Son vaxtlar Ermənistan Azərbaycanın silahlanması ilə bağlı narahatlığını dilə gətirməkdə, buna görə Rusiyanı açıq şəkildə ittiham etməkdədir. Özü sürətlə silahlanmasına baxmayaraq, rəsmi İrəvan hesab edir ki, heç bir dövlət, xüsusilə də Rusiya Azərbaycana silah satmalı deyil.
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov Ermənistanın bu
iddialarının əsassız olduğunu bildirib:
“Ermənistan tərəfi dəfələrlə
belə bir məsələ qaldırıb ki, Rusiya Azərbaycana silah satmasın. Lakin məsələ
bundadır ki, Azərbaycan pulunu verib silahını alır. Burada qeyri-adi bir şey
yoxdur. Həmçinin, biz yalnız Rusiyadan deyil, digər dövlətlərlədən də silah
alırıq. Silah alıb-almamaq, hansı dövlətdən silah almaq və s. kimi məsələlər Azərbaycanın
öz daxili işdiri və Ermənistanın buna müdaxilə cəhdi gülüncdür”.
Seymur Əliyev