“Rəşad durmadan mənimlə cinsi əlaqəyə girdi...” -Mesajla başlayan sevgi təcavüzlə bitdi
Oxunub: 31581
22 Jun 2016 | 11:06
“Rəşad durmadan mənimlə cinsi əlaqəyə girdi...” -Mesajla başlayan sevgi təcavüzlə bitdi
Bakıda zorlama və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Quba rayon sakini, 1994-cü il təvəllüdlü Rəşad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Rəşad Quliyev 2014-cü ilin yanvar-fevral aylarında satıcı işlədiyi Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan yerin yaxınlığındakı S.Ə.Pişəvari küçəsi 1 ünvanında yerləşən “Real Telekom” telefon mağazasına anası ilə telefona mahnı yazdırmaq üçün gələn Samirə Mehdiyeva (ad və soyad şərti verilib) tanış olmaq istəyib. 

Zorlama

Bu məqsədlə Rəşad 15 yaşlı Samirənin telefon kartına öz mobil telefon nömrəsini yazaraq ona zəng etməsini xahiş edib. 11 fevral 2014-cü ildə Samirə öz telefonu vasitəsi ilə Rəşada mesaj göndərib. Rəşad da qarşılıqlı sevgi xarakterli mesajlar yazaraq Samirəni guya sevdiyini və onun üçün darıxdığını bildirib. 
 
Rəşad həmin vaxt Samirəni görüşə dəvət edib. Fevralın 14-də, saat 21.30 radələrində Rəşad onunla görüşə gələn Samirə ilə işlədiyi mağazanın qarşısında görüşüb. O, Samirəyə mağazanın binanın arxasına keçərək gəzişməyi təklif edib. Onlar söhbət edə-edə evlərin arası ilə nisbətən qaranlıq yer olan 266 saylı orta məktəbin giriş darvazasının qarşısına gəliblər. Bu zaman Rəşad Samirəni öpüb, sonra cinsi əlaqədə olublar. 

 
3 il cəza
 
İstintaq orqanı Rəşad Quliyevi Cinayət Məcəlləsinin 149.3.3-cü ( aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə ittiham edilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmə Rəşad Quliyevə verilən ittiham üzrə maddəni dəyişib və onu Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham verilib. Məhkəmənin hökmü ilə Rəşad Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində Rəşad Quliyevin cəzasının ağırlaşdırılmasını istəyib. Həmiçinin Rəşad Quliyevin vəkili də apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 
 
Tərəflərin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında iş hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. 
 
“Samirənnin anası 2-3 dəfə mahnı yazdırmağa gəlib”

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Rəşad Quliyev elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, bildirib ki, Samirə ilə heç vaxt cinsi əlaqədə olmayıb: “Samirəni zorlamamışam, seksual xarakterli əxlaqsız hərəkətlər etməmişəm. Bütün bunlar yalan, mənə qarşı şər və böhtandır”. 
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, hərbi xidmətdən qayıtdıqdan sonra özünə iş axtarıb: “2014-cü ilin yanvar ayının sonlarından başlayaraq Bakı şəhəri, 3-cü mikrarayon dairəsi yanında yerləşən “Real Telekom” adlanan mağazada disk satıcısı işləməyə başlamışam. Əvvəllər özünü Təhminə kimi təqdim edən, sonradan adının və soyadının Samirə Mehdiyeva olduğunu bildiyim qız bir neçə dəfə anası ilə birlikdə işlədiyim telefon mağazasına telefona mahnı yazdırmaq üçün gəlib. Samirəni 2014-cü ilin yanvar-fevral aylarında tanımışam. Samirənnin anası 2-3 dəfə mahnı yazdırmağa gəlib. Söhbət əsnasında kirayədə qaldığım evdə su olmamasından narazılıq etdim və kirayə ev axtardığımı bildirdim. Qızın anası mobil telefon nömrəmi götürdü ki, onlar tərəfdə mənim üçün ucuz və şəraitli ev tapacaq”. 
 
“Samirə boynuma atılaraq ağladı”
 
Rəşad Quliyev bildirib ki, fevralın 11-də tanımadığı nömrədən ona mesaj gəlib: “Əvvəlcə mesaj yazan şəxsi tanımadım. Sonra Təhminə  kimi tanıdığım Samirə özünü təqdim etdi. Həmin gün biz xeyli mesaj yazaraq danışdıq. Fevralın 14-də, axşam saat 21.30 radələrində işdə olduğum zaman Samirə iş yerimə gələrək məni çölə çağırdı. Bayıra çıxdıqda qapının qarşısında məni gözləyən Samirə boynuma atılaraq ağladı. Samirə evə gecikdiyini deyərək boynumu qucaqladı və bildirdi ki, qurban olum məni evə apar. Mən də Samirəni ötürmək qərarına gələrək mağazaya girdim və paltarımı geyinərək mağzadan çıxdım. Samirə ilə binanın arxasından keçdik. Avtobus dayanacağına bir neçə metr qalmış dayanaraq bir neçə dəqiqə söhbət etdik. Sonra isə avtobusa minmək üçün küçənin əks tərəfinə keçdik”. 
 
“Mənimlə birlikdə yaşamaq istədiyini dedi”
 
Rəşad Quliyev qeyd edib ki, Samirə Xırdalana gedən avtobusa minməkdən imtina edib və bildirib ki, sürücü onu tanıyır: “Bu səbəbdən avtobusa 20 yanvar metrostansiyasından minmək üçün birlikdə səki ilə hərəkət edərək 20 yanvar dairəsinə çatdıq. Moskva prospektində Sumqayıt istiqamətinə gedən avtobusların dayanacağında avtobusa minmək istəyərkən Samirə bu sürücünün də onu tanıdığnı bildirdi və avtobusa minməkdən imtina etdi. Bu səbəbdən biz kənara çəkildik. Bu zaman atam mənə zəng etdi. Atam ilə işlərim barədə təxminən 5 dəqiqə danışdıqdan sonra Samirə ilə 135 nömrəli marşrut avtobusuna minərək onun yaşadığı Xırdalana gəldik. Yolda Samirə onu yaşlı Mazan adlı qohumuna ərə vermək istədiklərini, lakin onu istəmədiyini bildirdi. Samirənin məndən xoşu gəldiyini, mənimlə birlikdə yaşamaq istədiyini dedi. Samirəyə nişanlı olduğumu bildirdim”. 
 
“Samirəyə məndən əl çəkməsini dedim”

Rəşad Quliyevin sözlərinə görə, bir qədər sonra Xırdalanda Samirə çatdıqlarını bildirdi və onlar avtobusdan düşüblər: “Bu zaman Samirə evlərinə tərəf getdi. Mən isə yolun əks tərəfinə keçərək avtobusa minərək şəhərə qayıtdım. Yolda olduğum vaxt 10-15 dəqiqə keçmiş tanımadığı nömrədən Samirə zəng vurdu və anasının artıq evə gəldiyi üçün evə girə bilmədiyini, anasından qorxduğunu dedi. Samirə geri qayıtmağımı xahiş etdi. Mən isə qayıda bilməyəcəyini bildirdim və qorxmamasını, evə getməsini söylədim. Bundan sonra Samirə müxtəlif nömrələrdən bir neçə dəfə zəng vuraraq yanıma gəlmək istədiyini bildirdi. Samirəyə məndən əl çəkməsini, evə getməsini dedim. Bir müddət sonra yenidən mənə zəng gəldi. Telefona cavab verəndə taksi sürücüsü olduğunu, Samirəni 3-cü mikrorayon dairəsində düşürdüyünü bildirdi. Bundan sonra, Samirdən xəbərim olmayıb. Gecə evimdə yatmışam. Səhəri günü Samirənin anası və qardaşı yanıma gəldi. Onlar Samirəni soruşdular. Samirəni axşam evə ötürdüyümü, sonuncu dəfə taksi sürücüsünün telefonundan zəng vurduğunu bildirdim. Bundan sonra məni izahat vermək üçün polis bölməsinə çağırdılar”.
 
“Samirəni görüşə çağırmamışam” 
 
Rəşad Quliyev daha sonra qeyd edib ki, Samirənin telefonuna öz nömrəsini yazmayıb: “Samirə ilə görüşmək fikri olmayıb. İlk olaraq Samirə mənə mesaj yazarkən mesaj yazanın kim olduğunu belə bilməmişəm. Samirə  özünü təqdim etdikdən sonra mesaj yazanın Təhminə kimi tanıdığım qız olduğunu bilmişəm və qarşılıqlı olaraq bir-birimizə sevgi xarakterli mesajlar yazmışıq. Fevralın 14-də Samirəni görüşə çağırmamışam və həmin gün Samirənin iş yerimə gələcəyindən də xəbərim olmayıb”.
 
“Samirənin anası yüngül həyat tərzi keçirən qadın olub”
 
Daha sonra Rəşad Quliyev bildirib ki, heç vaxt 266 saylı məktəbin həyətində olmayıb: “Həmçinin fevralın 14-də, axşam saatlarında Samirə ilə birlikdə 266 saylı məktəbin həyətinə getməmişəm. Onunla cinsi əlaqədə olmamışam və ya ona qarşı seksual xarakterli heç bir hərəkət etməmişəm. Samirənin anası yüngül həyat tərzi keçirən qadın olub. Qızını da əxlaqsız hərəkətlər etməyə məcbur edib. Ana və qızı başqa şəxslərə şər atmaqla pul qazanmaqla məşğul olublar”.

 
“Rəşad məni görüşə çağırdı”
 
Zərərçəkmiş şəxs qismində dindirilən Samirə Mehdiyeva bildirib ki, anası Zöhrə ilə Bakı şəhəri 3-cü mikrorayon dairəsi adlanan yerdə yerləşən telefon mağazasına mahnı yazdırmaq uçün gediblər: “Həmin vaxt mağazada satıcı işləyən Rəşad Quliyev anamın telefonunun yaddaş kartına özünün telefonunun nömrəsini yazdı və məndən ona zəng etməyimi xahiş etdi. Fevralın 11-də anamın tanışı Mirislam Mahmudovdan aldığım telefon nömrəsindən Rəşada mesaj yazdım. Bu zaman Rəşad məni görüşə çağırdı”.
 
“Mənimlə cinsi əlaqəyə girməyi təklif etdi”
 
Samirə Mehdiyevanın sözlərinə görə, fevralın 14-də, axşam anasının qaz sayğacı kartına pul yükləmək üçün getdiyini görüb və saat 20.30 radələrində evdən çıxaraq Rəşadın işlədiyi mağazaya gəlib: “Rəşad əvvəlcə “Sahil”ə gəzməyə getməyi təklif etdi. Mən isə vaxtımın az olduğunu və anamın evə qayıdana qədər evdə olmağımın vacibliyini dedim. Bu zaman Rəşad mənə “bu tərəfə gedək” dedi və binanın arxa tərəfinə keçdik. Orada adamların olduğunu gördük. Rəşad məhlənin içərisinə doğru getməyi xahiş etdi. Gəzə-gəzə 266 saylı orta məktəbin giriş darvazasının qarşısına gəldik. Ətrafda heç kimin olmadığını görən Rəşad məni tutaraq divara sıxdı və məni öpməyə başladı. Sonra mənə qarşı seksual xarakterli hərəkətlər etməyə başladı və mənimlə cinsi əlaqəyə girməyi təklif etdi”.
 
“Mənimlə cinsi əlaqədə oldu” 
 
Samirənin ifadəsinə görə, Rəşadın cinsi əlaqədə olmaq təklifini rədd edib və onu geriyə itələyib: “Bu vaxt Rəşad qolumdan tutaraq məni öldürməklə hədələdi. Sonra Rəşad məni soyunduraraq iki dəfə cinsi əlaqədə oldu. Bu zaman qorxumdan səsimi çıxarmadım. Cinsi əlaqədə olandan sonra Rəşadla “20 yanvar” metrosuna gəldik. Oradan Xırdalana gedən 135 saylı marşrut avtobusu ilə məni evimizin yaxınlığına gətirdi və sonra şəhərə qayıtdı. Evə gəldikdə anamin artıq evdə olduğunu gördüm İçəri girməkdən qorxaraq Rəşadın yanına qayıtmaq istədim. Yolda müxtəlif şəxslərin telefonu ilə Rəşada zəng vurdum və evə getməkdən qorxduğumu dedim, onun yanına qayıtmaq istədiyimi bildirdim”.
 
“Zorlandığım barədə anama danışmaqdan qorxdum”
 
Samirə Mehdiyeva bildirib ki, bu zaman Rəşad ona yanına gəlməməsini deyib: “Bu vaxt anamın dayanacağa tərəf gəldiyini gördüm və taksiyə oturdum. Taksi sürücüsünün telefonundan Rəşada zəng vurdum. Lakin Rəşad məni qəbul etmədi. Taksi sürücüsünə getməyə yerim olmadığını dedim. Ondan səhərə kimi maşında qalmağıma icazə istədim. Səhərə kimi maşınında qaldım. Səhəri gün sürücüdən məni Xırdalanda bazarın yanında düşürməsini xahiş etdim. Sürücü həmin yerdə məni düşürdü. Bir qədər sonra anam və qardam oraya gəldi və məni evə apardılar. Zorlamam barədə anama danışmaqdan qorxdum. Bu barədə səhəri gün yuxudan duranda anama hər şeyi danışdım”.
 
“Rəşadın vədlərinə inandım”
 
Samirə Mehdiyeva qeyd edib ki, Rəşad anasının telefonundakı qovluğa telefon nömrəsini yazaraq ondan zəng etməyini və ona sözü olduğunu göstərib: “Bir gün müddətində Rəşadla  mesajlaşdım. Həmin vaxt Rəşad məni görüşə çağırdı. Uşaqlıq edərək Rəşadın məni sevmək barədə vədlərinə inandım və onunla görüşə getdim”. 
 
Cinayət işi üzrə şahid qismində ifadə verən Samirə Mehdiyevanın anası Zöhrə Mehdiyeva bildirib ki, fevralın 14-də, axşam saat 21 radələrində karta qaz yükləmək üçün 3-cü mikrorayon dairəsinə gəlib və qazı yükləyərək bir saatdan sonra evə qayıdıb: “Qızım Samirənin evdə olmadığını gördüm və Quşçuluq massivində başqa evdə yaşayan oğlum Amilə zəng vuraraq məlumat verdim. Oğlum ilə birlikdə Abşeron rayon polis şöbəsinə gələrək qızımın evdən getməsi və geri qayıtmaması barədə ərizə verdim. Fevralın 15-də, saat 17 radələrində Samirəni Xırdalan şəhərində tapdıq. Məlum oldu ki, qızım həmin gecə başqa bir oğlanla taksidə qalıb. Sonradan qızımın məhkəmə-tibbi ekspertizadan keçirilməsini xahiş etdim və ekspertiza ilə Samirənin bakirəliyinin pozulduğu müəyyən edildi. Ona görə də ərizə ilə Abşeron rayon prokurorluğuna müraciət etdim. Qızımın deməsinə görə onu Rəşad zorlayıb”.

“Qızıma baxdığını gördüm”
 

Zöhrə Mehdiyeva daha sonra ifadəsində qeyd edib ki, Rəşadın işlədiyi 3-cü mikrarayon dairəsi yanında yerləşən “Real Telekom” adlanan mağazaya 2014-cü ilin yanvar ayında qızı Samirə ilə birlikdə 2-3 dəfə musiqi yazdırmağa gedib: “Həmin vaxt Rəşad qızıma baxdığını gördüm və buna görə də ona xəbərdarlıq etdim. Qızımin itdiyini bildikdən sonra Rəşadın qızıma baxmağından şübhələndiyimə görə, oğlum ilə birlikdə onun iş yerinə gəldik. Fevralın 15-də, günorta saatlarında qızımı tapdıq. Fevralın 16-da qızım Rəşad tərəfindən zorlandığını dedi. Mən də bu barədə polisə ərizə ilə müraciət etdim”.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rəşad Quliyevin apelyasiya şikayəti təmin edilib və onun barəsində bəraət hökmü çıxarılıb. 

Məhkəmə Rəşad Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib və o, məhkəmə zalından azadlığa buraxılıb.(Teleqraf.com) 
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA