İqbal Ağazadənin Seçki Qərargahı iyunun 31-də də təbliğat kampaniyasını uğurla davam etdirib. Günün birinci yarısında Ağdaş rayonunun Ağcaqovaq, Ərəbşəki, Eymur kənd sakinləri ilə görüşən qərargah üzvlərimiz seçicilərə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə, Ümid Partiyasının sədri İqbal Ağazadəyə səs verməyə çağırıblar.
Mehriban, qonaqpərvər Ağdaş camaatı ənənələrinə uyğun olaraq qərargah üzvülərini çox isti qarşılayıblar.
Bu günə qədər Seçki Qərargahının digər ərazilərdə apardığı təbliğat öz nəticəsini verib. Artıq hər gün çoxlu sayda seçici İqbal Ağazadənin mobil telefonuna zəng edərək onunla canlı tamasda olur, öz dəstəklərin ifadə edir və onunla görüşmək istədiklərini bildirirlər.
Bu səbəbdən İyunun 1-dən etibarən İqbal Ağazadə özü qapı-qapı kampaniyasına qoşulacaq və seçicilərlə görüşəcək.
Aparılan kampaniya zamanı da seçicilər İqbal Ağazadəni tanıdığını,sosial şəbəkələrdən və mediadan parlament çıxışları ilə tanış olduqlarını və onu sona qədər dəstək verəcəklərini ifadə ediblər.
"Qeyd edək ki, Təşviqat lövhəsinə vurulan təbliğat materiallarımız cırılır. Təəssüf ki, bu DSK-nın yaxınlığında olan təbliğat lövhələrində də baş verir.
Bu onu göstərir ki, İqbal Ağazdənin təbliğat şəkillərinin cırılması xüsusi planlı şəkildə hakimiyyət namizədi tərəfindən təşkil olunur. Hakimiyyətin namizədinin bu özbaşınalıqları yerli camaat tərəfindən narazılıqla qarşılanır. Təxribatların qarşısı da elə seçicilərin özləri tərəfindən alınır",-deyə Ümid Partiyasından bildirilib.
Sakinlərdən seçki qərargahına verilən məlumata görə icra nümayəndələri və bələdiyyə sədrləri kəndlərdə qapı-qapı gedərək seçicilərə təziq edir və I müavin Cavid Osmanova səs verməylərini tələb edirlər.
90 saylı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin təbliğat kampaniyası davam edir.