Həbs yerlərində işgəncə və ölüm halları niyə artır?
Oxunub: 2859
27 May 2016 | 14:27
Həbs yerlərində işgəncə və ölüm halları niyə artır?
Son zamanlar Azərbaycanda həbs yerlərində, xüsusən polis bölməsi və Cəza çəkmə Müəssisələrində işgəncə və ölüm halları artan xətt üzrə davam edir. Təkcə son 2 ilin statistikasına baxsaq bu artımın hansı səviyyədə olduğunu görə bilərik. Maraqlıdır ki, işgəncə və ölüm halları ilə bağlı baş verən cinayətlər danılmaz fakt kimi ortada olsa da bu cinayətlərə görə hələ bir nəfər də olsun cəzalandırılmayıb. Hansısa polis, Təhlükəsizlik və Penitensiar Xidmətin əməkdaşları haqqında cəza tədbiri görülməyib. Halbu ki, bu cinayətlərin baş verməsi adları qeyd olunan şəxslərin işlədiyi dövlət qurumlarında olub və bu cinayətlər həmin şəxslərin iştirakı  ilə həyata keçirilib.
Cari ilin 10 may ərəfəsində şəhərin mərkəzində yerləşən Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” sözlərini yazdıqlarına görə həbs edilən gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun polis bölməsində insan ləyaqətini alçaldan münasibətə və dəhşətli zorakılığa məruz qalması yenidən işgəncə mövzusunun aktuallığını artırıb.
Həbs yerlərində təkcə son bir neçə ildə məhkum Turac Zeynalov, Pərviz Mikayılov, Elşad Babayev və s., təqsirləndirilən şəxslər Bəhruz Hacıyev, Nurani İbrahimov, Zaur Sultanovun və digərləri səlahiyyətli və vəzifəli şəxslər tərəfindən qəddarcasına döyülərək işgəncə ilə qətlə yetiriliblər. Qatilləri cəzalandırmaq əvəzinə bəzən onların rütbələri və vəzifələri artırılıb. 

Həbs yerlərində ölüm halları

Aparılan araşdırmalar göstərir ki, son zamanlar elə bir il olmur ki,  işgəncə nəticəsində bir neçə məhbus dünyasını dəyişməsin. Biz rəsmi məlumatlardan, ictimailəşən faktlardan danışırıq. Qeyri- rəsmi və ya gizlədilən işgəncə və ölüm halları isə daha çoxdur. Çünki əksər hallarda məhbusların ölümü gizlədilir,  ört- basdır edilir və başqa səbəblərlə əlaqələndirilir. Məsələn, ABŞ Dövlət Departamentinin 2014- ci il üzrə illik Hesabatında qeyd olunur ki, Azərbaycan həbsxanalarında yalnız işgəncə nəticəsində ən azı 4 ölüm faktı qeydə alınıb. Gəlin son 2 ildə həbs yerlərində qeydə alınmış işgəncə və ölüm hallarına diqqət yetirək;

1.Elşad Babayevin ölümü- 2014 cü ildə işgəncə nəticəsində qeydə alının ən dəhşətli məhbus ölümü 22 dekabrda 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elşad Babayev adlı məhkumun ölümü olub. Şahidlərin və mərhumun bacısının verdiyi məlumata, eləcə də morqda cəsədin yayılan fotolarında dəhşətli işgəncənin izləri açıqca görünür. 
Elşad Babayevin işgəncə nəticəsində öldürülməsi ilə bağlı eyni həbsxanada saxlanılan məhkumlardan biri olayı tam təffərüatı ilə anlatmışdır; “Hadisədən öncə Elşad Babayevi cərimə otağına (kars) salıb orada ağır işgəncələr verirdilər. Bağırtısı tibb məntəqəsinin həyətindən (kars ilə tibb məntəqəsi arasında iki divar, 30 metr məsafə var) eşidilirdi. Daha sonra hər gün verilən işgəncəyə dözmədi bədəni, dünyasını dəyişdi. Məhkuma işgəncə verən müəssisənin rejim şöbə rəisi Faiq, əməliyyat şöbəsi rəisi Firdovsi və müavini Tural, müəssisə növbətçisi Vüqar, nəzarətçi Rahib və bunların başında isə müəssisənin rəisi Əli İbrahimov vardı. Bütün bunlar 5 manat dərdi idi” - deyə şahid bildirir. “Məhkum ondan tələb edilən məbləği rəis Əli İbrahimova çatdırmamışdı, bu isə ölümə bərabər haldır. Nəticəsi göz qabağında”. 
 
Olayın daha bir şahidi prokurorluğa bu haqda şikayət etmiş, mərhumun döyülərək öldürdüyünü bildirmişdi məhkum Yadigar Nuriyev olub. Keçən ilin avqustunda o, Elşad Babayevin ölümünə yol açan vəhşicəsinə döyülmə səhnəsi haqda gördüklərini deməkdən çəkinmədiyini, istintaqa dediklərini açıq şəkildə ictimaiyyətə çatdırmaq istədiyini söyləmişdi. Onun fikirləri mətbuatda dərc olunduqdan və ictimailəşəndən sonra Y.Nuriyev məcburi və müəmmalı şəkildə Müalicə Müəssisəsinə köçürülmüş və bir həftə sonra “ürək çatışmazlığı” diaqnozu ilə ölüm xəbəri yayılmışdı. Ölmədən (və ya öldürülmədən) öncə məhkuma 14 saylı CÇM- də təzyiq edərək E.Babayevin ölüm işindəki ifadəsini dəyişməsi yönündə təzyiqlər edildiyi bildirilir.
Yadigar Nuriyevin fikirləri “Yeni Müsavat” qəzetinin 26 avqust 2015-ci il tarixli sayında “Öldürülən məhkumun işindəki ilginc ifadə üzə çıxdı” başlıqlıı, “Mən içəri girəndə təpik, dubinka... daha nə ilə vurmurdular onu" alt yarımbaşlıqlı yazıda dərc olunub.
14 saylı CÇM də məhkumun işgəncə ilə öldürülməsindən sonra məhkumlar bu haqsızlıqa qarşı etiraz aksiyası keçiriblər. Məhbuslar tələb edib ki, E. Babayevin ölümü araşdırılsın. Hadisədən bir neçə gün keçdikdən sonra dekabr ayının 26-ı səhər saat 5 radələrində müəssisəyə Penitensiar Xidmətin xüsusi qoşunu yeridilib. Orada olan bütün məhbuslar amansızcasına döyülüb, və onlara işgəncə verilib. Dustaqlar Araz Quliyev (siyasi məhbus, jurnalsit- red.), Miryusif Seyidov, Anar Qasımlı və bir neçə məhbus döyülərək işgəncə verilmək üçün “Tubzon”a (İxtisaslaşdırılmış Müalicə Müəssisəsi) aparılıb. Adıçəkilən məhkumlar müəssisəyə daxil olduqdan sonra da müəssisənin rəisi Nizami Quliyevin rəhbərliyi ilə amansız işgəncələrə məruz qalıblar. Ailə üzvlərinin dövlət orqanlarına şikayət etməsinə baxmayaraq onlar ac-susuz 1 aya yaxın işgəncəyə məruz qalıb, yaxınları və vəkilləri ilə görüşmələrinə imkan verilməyib. Məsələ ictimailəşəndən, bir sıra yerli və beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Qırmızı Xaş Komitəsinin müdaxiləsindən sonra onları Qobustana qapalı tipli həbsxanaya köçürülüblər.
Lakin bütün bunlara baxmayaraq E.Babayevin ölümü ətrafında başlanan cinayət işi az sonra bağlanılıb və ekspertiza ölüm səbəbini “ürək çatışmazlığı” kimi qiymətləndirib. 
 
Məhkum ölümünün üzərindən Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimova növbədənkənar polkovnik rütbəsi veriblər. Ə.İbrahimova rütbə verilərkən hansı meyarların əsas götürüldüyü bəlli deyil. Bilinən odur ki, onun rəhbərlik etdiyi cəzaçəkmə müəssisəində qalmaqallı ölüm olayları baş verib.
14 saylı CÇM- nin rəisi Ə.İbrahimovun adı beynəlxalq təşkilatlara işgəncələrlə bağlı təqdim olunan hesabatlarda yer alır. Ötən il “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” Hesabatında məhbuslara işgəncə verən vəzifəli şəxslərdən 21 nəfərin adı yer alıb. Siyahı üzrə 18-ci Əli İbrahimovdur.  
Qeyd edək ki, E.Babayevin ölümündən sonra Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Elşad Babayevin işgəncələrlə öldürülməsini Qaradağ Prokurorluğunda məhz belə qiymətləndiriblər. Sonradan iş Qaradağ Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurluğuna verilib. Lakin burada da işin obyektiv istintaqı təmin olunmayıb. Buna görə də iş daha yüksək instansiyada istintaq edildi. Baş Prokurorluqdakı araşdırmalar nəticəsi də digərlərindən fərqlənmədi. Bu baxımdan  Ə.İbrahimova rütbə verilməsini Elşad Babayevin döyülərək, dəhşətli işgəncələr verilərək öldürülməsi, iş üzrə əsas şahid olan Yadigar Nuriyevin müəmmalı ölümünün  məntiqi davamı hesab etmək olar. 
Hadisənin baş verdiyi 14 saylı Cəza Çəkmə Müəsissəsində həmin vaxt cəza çəkən, siyasi məhbus Qurban Məmmədov bildirir ki, Elşad Babayev vəhşicəsinə döyülmə nəticəsində həyatını dəyişib; “İstintaq yolu ilə bunun belə olmadığı "sübut edildi". Məhbuslara qarşı amansız münasibət davam edir. Ona görə də o yerlərə ictimai nəzarət güclənməli, cəza müəsissələrinin qapısı jurnalistlərə, valideynlərə açıq olmalıdır”.

Məhbusun qəfil yerdəyişməsi və müəmmalı ölümü...

 Nurani İbrahimov

2.Məhbus Nuran İbrahimov 6 saylı CÇM- də öldürülüb. Bu barədə onun atası Fuad İbrahimov, şahidlər bildirmiş, çəkilmiş fotolar isə faktı təsdiq edir edir. Mərhumun atası bildirir ki, “Nuranini işgəncəylə öldürüblər. Bunu hamı bilir. Nə qədər ört-basdır etsələr də, əlimizdəki fotolar da isbatlayır ki, ona işgəncə verilib». Bunu fevralın 12-də 6 saylı Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişmiş 23 yaşlı məhbus Nurani İbrahimovun ailə üzvləri deyir. Atası Fuad İbrahimovun sözlərinə görə, Nurani əvvəllər 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılırmış. Qəfil bir qərarla onu 6 saylı müəssisəyə köçürüblər. Bu köçürülmə kimin sifarişi olub, bilmirik:
«Onu qəflətən 2 saylı müəssisədən 6 saylıya etap elədilər. 3-4 gün idi orada saxlanırdı, eşidən kimi getdik. Pal-paltar, yemək aparmışdıq. Dedilər, «yeməyi götürə bilmərik, burada hər şey var yeməyə». Dedik, «heç olmasa, paltarları götürün». Dedilər, «ehtiyac yoxdur, müəssisədə kombi istilik sistemi var». Onu da götürmədilər».
Ailə üzvləri üzlərini çevirib evə qayıtmaqdaykən, Nuraninin ölüm xəbəri çıxıb. Bu xəbər ailəni məyus etməklə yanaşı, həm də xeyli təəccübləndirib. Çünki bu vaxta qədər Nurani nə sağlamlığından, nə də əvvəl saxlandığı müəssisədə hər hansı təzyiqə məruz qalmasından bir kəlmə də şikayət etməyib. 6 saylı müəssisəyə köçürüldükdən sonra isə ailəsi onu nə görə, nə də səsini dinləyə bilib. Fuad İbrahimov deyir ki, əsl həqiqəti ört-basdır etmək üçün Nurani haqqında yanlış rəy formalaşdırmaq istəyirlər: «Guya narkotik udub, narkotik bükümü qarnında partlayıb. Mənim oğlum 13 yaşından ibadətdə olub. Həbsxanada da ibadətinə davam edirdi. Onun əli heç vaxt belə çirkinliklərə bulaşmayıb. Onu vurublar, döyüblər, əziblər, «pres»dən çıxa bilməyib, ölüb. Şəkillər də var, bədənindəki izlər hamısı təpik izləridir».
Nuraninin əmisi Akif İbrahimov da işgəncə faktını təsdiqləyib: «Bədənində göyərmiş izlər vardı, baxan kimi bilinir ki, uşağımızı döyüb öldürüblər. Tezliklə bu işin üstü açılsın, bunu edənlər cəzalarına çatsın».
 
Mərhumun bədənindəki izlər.
Polis bölməsində ölüm halları. 

3.Bəhruz Hacıyevin ölümü- Ölüm halları təkcə Cəza Çəkmə Müəsissələrində deyil, polis şöbələrində də qeydə alınıb. 2015- ci ilin 20 avqust tarixində Mingəçevir şəhər polis şöbəsində baş vermiş müəmmalı ölüm hadisəsi buna misal ola bilər. Hadisə Mingəçevir polis şöbəsi əməkdaşlarının şəhər sakini, narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Bəhruz Hacıyevi saxlaması və polis şöbəsinə aparmasından sonra, şöbənin otaqlarından birində olub. Polis şöbəsindən verilən məlumatda B. Hacıyevin dindirilmə zamanı özünü binanın 3- cü mərtəbəsində olan otağın pəncərəsindən ataraq intihar etdiyi deyilir. Ancaq bu deyim ətrafında bir sıra müəmmalı məqamlar var. Mərhumun yaxınları, hadisə şahidlərinin söylədikləri isə polis şöbəsinin açıqlamasının tam əksini göstərir. Mərhumun meyidinə baxış zamanı onun üzərində olan işgəncə izləri bəzi məqamlara aydınlıq gətirir. Mərhumun atası Dilsuz Hacıyevin bildirdiyinə görə Bəhruz küçədən polis maşınına mindirilərək şöbəyə aparılıb. Nəzarət kameralarına baxan mərhumun atası qeyd edir ki, oğlu polislərə qarşı heç bir müqavimət göstərmədən şöbəyə daxil olub. Orada üstünə baxış keçiriblər. Daha sonra ona qarşı işgəncə olub və B. Hacıyev işgəncə nəticəsində ölüb. Bundan təşvişə düşən polis işçiləri B.Hacıyevin cəsədini binanın 3- cü mərtəbəsindən aşağı ataraq olaya intihar görüntüsü veriblər.
                                                                   
Atası oğlunun intihar etməsi ilə bağlı polisdən deyilənləri “yalan” adlandırır və bildirir ki, oğluna şöbədə işgəncə verilib, hətta bədənində elektroşok izləri də var, amma bu fakt gizlədilir. Atanın dediyinə görə, aylardır ki, oğlunun işgəncəyə məruz qalması faktının araşdırılması ilə bağlı döymədiyi qapı qalmayıb: “Müraciətlər etməkdən artıq yorulmuşam. Oğlum şöbədə öldürülüb, onun işinə düzgün baxılmır. Uşağın böyründə qara nöqtələr- elektoşok yerləri var, amma bu məsələni üzə çıxarmaq istəmirlər. Prokurorluqdan şikayət edirəm, ərizələrimi yenidən baxılmaq üçün prokurorluğa göndərirlər. Bu, necə mümkündür? Bundan sonra nə edim, sözümü kimə deyim? Göz görə-görə oğlumun qanını batırırlar”.       

4.Sumqayıt şəhər sakini Rəşad Mehdiyevin ölümü cari ilin 29 aprelində Sumqayıt polisində yaxınlarının verdiyi məlumata görə şiddətli işgəncə nəticəsində reallaşıb. Mərhumun qardaşı Elşən Mehdiyev bildirir; «Aprelin 27-də axşam saat 11 radələrində polislər məhəlləyə tökülüb, qardaşımı qandallayıb, maşına oturdub aparıblar. Səhəri gün eşitdik ki, Sumqayıt Xəstəxanasının reanimasiya şöbəsinə götürülüb. Bir gün də keçdi, qardaşım elə reanimasiyada keçindi».
Elşən Mehdiyev bildirib ki, 37 yaşlı qardaşı Rəşad Mehdiyev Sumqayıt polisinə aparılaraq işgəncə olunub. İdarədən xəstəxanaya aparılsa da, aldığı işgəncələrdən 2 gün sonra ”“ aprelin 29-da dünyasını dəyişib: «Sabahı gün Rəşadı Sumqayıt xəstəxanasından tapdıq. Reanimasiya şöbəsindəydi. Həkimlər dedilər ki, səhərə yaxın Sumqayıt polisindən təcili yardım maşını ilə gətirilib. Başında zədələr var, kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağırdır. Getdik polis idarəsinə ki, məsələni aydınlaşdıraq. Bizə dedilər ki, «Rəşad gecə idarəyə gətiriləndən sonra yıxılıb, başı zibil qutusuna dəyib»».
Elşən Mehdiyev qardaşının bədənində, əsasən də başında işgəncə izləri olduğunu deyir: «Fotolarını da çəkmişik, açıq- aşkar işgəncə izləridir». 37 yaşlı Sumqayıt sakini Rəşad Mehdiyevin ailə üzvləri deyir, ona polisdə işgəncə verilib, əsasən başından aldığı zərbələrdən sonra xəstəxanada dünyasını dəyişib.

5.Təqsirləndirilən şəxs Zaur Sultanov ölümü 2016- cı il mayın 12-də Xəzər rayon Polis İdarəsinin 1 saylı polis şöbəsində baş verib. Mərhumun atası Səxavət Sultanov bildirib ki,  oğlunu polis əməkdaşları işgəncə ilə öldürüb; “Adam dəhşətə gəlir. Uşağı sağ-salamat evdən apardılar. Heç yarım saat keçməmiş şöbənin həyətində ölü uzatmışdılar. Gənc övladımı onlar öldürdü”¦ Öz cinayətlərini ört-basdır etmək üçün “günahı” oğlumun üstünə yıxırlar- guya infaktdan ölüb”.  
                                                               
Baş Prokurorluğun yaydığı açıqlamada isə qeyd olunur ki, Zaur Sultanov polis şöbəsinin inzibati binasının həyətyanı sahəsində oturacaqdan yıxılaraq ölüb. Sultanovlar ailəsi isə nə Baş Prokurorluğun, nə də nazirliyin yaydığı məlumatla razılaşmırlar. Onlar Baş prokuror Zakir Qaralovdan və Daxili işlər naziri Ramil Usubovdan ölümün gerçək səbəblərinin üzə çıxmasını tələb edirlər. 
Yuxarıda qeyd olunan misallar, işgəncə nəticəsində qeydə alınan ölüm halları son 2 ildə baş vermiş ağır cinayət hadisələrinin bir qismidir. Təəssüflə qeyd etmək lazımdır ki, bu cinayətlərə görə bir nəfər də olsun məsuliyyətə cəlb olunub məhkəmə qarşısına çıxarılmayıb. İşgəncə nəticəsində məhbusların ölüm hallarının artması da cəzasızlıq mühitinin hökm sürməsi, qəddarlığın korrupsiya və siyasi alət məqsədilə  istifadə olunmasıdır. Yerli və beynəlxalq ictimaiyyətin həbs yerlərinə diqqət və marağının artdığı bir dönəmdə hökümətin üzərinə düşən vəzifə qanunsuzluğun qarşsını almaq, bəzi şəxslərin qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui- istifadə edərək məhbuslara qarşı tətbiq etdiyi zorakalığın, qeyri- insani münasibətlərin araşdırılması və aradan qaldırılması üçün təxirə salınmaz tədbirlər görməsidir.

Həbs olunmuş şəxslərə qarşı işgəncə halları

Azərbaycan Konstitusiyası və Cinayət Məcəlləsi həbs edilən şəxslərə qarşı işgəncə əməllərini qəti şəkildə qadağan edən və buna görə ağır cəza nəzərdə tutur. Buna baxmayaraq ölkə həbsxanalarında dustaqlara qarşı işgəncə halları davam etməkdədir.
Həbs edilən şəxslərə qarşı insan ləyaqətini alçaldan münasibətin göstərilməsi, onların qəddarlığa və işgəncələrə məruz qalması Müvəqqəti Saxlama Təcridxanalarında, İstintaq Təcridxanalarında və Cəza Çəkmə Müəssiələrində həyata keçirilir. İşgəncə təkcə fikizi zor tətbiq etməklə deyil, insan ləyaqətini alçaldan münasibətə məruz qoymaq, qeyri- əlverişli saxlama şəraiti, aşındırıcı pisxoloji münasibət, diskriminasiya və s. hərəkətlərdə özünü biruzə verir. Həbs olunan bir çox dustaqların, onların yaxınlarının, vəkillərinin verdiyi məlumatlara əsasən hüquq mühafizə orqanları saxlanılan şəxsləri etiraf edici ifadələr almaq, qorxutmaq və s. məqsədilə döymüş, onları təhqir etmişdir. Cəzasızlıq problem olaraq qalır. Verilən məlumatlara əsasən pis rəftar olunduqlarını bildirən saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı dövlət orqanları de- fakto qadağa qoyur və onların vəkillə təmin olunmalarını yubadır. 
Aşağıda qeyd etdiyimiz misallarda son zamanlar polis bölmələrində insanlara qarşı tətbiq edilən igşəncə hallarından bəhs edilir; 

Sumqayıt polisində tükürpədən işgəncə hadisəsi
 
Sumqayıt şəhər sakini Rəşad Abbasova Sumqayır şəhər Polis İdarəsində verilən işgəncə son zamanların ən dəhşətli işgəncələrindən biridir. Bu barədə ilk məlumatı bloger Mehman Hüseynov üzə çıxarıb. Elə onun Facebookda paylaşdığı videoda Rəşad Abbasov adlı gənc ona Sumqayıt polis şöbəsində verilən tükürpədici işgəncələrdən danışıb. Sumqayıt polisində aldığı işgəncə xəsarətlərinə görə xəstəxanada müalicə olunan Rəşad Abbasovun dediyinə görə, martın 22-də onların qonşuluğunda yaşayan 27 yaşlı  Namiq Məmmədov evlərinin qarşısında bəlli olmayan bir nəfər tərəfindən bıçaqla vurulub. Hadisəni ilk görənlərdən biri olduğu üçün o, tez bıçaqlanan gəncin ailəsinə xəbər verib. Namiq Məmmədov daxili qanaxmadan elə hadisə yerinə özünü ilk çatdıran anasının qolları arasında vəfat edib.
Martın 23-ü səhər saat 7 radələrində isə polislər anaya oğlunun bıçaqlanma xəbərini verən Rəşad Abbasovu şöbəyə aparıblar. 
Rəşad Abbasovun iddiasına görə, Sumqayıt şəhər 1-ci polis bölməsində ona saatlarla işgəncə verib tələb ediblər ki, qətli törətdiyini etiraf etsin. O, heç kimi qətlə yetirmədiyini, sadəcə Namiq Məmmədovun bıçaqlanması barədə ailəsinə xəbər verdiyini deyib. Amma onun bu sözlərinə məhəl qoymayan polislər onun bədəninə elektrik cərəyanı vermək və ağır zərbələr vurmaqla ondan qətl hadisəsini boynuna almasını təkrar-təkrar tələb ediblər; “Belə bir etirafı etməyincə işgəncələri davam edirdilər. Əllərim arxadan qandallı halda bədənimin müxtəlif yerlərinə elektrik cərəyanı buraxırdılar, sonra təpik və yumruqla ağır zərbələr endirirdilər. Bir tələbləri var idi ki, qətli boynuma alım. Mən heç kimi qətlə yetirmədiyimi dedikcə işgəncələr daha da şiddətlənirdi. İşgəncədən bütün bədənim keyimişdi, ayaqlarımın altına vurulan zərbələri artıq hiss etmirdim.  Mənə deyirdilər ki, sən hər şeyi boynuna al bizə çox əziyyət vermə...Mən deyirdim axı etmədiyim şeyi necə etiraf edim, yenidən işgəncələri davam etdirirdilər. İşgəncələrə dözə bilmirdim. Məni vuran Mirnemət adlı polisə dedim kor bağırsağımda "qrija" var, ora vurma, fikirləşdim ki, bəlkə bir az insafa gələrlər, amma mən deyəndən sonra həmin yerə daha güclü zərbələr vururdular, "dubinka"nın ucu ilə kor bağırsağımın üstünə basırdılar. Mənim cinsiyyət orqanıma elektroşok vururdular. Elə belə edirlər ki, insanlar yolda ölən birinə yardım eləməkdən qorxur...".
 
Bir qədər sonra polis bölməsinə daha bir gənc gətirilib və Rəşad Abbasova verilən işgəncələrə dözməyən həmin gənc polislərə "etiraf edib ki, qətl hadisəsini o törədib".
Onu bölməyə səhv gətirdiklırini etiraf edən polislər  Rəşad Abbasova tapşırıblar ki, bu barədə heç bir yerə şikayət etməsin.  Bədənindəki xəsarətlərə gəlincə, polis bölməsində ona deyiblər ki, "səndən soruşanlara de ki, məhlədə döyülmüsən". Bölmədə həm də ona xəbərdarlıq ediblər ki, məsələni açacağı halda  narkotik və s. ittihamlarla həbs olunacaq. "Dedilər Sumqayıt kişik şəhərdi, hər gün səninlə rastlaşacağıq, səni narkotik və digər ittihamlarla atarıq içəri..." 
Rəşad Abbasovun sözlərinə görə, vəziyyəti ağır olduğundan  bölməyə təcili yardım çağırılıb və onu xəstəxanaya aparıblar.  "Həkimlər nə olduğunu soruşdular və hamısını danışdım. Dedim məni 1-ci polis bölməsində cinayət axtarış şöbəsinin rəisi ilə narkobiznesin rəisi  döyüb. Sonra öyrəndim ki, həkimlər mənim tanımadığım şəxs tərəfindən döyülüb xəsarətlər aldığımı yazıblar"
Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 10 may ərəfəsində şəhərin mərkəzində yerləşən Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” sözlərini yazdıqlarına görə həbs edilərək polis bölməsində insan ləyaqətini alçaldan münasibətə və dəhşətli zorakılığa məruz qalıblar. Gənclərin bədəni üzərində zorakılıq və işgəncə əlamətlərini öz gözləri ilə görən onların vəkili Elçin Sadıqov işgəncələrin əsasən 12-ci Polis Bölməsində, Bakı Şəhər Baş Polis İdarəsində və Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində verildiyini bildirib. Vəkilin və gənclərin bildirdiyinə görə, işgəncələrin verilməsinə səbəb onların heykəl üzərində yazdıqları sözlər və nakrotika ittihamını qəbul etmələrinə dair etirafedici ifadələrin alınması olub.
Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun polis bölmələrində dəhşətli şəkildə fiziki zorakılığa və qeyri-insani münasibətə məruz qalmalarına bu günə qədər heç bir əsaslı cavab verilməyib. Hər hansı tədbir görülməyib və heç bir vəzifəli şəxs cəzalandırılmayıb, araşdırma işləri aparılmayıb. Narahatlıq doğuran digər hal odur ki, Ombudsman Aparatının əməkdaşları gənc fəallarla görüşüb onların bədənlərində zorakılıq əlamətlərini görsələr də, İnsan hüquqları üzrə Müvəkkil  Elmira Süleymanova onlara işgəncə verilmədiyinə dair əsassız bəyanat yayıb. Bu isə ictimaiyyətin haqlı etirazına səbəb olub. 
 
Bir sıra beynəlxalq qurumlardan fərqli olaraq Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərinin gənclərə verilən işgəncə olayı ilə bağlı susqunluq nümayiş etdirməsi təəssüf doğurur. Hərəkət azadlığı məhdudlaşdırılmış insanlara qarşı həbs yerlərində işgəncə verilməsi beynəlxalq prinsiplərə zidd olaraq, insan hüquq və azadlıqlarına qarşı açıqca hörmətsizliyin və zorakılığın  ifadə olunduğu ağır cinayətlərdən biri kimi qəbul olunur və rədd edilir.
Həbs yerlərində saxlanılan şəxslərə işgəncələrin verilməsini təkcə insanlıq prinsiplərinə deyil, yerli və beynəlxalq qanunvericilk aktlarına ciddi şəkildə zidddir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin III bəndinə görə heç kəsə işgəncə və əzab verilə, heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala, özünün könüllü razılığı olmadan üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.
Mülki və Siyasi hüquqların haqqında Beynəlxalq Paktın 7-ci maddəsinə, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 3-cü maddəsinə heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.
Bundan əlavə, Azərbaycan “İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalarına qarşı” BMT-ni Konvensiyasına, “İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzaların qabağı alınması” haqqında Avropa Konvensiyasına qoşulmuş, BMT-nin “Məhbuslarla rəftar qaydasının minimal standartı”, (1955-ci il),“Hüquqi qaydaların müdafiəsi üzrə vəzifəli şəxslərin müraciəti Məcəlləsi”, (1979-cu il), “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiqindən məhbusların və həbs edilmiş şəxslərin müdafiəsi sahəsində hakimlərin və səhiyyə işçilərinin tibbi etik prinsipləri” (1982-ci il), “İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzaların qarşısını alınması üzrə Avropa Komitəsinin Standartları" ölkəmizdə qüvvədədir.
Buna rəğmən Azərbaycan höküməti bu sahədə götürdüyü öhdəlikləri icra etməkdən yayınır. Belə ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etdiyi müddətdə Avropa Məhkəməsi tərəfindən 19 qərarda Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozulduğu müəyyən edilmişdir. Bu qərarların ən az 12-də, Avropa Məhkəməsi şəxslərin Azərbaycan dövlət məmurları tərəfindən işgəncəyə və ya qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması faktını müəyyən etmişlər.

Tanınmış vəkil Xalid Bağırov bildirir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 46-cı maddəsinə əsasən Azərbaycan Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi götürüb, konkret bu halda şəxslərə qarşı işgəncə və ya digər pis rəftar halını ətrafla araşdırmaq, təqsirkar şəxsləri cəzalandırmaq və pis rəftara şərait yaradan sistem problemlərini aradan qaldırmaq öhdəliyi götürüb; “Amma buna baxmayaraq, Azərbaycan höküməti bu qərarların icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsi ilə effektiv əməkdaşlıqdan yayınır. Həm hüquq müdafiəçiləri, həm də rəsmi şəxslər (daxili işlər nazirinin müavini Əsgər Ələkbərov) bəyan edib ki, saxlanılan şəxslərə qarşı pis rəftar faktına görə bir nəfərdə olsun cəzalandırılmayıb. Hətta Azərbaycan hakimiyyətinin təmsilçiləri bu məsələyə münasibətdə sinizm nümayiş etdirirlər. Belə ki, Prezident İlham Əliyev bəyan edib: “Mən dedim ki, bir nəfər də olsun polis işçisi cəzalandırılmayacaq”.
Daxili işlər naziri Ramil Usubov bildirib: “Kimsə indi məhkəmədə özünü müdafiə etmək üçün deyə bilər ki, guya polis onu döyüb, işgəncə verib. Amma bunlar öz təsdiqini tapırmı? Tapmayacaq”.
Bundan əlavə, Azərbaycan hökuməti bu sahədə özünü monitorinq etməyə imkan vermir. Belə ki, 2014-cü ildə İşgəncələrin Qarşısının Alınması üzrə Birləşmiş Millətlər Təşkilatının Alt Komitəsi (İQAT) Azərbaycanda cəzaçəkmə müəssisələrində qarşılaşdığı maneələr üzündən səfərini dayandıraraq, ölkəni tərk etmək məcburiyyətində qalıb. Azərbaycanın da tərəf olduğu BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının fakültativ protokoluna (OPCAT) Alt Komitə maneəsiz cəzaçəkmə müəssisələrinə daxil olmaq şəraiti yaradılmalı idi.
Azərbaycan höküməti İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) ilə əməkdaşlıq etsə də, bu quruma öz hesabatlarını açıq yaymağı qadağan edən Rusiya ilə bərabər iki Avropa dövlətindən biridir. Bu sahədə fəaliyyət göstərən Milli montiorinq qrupları korrupsiyalaşmış, şəffaflığını və qərəzsizliyini, habel cəmiyyət arasında etimadını itirmişlər. Orta əsrlərin qalıntısı və bəşəriyyətin ən idbar təcrübəsi olan inkvizisiyanın cəmiyyətimizdə yenidən təzahür etməsi, bütün sivil dünyada zorakılığa qarşı ciddi mübarizənin vüsət aldığı bir dönəmdə ölkəmizdə bu kimi halların mövcudluğu və yuxarı vəzifəli şəxsləri sükunətli razılığı ilə inkişaf etməsi utanverici haldır. Çünki bu kimi hallar Azərbaycan toplumunu 21 əsrdə sivil dünyadan uzaqlaşdıraraq orta əsrlərin qaranlığına sürükləyir.”
Bəzən işgəncə halları sıravi məhbuslarla yanaşı tanınmış siyasi məhbuslara qarşı da tətbiq olunub. Məsələn, hüquq müdafiəçisi Leyla Yunusa qarşı Bakı İstintaq Təridxanasında işgəncə, qeyri insani davranış göstərilib, REAL hərəkatının sədri sədri İlqar Məmmədov saxlandığı  2 saylı Cəzaçəkmə Müəssisəsində müəssisə rəisinin otağında, rəisin müşayəti ilə döyülmüş və cərimə təcridxanasına salınıb. 
“Nardaran hadisələri” zamanı həbs olunmuş ilahiyyatçı, müsəlman birliyi Hərəkatının sədri Tale Bağırzadə və digərləri DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Eyni aqibətlə üzləşən NİDA- çı gənclər də həbs olunan zaman onlara işgəncə verilib.
"Rəis deyirdi ki, dustaqları elə vurun ki, izi qalmasın”
Dustaqlara işgəncə verilməsini həbsdən yenicə çıxmış keçmiş siyasi məhbuslar da təsdiq edir. Keçmiş siyasi məhbus Əvəz Zeynallı bildirir ki, həbs yerlərində zorakılıq və işgəncə halları azalmır. Bunu Penitensiar Xidmətdə baş verən ölüm halları da təsdiq edir; “Mən 10 saylı cəza çəkmə Müəsissəsində cəza çəkdiyim zaman elə hallar olub ki, 20 gündən bir bir məhkumun cənazəsini evinə göndərmişik. Bunların çoxu əcəli ilə ölüb, amma maraqlıdır ki, CÇM-lərdə tibbi-sanitar hissələr xəstələr üçün nəzərdə tutulsa da, orada xəstəliyi olmayan zəngin adamlar qalır. Bu özü işgəncədir. Xəstələr müalicə oluna bilmirlər. “Zon”- larda gecə həkim növbətçisi olmur. Bu da insanların ölməsinə səbəb olur. Penitensiar Xidmət bu haqda informasiyaları tam gizlin saxlayır. Bir neçə dəfə sorğu ilə müraciət eləsəm də, cavab verməyiblər.
“Zon” daxilində işgəncə hallarına tez-tez rast gəlmək olur. Bunu gizlədirlər və açıqlamırlar. Amma rəislər razvodun qarşısında belə işgəncə metodlarından fəxrlə danışırlar. Xatırlayıram, bir dəfə 10 saylı CÇM rəisi Mirsaleh Seyidov razvodun qarşısında dava-dalaş salan dustaqlara xitabən beləcə də demişdi: "Elə vurun ki, izi qalmasın. O üsulları biz bilirik. Heç olmasa bizdən öyrənin". İronik deyilmişdi, amma dəstə ilə dustaqları tapdaladıqları hər gün ölüm risqi var. Təsadüfi deyil ki, 14 saylı CÇM-də baş verən ölüm hadisəsi bunun bariz nümunəsidir. Orada Elşad Babayevi döyərək öldürdülər və sonra mətbuata telefon edən şahidi də onun arxasınca öldürdülər.
Yetkinlik yaşına çatmayan məhbuslara verilən cəza
Həbsdə olan yetkinlik yaşına çatmayan şəxlərin həbsxanalarda cərimə kameralarına (kars) salınması halları da qeydə alınıb ki, bu da qanunla qadağan olunmuş hal hesab edilir. Bu haqda həbsdə olarkən araşdırmaçı jurnalist Xədicə İsmayıl ilk olaraq məlumat vermiş, Bakı İstintaq Təcridxanasında yetkinlik yaşına çatmayan məhkumların cərimə kamerasına salınmasını mətbuata və ictimaiyyətin diqqətinə çatdırmışdı.
Bundan sonra tanınmış vəkil öz müvəkkili olan 15 yaşlı məhkumun bu hal ilə üzləşdiyini bəyan edərək jurnalistin dediklərini təsdiqləmişdi.

Azərbaycan həbsxanalarındakı işgəncələr beynəlxalq hesabatlarda...

Azərbaycandakı həbs yerlərində məhbuslara verilən işgəncələr təkcə yerli hüquq müdafiəçiləri və təşkilatlar tərəfindən deyil, dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən də birmənalı şəkildə açıq qeyd və tənqid olunur. ABŞ Dövlət Departamentinin, Birləşmiş Millətlər Təşkilatının (BMT), Amnesty İnternational, Human Rights Watch və s. təşkilatlarının hesabat və sənədlərində Azərbaycandakı işgəncə hallarına geniş yer verilir. 
ABŞ Dövlət Departamentinin İnsan haqları ilə bağlı illik hesabatının Azərbaycan bölümündə deyilir ki, il ərzində hüquq-mühafizə orqanları tərəfindən zorakılıqla bağlı yerli hüquq müdafiəçilərinə 324 şikayət daxil olub. Dörd halda işgəncə ölümlə nəticələnib. Məsələn, dekabrın 22-də məhbus Elşad Babayev ölüb. Bacısı bildirib ki, o, işgəncə səbəbindən ölüb. Həbsxana rəhbərliyi ittihamları təkzib edib.
Pis rəftar hallarının əksəriyyəti polis məntəqələrində baş verib. Hüquq-mühafizə orqanları zaman-zaman etirafedici ifadə almaq üçün işgəncə və digər zorakı metodlardan istifadə edib. Belə metodlardan biri kimi bəzən şübhəli şəxslər zorlanmaqla hədələniblər. Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun bildirdiyinə görə, o və əri Arif Yunus aprelin 28-29-da saxlama məntəqəsində olarkən zorlanmaqla təhdid ediliblər. 
İstintaq təcridxanasına köçürüldükdən sonra, bir qayda olaraq, zorakı rəftara son qoyulub. Yalnız Leyla və Arif Yunusovlara qarşı onlar istintaq təcridxanasında olarkən də zorakılıq davam edib. Leyla Yunusun vəkilinin məlumatına görə, sentyabrın 23-də təcridxananın rəisi mayor Yaqubov müvəkkilini yerə yıxaraq, saçından dartıb, böyrəklərinə zərbələr endirib.
Pis rəftara məruz qaldıqlarını iddia edən saxlanılan şəxslərin müstəqil müayinəsinə de-fakto qoyulmuş qadağa qalmaqda davam edib.
2015- ci ilin sonlarında Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsinin yaydığı növbəti Hesabatda göstərilir ki, son illər Azərbaycan həbsxanalarında yüzlərlə işgəncə faktları qeydə alınıb, amma hökumət işgəncələrə görə bir nəfər günahkarı belə məsuliyyətə cəlb etməyib, baxmayaraq ki, cəzaçəkmə yerlərindən işgəncələrlə bağlı yüzlərlə şikayət daxil olur. 10 müstəqil ekspetdən ibarət İşgəncələr Əleyhinə Komitə vaxtaşırı monitorinq çərçivəsində Azərbaycanda vəziyyəti, hökumətin BMT-nin İşgəncələrə Qarşı Konvensiyasına əməl edib-etmədiyini öyrənir. Hesabatda bəzi bölümlərə nəzər salaq; 
İşgəncə verənlərin cəzasız qalması praktikası. Komitə hüquq- mühafizə və istintaq orqanları əmək-daşlarının vətəndaşlardan etiraf xarakterli və ya digərlərinin əleyhinə ifadə almaq üçün mütəmadi olaraq, işgəncə, qəddar davranışdan istifadə etməsi barədə daxil olan çoxsaylı məlumatlardan narahatdır. Narahatlıq doğuran həm də odur ki, üzv dövlət dialoq zamanı işgəncələr, qəddar davranış barədə səslənən bütün ittihamları əsassız sayır. Halbuki, onların bir qismi BMT-nin insan haqları ilə bağlı başqa strukturları tərəfindən də araşdırılıb.
Üzv dövlətin hesabatına görə, 2010-2015-ci illərdə bircə nəfər də işgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Halbuki, 2009-2013-cü illərdə həbs yerlərində məsul şəxslərin qəddar davranış və işgəncələrilə bağlı Penitensiar Xidmətə 334 şikayət daxil olub. 2010-2013-cü illərdə vəzifəli şəxslərin vətəndaşlara işgəncə verməsi haqda Daxili Işlər Nazirliyinə 984, Baş Prokurorluğa da 678 analoji şikayət daxil olub. Komitə hesab edir ki, bu göstəricilər Azərbaycanda işgəncələr haqda şikayətlərin operativ, effektiv və qərəzsiz araşdırılmadığının aşkar sübutudur.
Üzv dövlət işgəncələrə dözümlü yanaşmamalı, vətəndaşlara işgəncə verənlərin cəzasız qalması praktikasına son qoyulmalıdır. Işgəncə və qəddar davranış hallarının araşdırılması üçün görülən tədbirlər barədə konkret məlumatların əldə olunması təmin edilməlidir. Hər bir vətəndaşın şikayətinin obyektiv və effektiv şəkildə araşdırılması hüququ təmin edilməlidir.
Hüquq müdafiəçilərinə qarşı qəddarlıq. Komitə bu ölkədə bir sıra hüquq müdafiəçilərinin qanunsuz həbsi, həbs yerlərində onların qəddar davranışa məruz qalması, müəyyən hallarda, tibbi yardım ala bilməməsi barədə çoxsaylı məlumatlardan dərin narahatlığını bildirir. “Məsələn, Leyla və Arif Yunuslar, Ilqar Məmmədov, Intiqam Əliyev, Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov. Komitə dövlətin bu şəxslərlə bağlı bütün iddiaların əsassız olması barədə birmənalı mövqeyindən təəssüflənir. Çünki BMT-nin digər strukturlarının da həmin şəxslərə qarşı münasibət barədə müvafiq hesabat və bəyanatları, Avropa Məhkəməsinin qərarı var.
Komitə narahatdır ki, bu şəxslər törətmədikləri əmələ görə həbs olunub, onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı tam, müstəqil və effektiv araşdırma, məhkəmə olmayıb. Üzv dövlət qanunsuz həbslər, lazımi tibbi yardımdan imtina, hüquq müdafiəçilərinə qarşı qəddar davranışla bağlı yuxarıda göstərilən halları araşdırmalı, günahkarlar cəzalandırılmalıdır. Həmçinin insan haqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə görə həbs olunan hüquq müdafiəçiləri azadlığa buraxılmalıdır.”

Yekun nəticə

Yuxarıda deyilən bütün fikirlər, irəli srülən dəlil və sübutlar, sənədlər bir daha göstərir ki, Azərbaycan dünyanın öz vətəndaşını ən çox işgənələrə məruz qoyan ölkələrindən biridir. Əlavə olaraq qeyd edək ki, Azərbaycanda məhbuslara verilən işgəncə qəddarlığı, amansızlığı və qisasçılığı ilə daha çox fərqlənir. Məsələn, həbsdə olan və saxlanma yerinə gətirilən şəxslərə işgəncə vermək üçün onları çarmıxa çəkərək, başına torba və salafan keçirərək, bəzən ayaqlarını falaqqaya bağlayaraq, qolları qandallı şəkildə, elektroşokla cərəyan verərək, uzun müddət çılpaq şəkildə soyuq və nəm yerdə saxlamaqla və s. metodlarla işgəncə verirlər. Bəzən dustaqlara orta əsr işgəncə üsulları tətbiq olunur. Açıq- açığına Azərbaycan insanına qənim kəsilmiş bir sürü işgəncə cəlladları  qəddarcasına onlara zülm, işgəncə verir və bəzən bu əməllərindən həzz alırlar..
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan həbsxanalarına yerli və beynəlxalq marağın, nəzarətin artmasına baxmayaraq  həbs yerlərində saxlanılan şəxslərə qarşı insan ləyaqətini alçaldan hərəkətlər, zorakalıq və işgəncə halları azalmaq əvəzinə artan xətt üzrə davam edir. Zənnimizcə bunun başlıca səbəbi cəzasızlığın hökm sürməsidir. Cəzasızlıq isə qanunların işləmədiyi yerlərdə baş verir. Digər tərəfdən qəddarlıq və işgəncə hakimiyyətin qorunub saxlanması, insanların qorxudularaq öz haqqından imtina etməsi üçün bəzi vəzifəli şəxslərə verilmiş qeyri- rəsmi vəzifədir, görəvdir. Zamanında bu vəzifəni DİN- in yüksək vəzifəli şəxsi olmuş Hacı Məmmədov olmaqla bir çoxları həyata keçirib. Hazırda bu vəzifəni digər “Hacı”-lar yerinə yetirir. Amma həmin “Hacı”-lar öz sələflərinin, eləcə də bir zaman hökmranlıq iddiasında və imkanında olan “İşgəncə kralları” İlqar Əliyevin, Akif Çovdarovun, Vəli Ələsgərovun və digərlərinin taleyindən ibrət dərsi götürsünlər.  
Gec olar, güc olar. Heç bir cinayət, zorakalıq və qanunsuzluq cəzasız qalmır. Dövlətin və qanunun cəzası ilə yanaşı ondan da sərt olan ilahi cəza da var. Bunu heç kim unutmamamlıdır.

Oqtay Gülalıyev, hüquq müdafiəçisi
Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb