Bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 78-ci il dönümüdür. Elçibəyə həm sağlığında, həm də ölümündən sonra bir çox şerlər, hətta kitablar həsr olunub.
Ramiz Rövşənin “sənə bir daş atar yerindən duran” misrası ilə başlayan şeiri, həmçinin Rüstəm Behrudinin “Qəribə adam” şeiri hamıya məlumdur.
Tanınmış şair, çağdaş Azərbaycan poeziyasının güclü imzalarından olan Rüstəm Behrudi Moderator.az saytının “Bəyin yoxluğunu nə dərəcədə hiss edirsiniz?” sualına qısaca olaraq bu cür cavab verib:
“Bəy ölən gün ağlımda yalnız bir fikir var idi: Bundan sonra darıxanda kimin üstünə və hara gedəcəyəm?”
Moderator.az həmçinin Rüstəm Behrudinin mərhum Əbülfəz Elçibəyə həsr etdiyi şeiri təqdim edir:
Qəribə adam
Bu qəribə adamdı
Oxşarı yox heç kimə;
əli, saçı, gözləri,
dil açıb danışanda
dilində çiçək açan
dəli-dəli sözləri-
nə qəribə adamdı.
Nə qəribə adamdı
deyirəm, yer fırlanır.
Pıçıldayır astadan:
Yurd yerində binəmiz
Yox olub çadır-çadır.
Yəqin mənim göz yaşım
Axıb yeri fırladır.
Nə qəribə adamdı
deyirəm, külək əsir,
yaxın dur bu ocağa,
gəl qoruyaq bu odu.
Pıçıldayır astadan:
Bu əsən külək deyil,
Yurd boyunca dolaşan
Xətainin ruhudu.
Bu adam nə qəribə,
nə qəribə adamdı.
Nə qəribə adamdı;
dərdinə bax, ay Allah,
niyə, niyə babası
Astiyaq min il əvvəl
vaxtında öldürməyib
xəyanətkar Harpağı?
Dərdinə bax, ayAllah,
hansı uzaq dağdasa
susuzluqdan saralıb
cır armudun yarpağı”¦
Nə qəribə adamdı
dərdinə bax, ayAllah!
Nə qəribə adamdı,
dedim,-sənin bəd günün,
dedi, -o günki, özüm,
özümə tələ quran
”“ gülsüz qoyan gülüstan,
Sivas, Şuşa, Çaldıran;-
birmi, üçmü, yabeşmi?
Dedim: -qardaş, neyləyək,
bizimkibunsuzkeçmir.
Dedim: -səninoxşarın:
”“ birləçəkdimnəvaxtsa
solmayanbirçiçəkdə.
Dedim: -əngözəlgünün?
Dediki, gələcəkdə.
Buadamnə qəribə,
nə qəribə adamdı.
Dedim: -arzun, istəyin?!
Bir ah çəkdi dərindən:
”“ təzə-təzə doğulan
qurd ağızlı körpələr
görən nə vaxt buyurdu
tanrı kimi görk elər?!
Bu adam nə qəribə,
nə qəribə adamdı!
Nə qəribə adamdı-
bu adamın sevinci,
bu adamın dərdi də
tamam özgə biçimdə.
Bu qəribə adamdı
mənə elə gəlirki,
bu adam ölən günü
özü qazıb qəbrini
basdıracaq özünü
ürəyinini çində!