Bu gün “28 May” Respublika
günü münasibətilə Ə.Bakıxanov adına uşaq incəsənət məktəbinin müəllim və şagird
kollektivi Bülbül adına uşaq incəsənət məktəbində hesabat konserti ilə çıxış
ediblər.
Konsertə qatılan Sumqayıt
şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edib. O, son
aylarda şəhərimizdə aparılan tikinti, abadlıq və quruculuq işlərindən danışaraq
bildirib ki, biz də bu işlərdən geri qalmamağa, şəhər sakinlərinə öz töhvəmizi
verməyə çalışırıq. O, son günlər idarənin xətti ilə işə düşən yeni turizm
marşrutunun açılmasını, şəhərimizin həm də bir turizm şəhərinə çevrilməsini
tamaşaçıların diqqətinə çatdırıb və bildirib ki, bu uğurlar həm də turizm
sahəsi ilə yanaşı mədəniyyət sahəsini də əhatə edib. Belə ki, artıq yeni tədris
ilindən məktəblərimizdən biri yeni bina ilə təmin olunacaq. Heydər Əliyev
Mərkəzi yeni inzibati binaya köçürüləcək. Bundan əlavə, digər mədəniyyət
müəssisələrimizdə də əsaslı təmir işlərinə başlanılacaq. Və siz müəllimlərin də
ən ümdə vəzifəsi şəhər rəhbərliyinin sizə göstərilən etimadını doqrutmaq,
şəhərimiz, ölkəmiz üçün savadlı, istedadlı musiqiçilər yetişdirməkdir.
Məktəblərdə yeni kollektivlərin yaranmasını yüksək qiymətlndirən Mehman Şükürov
kollektivi və tamaşaçıları bayram münasibətilə təbrik edərək, onlara xoş
arzularını çatdırıb.
Konsertdə məktəbin xor
kollektivinin və gənc solistlərin ifasında bəstəkar və xalq mahnıları, xalq
çalğı alətləri və nağaraçalanlar ansambllarının, Qızlardan ibarət rəqs qrupunun
və “Fidanlar” rəqs kollektivinin çıxışı tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb. Fortopiano sinfi
şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri maraqla
dinlənilib.