Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Müşfiq qəsəbəsində, 274 saylı məktəbdə 28 May Respublika Günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə
məktəbin məzunu, Aprel şəhidi Rəşad Niftəlinin məzarını ziyarət edib, məzarı üzərinə
gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Sonra məktəbin akt zalında bayram
tədbiri keçirilib. Məktəbin direktoru Atakişi Cəfərov, tarix müəllimi Telman
İbişov, QAT sədri Akif Nağı, İdarə heyətinin üzvü Nəsib Cəfərov və digərləri
Respublika Günü, Qarabağ problemi, gənclərin üzərinə düşən vəzifələrlə bağlı
çıxışlar ediblər. Məktəbin müəlliməsi Yeganə xanımın rəhbərliyi altında məktəblilər
maraqlı şer və musiqi nümunələri ilə çıxış ediblər. Sonra məktəbin direktoru bu
cür görüşlərin, tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq hər kəsə təşəkkürünü
bildirib.