"Qısqanclıq tonqal tək əvvəl səni istisinə çəkər, sonra ağuşuna alıb..."
Oxunub: 7706
31 May 2016 | 16:49
















Tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin Moderator.az saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq. 

Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk... 

Qeyd edək ki, kitabı şəhərin kitab mağazalarından da ala bilərsiniz...


“Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram. Üçüncü dünyanı biz özümüz yaradırıq”
Karl Popper

Əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/138270.html


III Bölüm. Kədərin göz yaşı

(Davamı)

Qadın: Dünən sağollaşmadan çıxdım, bağışla! Bilirsən, yüz il izzətsiz danışmaqdansa bir gün hörmətli susmağı üstün bilirəm. Sənə olan hisslərimdən danışmayacam, özün bunları analiz edərsən. Bilirəm ki, hər şeyi öz istədiyin kimi qavrayacaqsan. Sən qadınların fikrinə qulaq asıb bildiyini edən kişilərdənsən, amma atdığın hər addımda qadını düşünəcəksən, onu anlamağa çalışacaqsan. Bəlkə bu üzdən sənə marağım böyükdür. Kim bilir? ...Səni mənim üçün başqalarından fərqləndirən məşhur rəssam olmağın deyil, məhz səni öyrənmək, duymaq istəyimdi. Bəzən qədim bir qaladan tapılan mücrüyə bənzədirəm səni. Qapağını qaldırmağa ürək eləmədiyim mücrüyə. İçində zinət də ola bilər, çürümüş yarpaqlar da. Amma fal açmağı sevmədiyim üçün çalışıram səni özüm öyrənim. Lazım olmasa, mücrünü açmayım, bəlkə başqasına qismət olar deyə götürdüyüm yerə qoyum.

Rəssam: Bilirsən, mənim də “mücrü” adamlarla təmasdan xoşum gəlir. “Mücrü” olduğunu bildiyindən ona dəyər verirsən, hətta içindəkini görməsən, bilməsən də. Belə mücrünü yavaş-yavaş açmaq ayaq altındakı minanı ustufca zərərsizləşdirmək kimidi, yaşam ehtirası ölümlə həyat arasındakı o qısa zamanda daha aydın duyulur, həyatın dəyərini anladır. İçində nə olur olsun, təki əlindəki Pandora mücrüsü olmasın... Məni yenə heyran qoyursan. Sənə yüngülcə toxundum, təmasdan qığılcım qopdu sanki. Bu təması qorumaq üçün zamanı dayandırardım. Mikelancelo ilahi təması “Adəmin yaranması” əsərində dondurduğu kimi. Göndərirəm o rəsmin linkini, bax! 

Qadın: Zamanın anları narın qum dənələri kimidir. Bir qum dənəsi bir andır. Birinə qum saatındakı zaman yetmir, başqasına bir qum dənəsi ”“ bir an belə bəsdir. O, bu qum dənəsindən özünə saray tikəcək, bir ana bütöv bir ömrü sığdıracaq. İstəsə bir ana sığan ömrü həmişəlik donduracaq, zamanı durduracaq. Özümü bunların heç birinə aid etmirəm. Sadəcə, hər anın dəyərini bilməyə çalışıram. Yetər ki, zaman məndən yana qaçmasa belə içində olum. Təklik Allaha xasdır. Mən istəsəm belə, tək qala bilmirəm. Bir də təkliyi xoşlamıram, sənin o gün bəhs etdiyin Rilke demiş: “Tənhalıq yağışla doludur”... Həyat paylaşdıqca gözəldir. Paylaşmaq üçün biri vardı. Onu qəlbimin ən qaranlıq köşəsində saxlamışam. O, özü bu otağı seçib. Mən də onun seçimiylə razılaşmışam.

Rəssam: Tənhalıqdan yazırsan. O da cürbəcür olur. Biri var tənhalığı özün seçirsən, çıxıb gedirsən, hamını tərk edirsən. Biri də var hamı səni tərk edir, tək qalırsan ”“ bu, daha dəhşətlidi. ...Bilmirəm niyə, amma deyəsən, səni “qəlbinin qaranlıq köşəsində” gizlətdiyinə qısqanmağa başlayıram axı! Sənin yerini tutacaq birisi yoxdu, məni əhatə edənlərdən çox fərqlisən. Demək istədiklərimin kəsərini azaldıram güclə. Amma daha artığına layiqsən. İmkan vermə qısqanım. Zəhləm gedir bu duyğudan. Bəzən ona zəiflik də deyirlər, mən bu fikri paylaşmıram. Heç vaxt qısqanmamışam, yəqin indi də olmaz.

Qadın: Adam bəzən tək qalmaq istəyir. Hərdən fikirləşirəm, elə bir imkan ola, özünü də qoyub gedəsən, palto kimi çıxarıb asılqanın qarmağına keçirib gedəsən. Özünü tərk edəsən. Təəssüf, olmur belə şeylər. ...Qısqanclıq! O, tonqal tək əvvəl səni istisinə çəkər, sonra ağuşuna alıb yandırar. Üstünə su töksələr belə sönməzsən. Buna imkan vermə! ...Bir vaxt taleyimə üsyan edib, ona qarşı çıxdım. Məni ağır, çox ağır cəzalandırdı. Ancaq peşman deyiləm. Üsyan cəzadan şirindirsə, peşmanlığa yer yoxdur. Qısqandığın isə buna layiq deyil. Tanısan qısqanmayacaqsan. Gecən xeyrə qalsın!

Rəssam: Qucaqlayıb bağrıma basmaq, alnından öpmək istədim”¦ 

***
Rəssam: Səni təbrik edirəm! Bayram hədiyyən var, sürpriz eləmək istəyirdim. 

Qadın: Salam! Çox sağ ol, amma mən bu bayramı qəbul etmirəm. “8 mart” solçu bir hərəkata bağlıdır. Paris fahişələrinin öz hüquqları üçün küçələrə çıxdığı gündür, Roza Lüksemburqun təklifi bəhanədir. Ondan mənə nə? Qadınların bir gün yox, həmişə sevilməsini istəyirəm. Qadını bir gün yox, hər gün sevən kişilərə ehtiramım var. 

Rəssam: Ta bu sözdən sonra nə sürpriz?!.

Qadın: Amma hədiyyəni görmək maraqlı olardı.

Rəssam: O daha sürpriz deyil.

Qadın: Yenə incidin...

Rəssam: Yox!

Qadın: ...

***
Rəssam: Bu gün bir neçə dəfə Sənin nömrəni yığmaq istədim.

Qadın: Nömrəmi yığmaq istədin, bəs niyə yığmadın? Məni eşidincə nə deyəcəyini bilmədiyin üçünmü? Yaxud “Mən nə edirəm” sualına hələ də cavab axtarırsan?

Rəssam: Səni eşidincə boğazımın quruyacağından qorxdum...

Qadın: Hımm”¦ Sən dedin, mən də inandım.

Rəssam: Bəs nə!

Qadın: Boğazın işi asandır, təki dil qurumasın”¦

Rəssam: Burda dilə heç ehtiyac da yoxdu. Biz ki danışmırıq, yazışırıq. Odu ki, barmaq qurumasın! 

Qadın: Ürək”¦ Qəlb”¦ Ruh ”¦ qurumasın! 

Rəssam: Onda yaz, danış mənimlə. Səninlə ünsiyyət mənə rahatlıq verir.

Qadın: Sən mənim üçün hələ də bağlı mücrüsən. Əsdirib, o üz-bu üzünü çevirib, rentgen şüası ilə içindəkinə baxmaq mənə düşməz. Mən səni seyr edirəm. Bəzən parlayırsan, bəzən də qapqara bir sirr olursan. Bilirsən, sirli mücrünü qaranlıq sükutda açanda yaxşıdır; bilinməyən, duyulmayan, görünməyən ... 

Rəssam: Yəni bu müddətdə heç duyulmadımmı? O mücrüdən səs olub çıxardım, işıq olub sızardım, su olub süzülərdim, ətir olub qoxuyardım, təki Sən məni duyasan. Əgər Sənin mücründə bunların heç olmasa biri yoxsa, məni bağışla, mən orada deyiləm, mücrün boşdu.

Qadın: Mücrüm boş deyil, əsla. Sadəcə, işığından kor, ətrindən bihuş olmaqdan, suyuna qarışıb itməkdən çəkinirəm. Bəlkə də o üzdən bu mücrünü açmağa ehtiyatlanıram. Mənim mücrümü boş gördünsə, demək, məni heç tanımadın. Sənə uğur diləməkdən başqa bir şey qalmadı mənə bu gecə. Salamat qal.

Rəssam: Sən öz mücrünə inanmırsan. Su stəkanda ya var, ya yoxdu. Onu yarıboş, ya da yarıdolu adlandırmaq əhəmiyyətsizdi. Boş olana mücrü yox, qutu deyərdim. Mücrünü mücrü eləyən içindəkidi. Özünə inan. İnansan, mücrün boş çıxmaz.

Qadın: ...

Növbəti gün ilk dəfə aralarında intim söhbət oldu. Söhbətin axarı məni də özüylə apardı. Başqalarının intim yazışmasını oxumaq elə onların sevişmə səhnəsinə baxmaq kimi bir şeydi. Özüm də hiss eləmədən voyerizmə keçmişdim, yəni sekslə məşğul olanları gizlincə izləməkdən həzz alan birinə oxşayırdım, amma qəribədi, ayıb hissim yox idi. Özümü Rəssamın yerində zənn edirdim. Fantaziyalarım onun elədiklərindən də qabağa qaçırdı. Qadının fotolardan süzülən təbəssümü, məlahəti məni də tilsimləmişdi. Rəssamın Qadına bağlanma səbəbini indi anladım. Ondakı adamı maqnit tək özünə çəkib sehrləmək gücünü bütün qəlbimlə duydum.

***
Rəssam: Bu şəkli nə vaxt çəkdirmisən?

Qadın: Bir həftə olar, işdə uşaqlar xəbərim olmadan çəkib. Bəyəndinmi?

Rəssam: Əladı! Neçə vaxtdı Səndən bir şey soruşmaq istəyirəm, amma bilmirəm necə soruşum. 

Qadın: Oooo! Dünyaları bir-birinə qatan, göydə mələklərlə, yerdə “əcinnə”lərlə əlləşən, hamısına dil çatdıran adam məndən söz soruşmağın yolunu bilmir?

Rəssam: Məndən nə gözlədiyini yaza bilərsən? Təbii ki, həmişəki kimi açıq, səmimi”¦ 

Qadın: Səndən heç nə gözləmirəm. Səni olduğun kimi görüb qəbul etmişəm, bu da mənim bəsimdir. 

Rəssam: Məni necə görürsən? Görürsənmi? 

Qadın: Səni “görməsəm”, heç kəlmə də kəsməzdim. Mən kabusla, xəyalla danışmıram.

Rəssam: Deyəsən, heç vaxt Sənə “Gözəlsən!” yazmamışam axı. Nəsə yadıma gəlmir. Niyə, bilmirəm. İncimə, deyəsən axı həqiqətən həm də gözəlsən. Mən indiyədək Sənin yalnız daxilini görməyə çalışmışam. Elə bil üzünü indi görürəm. Şok oldum. Barıtı bu qədər eləmə birdən-birə. Bu şəkillərin hardaydı belə...

Qadın: Bunlar yenidir. İndi qoyuram bura, bir-bir. Necədi? İndi görürsən məni? İndiyədək görməmişdin, eləmi? Səni dəli edim, sən də bax...

Rəssam: Bu gecə ağlımı almaq istəyirsən? Yox, Sənlik bir şey yoxdu, o özü çıxıb gedib Sənin yanına. Özüylə ruhumu da aparıb. Onları duyursanmı? Gör necə sarılıblar Sənə”¦ Ruhumu nəfəsinlə çəkirsən içinə, ağlım da arxasınca sürünür, qorxuram yarı yolda qala”¦

Qadın: Qoy qalsın! Mənə o yox, ruhun lazımdır!!!

Rəssam: Onu nəfəsinlə necə isitdiyini duyuram! Ruhumun son dəfə nə vaxt belə dincəldiyini xatırlamıram. 

Qadın: Onu öz ruhumla görüşdürdüm.

Rəssam: Hə”¦ hə...

Qadın: Sarıldılar bir-birinə. Öpüşürlər, sifətlər bir-birinə qarışır, cizgilər itir. İndi ağız alında, qulaq burundadır.

Rəssam: Görürəm, duyuram”¦ Sənin ruhunun dodağı mənim ruhumun gözü üstədi... 

Qadın: Dodaqların sinəmdə gül ləçəyi tək açılır...

Rəssam: Sinəndəki bir cüt zirvə sərtləşib bərkisə də üz-gözümə qu tükü sığalı çəkir. Zirvələrin ucu ox təki gözümə batsa da gözüm dincəlir, uyuyur... Qollarımı belinə dolayıb Səni özümə qandallayıram. Başım qoşa zirvən arasındadı, ayaqların ayağıma dolanıb. Ruhum Sənə qovuşur, bir canda birləşirik. Bilirsən, Səni ruhuma da qısqanıram.

Qadın: Çıx get! Göndərdim özünə ruhunu. Mənim qısqanclardan xoşum gəlmir... Bir də belə yazma! Doğrudan elə bildim yanımdasan...

Rəssam: Monitordan atılımmı qucağına?

Qadın: Ruhuna baxma, sən ağırsan, saxlaya bilmərəm.

Rəssam: Səni görmək istəyirəm! Elə bu an...

Qadın: İndi? Elə evdəkilər də onu deyir.

Rəssam: Səni hər gün bir nəfəs daha artıq arzulayıram. Sən getdikcə gözəlləşirsən. Bu, kompliment deyil. Mən kompliment deməyi bacarmıram.

Qadın: Bir gün bir qadın kişisinə deyir ki, uzun illəri bir yerdə yola saldıq, ancaq sən heç vaxt məni tərifləyib kompliment demədin. Kişi gülümsəyib qadına deyir: “Komplimenti yalnız çirkin qadınlara deyərlər. Sən gözəl olduğundan buna ehtiyac duymadım”. Belə tez alışma! Tez alışan, tez də sönər... İnşallah görüşərik. Amma hələ yox. Sabah Şəkiyə gedirəm. Dönəndə görüşərik... Səndən zövq alıram. Sıradan biri deyilsən. Bəlkə də ailəli insanla bu qədər yaxınlaşmağım səhvimdir, amma olsun. Özümü sənlə rahat, güvəndə hiss edirəm”¦ Çıxıram. Gecən xeyrə qalsın. Görüşərik, sağlıq olsa.

Rəssam: Mən də Sənlə rahat oluram. Hüzur tapıram. Başımı dizlərinə qoyacaq qədər doğmasan. Ayılıb yenə görəcək, sevinəcək qədər xoşbəxtəm. Mütləq görüşək. İlk görüşə də elə bu şəkildəki ağ paltarı geyinərsən. Ağ paltarlı qız! Yuxun şirin olsun, qəddar Qadın! Get yat!

Qadın: Əsla! Öpdüm!

Ardı var...
Oxşar xəbərlər
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri