Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi...
Oxunub: 2663
17 Jun 2016 | 22:37
Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi...

Sərin bir yaz gecəsiydi. Tiber çayının sahilində Vatikanın möhtəşəm görüntüsü batmaqda olan günəşin qızılı şüaları altında daha da əsrarəngiz hal almışdı. Papa bir neçə şəxsi mühafizəçisiylə öz şəxsi qondolunda (qayıq tipi) kiçik gəzintiyə çıxmışdı. Elə bu vaxt sahildən onlara doğru baxan bir siyah əlbisəli adam Papanın diqqətini çəkdi. Uzaqdan dəqiq seçə bilməsə də o adamın qara kapşon geydiyini, başında klassik italyan şlyapasının olduğu və əlində kiçik bir durbin olduğunu görmüşdü Papa. Həmən bir mühafizəçisini yanına çağırıb o adamı göstərmək istədi. Amma bir neçə saniyəlik sahildən nəzərini çəkən kimi o gizəmli adamın yox olduğunun fərqinə vardı və özündən asılı olmayaraq əsəbiləşdi. Son zamanlar yaşlılığın ona gətirdiyi bu əsəb çox mənasız vaxtlarda, olduqca sadə mövzularda özünü büruzə verirdi. Amma hər halda Papa o adamın niyə məhz onu durbinlə izlədiyini və onun kimliyini məmnuniyyətlə öyrənmək istəyirdi. Elə ona görə də səbirsiz halda öz adamlarına sahilə yan almağı əmr etdi və bir an öncə o adamın axtarışı üçün gərəkən bütün təlimatları verdi. Bir saatdan sonra Papa öz iqamətgahında, öz qızılı rəngdə əşyalarla dekora edilmiş otağında İncil oxumaqla məşğulkən içəri onun təhlükəsizlik üzrə baş köməkçisi girdi və özünə xas asil italyan salamını verərək sözə başladı:

* Papa Həzrətləri, tapşırdığınız kimi bütün Tiber çayının sahillərini ələk-vələk eləmişik, axtarışımızın daha keyfiyyətli nəticəsi olması üçün Roma rəhbərliyilə əməkdaşlıq edirik. Vatikanın bilinən bütün ümumi, xüsusi məkanlarına baxırıq. Amma ...

* Nə amma, buraya mənə bacarıqsızlığını nümayiş etdirmək üçün gəlmisənsə daha bəsdir, yetər, çıx çölə. İcazə ver, “Tanrının kitabını” oxumağa davam edim. ”“ deyə köməkçisinin sözünü kəsərək qəzəblə fınxırdı qoca Papa.

Köməkçi dərhal çölə çıxdı. Papa arxasınca aşağılayıcı baxışlarıyla bir müddət baxdı, sonra mütaliəsinə davam etdi. Elə bu an, otağın Tiber çayı istiqamətindəki böyük pəncərəsi açıldı. Və içəri doğru külək əsməyə başladı. Sanki içəri dərin bir vahimə çökdü. Böyük bir sükut içində Papa udqunaraq kitabı dərhal qapadı və kənara qoyaraq taxtından endi, pəncərəni qapamaq üçün yaxınlaşdı. Amma o andaca pəncərənin yanındaki böyük, qızılı, qatbaqat pərdənin arxasından hündür, enlikürək, üzündə maska olan, başdan aşağı siyah əlbisəli bir adam peyda oldu və Papanın üzərinə yeridi. Papa qorxudan geri-geri gedərək səndələdi və arxası üstə yerə yıxıldı. Bağırmaq, köməyə adam çağırmaq istəsə də sanki nəsə ona mane oldu. Bir anlığa səsi tutuldu, gözləri qaraldı. Arxasını çevirmək istərkən boğazına dolanmış ensiz ipi hiss etdi və bu onun son duyğusu oldu. Bir neçə saniyə içində maskalı adam onu boğdu. Öldüyünə əmin olmaq üçün dəfələrlə nəbzini yoxladı, sonra kiçik səslə gülərək pəncərədən qaranlığa qərq oldu. Bir neçə dəqiqə sonra bütün xidmətçilər, bir neçə saat sonra isə bütün Vatikan, Roma, sonra internet və televiziya vasitəsiylə bütün dünya Papanın öldüyü haqda fəryad edirdi...

Qaranlıq Roma küçələrindən birində siyah əlbisəli adam göründü. O səssiz, heç nə olmamış kimi küçələri yeriyərək ötür, bir neçə döngədən bir durur, ehtiyat üçün ətrafına baxırdı. Gecənin bu zülmət qaranlığında onu kimsə görə bilməzdi, amma hər ehtimala qarşı adam diqqət çəkməmək üçün bayaqki maskasını çıxarmışdı, görən olarsa şübhələnməsin deyə.

Düzdür canında bir azca üşütmə, bir azca qorxu olsa da özünü olduqca xoşbəxt hiss edirdi. Yanaqlarından, tünd qırmızı dodağından əskik olmayan gülüşlər onu inanılmaz dərəcədə qorxunc və bir o qədər də xarizmatik göstərirdi.

Bir müddət getdikdən sonra tam qarşısında, haradasa on metrlik bir məsafədə əcaib sifət quruluşlu, qulaqları nisbətən uzun, gözləri qaranlıqda fosfor kimi ağaran, dişləri görənləri qorxudan infarkt keçirən, siyah fraq (kostyum) geymiş bir hündürboy ortayaşlı kişi onu istər-istəməz qorxutdu. Yanından keçib getmək, fikir verməmək istəsə də əcaib varlıq olduqca vahiməli səs tonuyla onu durdurdu:

* Hara belə tələsirsən? ”“ pis-pis gülməyə başladı.

* Sənə nə, sən kimsən? İzn ver gedim. ”“ çəkinərək bir tərəfə qısıldı.

* Bir az əvvəl dünyanın bir nömrəli adamını ”“ Papanı öldürmüş adam kimi deyilsən. Bu qorxu səndə haradan?

* Məgər qatillər qorxmur? ”“ getməyə fürsət axtardı.

* Qorxur. Amma sənin kimi yox. Sən sanki etdiyinə peşman olmusan. ”“ düz onun qarşısında dayanaraq gözlərinin içinə baxdı.

* Əsla. O Papa əclafı ölümü çoxdan qazanmışdı. ”“ qəzəblə baxdı.

* Aydındır. Nə də olmasa sən insansan. Bu qədər qorxu, bu qədər emosiya anlaşılandır. ”“ pis-pis gülməyə davam etdi.

* Sən məgər insan deyilsən? ”“ çəkindi.

* Xeyir. ”“ dərindən qəhqəhə çəkdi və davam etdi ”“ mən İblisəm. Sənin neçə vaxtı qoruyucu mələyin. ”“ gülməyə davam etdi.

* Ola bilməz. ”“ qorxdu və dala çəkildi. ”“ Sənə inanmıram.

* O zaman diqqətlə izlə! - bir neçə saniyə içində göyə uçdu və geri döndü.

* Məndən nə istəyirsən? ”“ qorxudan tərləmişdi.

* Heç nə. Sadəcə bundan sonra səninlə daha açıq şəkildə əməkdaşlıq etmək istəyirəm.

* Bəs mən razılaşmasam. ”“ çarəsizcə baxdı. ”“ axı haradan bilirsən mən sən istəyən adamam? Mən ki ...

* Bunu mənə bir keşiş, bir yepiskop, bir molla, bir haham, bir şeyx öldürmüş adam deyir? ”“ sözünü kəsərək davam etdi və yüksək səslə güldü.

* Axı sənə nə lazımdı? - əsəbiləşdi.

* Sənin bu qəzəbin, ehtirasın, insanlığa və Tanrıya qarşı nifrətin.

* Tanrını bu işə qarışdırma! Mən sadəcə insanlar arasında ədaləti bərpa etmək niyyətindəyəm, vəssalam.

* Bu ədaləti nədənsə Tanrının sadiq xidmətçilərini öldürərək bərpa etməyə çalışırsan. ”“ kinayəli şəkildə dərindən güldü.

* Onlar Tanrının sadiq xidmətçiləri deyildilər. Onlar sadəcə Tanrı adından sui-istifadə edən, özlərinə mövqe qazanmağa çalışan əclaf, nadan, vicdansız din xadimləri idilər. Hansılar ki dünyadaki bütün yoluxucu xəstəlikləri yayan, dəhşətli müharibələri başladan, idarə edən, insanlığa hər hərəkətiylə qənim kəsilən ikiüzlü, saxtakar varlıqlar ”“ multi milyarderlər idi. Və onları öldürməklə mən milyonlarla günahsız insanı xilas etdim. ”“ özündə güc tapdı və yerimək istədi.

* Necə də olmasa mənə həmişə ehtiyacın olacaq. Mənə, mənim əsrarəngiz gücümə. Səndən qeyri adi heç nə tələb olunmur, sadəcə öz işini, haqq mübarizəni davam et. Sən mənim yer üzündəki kölgəm olacaqsan. ”“ vahiməli tərzdə güldü.

* İstəmirəm. Sən məndən sonra Tanrıya qarşı çıxmağımı da istəyəcəksən. ”“ yerindən tərpəndi.

* Dur! Əsla elə şey olmayacaq. Sən onsuz da öz ədalətini yaymaqla Tanrının sistemini pozursan. Yəni təbii olaraq bu proses baş verir. Və sən Tanrıya qarşı çıxırsan. ”“ onu durdurdu və yüksək səslə güldü.

Qaranlıqdan gələn adam qəfildən ayılmış kimi oldu və İblisin bu sözü onu çox düşündürdü. Dərhal o biri dünya, qiyamət və s. haqda fikirləşdi, amma sonra bu işə necə başladığını xatırladı...

O, uşaq vaxtı, 3 yaşında bir qəzada ata-anasını itirdi. Sonra uzun və sıxıcı yetimxana illəri başladı. Ona görə yox ki onun bacı-qardaşı yoxdu, ona görə yox ki onun heç dostu yoxdu, onu heç kim doğru-dürüst anlamırdı, ona görə ki, 6 yaşından daima baxıcıların əziyyətinə, təhqirinə məruz qalmışdı. Hələ bu harasıydı ki, 8 yaşındaykən ona bir yaşlı baxıcısı təcavüz elədi. Onun bədənindən öz əyləncəsi, öz keyfi üçün istifadə elədi. Onu alçaltdı, sonda onu murdar əski kimi kənara atdı. Bax onda itirdi hər şeyini. Mərhəmətini, sevgisini...

Əziyyətə dözməyib o baxıcını öldürdü. Yetimxanadan qaçdı. Sonra iyirmi il çöl həyatı yaşadı. Oğruluq etdi, adam öldürdü. Amma heç vaxt məzluma qıymadı. Ancaq zalımlara dünyanı dar etdi. Onlara qarşı bir qram da acıma hissi qalmamışdı artıq. Bu zamana qədər öldürdüyü insanların sayını, kimliyini unudan bu Tanrının unutduğu bəndəsi indi azacıq da olsa İblisin dediklərinə haqq qazandırdı içində. Amma içindəki Tanrı sevgisi ona yolunu azmağa imkan vermədi. İblislə razılaşmadı. Amma cəmiyyət, onu sonralar tanıyan, haqqında eşidən insanlar daima onu suçladı. Ardınca lənətlər oxudu. Anlamadan, dinləmədən onu mühakimə etdi. Adına da “Qaranlıqdan gələn adam” və ya “İblisin kölgəsi” dedilər...

Elşən İsmayıl
Oxşar xəbərlər
10 May 2024 | 23:47
Xorvatiyanın baş naziri yeni hökumət formalaşdıracaq
10 May 2024 | 23:46
Gürcüstanda uşaqları küçələrdə dilənməyə məcbur edən cinayətkar dəstə ifşa olunub
10 May 2024 | 23:35
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
10 May 2024 | 22:51
İsrail səfiri “BMT Nizamnaməsini” parçaladı - VİDEO
10 May 2024 | 22:35
"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
10 May 2024 | 22:31
Pentaqon bütün ABŞ hərbçilərini Nigerdən çıxarır
10 May 2024 | 22:24
Qəzzada ölənlərin sayı 35 minə yaxınlaşıb
10 May 2024 | 22:23
Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı
10 May 2024 | 22:19
Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu
10 May 2024 | 22:16
Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub - FOTO/VİDEO
10 May 2024 | 22:12
"Rusiya ciddi şəkildə Moldova ilə məşğul olmağa başlayıb" - ISW
10 May 2024 | 21:50
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
10 May 2024 | 21:07
"Fələstinlilərin, israillilərin və bütün regionun taleyi tükdən asılıdır" - Quterriş
10 May 2024 | 20:53
Qazaxda təbii fəlakət fəsadlar törədib
10 May 2024 | 20:50
​İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olundu
10 May 2024 | 20:39
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi
10 May 2024 | 20:36
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
10 May 2024 | 20:31
Bakıda təhlükə saçan hotel - ANBAAN VİDEO
10 May 2024 | 20:13
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
10 May 2024 | 20:12
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
10 May 2024 | 20:11
Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
10 May 2024 | 20:09
Turistlər regionlara maraq göstərmir - Əsas səbəb... / AÇIQLAMA
10 May 2024 | 19:52
Fransa Ukraynaya utilizasiya edilməli olan uzaqmənzilli raketləri təhvil verib
10 May 2024 | 19:51
Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO
10 May 2024 | 19:50
İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB+ FOTO
10 May 2024 | 19:47
Rusiya mayın ortalarında Xarkova hücum etməyə hazırlaşır
10 May 2024 | 19:40
Putin Mişustini Baş nazir təyin edib
10 May 2024 | 19:39
"Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
10 May 2024 | 19:06
Azay Quliyev seçicilərilə görüş keçirib - FOTO
10 May 2024 | 19:06
Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq
10 May 2024 | 19:03
Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik
10 May 2024 | 18:56
"Zelenski ilə söhbətdən sonra məndə belə təəssürat yaranıb ki, o, səmimi-qəlbdən sülhə can atır..."
10 May 2024 | 18:40
Pakistan Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
10 May 2024 | 18:39
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB
10 May 2024 | 18:35
Prezident: "Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması növbəti zəfərimizdir"
10 May 2024 | 18:32
Prezident: “Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar”
10 May 2024 | 18:31
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
10 May 2024 | 18:30
Azərbaycan Prezidenti: “Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”
10 May 2024 | 18:29
İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib
10 May 2024 | 18:26
Azərbaycan Prezidenti: "Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır"
10 May 2024 | 18:25
Prezident: "Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq"
10 May 2024 | 18:23
İlham Əliyev: "İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək"
10 May 2024 | 18:05
Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
10 May 2024 | 18:00
ADU-da “Azərbaycan-Çin (1993-2023)” kitabının təqdimatı olub - FOTO
10 May 2024 | 17:55
Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
10 May 2024 | 17:50
Mişustin yenidən Rusiyanın baş naziri oldu
10 May 2024 | 17:45
Fransa həqiqəti təhrif edir: riyakar siyasət bumeranq effekti verə bilər - TƏHLİL + FOTO
10 May 2024 | 17:40
“O, dünyanın ən böyük dövlət xadimlərindən, ən məşhur sərkərdələrindən olub..."- Tariximizə fərqli baxış
10 May 2024 | 17:40
Heydər Əliyevin anadan olmasının 101 illik ildönümü ilə əlaqədar tarixi-sosial çarx çəkilib- VİDEO 
10 May 2024 | 17:37
Putin “İ” üzərində nöqtələri qoydumu?
10 May 2024 | 17:35
İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşdü
10 May 2024 | 17:30
İranda bir bəy iki xanımla evlənib - VİDEO
10 May 2024 | 17:25
Orduda andiçmə mərasimləri keçirildi - VİDEO
10 May 2024 | 17:22
İş yerlərində seksual-qısnamaya qarşı qanunvericilik təkmilləşdiriləcək
10 May 2024 | 17:20
Hikmət Mirzəyev və Kərəm Mustafayev Türkiyə nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
10 May 2024 | 17:15
Bərdədə Heydər Əliyevin anadan olmasının 101 illiyi  münasibətilə  tədbir keçirilib - FOTOLAR
10 May 2024 | 17:12
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
10 May 2024 | 17:10
Real Madrid prezidenti Arda Güləri öpməkdən doya bilmədi - VİDEO
10 May 2024 | 17:05
Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO
10 May 2024 | 17:00
“Heydər Əliyev tozlu alnımdan, neftli əllərimdən öpüb dedi ki, sənin çörəyini yeyirik, niyə utanırsan?” - ÖZƏL + FOTO
10 May 2024 | 16:56
Azərbaycan samboçuları Avropa çempionatını 3 medalla başa vurublar
10 May 2024 | 16:52
İlham Əliyev Şuşanın Turşsu qəsəbəsinin təməlini qoydu
10 May 2024 | 16:50
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
10 May 2024 | 16:48
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
10 May 2024 | 16:45
ADNSU-nun kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
10 May 2024 | 16:42
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
10 May 2024 | 16:40
Əhməd Rəcəbli küçəsində təmir işləri aparılır - VİDEO
10 May 2024 | 16:36
Qusarda meşəlik ərazidə aparılan tikinti işləri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
10 May 2024 | 16:32
İranda toy mərasimi yasa çevrildi - VİDEO
10 May 2024 | 16:27
Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO
10 May 2024 | 16:24
Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO
10 May 2024 | 16:20
İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü
10 May 2024 | 16:16
İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
10 May 2024 | 16:12
Azərbaycan badmintonçularının Paris-2024-ə hazırlıq planı müəyyənləşib
10 May 2024 | 16:08
Paşinyanın Moskva ziyarətinin formallığı: “Buzlar” yenə ərimədi – ŞƏRH + FOTO
10 May 2024 | 16:02
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
10 May 2024 | 15:59
Vüsalə efirə elə geyimdə çıxdı ki… - FOTOLAR
10 May 2024 | 15:55
“Heydər xalqım deyəcək…” - VİDEO
10 May 2024 | 15:53
Prezident Şuşada Aşağı Gövhər Ağa məscidində olub
10 May 2024 | 15:50
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTO
10 May 2024 | 15:45
Şuşaya qayıdış belə başladı - VİDEO
10 May 2024 | 15:43
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı yeni qanun layihələri hazırlanacaq
10 May 2024 | 15:38
Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq turnirində iştirak edəcək
10 May 2024 | 15:34
Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA
10 May 2024 | 15:30
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub
10 May 2024 | 15:27
"Magura V5" dronları Rusiya donanmasına 500 milyon dollarlıq zərər vurub" - Ukrayna BKİ
10 May 2024 | 15:25
Bakıda avtomobil gənc qızı vurub
10 May 2024 | 15:20
COP29-un prezidenti COMSATS-ın icraçı direktoru ilə görüşdü - FOTO
10 May 2024 | 15:15
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR + VİDEO
10 May 2024 | 15:13
Kəlbəcərə və Laçına gedəcək fermerlərə ŞAD XƏBƏR
10 May 2024 | 15:10
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10 May 2024 | 15:08
Bərdədə küçədə qadını öldürməyə cəhd etməkdə şübhəli bilinən qohumu saxlanılıb
10 May 2024 | 15:04
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar
10 May 2024 | 14:58
Sabunçuda narkoplantasiya aşkarlandı - FOTO/VİDEO
10 May 2024 | 14:56
“Keşiş aksiyası” rəsmi İrəvanın siyasi iradəsinə təsir göstərə bilərmi?
10 May 2024 | 14:53
Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO
10 May 2024 | 14:48
Musa Qurbanlının qiyməti açıqlandı - 10 milyon?
10 May 2024 | 14:43
"Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır"
10 May 2024 | 14:41
Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
GÜNLÜK
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
10 May 2024 | 11:24
Sənubər İsgəndərli Ulu Öndərlə görüşündən danışdı: "Ondan sonra bizə prezident təqaüdləri təsis olundu"
10 May 2024 | 10:01
“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”
10 May 2024 | 07:54
"Baqratın mitinqinə gələn insanlar meydanı tərk edir: əksəriyyəti məyusdur...”-Erməni nəşri
10 May 2024 | 07:17
Keşiş Baqratın Paşinyanın istefası tələbi ilə keçirdiyi mitinqə cəmi neçə hayk qatıldı?..
10 May 2024 | 06:24
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?..-SUAL-CAVAB
10 May 2024 | 09:55
“Azərbaycan bu nüvə dövlətini “heç nə” edib, onu “sıfır”la eyniləşdirib”
10 May 2024 | 10:16
Bakıda bu ərazi plana düşdü: Evlər və obyektlər sökülür - VİDEO
10 May 2024 | 08:36
Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək
10 May 2024 | 09:42
“Türkiyə-İsrail münasibətlərinin pisləşməsindən Yunanıstan və digər dövlətlər qazanır...”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
AYLIQ
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
10 May 2024 | 11:24
Sənubər İsgəndərli Ulu Öndərlə görüşündən danışdı: "Ondan sonra bizə prezident təqaüdləri təsis olundu"
10 May 2024 | 10:01
“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”
10 May 2024 | 07:54
"Baqratın mitinqinə gələn insanlar meydanı tərk edir: əksəriyyəti məyusdur...”-Erməni nəşri
10 May 2024 | 07:17
Keşiş Baqratın Paşinyanın istefası tələbi ilə keçirdiyi mitinqə cəmi neçə hayk qatıldı?..
10 May 2024 | 06:24
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?..-SUAL-CAVAB
10 May 2024 | 09:55
“Azərbaycan bu nüvə dövlətini “heç nə” edib, onu “sıfır”la eyniləşdirib”
10 May 2024 | 10:16
Bakıda bu ərazi plana düşdü: Evlər və obyektlər sökülür - VİDEO
10 May 2024 | 08:36
Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək
10 May 2024 | 09:42
“Türkiyə-İsrail münasibətlərinin pisləşməsindən Yunanıstan və digər dövlətlər qazanır...”