı müşahidə olunur. Əcnəbi diplomatlar sərhəd bölgələrinə aparılır, onlara konfliktin mahiyyəti barədə lazımi informasiyalar verilir. Əvvəl bu cür fəaliyyətlər az idi, indi daha çox artıb. Ölkədən kənarda da səfirliklərimiz müəyyən işlər görürlər. Mən xarici siyasətimizin bu şəkildə qurulmasını təqdir edirəm. Biz, nəhayət ki, topu rəqib meydançasına atmağı bacarmalıyıq. Bu istiqamətdəki fəaliyyət baxımından Prezident xarici diplomatiya idarəsindən bir addım qabaqdadır. O, dəfələrlə bəyan edib ki, nəinki Dağlıq Qarabağda ikinci erməni dövləti yaratmağa imkan vermək olmaz, hətta Ermənistanın özü Qərbi Azərbaycan torpaqlarında yaradılmış bir dövlətdir, onun məsələsinə baxılmalıdır. Məncə, Azərbaycan diplomatiyası işini bu istiqamətdə qurmalıdır. Yəni ermənilər bizə “təmas xəttinə müşahidə qurğuları yerləşdirək” deyəndə bizim diplomatlarımız Qərbi Azərbaycan məsələsini gündəmə gətirməlidirlər. Beynəlxalq məhkəmələrdə Qərbi Azərbaycanda və Qarabağda yaşayan insanlarımıza zərər vurulması ilə bağlı təzminat davaları açmalıyıq. Çünki 20 ildən çoxdur ki, bizim var-dövlətimizi daşıyıb aparıblar, insanlarımıza maddi, mənəvi ziyan vurublar. Bunlar mütləq öz hüquqi qiymətini almalı və dünya erməni vəhşiliyinin əsl mahiyyətini görməlidir. Əslində bu məsələləri araşdıran komitə var və ona Xanhüseyn Kazımlının rəhbərlik edir. Komitənin hesablamasına görə, ermənilərin bizə vurduğu zərər 400 milyard dollardan artıqdır və bu, hələ maddi ziyandır. Bir də vurulan mənəvi ziyan var ki, bunu maddi dəyərlərlə ifadə etmək mümkün deyil. Biz danışıqlarda bu məsələləri qaldırmalıyıq. “Bu rayon indi, o biri rayon sonra qaytarılsın” kimi məsələlər danışıq predmeti olmamalıdır. Biz artıq hücum taktikasına keçməliyik. Qətiyyən narahat olmamalıyıq ki, kiminsə arxasında böyük dövlətlər durub. Tutaq ki, həmin böyük dövlətin özü bizə hücum etsə, böyükdür deyə, ona müqavimət göstərməyəcəyik? Evimizi-eşiyimizi həmin böyük dövlətin işğal etməsinə göz yumacağıq? Bu cür situasiyalar qarşısında yeganə bir yol var-döyüşmək. Qüvvələr bərabər deyilsə, partizan müharibəsi aparmalısan. Yeri gələndə, düşmən ərazisinə girib terrora da əl ata bilərik. Əgər söhbət vətəni qorumaqdan gedirsə, istənilən mübarizə yolu məqbuldur. Vətən bir millətin namusudur. Namus üçün istənilən fədakarlığa getməyi bacaranlar yalnız qələbə qazana bilərlər. Dünyada assimetrik müharibə aparıb qələbə çalan çox dövlətlər var. Xüsusilə, müasir çağımızda bu cür hallarla tez-tez qarşılaşırıq. Biz də yeri gələndə bu təcrübələrdən istifadə etməliyik. Ondan sonra kim kimin arxasında durub, özü bilər. Təbii ki, biz hər kəslə dinc qonşuluq şəraitində yaşamağa üstünlük veririk. Özəlliklə də yaxın qonşumuz olan Rusiyayla. Hər dövlətlə olduğu kimi onunla da normal münasibətlər arzulayırıq, ərazi bütövlüyünə hörmət edirik. Bizim insanlarımız orda çalışırlar, ölkəmizə xeyir verirlər. Bir sıra alimlərimiz, işçi qüvvəmiz, bir milyondan çox vətəndaşımız Rusiyadadır. Bu ölkəylə bizim heç bir problemimiz yoxdur. Eyni münasibəti də ondan gözləyirik. Necə ki, Yeltsinin dövründə ikitərəfli, bərabərhüquqlu müqaviləmiz var idi. Hörmətə hörmət prinsipiylə münasibətlərimiz qurulmuşdu. Amma kimsə gəlib bizimlə düşmənçilik edəcəksə, ərazimizi işğal edənin arxasında duracaqsa, təbii ki, eyni münasibəti görəcək. Bunun başqa yolu yoxdur.

-Status məsələsi ilə bağlı fikiriniz necədir? Danışıqların bir mövzusu da budur və belə anlaşılır ki, rəsmi Bakı onu mərhələli həllin ən son predmeti kimi qəbul edir və deməli, mümkün hal kimi baxır. Halbuki, ermənilərin vaxtilə çox yüksək statusları vardı, bununla razılaşmadıqlarına görə, Dağlıq Qarabağ problemi çıxdı. İndi biz onlara necə bir status verə bilərik?

-Bizim partiyanın Qərbi Azərbaycan departamenti var. Bu departament belə məsələləri araşdırır və partiyamızın mövqeyini ortaya qoyur. Partiyamız açıq şəkildə bildirib ki, Qərbi Azərbaycandan qovulan insanların hüquqları bərpa olunmalıdır. Əvvəla, bunlar abrogen-həmin ərazilərin yerli sakinləridirlər. Hətta siz də bilirsiniz ki, Ermənistan o zaman yaradılanda bağlanan müqavilənin tələblərindən biri də bu idi ki, orda yaşayan türklərə toxunulmayacaq, əmlakları, milli mənəvi dəyərləri qorunacaq. Amma onlar öz tarixi ərazilərindən qovuldular. Deməli, müqavilənin şərti pozuldu. Hesab edirəm ki, status məsələsi müzakirəyə çıxarılanda bu məsələ də gündəmə gətirilməli, ilk növbədə qaçqınlar öz yurd-yuvalarına qaytarılmalı, Qarabağda yaşayan ermənilərlə eyni statusa malik olmalıdırlar. Bəzən bizim politoloqlar da səhv bir fikir irəli sürürlər. Deyirlər ki, Dağlıq Qarabağdan qovulan azərbaycanlılar geri qayıtsın, sonra statusu müəyyənləşdirən refendum keçirilsin”¦

-Bəli. Halbuki, geri qayıdacaq qaçqınlar, uzaq başı, Dağlıq Qarabağ ətrafındakı rayonlarda məskunlaşa bilərlər. Referendumun isə Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulur. Belə çıxır ki, referendumda işğaldan azad olunmuş ərazilərə qayıdan azərbaycanlılar iştirak edə bilməyəcəklər”¦

-Bu, hələ məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi də var. Hansısa ayrıca götürülmüş ərazidə referendum keçirilə bilməz. Buna nə Konstitusiyamız, nə də beynəlxalq hüququn fəlsəfəsi icazə verir. Referendum xalqın səs verməsi deməkdir. Bölgədə referendum keçirmək olmaz. Yəni bir bölgə parçası olduğu ölkəyə öz iradəsini diktə edə bilməz. Bölgə iradəsinin ölkə iradəsindən üstün olması məntiqən də mümkün deyil. Bu məsələni də danışıqlar prosesində qabartmalıyıq. O ki qaldı statusa, bu, ya iqtisadi, ya da mədəni xarakter daşıya bilər. Belə deyək, həmin ərazilərdə azad iqtisadi zona yaratmaq, xaricdə yaşayan erməni əsillilərin rahat gedib gəlməsini təmin etmək üçün sadələşdirilmiş viza rejimi keçmək olar. Bilirsiniz ki, bu gün Suriyada, Türkiyədə, Rusiyada erməni əhalisi yaşayır. Bunlar arasında qohumluq əlaqələri var. Azərbaycan öz vətəndaşlarının qohumlarıyla rahat əlaqə saxlamasında maraqlı tərəf kimi çıxış edə bilər. Digər tərəfdən, Qarabağ ermənilərinin öz mədəniyyətlərini qorumaq hüququ var və biz də buna şərait yaratmalıyıq. Status da bu çərçivədə olmalıdır və amma, yenə də təkrarlayıram, Dağlıq Qarabağda ermənilərə verilən statusun eynisi Qərbi Azərbaycana qayıdacaq soydaşlarımıza da şamil edilməlidir.

-Fərəc bəy, ermənilərə, hansı şərtlər daxilində olursa olsun, verdiyimiz statusun eynisini başqa etniklər istəsə, nə olacaq? Sizə elə gəlmir ki, Azərbaycan diplomatiyasının qəbul etdiyi və ya etmək məcburiyyətində qaldığı bu prinsip əslində ölkəmizdə separatizm meyllərini artıracaq tələdir?

-Yadınızdadırsa, 90-cı illərin sonlarında Moskvada bir plan hazırlanmışdı-Azərbaycanın federativ dövlətə çevrilməsi planı. Hətta vaxtilə Bakının ayrıca bir dövlət kimi tanımaq planları mövcud olub. Daha sonra yeni proje ortaya atıldı-Talış Muğan Respublikasını qurmaq kimi. Sadval vasitəsilə bənzər proyekt ölkəmizin şimalında yürüdüldü. Bu cür fikirlərin gündəmə gətirilməsi son vaxtlar da aktivləşib. Bilirsiniz ki, Moskvada bir müddət əvvəl yaradılmış şərti adı “Milyarderlər İttifaqı” olan qurum ortaya çıxanda burda, az qala qəhrəman kimi qarşılanan Abdullatifov ölkəmizin ərazilərinə iddia edən fikirlər səsləndirmişdi. Azərbaycanın şimalında yaşayan ləzgiəsilli vətəndaşlarımızla əlaqədar səsləndirilən bu fikirlər arzuladıqları reaksiyanı doğurmadı. Ləzgiəsilli vətəndaşlarımız bu təxribata getmədilər, vətənə bağlılıqlarını nümayiş etdirdilər. Hesab edirəm ki, bu məkrli planlar həqiqətən də var, amma onlar baş tutmayacaq. Çünki Azərbaycanda rəvacda olan millətçilik etnik əsaslara yox, dövlətçilik prinsiplərinə söykənir. Bizim üçün ərazi bütövlüyümüz uğrunda şəhid olmuş talış da, ləzgi də, yəhudi də, rus da, türk də eyni dərəcədə qiymətlidir. Bizim üçün vətənçilik əsasdır. Biz Azərbaycançılıq təfəkkürünü daşıyırıq. Baxmayaraq ki, türk etnosu bu ərazilərdə çoxluq təşkil edir və tarix boyu digər etniklərin qorunmasını, mədəniyyərlərinin davam etdirməsinin qarantına çevrilib. Bu fikrin ən gözəl sübutu tarix boyu birgə yaşamağımızdır. Azərbaycan xalqını təşkil edən bütün etnoslar yüzillərlə eyni ərazilərdə yaşasalar da, öz kimliklərini qoruya biliblər. Bu fakt bizim bütün hər kəsə, milli mozaikamıza rəng qatan və zənginləşdirən hər topluma özümüz kimi baxdığımızı göstərir. Düşünürəm ki, bütün vətəndaşlarımız da mənimlə eyni fikirləri bölüşdüyü üçün bu məkrli projelər indiyə qədər tutmayıb və tutmayacaq da”¦

-Haqlısınız. Amma siz də etiraf edirsiniz ki, bu məkrli proje var və erməni kartı da əslində böyük planda buna xidmət edir”¦

-Əlbəttə, bunu inkar etmək mümkün deyil. Bu gün Ermənistanda və Şuşada talış radiosu, televiziyası yayımlanır. Məqsəd əsrlər boyu bir yerdə yaşayan, eyni taleni bölüşən, dolayısıyla millətləşən bir toplumu parçalamaq, müqavimətini qırmaqdır. Halbuki, Azərbaycan kifayət qədər tolerant bir ölkədir. Nə hansısa bir partiyada, nə parlamentdə, nə icra aparatında bu ayrıseçkiliyi görmək mümkündür. Kimsə belə bir məkrlə bizim birliyimizi pozmaq istəyirsə, biz buna əsas verməli deyilik. Dövlət bu cür məsələlərdə öz gücünü ortaya qoymalıdır. Dövlət bir atadır. O, öz övladını bağrına basdığı kimi, nankorluq etdiyi zaman onun qulağını burmağı da bacarmalıdır. Biz bölücülük yox, bütövlük axtarmalıyıq.

-Sizin bayaq vurğuladığınız bir məsələyə qayıtmaq istəyirəm. Dediniz ki, Qarabağ məsələsində müxalifətlə iqtidar koordinasiyalı şəkildə iş qurmalıdır. Doğrudan da ermənilərin danışıqlar masasında üstünlük qazanmasının başlıca səbəblərindən biri də elə budur. Yəni Sarkisyan yeri gələndə müxalifətin etirazını bəhanə gətirib Azərbaycanın haqlı tələblərindən boyun qaçırır. Bizə gəldikdə isə, tamamilə başqa mənzərəylə qarşılaşırıq. Faktiki olaraq, ölkədə müxalifətin formalaşmasına və qüvvətlənməsinə imkan verilmir. Partiyalar ya müxtəlif yollarla susdurulur, ya da sıradan çıxarılır. Nəticədə hakimiyyət ölkənin yeganə iradə sahibi kimi görünür. Maraqlıdır ki, diplomatik masalarda güzəşt tələb olunan tərəfdə bizik. Sizcə, bu iki hal bir-birinin nəticəsi deyil? Yəni xarici diplomatların əsl iradə sahibindən güzəştə getməyi tələb etməsi qayət normal deyilmi? Rəsmi Bakı bu siyasətlə özü öz əlini niyə zəiflədir?

-Maraqlı məqama toxundunuz. Düşünülmüş xarici siyasətlər yürütmək lazımdır. Bu isə müxalifətsiz mümkün deyil. Məsələn, Rusiyada bəzən Jirnovski ortaya çıxıb ilk baxışdan sərsəm sayıqlaması kimi görünən bəyanatlar verir. Dərininə varanda isə həmin fikirlərin Kremlin içindən gəlib Jirnovskinin boğazından çıxdığını görürük. Yaxud Rusiyaya qarşı hər hansı kiçik bir təzyiq olanda müxalifət məsələni faciələşdirir və hakimiyyətin istefasını tələb edir. Bizdə də, ən azından, Qarabağ məsələsində iqtidarla müxalifətin bu cür düşünülmüş mövqe ortaya qoymasına ehtiyac var. Bu mövqe ortaya qoyulmadığı üçün həqiqətən də xaricdən Azərbaycan hakimiyyəti külli ixtiyar sahibi kimi görsənir və beynəlxalq güclər fikirləşirlər ki, rəsmi Bakı öz xalqı üzərində bu qədər iradə sahibidirsə, deməl, təzyiqlərlə onu güzəştə məcbur etmək olar. Bu məqsədlə bəzən Azərbaycana təzyiq etmək üçün müxtəlif qurumlar yaradıb pressinq siyasətinə başlayırlar. Müxalifət güclü olarsa və idarəetmədə iştirak edərsə, fərqli bir mənzərə yaranar. Təzyiq silahı Azərbaycan rəsmilərinin əlinə keçər. Niyə Azərbaycan parlamentinin spikerlərindən biri müxalifət nümayəndəsi olmamalıdır? Yaxud kommisiya sədrlərindən, dostluq qrupu rəhbərlərindən bəziləri müxalifətdən olsa, hakimiyyət nə itirər?

-Bəs niyə hökumət bunu etmir?

-Mənə elə gəlir ki, bu, məmurların öz içlərinə həddindən artıq qapanmasından irəli gəlir. Mən bayaq sizə bir misal çəkdim. Məmurların bu ürkək siyasətinin nəticəsində bəzən prezident öz sinəsini qabağa verməli olur. Məsələn, o, məcbur olub açıq şəkildə Ermənistanla bağlı sərt bəyanatlar verdi. Çünki bunu xarici işlər naziri demək istəmir, kiminsə yanında pis olacağından çəkinirdi. Yaxud bir də görürsən ki, müxalifətlə hakimiyyət arasında dialoq gedir, yuxarılarda hər şey öz qaydasındadır. Rayonlarda isə müxalifətçiləri əzirlər. Partiyaların yerli rəhbərlərini həbs edirlər, onların adi bələdiyyələrdə iştirakına şərait yaratmırlar. Halbuki, bu, təkcə hüququn bölünməsi məsələsi deyil, sizin də işarə etdiyiniz kimi, həm də məsuliyyətin paylaşılmasıdır. Yerli problemlər birgə müzakirələr nəticəsində həll olunarsa, mərkəzə gəlməz, ölkənin idarə olunması da asanlaşar. Bu məsələdə sizinlə razılaşıram.

Oxşar xəbərlər
10:00, Bu gün
MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ: "Avtomobillərimiz buna görə tez-tez xarab olur"
09:52, Bu gün
Yerin dərinliyində nəhəng okean tapıldı: Bu nəzəriyyə dağıldı, aimlər çaş-baş qalıb
09:44, Bu gün
Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
09:42, Bu gün
Qobudakı qəzalı hamamla bağlı rəsmi açıqlama: “Biz də maraqlıyıq...”
09:34, Bu gün
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
09:29, Bu gün
Şəkərin yeni təhlükəsi aşkarlanıb
09:25, Bu gün
Cəfəri və şüyüd xərçəngə qarşı- Yeni kəşf
09:19, Bu gün
Bu gecə Ukrayna ordusu ölkə ərazisinə atılmış bütün İran dronlarını məhv etdi...-RƏSMİ
09:15, Bu gün
Cəbrayılda minalar aşkarlanıb
09:11, Bu gün
Bu BÜRCLƏR ciddi sağlamlıq problemləri ilə üzləşəcək
08:58, Bu gün
İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
08:49, Bu gün
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?
08:39, Bu gün
İran İsrailə raket atdı, öz şəhərini vurdu
08:29, Bu gün
Yaşıl bananın faydaları nələrdir?
08:20, Bu gün
Rusiya irəliləyə bilər, özümüzü müdafiə etməliyik
08:17, Bu gün
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
08:04, Bu gün
ABŞ Ukraynaya dəstəyi DAYANDIRIR?
07:50, Bu gün
Çətir şimşəkdən qoruyurmu?
07:38, Bu gün
KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir
07:32, Bu gün
Bu ölkə Tehrandakı konsulluğunu bağladı
07:25, Bu gün
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
07:22, Bu gün
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
07:14, Bu gün
Zibil sanıb atdığınız - Dərdlərə dərman
07:03, Bu gün
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
06:48, Bu gün
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
00:05, Bu gün
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:58
Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
15 Apr 2024 | 23:52
Gürcüstanda "xarici agentlər" haqqında qanuna qarşı kütləvi etirazlar baş verib
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 23:42
Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - VİDEO
15 Apr 2024 | 23:33
DİN: Tbilisidə aksiyada təxribat törətmək istəyənlər var  
15 Apr 2024 | 23:31
Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşir, saxlanılanlar var
15 Apr 2024 | 23:29
91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi - VİDEO
15 Apr 2024 | 23:27
Amerikada yaşayan məşhur aparıcı pişik kafeyə gedib, VİDEO hazırladı-MARAQLI
15 Apr 2024 | 23:22
ABŞ Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib
15 Apr 2024 | 23:04
Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” - VİDEO
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
15 Apr 2024 | 22:52
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
15 Apr 2024 | 22:48
Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - VİDEO
15 Apr 2024 | 22:45
Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU
15 Apr 2024 | 22:39
Tikinti şirkəti məhkəyə verildi
15 Apr 2024 | 22:37
Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb
15 Apr 2024 | 22:32
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 22:25
Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
15 Apr 2024 | 22:23
Naxçıvanın keçmiş maliyyə naziri və DGK-sinin sabiq şöbə rəisinin məhkəmə prosesi keçirilib
15 Apr 2024 | 22:23
“Şuşa sadəcə elmi və tarixi deyil, həm də dini mədəniyyətimizin ən parlaq nümunəsidir”
15 Apr 2024 | 22:20
Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib
15 Apr 2024 | 22:15
Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi
15 Apr 2024 | 22:12
Gürcüstan DİN aksiyaçıları ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb
15 Apr 2024 | 22:03
2024-cü ilin ən dəbli şalvar modeli
15 Apr 2024 | 22:02
Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb
15 Apr 2024 | 21:55
100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - VİDEO
15 Apr 2024 | 21:48
Ərdoğan: İslam dünyası birlik üçün səylərini artırmalıdır
15 Apr 2024 | 21:43
Bakıda məşhur həkim telefon nömrəsini şok qiymətə SATIR – FOTO
15 Apr 2024 | 21:42
“Azəralüminium”la şüşə zavodu arasında alqı-satqı qalmaqalı
15 Apr 2024 | 21:33
Polşa Avropanın raketdən müdafiə sisteminə qoşulmağı planlaşdırır
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 21:20
“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı
15 Apr 2024 | 21:17
Fahriye və Burakın oğlunun 5 yaşı tamam oldu - FOTO
15 Apr 2024 | 21:16
Onun fırçası şəhid atasının xatirələrini çəkir: Qanı ilə boyanan torpağı qızı kətana hopdurur - VİDEO
15 Apr 2024 | 21:15
Türkiyənin İQ-sü ən yüksək şəhərləri - SİYAHI
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:11
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
15 Apr 2024 | 21:09
Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:58
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
15 Apr 2024 | 20:56
39 yaşlı azərbaycanlı müğənninin toyudur: “Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” - VİDEO
15 Apr 2024 | 20:47
Seneqalda bir tondan çox kokain ələ keçirilib
15 Apr 2024 | 20:45
Ayın sonu ilə bağlı MÜJDƏ - Bu bürc sahibləri çoxlu pul qazanacaq
15 Apr 2024 | 20:39
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 20:13
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
15 Apr 2024 | 20:09
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
15 Apr 2024 | 20:03
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
15 Apr 2024 | 20:01
Şakiradan tamaşaçılarına xoş xəbər
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 19:50
İsrail Rəfaha hərbi hücumunu təxirə saldı
15 Apr 2024 | 19:42
O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? - VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:31
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15 Apr 2024 | 19:29
Çexiya İran səfirini XİN-ə çağırıb
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 19:08
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
15 Apr 2024 | 19:06
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15 Apr 2024 | 19:03
Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb
15 Apr 2024 | 18:57
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başlayır
15 Apr 2024 | 18:41
Pəhriz sağlamlığa necə zərər verə bilər? - MÜTƏXƏSSİSLƏR DANIŞDI
15 Apr 2024 | 18:38
Bakıətrafının görünməyən tərəfləri: Zibilli yol - VİDEO
15 Apr 2024 | 18:35
İKT sektorunda orta aylıq əməkhaqqı 17 %-dən çox artıb
15 Apr 2024 | 18:01
Böyük Zəfərdən sonra keçirilən mitinqlər nəyə xidmət edir?- Millət vəkili AÇIQLADI  
15 Apr 2024 | 18:00
Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib
15 Apr 2024 | 17:56
Payızda istilik qiymətləri bahalaşacaq? - RƏSMİ AÇIQLAMA
GÜNLÜK
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 10:14
Qoç – yeni sevgi, Qız – yaxşı xəbər: Qalanını nə gözləyir?
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 10:27
Ölü dənizə düşmüş “ölüvay” İran raketi belə çıxarıldı...-FOTOLAR+VİDEO
15 Apr 2024 | 11:48
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu - YENİLƏNİB
15 Apr 2024 | 10:25
Tarixin möhtəşəm abidələrini özündə qoruyan Kuşadası
HƏFTƏLİK
09 Apr 2024 | 10:44
ƏDV çekləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
09 Apr 2024 | 13:44
Pensiya alanların DİQQƏTİNƏ: "Yaxın günlərdə..." - RƏSMİ
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
09 Apr 2024 | 15:13
“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”-ÖZƏL+FOTO
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
AYLIQ
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 10:14
Qoç – yeni sevgi, Qız – yaxşı xəbər: Qalanını nə gözləyir?
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 10:27
Ölü dənizə düşmüş “ölüvay” İran raketi belə çıxarıldı...-FOTOLAR+VİDEO
15 Apr 2024 | 11:48
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu - YENİLƏNİB
15 Apr 2024 | 10:25
Tarixin möhtəşəm abidələrini özündə qoruyan Kuşadası