Millət vəkili, politoloq Araz Əlizadə Moderator.az-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentləri arasında iyunun 20-nə planlaşdırlan Sankt-Peterburq görüşü ilə bağlı bədbin proqnozlar səsləndirib. Millət vəkili bu görüşdən müsbət heç nə gözləmədiyini qeyd edib:
“Prezidentlərin iyun görüşündən yaxşı heç nə gözləmirəm. Nə qədər ki, Ermənistanda indiki quldur, terrorçu rejim hakimiyyətdədir, bu mümkün deyil. Sərkisyan terrorçudur, o seperatçıların içindən çıxıb. O, istəsə belə Qarabağın qaytarılması ilə bağlı səsnədə imza ata bilməz. Ermənilər onu diri-diri yandırar. Ermənistan hakimiyyəti ilə razılığa gəlmək o zaman mümkün olar ki, bu hakimiyyətdə normal təfəkkür və xarakterə malik insanlar təmsil olunsun. Bu olmayacağı təqdirdə, problemin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil”.
Seymur Əliyev