NATO-nun “Baltik açılımı”:Hərbi alyansı Şərqi Avropada gözləyən risklər və perspektivlər
Oxunub: 2921
02 Jun 2016 | 09:09
NATO-nun “Baltik açılımı”:Hərbi alyansı Şərqi Avropada gözləyən risklər və perspektivlər


NATO Litva, Latviya, Estoniya və Polşaya 4 min əsgər göndərəcək.

Strateq.az xəbər verir ki, bunu Polşa Müdafiə naziri  Antoni Makiereviç bildirib.

Polşanın xəbər agentliyi PAP-a görə, NATO-nun baş katibi Jens Stoltenberq ilə görüşən Makiereviç mətbuata açıqlamasında 8-9 iyulda Varşavada keçiriləcək NATO zirvəsindən danışarkən, bu məlumatı verib.

Nazir Polşa və Baltik ölkələrinin hər birinə bir tabor, ümumilikdəsə 4 min əsgər göndəriləcəyini və onların NATO-nun şərq qanadının əhəmiyyətli bir ünsürü kimi bölgədə daimi qalacağını vurğulayıb: “Bizim Stoltenberqlə görüşümüzdə bu, bir daha təsdiqləndi”.

ABŞ, İngiltərə və Almaniyanın Şərqi Avropa ölkələrini dəstəkləyəcəyini vurğulayan müdafiə naziri NATO zirvəsindən sonra bu regiona cəmi 8 min əsgərvə çox sayda hərbi təchizatın göndəriləcəyini də vurğulayıb.

Qeyd edək ki, alyansın Baltik ölkələrinə və Polşaya əsgər göndərmək istəyi yeni deyil. Bir müddət əvvəl İngiltərənin “The Telegraph” qəzeti NATO dövlətlərinin müdafiə nazirlərinin toplantısında Estoniya, Latviya, Litva, Polşa, Bolqarıstana əsgər göndərilməsinə dair qərar qəbul edildiyini bildirmişdi. Qəzetin yazdığına görə, bölgəyə təkcə əsgər yox, həmçinin xüsusi təyinatlılardan ibarət desant qrupu, raketlərdən müdafiə sistemləri, hərbi təyyarə və vertolyotlar da göndəriləcək. Hərbi texnikalar  rotasiya qaydasında bir-birini əvəz edəcəklər.İttifaqın əsasən 3 ölkəsi ”“ ABŞ, Almaniya və İngiltərə ordusuna məxsus hərbi hissələr Rusiyanın hər hansı müdaxiləsinə ilk reaksiyanı verən öncüllər olacaqlar.

NATO-nun Baltik ölkələri və Polşaya öz hərbi qüvvələrini yerləşdirmək niyyəti Ukrayna böhranından sonra yaranmış zərurətdən doğub. Rəsmi Kiyevin Avropa Birliyinə inteqrasiya qərarından sonra Rusiyanın Krımı və Ukraynanın şərqini ilhaq etməsiylə Qərb dünyası soyuq müharibədə dövründə dünyanı lərzəyə gətirən rus xofunun hələ də ortadan qalxmadığını, hər zaman qış yuxusundan oyana və vaxtilə sovet imperiyasının hegemonluğu altında olan ərazilərə iddia edə biləcəyini anladı. Məhz Ukrayna böhranı onları keçmiş sovet məkanına aid Baltik respublikalarına da eyni təcavüz ssenariləri barədə baş sındırmağa məcbur etdi və hər kəsi eyni sual maraqlandırmağa başladı: əcəba, ruslar hücum edərsə, bu ölkələr nə qədər müddətə dirənə bilərlər?

Ekspertlərin gəldiyi qənaət isə olduqca qorxuncdur. Məsələn, Lavren Tompson “Forbes”-ə yazdığı məqaləsində bu təcavüzün sadəcə 2-3 gün zaman alacağını bildirmişdi. Üstəlik, bu qədər qısa müddətə NATO qüvvələri öz yeni müttəfiqlərinin harayına belə çata bilməyəcəkdilər. İşğaldan sonra hər hansı müdaxilə isə daha ağır nəticələri ortaya çıxara bilərdi.

Bu cür xoşagəlməz sürpizlərə yol verməmək üçün 2004-cü ildən etibarən NATO qalasına çevrilən Baltik ölkələrinə indidən rus hücumlarının qarşısını alacaq qüvvələr göndərilməli idi. Beləcə, bəndi-bərəni bərkitdikdən sonra ediləcək hücumun məsuliyyəti Rusiyanın üzərində qalacaq və Moskva yaşanacaq hadisələrin ağır məsuliyyətini düşünəcəkdi. Bir növ, rus təhdidinə qarşı çəkindirici güc qazanmaq üçün NATO bu riskli addımı atmalı idi.

 

NATO-nun "Baltik açılımı" niyə risklidir?

1-ci risk

Risk meydana gətirən amilləri iki yerə ayırmaq olar. Əvvəla, bu addım Rusiyanın təhlükəsizlik strategiyasına qarşı olduğundan, bəllidir ki, Moskva tərəfindən laqeydliklə izlənməyəcək.  Necə ki, izlənmir də. İstər NATO-nun Şərqi Avropada öz qüvvələrini yerləşdirmək fikrinə Kremlin kəskin reaksiyası, istərsə də Baltik dənizində ABŞ gəmi və təyyarələrinin hərəkətinə rus ordusu tərəfindən verilən, faktiki təhdid həddinə varan əks-reaksiyalar bu iddianı təsdiqləyir.

Sergey Lavrovun bu yaxınlarda Macarıstanın “Magyar Nemzet” qəzetinə müsahibəsi də məlum iddianın ən bariz dəlillərindədir. Müsahibədə NATO-nun şərq qanadındakı hərbi gücünü artırmasına Rusiyanın mütləq cavab verəcəyini söyləyən Lavrov deyib: "Bölgədəki vəziyyət çox kritikdir. Baxmayaraq ki, mən vəziyyəti dramatikləşdirmək fikrində deyiləm. Ancaq milli təhlükəsizliyimizə yönəlmiş risklərin və təhlükələrin aradan qaldırılması üçün lazım olan addımları atacağıq".

Lavrov həmin müsahibədə açıq şəkildə onu da vurulayıb ki, ABŞ-ın Avropada yerləşdirdiyi raketdən müdafiə sistemləri daxil olmaqla, NATO-nun Avrupadaki strateji balansı pozmak üçün atdığı adımlara göz yummaları mümkün deyil.

İnsafən, Rusiyanı başa düşmək çətin deyil. NATO qüvvələrinin Baltik dənizində möhkəmlənməsi Rusiyaya qarşı təhdidin, az qala, ölkənin mərkəzinə qədər uzanması deməkdir. Nədən ki, NATO qüvvələrinin yerləşəcəyi ölkələrdən Estoniya Rusiyanın ikinci paytaxtı sayılan Sank-Peterburqdan quru yoluyla sadəcə 150 km aralıdır ”“ burdan, hardasa, Sabirabada qədər. Hava yoluyla isə bu məsafə daha qısadır. Sözsüz ki, Moskva tam burnunun dibində ona qarşı yönələcək raket qurğularının altında rahat yata bilməz və bunu ölkə rəhbəri Putin də açıq mətnlə dəfələrlə ifadə edib.

Üstəlik,  NATO qüvvələrinin gündə bir bəhanə ilə yeni ittifaq üzvlərinin hərbi qüdrətini artırdığı da nəzərdən qaçmamalıdır. 2004-cü ildə Rumıniya və Polşa ittifaqa üzv olanda hərbi alyansın rəhbərliyi bu ölkələrə sadəcə piyada qoşunlarını gətirəcəyindən bəhs edirdi. Üzərindən 10 il keçdikdən sonra isəRumıniyanın Deveselu qəsəbəsindəki "Aegis" hərbi bazasına SM-2 raket batareyaları yerləşdirmək gündəmə gətirildi. Rusiya bu qurğulara asanlıqla hücum raketləri də yerləşdirməyi və atış mənzilinin 2400 km-ə çıxarıla biləcəyini əsas gətirib, onların Moskvaya yönəldiyini irəli sürür. ABŞ isə belə bir niyyəti olduğunu inkar etsə də, SM-2-lərin bu potesialda olduğunu danmır və Rusiyanın bütün etirazlarına rəğmən, bu il həmin hərbi bazanı aktivləşdirdi. Digər bənzər bir qurğunun 2 ildən sonra Polşada qurulacağı bildirilir və bu Moskvanı daha çox narahat edir. Bu da azmış kimi, Rusiyaya qarşı yönələn hərbi təhdid Baltik açılımıyla hədəfə bir addım da yaxınlaşacaq. Moskvanın bunu sükutla qarşılayacağını, əlbəttə, gözləməyə dəyməz.

2-ci risk

NATO qüvvələrinin Şərqi Avropaya yerləşdirilməsinin bir başqa riskli tərəfi onun ciddi maliyyə tələb etməsilə bağlıdır. Hesablamalara görə, bu bazaların yerləşdirilməsi və saxlanılması üçün 10-15 il ərzində, ən azı 30 milyard dollar lazım olacaq. Əsas maliyyə yükü isə hər il 700 milyon dollarlıq büdcə ilə ABŞ-ın çiyinlərinə düşəcək. Nəzərə alsaq ki, bu, hələ ilkin və ən qənaətcil proqnozdur, ABŞ-ın daha artıq cömərdlik göstərməsi ehtimalı da yaranır. Necə ki, İraq əməliyyatlarına başlayarkən, uzağı, 600 milyon dollar xərcləyəcəyini düşünən Pentaqon savaşdan 14 trilyon dollar itirərək ayrılmış və bu itki 2008-ci ildə böyük böhranla nəticələnmişdi. ABŞ Şərqi Avropada da eyni sürprizlərlə qarşılaşa və nəticədə iqtisadi, hərbi, siyasi çöküş yaşaya bilər.

Baxmayaraq ki, NATO-nun Şərqi Avropaya doğru genişlənməsində ABŞ-a İngiltərə və Almaniya kimi zəngin müttəfiqləri də kömək edəcək, amma maliyyə yükünün əksəriyyətinin Vaşinqtonun çiyninə düşəcəyi şübhə doğurmur.Ümumiyyətlə, bu hərbi alyansın bütün üzvləri Vaşinqtona çox arxayın olduqlarından, maliyyə öhdəliklərini yerinə yetirməyə tələsmirlər. Bu da son zamanlar Vaşinqtonun etirazlarına səbəb olur və o, müttəfiqlərini açıq şəkildə öhdəliklərini yerinə yetirməyə çağırır.

Maraqlıdır ki, bu məsələdə ən çox xəsislik edən də elə Almaniyadır. Məlumata görə, alyansın nizamnaməsinə əsasən, hər üzv öz Ümum Daxili Məhsulunun 2%-ni müdafiəyə ayırmalı olduğu halda, Almaniya bu il ÜDM-nun cəmi 1.14%-ni hərbə yatırıb. Bu xəsislik NATO-nun daha çox ABŞ-ın maraqlarına xidmət etdiyi düşüncəsindən irəli gəlir və yəqin ki, Almaniya və İngiltərə yenə də ABŞ-ın əlini tək daşın altına qoymasını gözləyəcəklər. Bu isə NATO-nun Şərqi Avropada möhkəmlənməsinin ABŞ-a iqtisadi cəhətdən də baha başa gələcəyindən xəbər verir”¦

Bütün risklərə baxmayaraq, NATO qısa müddətdən sonra Moskvanın tam qapısının ağzında dayanacaq. Bu, əlbəttə, Novruz qapıpusması deyil və Kreml darvaza ağzına atılan papağın nə anlama gəldiyini başqa cür anlaya bilər.

Heydər Oğuz

Strateq.az

Oxşar xəbərlər
19:54, Bu gün
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
19:52, Bu gün
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
19:50, Bu gün
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
19:42, Bu gün
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
19:31, Bu gün
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
19:26, Bu gün
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
19:25, Bu gün
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:23, Bu gün
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
19:16, Bu gün
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
19:14, Bu gün
Xərçəngdən qorunmağın sadə yolu
19:11, Bu gün
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
19:09, Bu gün
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
19:07, Bu gün
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
19:05, Bu gün
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
19:02, Bu gün
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
19:01, Bu gün
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
19:00, Bu gün
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:58, Bu gün
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
18:48, Bu gün
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
18:43, Bu gün
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
18:41, Bu gün
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:32, Bu gün
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
18:31, Bu gün
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
18:31, Bu gün
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
18:00, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:42, Bu gün
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
16:08, Bu gün
Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
16:06, Bu gün
Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
16:04, Bu gün
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:57, Bu gün
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
15:55, Bu gün
“Laçın” sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü - Tarixi proseslər necə başladı? - ŞƏRH + FOTO
15:52, Bu gün
İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”
15:50, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimə olundu
15:47, Bu gün
İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb
15:45, Bu gün
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
15:42, Bu gün
İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
15:40, Bu gün
İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? - FOTO
15:35, Bu gün
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, həbs olunan var - FOTO/VİDEO
15:30, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
15:25, Bu gün
“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:07, Bu gün
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşdü - FOTO
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
15:00, Bu gün
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
14:55, Bu gün
QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə "Bakı Bəyannaməsi" qəbul edilib
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
GÜNLÜK
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 19:59
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Apr 2024 | 19:56
"NATO-nun nüvə silahı getdikcə Rusiyanın sərhədlərinə yaxınlaşır" - Polşa prezidenti
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 20:25
Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 19:59
Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 19:59
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Apr 2024 | 19:56
"NATO-nun nüvə silahı getdikcə Rusiyanın sərhədlərinə yaxınlaşır" - Polşa prezidenti
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 20:25
Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 19:59
Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO