Dərviş hekayələri...
Oxunub: 2387
09 Jun 2016 | 15:41
Dərviş hekayələri...
DƏRVİŞ HEKAYƏLƏRİ

İKİNCİ HADİSƏ

“ŞAH İSMAYIL SƏFƏVİ”

Al qırmızı günəşin doğuşuyla bərabər sarı, altun qumun üzərində yatmış olan Dərviş ”“ Elxan oyandı. Öncə üzünə düşən və o mavi gözlərini qamaşdıran günəşə doğru baxa bildiyi qədər dərindən baxdı, gülümsədi, sonra ayağa qalxıb geyimini düzəltdi, boğçasını və əsasını alıb yoluna davam etdi...

Miladi təqvimlə 1490 ya da 1491-ci il olardı. Qızılbaş məmləkəti Azərbaycanda hələ də siyasi və ictimai təhlükə davam edirdi. Oğuzların Bayandur soyundan olan Ağqoyunlu xanədanı çökmüş durumda, şəhzadələr və digər hakimiyyət qüvvələri bir-biriylə çəkişmədə, ölkə xarici işğalçıların daim nəzarətindəydi. Bir yandan Özbəklər, bir yandan Osmanlı ölkəni işğal üçün planlar qurur, bir yandan yerli tacik (fars) feodallar və onların əlaltıları olan bir sıra kürd, hay, aysor birləşmələri ölkədə oğurluq, qəsb, müəyyən siyasi məqsədlərlə çaxnaşmalar törətməkdəydi. Onlara hər cür dəstək verən Avropa dövlətlərinin tacir qismində göndərdikləri bəzi casuslar isə durmadan ölkədə məzhəb ayrımçılığı, dini ayrı-seçkilik üçün təbliğat aparır, bu böyük məmləkəti uçuruma doğru yuvarlamaq niyyətindəydilər. Ölkədə iqtisadi vəziyyət də get-gedə gərginləşir, xalq ağır vergilərdən və zillətli həyat tərzindən bezmişdi. Vəziyyətin belə olan şəraitində özlərini, soylarını, hər şeylərini unudub bütün varlıqlarıyla ölkə üçün çalışan, daima xalqı və məmləkəti düşünən tək kəsim demək olan ki Ali Şeyx Ocağı, Dərvişlər, Sufilər, Qələndərlər, Əxilər, Bacılar və onların nəzarətindəki xırda vəzifəli insanlar idi. Özəkləri Ərdəbildə yerləşən və demək olar ki Azərbaycanın hər yerinə nəzarət etməyi bacaran bu milli və dini kəsim ölkəni və xalqı bütün bəlalardan xilas etmək, yenidən dirçəlmək və güclənmək üçün durmadan planlar qurur və onların gerçəkləşdirmək üçün hər şeyə əl atırdılar. Hakimiyyət və xarici qüvvələrdən gizlənmək üçünsə mədəni, əyləncəli məclislər düzənləyir və kimsə duyuq düşmədən, səssiz-səssiz öz işlərini görürdülər...

Dərviş Elxan 7 günlük çətin və bir qədər dərin yolçuluqdan sonra Təbriz ətrafındakı bir karvansaraya çatdı. Özünü bildirməmək və digər təhlükəli insanlardan gizlənmək üçün siyah niqaba bürünmüşdü, Elxan. Kimsəyə bir şey bəlli etmədən karvansaraya daxil oldu və izdihamla dolu yerdən sürətlə keçib karvansarayın arxa otaqlarından birinə özünü yetirdi. Ətrafındakı insanların çoxluğundan əsla narahat olmayan Elxan onu burada kimin gözlədiyini yaxşı bilirdi. Çünki Ərdəbildə Ali Şeyx Ocağında ona hər şeyi olduğu kimi anlatmış və bu karvansarayda onu digər bir Dərvişin gözlədiyini və nə etməli olduğunu demişdilər. Bir qədər otaqda gözlədikdən sonra qapıda eynən onu kimi geymiş və onun kimi niqab taxmış digər Dərviş göründü. O, Elxana sağ əlini ürəyinə qoymaqla işarə verdi və gözdən itdi. Elxan da onu həmən anladı və ardınca getdi. Bir neçə iç-içə otaqdan keçən Dərvişlər bir ensiz və kiçik keçidə çatdılar. Hər ikisi əyilərək bir müddət çətinliklə də olsa bu keçidlə irəlilədilər. Haradasa yarım saat yol qət etdikdən sonra Dərvişlər bir işıqlı, nurlu otağa çatdılar. Otaqda divarda göy xalı üzərində o vaxtın qrafikasıyla “Ulu Gök Tenqri adına, Uca Xızır Sultan adına, Şahı-Mərdan Əli adına salamlar olsun! Tanrı budunu qutlu qılsın! Türkman Eli şad olsun! Təriqəti-Səfəviyyə, Ali Dövlət uğruna var olsun!” yazılarını görən Elxan bir daha doğru yerə gəldiyinə əmin odu. Çünki bu göy xalıdan

məmləkətin hər tərəfində Qızılbaşların bütün Ocaqlarında vardı. Bir müddət otağın tisliminə qapılan Elxan otağa yeddi fərqli istiqamətdən açılan qapından daxil olan digər Dərvişlərin salamlarıyla özünə gəldi və hər kəs bir qaydada yerdə bardaş qurub oturdular. Üzlərindəki niqabı açaraq bir-birilərinə sevinclə gülümsədilər. Bir Dərviş saz, bir Dərviş ney, digəri qaval çıxarınca Elxan ayinin başladığını anladı. Və özünü hazırladı. Dərvişlər, musiqi müşayiətilə sırayla oxumağa başladılar:

Gəlin, Canlar, gəlin yola,

Tanrı üçün Qutlu ola.

Xidmətimiz bir gerçəkdir,

Can Dərvişlər dola-dola.

Biz Maqlardan gəlməyik,

Beş min ildir bu yoldayıq.

Xızır Sultan duysun bizi,

Ondan qayrı Həqq bilməyik.

Pirimiz, Mürşidimizdir,

Şahı-Mərdan Əlimizdir,

Şah Xətai rəhbərimiz.

Onun yolu yolumuzdur.

Bu dəmdə Elxan öz Mürşidinin, bir cüt mavi gözləri tək qoruduğu o Qutlu Ruhun, Şahın ismini duyunca gülümsədi və Dərvişlərin ardınca davam etdi:

Hü, Canlar, Hü Canlar, Hü!

Gök Tenqri bizi anar, Hü!

Mürşidi-Kamil üçün gəldik,

Könlümüz Şahçün yanar, Hü!

Dərvişlər bir neçə şeir parçası söylədikdən sonra ayağa qalxdılar və otaqda dairə şəklində dönməyə, tez-tez var-gəl etməyə və “Hü” deyə çağırışlar etməyə başladılar. Bunu edərkən sağ əlləri ürəklərinin başında, başları aşağı doğru, gözləri yumulu, sağ əlinin baş barmağındaki mavi qaşlı üzükləri isə adəta ulduz parçası kimi bərq vururdu. Bir müddət belə döndükdən sonra, yenə oturub musiqili şeirlər deməyə, Nəsimidən və digər sufi şairlərdən sitatlar gətirməyə davam etdilər. Daha sonra bir neçə fərqli ritual gerçəkləşdirib haradasa 3 saatdan sonra söhbət etməyə başladılar. Dərvişlərin ən yaşlısı Elxanı öz mavi gözləriylə süzdü, sonra əlini ana südü kimi dümağ olan saqqalına çəkərək, sağ əlini ürəyinə qoyaraq sordu:

* Şahı-Mərdan Əli eşqinə söylə Dərviş, Ərdəbil bizdən tam olaraq nə istəyir?

Elxan qarşısında bir günəş kimi parlayan yaşlı Dərvişə özünə xas bir cavab verdi:

* Şahı-Mərdan Əliyə canımız qurban, Dərviş. Ərdəbil sizlərə buyurur ki, çox yaxında Mürşidi-Kamilimiz, Xaqanımız, Başbuğumuz, Şahımız taxt-tac uğrunda savaşa başlayacaq, onun üçün bütün hazırlıqlar tamammıdır?

Yaşlı Dərviş nurani bir gülümsəməsiylə Elxana cavab verdi:

* Dərdiniz olmasın. Təbriz əhli öz hökmdarını qəbul etməyə hazırdır. Bütün Sufilər, Dərvişlər, Qələndərlər, Əxilər, Bacılar və digər Ocaq əşrafları bu qutlu ana qiyamətə hazırlaşdığı kimi hazırlaşıb. Hər şey öz yerindədir. Ayrıca Urmu gölü ətrafındaki Qutlu Od, Qutlu Su, Qutlu Yel və Qutlu Torpaq Qoruyucuları da bu tarixi ana hazırlaşırlar. Dərbənddən Kəngərədək məmləkətin hər yerində Od Əsgərləri şahın gələcək müqəddəs ordusuna qatılmaq üçün gecə-gündüz təlimdədirlər.

Yaşlı Dərviş yanındaki digər Dərvişə başıyla işarə verdi. O da davam etdi:

* Naxçıvan, İrəvan və Qarabağ müridləri öz mürşidlərinə qovuşmaq üçün sadəcə bir qığılcım bəklərlər. Diyarbəkir, Ərzurum, Ərdahan, Qars və s. yerlərin cəsur aslanları öz Şahları üçün canlarından keçməyə hazırdırlar. Mosul və Kərkük isə Bağdada qədər bütün yollara nəzarət edir, tezliklə Qutlu Fəth üçün hər şey öz yerini tapacaq.

Beləcə bu söhbət bir-iki saat daha davam elədi. Sonda məclis şərab və musiqi dəsgahıyla bitdi.

On il keçdi. Və Dərvişlərin hesabladığı kimi Şah İsmayıl Səfəvi ard-arda öncə Şirvanda Fərrux Yasarı, sonra Naxçıvanda Əlvənd Mirzəni, daha sonra Şiraz ətrafında Murad Mirzənin tərəfdarlarını ağır məğlubiyyətə uğradaraq qısa zamanda bütün Cəmi-Azərbaycana sahib oldu. Əzəli Təbriz torpağı səltənətin paytaxtı, Ərdəbil isə təriqətin beşiyi və qoruyucusu olaraq tarixə keçdi. Azərbaycan Türkcəsi dövlət dili, saz müqəddəs alət elan edildi. Bütün Dərvişlər və Sufilər məmləkətdə rahatlıqla öz fəaliyyətlərini davam etdirmək üçün Şah tərəfindən verilən yüksək imtiyazlara sahib oldular...

Al qırmızı günəşin batışıyla bərabər sarı, altun qumun üzərində aram-aram yürüyən Dərviş Elxan bu neçə illər ərzindəki olayları düşünərək gülümsədi və dərin bir bilinməməzliyə dorğu qərq oldu...

Elşən İsmayıl
Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib