“28 Mayı təkcə
Cümhuriyyət (Respublika) günü kimi qeyd etmək azdır, bu bayram gününü Azərbaycan
xalqının müstəqillik, qadın hüququnu tanımaq, demokratik rejimə keçid, milli
dilə, milli təhsilə, milli dəyərlərə açılan yolun başlanğıcı kimi dəyərləndirmək
lazımdır”.
Bunu
Moderator.az-ın “Cumhuriyyət gününü layiqincə qeyd edirikmi” sualını cavablarkən
sabiq təhsil naziri, türkoloq, filologioya elmləri doktoru, professor Firudin
Cəlilov deyib.
Sabiq nazir
daha sonra 28 May tarixini lazımi səviyyədə qeyd etmək üçün görülməsi gərəkən
işlərdən danışıb: “1918-də qurulan Azərbaycan Respublikası türk ölkələri və
ümumiyətlə Şərqdə qurulan ilk demokratik dövlətdir. Bu
dövlətin tarixini araşdırmaq, onu lazımi səviyyədə təbliğ etmək bizim tarixi və
milli borcumuzdur, çünki indiki Azərbaycan dövləti onun varisidir. Əlbəttə, mən
istiqlalçı millət vəkili kimi çox istərdim ki, Rəsulzadəyə və onun
silahdaşlarına, hörmətlə yanaşılsın, onların adı əbədiləşdirilsin, onlara heykəllər
qoyulsun. Unutmaq olmaz ki, son nəfəslərini "Azərbaycan" adı ilə
bitirən bu adamlar Azərbaycan tarixini yaradan çox böyük ziyalılar, siyasi
xadimlər idi”.