Türkiyə-Rusiya münaqişəsi: barışığa 3-cü cəhd ”“ Top Ankarada...
Oxunub: 1625
28 May 2016 | 12:02

Türkiyə-Rusiya münaqişəsi: barışığa 3-cü cəhd  ”“ Top Ankarada...
Azərbaycanın da yer aldığı bölgə mühüm dəyişiklik ərəfəsində; Əhməd Davudoğlunun istefası yeni situasiya yaradıb; təzə baş nazir Binəli Yıldırım “Su 24”ə görə hökumət adından üzrxahlıq edəcək?... 
Ötən il noyabrın 24-də "Su 24" təyyarəsinin vurulması ilə Rusiya-Türkiyə münasibətlərində yaranan böhran davam edir. Sirr deyil ki, o ana kimi strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin korlanması ən çox Moskva və Ankaranın ziyanına, "üçüncü tərəf"in - Qərbin, ABŞ-ın isə maraqlarına işləməkdədir.

Çünki belədə istər Rusiyanın, istərsə də Türkiyənin Qərb qarşısında manevr imkanları xeyli daralmış durumdadır. İqtisadi-ticari bağların, humanitar-turizm, energetika sahəsində əlaqələrin zəifləməsi ilə iki ölkəyə dəyən on milyardlarla dollar maddi ziyan da öz yerində.
Lakin situasiyanın hər iki tərəf üçün əlverişsizliyi Moskva və Ankara tərəfindən dərk edilsə də, hələlik ikitərəfli münasibətləri qaydaya salmağa yönəlik real təklif və səylər gözə dəymir. Xüsusən də Rusiya rəhbərliyinin məsələdə kifayət qədər sərt mövqe tutub şərtlər irəli sürməkdə davam eləməsi (üzrxahlıq, təzminat ödənilməsi və təyyarəni vuranın həbsi) vəziyyəti gərgin saxlamaqda, Ankaranın ara-sıra elədiyi barışıq jestlərinin önəmini də sıfırlamaqdadır.

*     *    *

Məlumdur ki, Putinin “arxadan zərbə” adlandırdığı həmin insidentə görə Əhməd Davudoğlu ozamankı baş nazir olaraq, məsuliyyəti şəxsən öz üzərinə götürmüş, hətta “vur” əmirini özünün verdiyini bəyan eləmişdi. O da bəllidir ki, Kremlin sərt reaksiyasına səbəb olan “Su 24" insidenti ilə bağlı ən prinsipial və güzəştsiz mövqe sərgiləyən yeganə və ən yüksək çinli Türkiyə rəsmisi Davudoğlu olub. Bəzi iddialara görə, iki ölkənin barışığı yönündə zaman-zaman aparılan konfidensial danışıqlarda da məhz Davudoğlunun prinsipiallığı tormozlayıcı rol oynayıb.

Bu yerdə bir daha xatırlatma edək ki, barışığa yönəlik danışıqlar, ikitərəfli komissiyaların işləməsi barədə “Yeni Müsavat” olaraq bir neçə dəfə yazmışıq və hətta prosesin içində Azərbaycan amilinin də rol aldığını qeyd eləmişik. Məsələn, “Rusiya və Türkiyə anlaşma üzrə” sərlövhəli yazısında (fevral, 2016) vurğulamışdıq: “Əldə elədiyimiz və olduqca şok effektli, dəqiq, eyni zamanda da mötəbər bilgilərə görə, üzümüzə gələn günlərdə böhran yaşayan Rusiya-Türkiyə münasibətləri üzdəki gərginliyə rəğmən, düzələcək. Özü də vasitəçilikdə Azərbaycan faktorunun da yer aldığı deyilir. O da bildirilir ki, təmaslar artıq bitmək üzrədir və qısa zamanda hər şey yoluna qayıdacaq. ”Təbii ki, bunu Qərb istəmir. Amma hər iki ölkənin hökumətləri yaxşı anlayır ki, savaş Rusiya və Türkiyə dövlətləri və xalqlarına yalnız fəlakət gətirəcək və nəticə etibarilə “üçüncü qüvvə” yaranmış vəziyyətdən ən çox siyasi və iqtisadi divident götürəcək" - əlavə edib mötəbər mənbə. Təbii ki, “üçüncü qüvvə” dedikdə ABŞ və Avropa Birliyi, daha çox da Birləşmiş Ştatlar nəzərdə tutulur. Çünki Moskva və Ankaranın noyabrın 24-dək bütün sahələr üzrə isti səciyyə daşımış münasibətləri, qardaş ölkənin Kremlə qarşı iqtisadi sanksiyalara qoşulmaması və regionda daha müstəqil siyasət yürütməsi Qərbin bölgəyə yönəlik strateji hədəfləri ilə düz gəlmir".

Lakin gözləntilər doğrulmadı. Bunun da əsas səbəbi kimi anlaşma əldə olunmaq ərəfəsində baş nazir Əhməd Davudoğlunun Türkiyədəki mitinqlərin birində etdiyi və münasibətləri daha da gərginləşdirən çıxışı göstərilir. Həmin çıxışda o, Rusiyanın, Pitinin ünvanına növbəti sərt ifadələr işlədərək, anlaşma ilə bitmək üzrə olan bir prosesi sıfırlamış, bununla Ərdoğanın da barışığa yönəlıik siyasi kursu əleyhinə getmişdi.

*     *    * 



Lakin Davudoğlu amili artıq ortada yoxdur. Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, onun istefasını prezident Ərdoğanla münasibətlərdəki problemlə yanaşı, “Su 24" məsələsi də şərtləndirə bilərdi. Yəni baş nazirin ”qurban verilməsi"ndə bu faktorun təsiri istisna olunmur. Davudoğlunun qəfil istefası isə rus pilota atəş açdığı deyilən “boz qurdçu” Alparslan Çelikinu həbsinin ardınca Ankaradan Kremlə ikinci xoşməramlı jesti sayılırdı.


Ancaq bu iki jest-mesajlar belə görünür Rusiyanın “könlünü almaq” üçün kifayət etməyib. Üstəlik, bəlli olub ki, Alparslan Çelik dəlil-sübut olmadığı üçün artıq sərbəst buraxılıb. Bəzi informasiyalara görə, onun ümumiyyətlə, 24 noyabr insidentinə aidiyyəti yoxdur, Çelik sadəcə, məşhurlaşmaq üçün məsuliyyəti öz üzərinə götürüb.

Bütün hallarda Rusiya tərəfi onu suçlu saymaqda davam edir və cəzalanrılmasını tələb edir. Elə dünən Rusiyanın hərbi prokuroru Sergey Fridinski vurulan rus pilot Oleq Peşkovun ölümünə görə Türkiyədən hüquqi yardım istəyəcəklərini söyləyib. O, pilotun ölümünə görə məsuliyyət daşıyan Alparslan Çelikin ifadələrini istəyib. “Peşkovun ölümü ilə bağlı Türkiyənin hüquq-mühafizə orqanlarına müraciət ünvanlayacağıq. Bundan sonra qaranlıq məqamlara aydınlıq gələcəyinə inanıram” - hərbi prokuror deyib.

*     *    * 
Göründüyü kimi, Rusiya insidentin hüquqi qiymət almasında israrlıdır və indi Türkiyənin özündən bu yöndə kömək umur. Rəsmi Ankara Moskvaya doğru addım atacaqmı? Bir şeyi qeyd eləmək olar ki, “top” yenə Türkiyədədir və barışığı yaxınlaşdırmaq üçün Ankaranın növbəti, üçüncü cəhdi edəcəyi istisna deyil. 


Bəzi iddialara görə, bu məqsədlə yeni baş nazir Binəli Yıldırım məsuliyyəti öz üzərinə götürərək, hökumət adından (bir növ Davudoğlunun yerinə) Rusiyadan üzrxahlıq edə bilər. Yəni buna dövlət adından yox (dövləti Ərdoğan təmsil edir), hökumət adından gediləcəyi ehtimal olunur. Nəticə etibarilə iki ölkə arasında gərginlik böyük hesabla aradan qalxa, Moskvanın ikinci dərəcəli şərtlərinin təmin olunmasına lüzum qalmaya bilər. 

Əlbəttə ki, bütün hallarda Türkiyə böyük dövlət və regional oyunçu olaraq məsələdə öz nüfuzunu, milli maraq və qürurunu zədələməz. Amma problemdən optimal çıxış yolunun tapılması da indi heç vaxt olmadığı qədər zəruri görünür - həm Ankara, həm də Moskva üçün. Odur ki, Kremlin də indiki mərhələdə maksimalist deyil, daha praqmatik davranması qaçılmazdır.


Məsələ həm də ondadır ki, zaman ən çox Moskvanın ziyanına işləyir. Rusiya görür ki, Güney Qafqazda bir yandan onun əleyhinə ABŞ, NATO sürətlə öz təsirini möhkəmləndirirsə, o biri yandan Türkiyə-Azərbaycan-Gürcüstan hərbi ittifaqı formalaşır (artıq ortaq təlimlərin keçiriləcəyi bəyan edilib). 

Moskva-Ankara əməkdaşlığı isə Qərbin artan bu təsirlərinə qarşı preventiv amil və effektli siyasi bufer rolu oynaya bilərdi. Necə ki, 24 noyabradək oynayıb. 

Paralel surətdə Türkiyənin ABŞ və Avropa Birliyi ilə münasibətlərdə siyasi manevr imkanları artardı. Bütövlükdə isə bundan böyük bir region, o sırada Cənubi Qafqaz, Azərbaycan və Qarabağ məsələsi də qazanar, yeni müharibə riskləri azalar, bölgəmiz daha proqnoza yatımlı və sabit duruma gələrdi.(musavat.com)
Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO