Sınaq imtahanında 500 bal toplayan şagird ölümü niyə seçdi? -Təfərrüat
Oxunub: 6508
29 May 2016 | 14:39
Sınaq imtahanında 500 bal toplayan şagird ölümü niyə seçdi?  -Təfərrüat
Cəlilabad rayonunun Seyidbazar kəndində 10-cu sinif şagirdi olan 17 yaşlı Vüsal Mirzəyev mayın 11-də yaşadıqları evin həyətində intihar etmişdi. Məktəblinin intiharı ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, əsas səbəb kimi məktəbdə başına gələn olaylar göstərilir. 

Evin tək övladı olan Vüsalın intiharına yeganə səbəb kimi məktəbdə müəlliməsi və şagirdlərlə arasında yaşananlar göstərilir. Vüsalın anası, dayıları, əmiləri, bibisi onun son 2 ayda məktəbdəki vəziyyətdən gileyləndiyini, dərsə getmək istəmədiyini, uşaqların onu döydüyünü deyirlər. Ailə üzvləri Vüsalın intiharının yeganə səbəbi olaraq bunu görürlər.

Vüsal oxuduğu məktəbdə sınaq imtahanlarında yüksək bal toplayan şagirdlərdən biri olub. Onun dərslərinə yaxşı hazırlaşmasını sinif yoldaşları və müəllimləri də təsdiqləyirlər. Sınaq imtahanlarında 500-dən çox bal toplayan Vüsal rayonda dərsdən sonra məşğələlərə də gedirdi. 

Vüsalın anası Gülsüm Mirzəyev  oğlunun intihar səbəbini belə danışır: “Vüsalın dərslərini necə oxuduğunu hamı bilir. Nə oldusa, elə fevral ayında məktəb direktorunun xanımı İradə müəllimənin yanından hazırlıqdan çıxandan sonra oldu. Vüsal dedi ki, rayonda hazırlığa getmək istəyir. İsrar edəndən sonra çıxardıq. İradə müəllimə Vüsala Azərbaycan dili dərsi deyirdi. Hazırlıqdan çıxandan sonra İradə müəllimə onu incitməyə başladı. Ancaq Vüsal həmin vaxta qədər məktəbdən çıxmaq istədiyini demirdi. Sonradan uşaqların içində bir neçə dəfə təhqir edilib. Sonuncu dəfə aprelin axırlarında İradə müəllimə guya dərsdə güldüyünə görə Vüsala “2” yazmışdı. 

Bundan sonra dedi ki, məktəbə getmək istəmirəm. Əslində heç bir uşaq dərsə getmirdi. Sinifdə 8-9 nəfər şagird var idi. Onların da əksəriyyəti rayona məşğələyə gedirdilər. Məktəbdə də bunu hamı bilir. Ancaq yoxlama gələndə uşaqları sinfə yığırdılar. Gündəlik dərsə gedən oğlum və bir qız idi. Dərsə gedəndə də oğlumdan dərs soruşmurdu. Həmin uşaqların əksəriyyəti Azərbaycan dilindən İradə müəllimənin yanına hazırlığa gedirdilər. Hər uşaq aylıq 25 manat ödəniş verir. Mən özüm dəfələrlə İradə müəlliməyə aylığı özüm vermişəm. Ancaq indi deyirlər ki, pulsuz hazırlıq keçib. Pulun vaxtından keçən kimi direktor özü sinifdə Vüsalı qaldırıb xəbərdarlıq edirdi. Vüsal hazırlıqdan çıxdıqdan sonra onu qaraladılar”.

Vüsal məşğələdəki yoldaşları ilə yaxşı münasibətdə olsa da, öz kəndində döyülürmüş...
Gülsüm xanımın və Vüsalın dayısı Əli Yusubovun dediklərinə görə, məktəbdəki şagirdlər birləşərək bir neçə dəfə onu döyüblər. Vüsal da qorxusundan məktəbə getmək istəmirmiş.

Əli Yusubov deyir ki, Vüsal məktəbdən çıxmaq istəməsini hər kəsə deyib: “Mənə, əmilərinə, anasına, atasına, bibisinə, xalasına dəfələrlə deyirdi ki, məni kənd məktəbindən çıxarın, Qamışlıgölə göndərin. Həmin kənddə babası yaşayır. Bunun üçün Cəlilabad Rayon Təhsil Şöbəsinə də müraciət etmişdik. Razılıq verdilər. Ancaq dedilər ki, ilin sonudur. Dərs ili bitinə qədər gözləməyimizi istədilər. Ancaq Vüsal dözmədi”.

Gülsüm xanım oğlunun qız istədiyi üçün Qamışlıgöldəki məktəbə getmək istəməsi ilə bağlı deyilənlərin yalan olduğunu və bu iddianın sırf məktəbdə baş verənlərdən diqqəti yayındırmaq üçün səsləndirildiyini bildirir: “Vüsal heç vaxt qız istəməyib. Onun bizdən gizli heç bir işi yox idi. Mənimlə və evdə birlikdə yaşadığımız bibisi ilə münasibəti çox səmimi idi. Nə problemi olsa, deyərdi. Qız istəsə belə, onu bizdən gizlətməzdi. Vüsal ancaq dərslərinə fikir verirdi. Deyirdi ki, ali məktəbə qəbul olub Bakıya gedəcəm”.

Mərhumun dayısı Vüsalın sinif yoldaşları tərəfindən döyülməsini belə danışır: “İradə müəllimənin təhqirlərindən sonra uşaqlar Vüsalı ələ salırdılar. Bir neçə dəfə də döyüblər. Ancaq uşaqlar da doğru ifadə verməyiblər. Məktəbdə probleminin olmadığını deyiblər. Hamısı direktorun və müəllimənin xeyrinə ifadə verib. Sonuncu dəfə aprelin 30-da Vüsal məktəbdə döyülüb. Uşaqlar deyib ki, sən murdarsan, topa dəymə. Əmisi oğlu da yanında olub, Vüsala kömək çıxıb. İkisini də bir yerdə döyüblər. Vüsalın gözü göyərmişdi”. 

Gülsüm xanım deyir ki, oğlu məktəbə tək getməkdən qorxduğu üçün Əli adlı əmisi oğlunu çağırırmış. Əlidən onunla birlikdə məktəbə getməsini xahiş edirmiş. Əli də ifadəsində Vüsalın məktəbdə şagirdlər tərəfindən döyüldüyünü deyib.

Vüsalın atası sonradan sözünü niyə dəyişib?

İntihar edən məktəblinin atası Bakıda işləyirmiş. Ailəsinin dediklərinə görə, o, il ərzində cəmi bir ay kəndə gələrmiş. Vüsalın təhsil xərclərini əmisi İslam Yusubov qarşılayırmış. Atası da imkan olduqca ailəsinin maddi problemlərini həll edirmiş. Ailə üzvləri deyir ki, əmisi İslam Vüsalı öz oğlu kimi çox istəyirmiş. Əmisinin 3 qızı olduğundan Vüsala xüsusi qayğı göstərib, onun bütün problemlərini həll edirmiş.

Vüsalın atası Rafət Yusubov intihar baş verən gün kənddə olub. O da oğlunun məktəbdə problemlərinin olduğunu və dərsə getmək istəmədiyini bilirmiş. Ailə üzvlərinin dediyinə görə, Vüsalı bir dəfə də atası zorla məktəbə aparıb. Ancaq Vüsal kitablarını ataraq dərsdən qaçıb, babasıgilin kəndinə gedib. 

Rafət Yusubov intihardan bir neçə gün sonra mətbuata açıqlamasında oğlunun məktəblə bağlı problemlərinin olduğunu, dərsə getmək istəmədiyini deyib. Lakin sonradan istintaqa ifadəsində bunu əksini deyib və oğlunun intiharının məktəbdə baş verənlərlə əlaqəsinin olmadığını bildirib. 

Vüsalın dayısı bunu belə izah edir: “Rafətlə məktəb direktoru qohumdur. Elə ifadə verib ki, guya oğlunun intiharının məktəbdəki hadisələrlə heç bir əlaqəsi yoxdur. Qohum olduğundan işə soyuq yanaşır. Ancaq intihar baş verən gün atası da kənddə olub”.

Vüsalın anası da Rafət Yusubovun bu səbəbdən fərqli ifadə verdiyini təsdiqləyir: “Məktəbin direktoru Etibar Abdullayevdir. Direktor Vüsalın atası Rafət Yusubovun bibisi oğludur”.

Məktəblinin dəfnindən sonra baş verənlər...

İntihar edən gəncin ailə üzvləri məktəb direktorunun və xanımının onlara qarşı münasibətlərindən narazıdır. Gülsüm xanım deyir ki, nə dəfndə, nə də dəfndən sonra heç biri onlara başsağlığı belə verməyib. Ancaq direktor yas mərasimində iştirak edib. 

“Bizə deyirdilər ki, heç bir yerə şikayət etməyin. Məsələ elə burada da qalsın. Mən anayam. Oğluma sağlığında sahib çıxa bilmədim, heç olmasa ölüsünə sahib çıxmalıyam. Günahkarlar cəzalandırılmalıdır” - deyən Gülsüm xanım məktəb direktorunun yaxınlarının yaydığı söz-söhbətlərdən də narahat olduqlarını bildirir: “Direktorun anası deyir ki, qanı 10 mindir. Pulunu verib bağlayacağıq. 20 ildir direktor işləyir. Guya ona heç kim heç nə edə bilməz”.

Vüsalın dəfnindən sonra yaşananları dayısı belə danışır: “Məsələni mətbuata çıxarmağa imkan vermirdilər. Vüsalın əmilərinə deyirdilər ki, heç bir yerə şikayət etməyin və işi bağlayın. Məktəbə getmək istəmirdi. Axırıncı dəfə atası zorla aparmışdı. Kitablarını məktəbdə qoyub qaçmışdı. Məlum məsələdir ki, bu uşağı məktəbdə bezdiriblər. Maraqlı bir məqam da var ki, Vüsalın rus dili müəlliməsi kəndə polislər gələndən sonra jurnalda Vüsalın qiymətlərini düzəldib. Vüsala ölümündən sonra “5” yazıblar. Vüsalı İradə müəllimə təhqir edib “2” yazarkən bibisi qızı Tünzalə də sinifdə olub. O da təsdiqləyir ki, sinifdə uşaqların hamısı güləndə İradə müəllimə yalnız Vüsalı qaldırıb, “2” yazıb və təhqir edib”. 

Məktəb direktoru və xanımının dedikləri...

Məktəblinin intiharına görə adı hallanan əsas şəxslər olan məktəbin direktoru Etibar Abdullayev və xanımı İradə Abdullayeva da məsələ ilə bağlı musavat.com-a danışıb. Onlar Vüsalın intiharına səbəb kimi məktəbdə baş verənlərin göstərilməsinin əsassız olduğunu dedilər. Direktor E.Abdullayev Vüsalın məktəbin ən çalışqan şagirdlərindən biri olduğunu, sınaq imtahanlarından yaxşı nəticələr əldə etdiyini bildirdi. 

Onun sözlərinə görə, ailəsinin dediyi kimi, məktəbdə Vüsalın intiharına səbəb olacaq heç bir hadisə baş verməyib: “Həmin gün Vüsal məktəbə gəlməmişdi. Biz də hadisədən sonradan xəbər tutduq. Onu məktəb müəllimi və ya məktəbin rəhbər şəxsləri bu və ya digər səbəbdən heç vaxt incitməyib, təzyiq göstərməyib. Vüsal məktəbdə dərslərdən əlavə məşğələlərdə də iştirak edirdi. Ancaq deyildiyi kimi, bizim məktəbdə əlavə məşğələlərə görə pul alınmır. Bu deyilənlərin heç bir əsası yoxdur”.

Direktorun xanımı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi İradə Abdullayeva da Vüsalın intiharının səbəbinin məktəbdə axtarılmasına qarşıdır. 

İ.Adullayeva deyir ki, o, bütün şagirdlərə olduğu kimi, Vüsala da qayğı ilə yanaşıb: “Bu hadisənin məktəb müəllimələri və Vüsalın sinif yoldaşları ilə heç bir əlaqəsi yoxdur. Hadisə onun yaşadığı evdə baş verib. Mən də bir müəllimə kimi çalışqan, intizamlı bir şagirdimi itirdiyim üçün çox təəssüflənirəm. Mən şagirdlərimə öz fənnimdən əlavə məşğələlər də keçmişəm. Və bunun qarşılığında heç vaxt ödəniş tələb etməmişəm. Bu barədə deyilənlər yalandır”.

Qeyd edək ki, məktəblinin intiharı ilə bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə ictimailəşəndən sonra Vüsalın anası Baş Prokurorluğa dəvət olunub və dinlənilib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir. (musavat.com)






Oxşar xəbərlər
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terror aktı ilə üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:40
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:40
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA