“Prezident elə bir siyasi zəmin hazırlayıb ki...”
Oxunub: 2301
02 Jun 2016 | 11:49
“Prezident elə bir siyasi zəmin hazırlayıb ki...”

Moderator.az Dövlət müşaviri, akademik Kamal Abdulla ilə müsahibəni təqdim edir.
 
- Kamal müəllim, Azərbaycanda mövcud olan multikultural durumun və Azərbaycan multikulturalizminin özəlliklərinin dünya dövlətlərinə və xalqlarına təqdim olunmasında növbəti ünvan Böyük Britaniya oldu. Burada xüsusi bir səbəb varmı?
 
- “Multikulturalizm ili” çərçivəsində Azərbaycan dini tolerantlıq modelinin Avropa ölkələrində nümayiş edilməsi artıq ənənəyə çevrilir. Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərlərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən bu görüşlər daha əvvəl İsveçdə, Almaniyada olmuşdu. Böyük Britaniya bu baxımdan bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bir tərəfdən bu ölkənin multikultural mənzərəsi ölkə hökuməti tərəfindən adekvat qiymətləndirilmir və burada Baş nazir multikulturalizmin iflasını elan edir. Digər tərəfdən bu yaxınlarda London meri kimi mötəbər bir vəzifəyə milliyyəti və dini başqa olan şəxs seçilir.
 
İngilis cəmiyyəti dini tolerantlığın hansı qütbünə doğru meyl edir? Bu cəmiyyət kifayət qədərmi açıq cəmiyyətdir və Azərbaycan dəyərlərini kifayət qədərmi adekvat qəbul etməyə hazırdır? Azərbaycanda əsrlərdən bəri formalaşan multikultural dəyərləri biz bu gün başqa xalqlar və cəmiyyətlər ilə bölüşməyə hazırıq. Ölkə Prezidenti İlham Əliyevin multikulturalizmi Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırması, əslində, bütün sülhsevər dünya ictimaiyyətinə, eyni zamanda dövlətlərinə bir dəyərli mesaj idi. Bizi eşitməyə və bizi qəbul etməyə hazırdırlarmı? Dünyanın, konkret olaraq İngiltərənin nüfuzlu dairələri Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin ədalətli həlli problemini adekvat qəbul edə bilirlərmi? Bu suallara cavablar öz-özünü ləngitmədi. Bizimlə bu istiqamətdə söhbətə, bizim dəyərlərimizi öyrənməyə, müzakirə etməyə dünyanın bir çox ölkələrinin tanınmış mənəvi-intellektual dairələri hazır olduqlarını bildirirlər. Səfərlər, xüsusilə, London səfəri bunu bir daha sübut etdi.
 
- Azərbaycan bu gün təkcə enerji və digər təbii resursları ilə deyil, həm də insan kapitalı və mədəniyyət mərkəzi kimi dünyanın diqqətindədir. Bunu nə ilə əlaqələndirirsiniz?
 
- Əgər bu gün Azərbaycan dedikdə bir xarici üçün artıq “bu sözün arxasında nələr durur?!” yelpazəsini açmağa ehtiyac yoxdursa, heç şübhəsiz ki, bu, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin xidmətidir. Prezident İlham Əliyevin titanik zəhmətinin nəticəsidir. Bu gün başqa bir təbəddülatın şahidi oluruq. Bu gün biz Azərbaycana marağın iqtisadi platformadan mədəni-mənəvi-intellektual platformaya keçidini görürük. O da var ki, ölkəmizə marağın bu istiqamətinə tam yeni rakurs kimi baxmaq da doğru olmazdı. Məlumdur ki, XIX əsrdə, elə ondan əvvəlki dövrlərdə Azərbaycanın ədəbi-elmi potensialı dünyanın bir sıra düha sahiblərini özünə cəlb etmişdi. Sonra bu potensial “sovet gerçəkliyinin” məlum ideoloji-siyasi rejimində əridi və gözdən itdi. Bu gün biz bu marağın yenidən, özü də xeyli intensivləşmiş formasının ortaya çıxmasını müşahidə edirik. Bu prosesin daimi olması üçün - Azərbaycana olan marağı Azərbaycana sevgiyə çevirmək və Azərbaycan həqiqətinin hamıya eyni dərəcədə parlaması üçün biz öz tərəfimizdən sistemli, konseptual proyektlər təqdim etməliyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan Beynəlxalq Humanitar Forumlar, Bakı prosesinin müxtəlif proyektləri, Azərbaycan multikulturalizm modelinin get-gedə təkmilləşən mərhələləri və bir çox başqa milli əhəmiyyət daşıyan proqram səciyyəli layihələr bu istiqamətdəki işlərə dövlət tərəfindən verilən diqqət və qayğının bilavasitə təzahürüdür.
 
- Böyük Britaniyada keçirilən tədbirlərdə hansı heyətlə iştirak edirdiniz?
 
- Görüşlərdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxül-İslam Hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası pravoslav dini təşkilatının sədri arxiyepiskop Aleksandr Ata, Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Milli Məclisin üzvü Cavanşir Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov iştirak edirdi. Görüşlərin təşkilində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və səfir Tahir Tağızadənin zəhmətini qeyd etmək lazımdır.
 
Görürsünüzmü, seçilmiş heyət artıq öz-özlüyündə Azərbaycanın xoş məramından xəbər verir. Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə loyal münasibəti, eyni zamanda dövlətə, Azərbaycançılıq ideyasına sədaqəti bu gün nail olduğumuz ciddi siyasi və mənəvi dəyərlərdəndir. Heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi hesabına bilavasitə əldə edilən uğurdur.
 
- Kamal müəllim, bildiyimizə görə İngiltərədə tam müxtəlif platformalarda tədbirlərdə iştirak etmisiniz. Bu tədbirlərdə yerli iştirakçıların ilkin reaksiyası necə idi?
 
- Bizim səfirliyimiz və “Faith Matters” təşkilatının birgə keçirdiyi “Azərbaycan tolerantlıq və dinlərarası birgəyaşayış modeli” adlı konfransda, Oksfordda İslam Araşdırmaları Mərkəzinin rəhbərliyi və akademik heyəti ilə görüşdə, Xarici İşlər Nazirliyində Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya İdarəsinin rəisi və həmkarları ilə söhbətdə, Böyük Britaniyanın Lordlar Palatasında Lord Devid Evansla görüşdə, Londondakı nüfuzlu “Üç Dinin Forumu” adlı təşkilatda keçirilən dəyirmi masada son dərəcə maraqlı söhbətlər və fikir mübadilələri oldu. Biz onun şahidiyik ki, İngiltərədəki həmkarlarımız bizi ”“ ölkəmizi, xalqımızı daha yaxından tanımaq istəyirlər. Bizə o da aydın oldu ki, bunun üçün təkcə birtərəfli səfərlər təşkil etmək kifayət deyil.
 
- Böyük Britaniyada fəaliyyət göstərən müxtəlif dini icmaların ölkəmizə qarşılıqlı səfərləri ilə bağlı fikir mübadiləsi oldumu?
 
- Konfrans iştirakçıları tərəfindən sonda belə bir təklif səsləndi ki, Böyük Britaniyadakı dini konfessiya rəhbərlərinin də Azərbaycana səfəri faydalı olardı. Onlar belə səfərlər etməyə hazırdırlar. Bu bizə nə verər?
 
Bizim onlara Azərbaycan barədə danışdıqlarımızı öz gözləri ilə görmək, elə bilirəm ki, Azərbaycana marağın sevgiyə çevrilməsində əsas rol oynayardı. Bundan sonrakı birgə dəyirmi masaların, konfransların funksiya və ünvanları daha da zənginləşərdi.
 
- Multikulturalizmin Azərbaycan modelinin dünyamızda sülh və sabitliyə töhfə kimi əhəmiyyətini və perspektivini necə dəyərləndirərdiniz?
 
- Azərbaycan Prezidenti qeyd edir ki, multikulturalizm Azərbaycan xalqına əsrlər boyu xas olan bir dəyərdir. Biz bunu qorumuşuq. Amma biz bunu təkcə Azərbaycan üçün qorumamışıq. Bütün dünya üçün qorumuşuq. Baxın, bu gün Azərbaycan öz mədəni-tarixi abidələrini (xüsusilə, dini abidələrini) bərpa edir, onlara yeni həyat verir. Ulu Öndərin, Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər əvəzsizdir. Bizim görüşlər zamanı dini konfessiya rəhbərləri bu məlumatları təfərrüatı ilə xarici din və elm xadimlərinə, diplomat və parlament üzvlərinə çatdıranda bunun əks-sədası həqiqətən möhtəşəm olurdu. Bununla yanaşı, bu gün Heydər Əliyev Fondunun və onun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın gördüyü işlər miqyası ilə sərhədlər aşır. Bu gün Fransada, İtaliyada, Pakistanda, Rusiyada əsl multikultural layihələrə məhz Azərbaycan imza atır. Bu, Azərbaycan multikultural siyasətinin dünyaya çıxışı deməkdir. Siyasi və ideoloji gələcəyə tuşlanmış son dərəcə vacib perspektivlərdir.
 
- Ölkə başçısı cənab İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qarşısında qoyduğu məsələlər və onların həlli ilə bağlı fikirləriniz bilmək istərdik.
 
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz yaradıcısı Prezident İlham Əliyevin qarşıya qoyduğu ideoloji hədəflərə doğru inamla irəliləyir. Deyim ki, biz bu işləri çətinliklərdən keçə-keçə görürük - doğru olmaz. Hədəflər o qədər aydın və o qədər dəqiq göstərilib və onlara yetişmək üçün cənab Prezident tərəfindən elə möhkəm siyasi və insani zəmin hazırlanıb ki, görülən və görüləcək bütün işlərin uğurla başa çatdırılması əvvəlcədən şübhəsizdir. Bu ideyalar indiyə qədər baş tutan bütün görüşlərdə ”“ həm Almaniyada, həm İsveçdə, həm də İngiltərədə təkcə bizim yox, xarici həmkarlarımız tərəfindən də inamla səsləndirildi. Həqiqətən, Azərbaycana olan maraq Azərbaycana olan sevgiyə çevrilməkdədir. (axar.az)
Oxşar xəbərlər
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!