"70 il əsarət altında olmuşuq, indi təzədən gedib boyunduruğa girək?"
Oxunub: 15165
27 May 2016 | 16:38
Moderator.az zəmanəmizin canlı əfsanəsi, böyük sənətkarımız, xalq artisti Zeynəb Xanlarova ilə müsahibəni təqdim edir:

Zeynəb xanım söhbətimizin əvvəlində ürəyinin Qarabağda, əsgərlərimizin yanında olduğunu dilə gətirdi: 

- Bu gün ölkəmizdə iqtidar-müxalifət məsələsi olmamalıdır, hamı birləşməlidir, hər birimiz Vətənin çağırışına hazır olmalıyıq. Mən 50 ildir səhnədəyəm, cəmiyyət içindəyəm, o qədər prezidentlər gəlib-gedib, hələ belə  şey görməmişəm. Prezidentin xanımı hərbi geyimdə ön cəbhəyə gedir, əsgərlərimizə, ön cəbhədə yaşayan əhalimizə dəstək olur. Prezidentimizin özü də ön cəbhəyə gedir. Bunu necə görməmək, bundan necə duyğulanmamaq olar?
  
- Zeynəb xanım, elə Qarabağdan söz düşmüşkən, aprel ayındakı döyüşlərindən sonra cəbhəyə, azad olunmuş ərazilərə gedən sənət adamları çox oldu. Siz necə, əsgərlərimizlə görüşmək istərdinizmi?


- Əsgərlərimizə mənim canım qurban. Amma bəzi sənətçilər gedib orda özlərini reklam edir, bax, mən bunun tərəfdarı deyiləm. İstəyən uzaqda da istəyir, yaxında da. Allah qoysa, Qarabağımız tamamilə düşməndən azad olunsun, ata-analarımız, bacı-qardaşlarımız bərpa olunmuş evlərinə köçsün, mən hər zaman Qarabağımızın ziyarətinə getməyə hazıram. Mən vaxtilə əsgər geyimi geyinib Əfqanıstanda, atəşin altında oxuyurdum. Konsertimə gələnlər də hamısı əsgərlər idi. Komandirlərinin səhnəyə çıxıb mənə təşəkkür etdiyini də unutmamışam. 

İnanın, mən xaricə konsertlərə gedəndə bir çemodan disk aparıram. Bir dəfə dedilər, nə ağır çemodanınız var. Dedim, camaat xaricə öz kasetlərini aparıb paylayır, amma mən Azərbaycan həqiqətlərini yayıram. Hər dəfə Xocalı soyqırımı ilə bağlı Çingiz Mustafayevin çəkdiyi kadrların disklərini aparıb paylayıram. İstəyirəm  başqa millətlər də bu lentlərə baxıb görsün ki, bizim başımıza nə oyun gəlib, necə cavanlarımız, uşaqlarımız qırılıb. Hər bir insan Vətəni üçün, xalqı üçün əlindən gələni etməlidir. Bu da mənim Qarabağ təbliğatımdır. Amerikada olanda həlak olan pilotların fotosunu gördüm, gecə səhərə qədər yata bilmədim. Qəhər məni boğmuşdu... Şəkil kimi oğlanlar idi. Necə ürəyim ağrıdı.  Bizim belə oğullarımıza qıyan düşmənə mənim nifrətim bitən, tükənən deyil! 

- Aprel döyüşlərində azad olunan torpaqlar haqqında harada xəbər tutdunuz? 

- Onda Amerika idim. Saytları oxuyuram axı, elə ordan xəbər tutdum. Həddindən artıq sevindim... O  qədər sevindim ki...Onu da deyim ki, bir gözüm güldüsə, bir gözüm də ağladı. Necə gözəl oğullarımız şəhid oldu... Amma bir tərəfdən düşünürəm ki, qurban vermədən torpaqları azad etmək mümkünsüz deyil. Tarix boyu belə olub. Mən hər bir ananın dərdinə şərikəm, böyük dərddir. Allah onlara səbr versin! Amma qoy onlar qürurlu olsunlar, üzülməsinlər. Çünki övladları Vətən yolunda şəhid olub. O şəhidlər ölməyib, daima bizim ürəyimizdə yaşayacaqlar. Onlar tək o anaların yox, hər birimizin övladlarıdırlar.

- Zeynəb xanım Qarabağın hansı yolla azad olunmasını istəyir, savaşla, yoxsa sülh yolu ilə? 


- Əlbəttə ki, mən bir ana kimi sülhün tərəfdarıyam. Mən Kanadada “Ananın səsi”ni oxuyanda bütün tamaşaçılar ayağa qalxıb alqışlayırdı. (Ardınca mahnının sözlərini xatırladır-E.P.) “Mən anayam, bu səsimdə yerin, göyün dərdi var, sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar”. 

(Böyük sənətkardan israrla xahiş edirəm ki, bu sözlərə yazılmış mahnını “Musavat.com”-un izləyiciləri üçün zümzümə eləsin. Sözümü yerə salmır və ecazkar səsin sədaları yayılır)

Ardınca sözlərinə davam edir:

- İrqindən asılı olmayaraq, hər bir ölkədə ana anadır. Bütün analar sülh istəyir. Mən nəinki vətənimdə, dünyanın heç bir yerində anaların gözüyaşlı qalmasını istəmirəm, Əfqanıstandan tutmuş Suriyaya qədər... Amma ötən illər Qarabağda baş verənlər göstərdi ki, artıq sülhdən keçib. “Sülh yolu” deyə-deyə itkilər veririk, düşmən də yolundan dönmür. 20-25 il danışıq olar? Biz düşmənlə mədəni davrandıqca, onların düz yola gələcəyini gözlədikcə, düşmən bir az da üstünə qoyur. Üstəlik, elə bilir ki, biz ondan qorxuruq. Erməni başa düşməlidir ki, bizim bir əsgərinin qabağında onların on əsgəri dayana bilməz. Bizim belə qəhrəman balalarımız var. İndiyə qədər gör bizim nə qədər övladlarımız həlak olub. Amma mən sənətkaram, ona görə əminəm ki, burada xalqın günahı yoxdur, xalqları düşmən edənlərdir günahkar. Tarix də onların gec-tez cəzasını verəcək. Prezidentimizin bir sözü var, deyir, əgər erməni əsgəri Qarabağda ölmək istəmirsə, Azərbaycan ərazisini tərk eləsin. Biz onların torpağnı almamışıq ki, onlar bizim torpaqları işğal edib.    

**** 

Söhbəti dəyişirik, nəvələrdən danışırıq. Bir anda əhvalı durulur, üzü gülür:  
- Altı nəvəm var, üçü qız, üçü oğlan. Bir oğlumun iki oğlu, bir qızı, o birinin iki qızı, bir oğlu var. Böyüyü 15 yaşında, gözəlim Zeynəbdir. Biri də anamın adını daşıyır ”“ Pəricahan xanım.  Nəvələlərim də mənə “Zeynəb” deyirlər. “Nənə” deməyə icazə vermirəm (gülür). “Nənə”ni 100 yaşımda deyərlər. 


- Televiziyada çox az görünürsünüz. Hətta telekanallardan birinin aparıcısı dedi ki, ən böyük arzusu sizi verilişində görməkdir. Gedəcəksinizmi?

- Yox, getmərəm. Açığını deyim ki, məni televiziyalara çox dəvət edirlər, amma çalışıram ki, az-az görünüm. 

- Siz bir çox hallarda efiri sərt tənqid etmisiniz. Zeynəb xanım, müharibə dövrünün efiri necə olmalıdır?

- Qoy bu şounu bir az yığışdırsınlar. Biri deyir, 8 dəfə ərə getmişəm, o biri deyir, ərimdən təzə boşanmışam. Belə bir zamanda, camaatın gözüyaşlı vaxtında da belə şeylər danışarlar? Vətənpərvərlik mövzusu telekanalların proqramlarının ana xətti olmalıdır. Açığını deyim, vətənpərvərlik mövzularına daha çox ANS yer verir, mən həmişə bu kanalı sevmişəm. ATV də yavaş-yavaş düzəlir, o şouları bir balaca yığışdırsalar, yaxşı olar. 

- Bəs Az.TV? 

- Az.TV-də şou yoxdur ki... 

- Hər ilin son günündə sizin konsertiniz məhz bu kanalda olur.

- Hə, ildə bir dəfə. Mən şəkərburayam da, bayramdan-bayrama görünürəm (ürəkdən gülür).

Bu yerdə televiziya ilə bağlı bir xatirəsini danışır:
 
- Mən səhnəyə gələndə bir televiziyamız var idi ”“ Az.TV. Nəbi Xəzri rəhmətlik orda sədr müavini idi. Kasıb qızam, nəyim varsa, geyinmişəm. Ancaq yaxam bir balaca açıq idi. Nəbi Xəzri mənə dedi ki, qızım, get, paltarını dəyiş, gəl! Ay Allah, mənim axı, ondan başqa paltarım yoxdu. Dedim, Nəbi müəllim, bir paltarım var da, necə eləyim? Qayıtdı ki, necə edirsən, et, paltarını dəyiş, gəl! Bəs neyləyim? Mənim əlimdən tikmək də gəlir axı. Getdim o paltarıma ”“ bir az boynum görünürdü e ”“ bir balaca əlavə parça tikdim, qayıdıb gəldim. Soruşdum ki, “Nəbi müəllim, indi necədir? Görürsünüz, yaxası da bağlıdır”. Dedi, hə, bu başqa məsələ. Yəni ciddi nəzarət var idi. 

Bəstəkarların senzuranı necə çətinliklə aşmasından bəhs edir:

“O vaxtlar Cahangir Cahangirov, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev var idi. Bunlar oturardlılar, bir mahnını senzuradan keçirmək üçün nə əziyyətlərə qatlaşırdılar. Heç yadımdan çıxmaz, yazıq Ələkbər Tağıyev bir mahnısını keçirmək üçün ”“ o Ələkbər ki, indi bütün mahnıları dillər əzbəridir ”“ nə zülmlər çəkirdi, gəlirdi, ürəyi ağrıyırdı, əvvəl dərman içirdi, sonra gedirdi ki, görəcən, bu mahnı keçəcək, keçməyəcək. Nə qədər çətin senzura var idi. Mən yenə deyirəm, nə qədər ki, bizim görkəmli bəstəkarlarımız yığılıb yenə də “bu mahnını keçirmək olar, ya olmaz” müzakirəsi aparacaqlarsa, o halda vəziyyət düzələcək. Sonra televiziyaya gələk... Məsələn, mən qəzəl oxuyanda deyirdilər ki, elə bil iranlısan, cavan qız Füzulinin əruz vəznində yazılmış qəzəlini belə gözəl oxuyur. Mən Füzulinin “Məni candan usandırdı...” qəzəlinə yazılmış mahnı ilə səhnəyə gəlmişəm”. 


****

- Parlamentdə vaxtaşırı məsələlər qaldırırsınız, hasarlanan dənizdən başlamış, zəbt olunan bulaqlara qədər. Vəziyyət yaxşılığa doğru dəyişibmi?

- Yaralı yerimə toxundun. Dəyişmədi, əksinə, mənim tənqidimdən sonra hasarları bir az da uzadıblar. Amma heç olmasa məndən sonra başqaları da dənizin adını çəkməyə başladı.  Misal çəkirlər ki, Zeynəb xanım belə demişdi. 

- Deməli, bu tənqidlərin heç bir təsiri olmayıb?

- Yox, niyə təsiri olsun ki? Hərənin arxasında bir nəfər durub, möhkəm bir əl dayanıb. Ancaq belələrinə sözüm var: bu gün hamının borcudur ki, bu mərhələdə prezidentə kömək eləsin, daha onun işlərinə problem yaratmasın. İlham müəllimin ilk dəfə seçildiyi günü xatırlayıram. O vaxt demişdim ki, İlham müəllimdə ölkəni irəli aparmaq qüdrəti var. Hər şey göz qabağındadır. Mən ikinci prezident tanımıram ki, ölkəsinin ərazisini bu qədər gəzsin. Gedir, adamlarla görüşür, problemərin həlli ilə bağlı göstərişlərini verir. Ancaq bir az sonra yoxlayır ki, görüm o yolu saldılarmı, tikintini başa çatdırdılarmı? Gərək hər kəs onun işinə dəstək versin, daha mane olmasın. Ölkənin fəhləsindən tutmuş nazirinə qədər... 

- Zeynəb xanım, Amerikadan sonra daha hansı ölkələrdə konsertiniz olacaq? 

- Hazırda məşqlər edirəm. Allah qoysa, oktyabrın əvvəlində Moskvada və Sankt-Peterburqda konsertlərim olacaq. Ona görə də hər həftənin ikinci və üçüncü günləri məşq edirəm. Son konsertim 2006-da olub.

- Təşəbbüs kimdən gəlib?

- Əlbəttə, Moskvadan, “Qoskonsert”dən...

-Bəs, qardaş Türkiyədə necə, konsert planlaşdırmırsınız? 

- Rusiyadan sonra Türkiyədə də konsertim olacaq. Ərdoğanı o qədər çox istəyirəm ki... Aprel ayında bura gəlmişdi axı, mən də tədbirə dəvətliydim. Ərdoğanın xanımını öpdüm, sonra bizim prezidentimizə dedim ki, İlham müəllim, onu (Türkiyə prezidentini-E.P.) öpmək olmaz, ancaq səni öpəcəyəm. İkisinin də gülməkdən ürəyi getdi. (gülür) Ərdoğan əsl türk oğludur, mən onu çox istəyirəm.  

- Zeynəb xanım, repertuarınızda yeni mahnılar varmı? 

- Əlbəttə, var. Mən bütün dünya xalqlarının mahnılarından ibarət bir konsert edəcəyəm. Elə mahnılarım var ki, öz sözlərimə yazılıb. Elələri var, həm sözləri, həm musiqisi özümündür. Nəsiminin, Molla Pənah Vaqifin sözlərinə də çox gözəl mahnı yazmışam. 

Bu yerdə çoxları tərəfindən sevilən “Nərgizim” mahnısından bir parçanı oxumasını xahiş edirəm. Nəhayət, razılaşır. 
 
****

Söhbətimizin bu məqamında “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun onun barəsində yazdığı yubiley yazısını - “Qardaşım Zeynəb xanım” sərlövhəli məqaləni göstərir: “Mən elə sizin qəzetiniz vasitəsilə Bəxtiyar Sadıqova böyük təşəkkürümü bildirmək istəyirəm. O, mənim haqqımda gözəl bir yazı yazıb. O qədər zənglər gəldi ki. Bəxtiyarı da həddən artıq çox istəyirəm. Sağ olsun belə gözəl yazıya görə”. 
 
Söhbətimizin sonunda Respublika Günü ilə bağlı arzularını bölüşən, təbriklərini çatdıran böyük sənətkarımız müstəqilliyimizin əbədi olmasını arzuladı: 

- Allah göstərməsin ki, müstəqilliyimizə bir təhlükə yaransın. 70 il əsarət altında olmuşuq, məgər bu, azdırmı, indi təzədən gedib boyunduruğa girək? Kim müstəqilliyimizin əvəzində nə təklif edir-etsin, bizə lazım deyil. Mən gedib xaricdə müstəqil Azərbaycanımızın bayrağını qaldırıram e, bundan gözəl nə ola bilər? Bununla deyirəm ki, mən varam, müstəqil dövlətin vətəndaşıyam. “Dünyanın xoşbəxti mənəm dünyada!” Bir də ki, Azərbaycanın qurucusu Heydər Əliyevdir. Heydər Əliyev barmağını harasa qoyubsa, onu dəyişmək heç vaxt mümkün deyil. Deyirdi, Zeynəb, sən danışanda mən sanki istirahət edirəm. Bizim xalqımız yeni göz açır, xalqımız prezidentinə inanır, onun siyasətini müdafiə edir. 


Sonda bir əhdini də dilə gətirir: 

- Qoy Qarabağımız azad olunsun, camaatımız yerbəyer olsun, mən Cıdır düzündə konsert verəcəyəm. Bir konsertim də, inşallah, Hökumət Evinin qarşısında, Azadlıq meydanında olacaq. Əhd eləmişəm! Hamı bilsin, mənim ürəkdən sevindiyim gün torpaqlarımızın azad olunduğu gün olacaq...(musavat.com)
Oxşar xəbərlər
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR