"Şahbaz Quliyevə məktubu təzyiq altında yazdırırlar".
Bu barədə Tərəfdar. az-a Ş. Quliyevin bacsı oğlu
Ramiz Rəhimov bildirib. O, qeyd edib ki,
girovumuza məktubu təzyiq altında yazdırırlar: "Məktubda həqiqəti əks
etdirən odur ki, xətt özünündür. Öz kəlmələridir. O, açıq -aşkar heç nə yaza
bilmir. İcazə verilmir. Təzyiqlər göstərirlər ki, açıq heç nə yazmasın. Qapalı
yazır ki, hə salamatam , narahat olmayın, uşaqdan və anamdan muğayət olun.
Standart sözlərdir. Həmişə də eyni sözləri yazdırırlar. Başqa nəysə yazmağa
imkan vermilər".
R. Rəhimov diqqətə
çatdırıb ki, Ş.Quliyevin anası onun girov düşməsindən xəbərsizdir: "
Yaşlı, ağbirçək qadındır. Bütün qohum- əqrabaya tapşırıqlar verilib ki,
ona heç kim heç nə deməsin. Ürəyində bir az problemləri var. Bu səbəbdən
gizlədirik ki, Allah uzaq eləsin nə olar nə keçər. Aldadırıq ki, Rusiyadadır.
Oda tez -tez soruşur ki, noldu Şahbaz niyə gəlib çıxmadı?. Deyirik
gələcək, işləri çoxdur. Neynəyək, başqa çıxışımız yoxdur ".
Müsahibimiz bəyan edib
ki, aidiyyatı qurumlar məsələ ilə məşğul olurlar.Ancaq hələ ki nəticə yoxdur:
"Hamımız nəticəni gözləyirik. Girovlarımız Rusiyada və ya hansıa Avropa
ölkəsində deyil ki, gedib üzünü görəsən və vəziyyətini öyrənəsən. Əlimiz
çatmayan bir yerdədirlır. Kim nə deyir ona inanırıq. Vəssalam. Əlimiz
çatan qurumlara müraciət edirik".
R. Rəhimov söyləyib
ki, Ş Quliyevə məxsus fotolar istəsələr də, BQXK bunu təşkil etmir: " Foto
yoxdur. Bir- iki dəfə Şahbaza uşağının şəkillərini göndərmişik. Axırıncı
dəfə də məktubda yazıb ki, uşağın şəkli gəldi. Bildik ki, şəkil çatıb. Özünün heç
bir şəklini gətirmilər. Bir ara dedilər ki, Skyple danışıq təşkil
olunacaq. Heç onu da etmədilər. Buna da Ermənistan və Avropa təşkilatları maneə
oldular. Bunu azyaşlı uşaqda bilir ki, buna maneə törədən onlardır. Cənab
prezident İlham Əliyevin göstərişinə uyğun olaraq bütün aidiyyatı orqanlar
onların azadlığa çıxmasına çalışır. Lakin yalnız Azərbaycan deyil,
beynəlxalq təşkilatlar da səy göstərməldirlər. Avropa təşkilatları yalandan
deyir ki, narahat olmayın hər şey yaxşı olacaq. Amma hamsı boş
söhbətlərdir. İndiyə qədər hansı Avropa təşkilatı dərdimizə məlhəm olub ki,
indi də nəysə edə".
Həmsöhbətimiz onu da
əlavə edib ki, Ş Quliyevin qızının sullarına cavab verə bilmir:"İstəyimiz
odur ki,heç olmasa, qaraltısı ailəsinin üstündə olsun. Şahbazın 6-cı
sinifdə oxuyan qızı var. Rusiyada doğulub, boya -başa çatıb deyə rus dilində
danışır. Hər dəfə soruşur ki "pap qde". Mən də cavab verə
bilmirəm. Uşaq duyuq düşüb. Əvəllər atasının ermənilərin əlində olduğunu o
qədər də dərk eləmirdi. Amma indi dərk etməyə başlayıb. İki ildən artıqdır ki,
atası yoxdur. Ona görə də, problemin olduğunu dərk edir. Deyiləsi dərd deyil.
Biri var gedəsən başına iş gələ, bir də var ki, düşmənin əlinə keçəsən. Həsən
Həsənov rəhmətə getdi. Allah rəhmət eləsin. Ailəsi haradasa, təsəlli
tapır ki, vətən uğurunda şəhid olub. Şahbazla Dilqəmi isə biz oturub
gözləyirik. Yəni diri-diri yanırıq. Görək dövlətimiz neyniyə bilir. Ümid bir
Allaha bir də ölkə başçısı İlham Əliyevədir. Prezidentimizə inanırıq. Ölkə
başçısı tanınmış zabitimiz Ramil Səfərovla bağlı dediklərini etdi. Neçə illər
keçsə də R.Səfərovu ölkəmizə qaytardı. İnanırıq ki, Şahbazla Dilqəm də
azadlığıa çıxacaqlar. Allahtəala bütün duaları qəbul edib, onların qapısını
açar".
Xatırladaq ki, 2014-cü
ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz
Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan
əsgərləri tərəfindən girov götürülüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə
güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn
edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində
qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov
ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Tərəfdar.az