Moderator.az xəbər verir ki, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü ildönümü ilə bağlı Novxanıda yürüş-mitinq keçirib.
Partiyanın
mətbuat xidmətindən verilən məlumata görə, mitinqi KXCP Ali Məclisinin sədri
Bəybala Əbil açıb.
Tədbir
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın
azadlığı uğrunda şəhid olanların xatirəsi yad olunub.
Mitinqdə
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadənin
çıxışı səsləndirilib.
KXCP
sədri Mirmahmud Mirəlioğlu çıxışında tədbir iştirakçılarını Cümhuriyyət günü
münasibətilə təbrik edib. Partiya sədri Məhəmməd Əmin Rəsulzadənin və AXC liderlərinin
Azərbaycanın müstəqilliyi uğrunda apardıqları mübarizə yolundan söz açıb.
Tədbir
Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin çıxışının
səsləndirilməsi ilə başa çatıb.
Mitinqdə
müxalifətin Antiböhran Koalisiyasına daxil olan partiyaların üzvləri və
tərəfdarları iştirak edib, bu quruma daxil olan siyasi təşkilatların sədrləri
çıxış ediblər.