Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bundan sonra Türkiyədəki özəl xəstəxanalarda əməliyyat olunacaq xərçəng xəstələrinin əməliyyat qiymətlərinin Türkiyə Səhiyyə Nazirliyi tərəfindən tənzimlənməsi və özəl tibbi müəssisələr üçün standart qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı göstəriş verib.
Maraqlıdır, Azərbaycanda Səhiyyə Nazirliyi özəl klinikaların müalicə və əməliyyat qiymətlərinə hansısa şəkildə müdaxilə edirmi? Yoxsa istənilən əməliyyatın qiymətini birmənalı şəkildə özəl klinika özü müəyyənləşdirir?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidməti Azərbaycanda özəl klinikalaırn xidmət qiymətlərinə hər hansı şəkildə müdaxilə edilmədiyini vurğuladı:
“Azərbaycanda özəl klinikaların vətəndaşlara göstərdiyi tibbi xidmətlərin qiymətinə Səhiyyə Nazirliyi tərəfindən hər hansı müdaxilə edilmir. Bununla bağlı hər hansı qiymət müəyyənləşdirilməyib. Bu qiyməti özəl klinikaların özləri müəyyənləşdirir. Səhiyyə Nazirliyi bu məsələdə yalnız tövsiyyə ilə çıxış edə bilər. Özəl klinikalara tövsiyyə edə bilər ki, xidmətlərin qiyməti elə müəyyənləşdirilsin ki, bu qiymətlər vətəndaşların hamısı üçün əlçatan olsun. Lakin onların göstərdiyi xidmətlərlə bağlı tərəfimizdən hər hansı qiymət müəyyənləşdirilmir”.
Seymur Əliyev