Gənc nəslin təlim və tərbiyəsində, sağlam ruhda inkişaf etməsində
teatrın oynadığı rol əvəzsizdir. Teatrın əsas məqsədlərindən biri də
gənclərdə həyata məhəbbət və inam aşılamaqdır. Teatr sənəti öz nəzəri-estetik
prinsiplərinə görə xalq həyatının ictimai-siyasi-mənəvi aynası olmaqla, onun
istək və arzularını əks etdirməyi dəyişməz bir meyar kimi qəbul edir. Teatr
sənəti mənsub olduğu ölkənin, cəmiyyətin görən gözü, döyünən ürəyi, vuran
nəbzi kimi bütün varlığı ilə xalq həyatına, tarixinə sadiq qalır, onun oyanmasında,
təkamülündə, mənəvi-əxlaqi inkişafında müəyyən rol oynayır.
Bu kriteriyaları rəhbər tutan Mingəçevir Dövlət Dram Teatrı öz nəzdində,
gənc aktyorların cəlb edilməsi məqsədi ilə “İNAM” adlı teatr studiyası açılıb
və bu studiya bir neçə ildir ki, fəaliyyət göstərir. Burada aktyor sənətinin
psixotexnika, səhnə danışığı, diksiya, plastika, səhnə hərəkəti,rəqs, etüd və
s. kimi elementlər tədris edilir.
“İNAM “studiyasına gələnlərin sayı ilbəil artır və bu da onu
göstərir ki, studiyaya rəhbərlik eden Azərbaycan Respublikasının əməkdər
artisti Ella Yaqubova gənc aktyor nəslinin təlim və tərbiyəsində əlindən
gələni əsirgəmir. Gənclərin sənət inkişafında, onların aktyor kimi yetişib
təkmilləşməsində mühüm rol oynayır. Belə ki, bu gənclər E.Yaqubovanın təşəbbüsü
ilə teatrın tamaşalarında irili-xırdalı rol almaqla yeni yaradıcılııq addımları
atır, öz imkanlarını genişləndirir, müəyyən sənət təcrübəsi əldə edir, uğurlar
qazanırlar. Teatr studiyasının həmin müdavimlərinin iştiraki ilə Respublikanın
xalq artistləri, rejissorlar Zülfüqar Abbasov, Vaqif Əsədov və Ağaxan
Salmanlının quruluşlarında Əli Səmədlinin “Güc və
ağıl”, Üzeyir Hacıbəyovun “Ər və arvad”, Ağaxan Salmanlının “Sehirli mağara”
tamaşaları hazırlanıb.
Bu ilin sonunda da studiyaya yeni daxil olmuş tələbələrin ifasında yeni
tamaşa hazırlanması nəzərdə tutulur.