"Əxlaqsız filmlərdə gördüklərini mənim üzərimdə tətbiq edirdi..."
Oxunub: 16200
24 Jun 2016 | 21:07
Boşanmaların sayı ildən-ilə artdıqca get-gedə daha da dərinləşən problemin həlli yolları hər kəsi ciddi şəkildə narahat edir. Səbəblər müxtəlifdir ”“ maddi çətinliklər, ailə quran bəzi gənclərin məsuliyyətsizliyi, qarşılıqlı münasibətlərdə mənəvi keyfiyyətlərə deyil, daha çox maddiyyata üstünlük vermələri, xarakterlərin uyğunsuzluğu və s. Bu müsahibədə toxunacağımız problemin yaranması isə tamamilə başqa faktorlardan irəli gəlib. Hazırda paytaxtda yaşayan Gülnarə Kərimovanın (ad şərtidir) keçmiş ərindən ayrılmasının əsas səbəbləri ilə tanış olduqda təəccübünü gizlədə bilmirsən. Cəmi 5 il əvvəl qurulmuş ailənin dağılmasının, 4 yaşlı qızcığazın boynubükük, atasız qalmasının çox qəribə, hətta anormal səbəbləri var. 

“Eyni rayonda, küçədə böyüyüb boya-başa çatmışdıq”

Gülnarə Kərimova öz bibisi oğlu ilə 2010-cu ildə ailə qurub. Uşaqlıqdan bir evdə böyüyüblər. Sonradan atası işi ilə əlaqədar olaraq rayondakı evlərini satıb, Bakıya köçmək qərarına gəlib:
“1992-ci ilin yanvarında köçdük paytaxta. 1998-ci ildə bibimgil də evlərini satıb, Bakıya köçdülər. Atam bibimin yoldaşına məsləhət gördü ki, bizim yaşadığımız qəsəbədə ev alsın. Belə də etdi. Bir-birinə yaxın olan binalarda yaşayırdıq”.

Hər iki ailənin övladları böyüdükdən sonra gənclərin ailə qurmaq söhbəti ortaya çıxır. Gülnarənin gələcək qayınanasının təsadüfi təklifi ilə reallaşan evlilik izdivacına hər kəs halallıq verir: “Bibimgil Rasimi (keçmiş ərini) evləndirmək üçün ona qız axtarırdılar. Evlərimizin arasındakı məsafə yaxın olduğundan tez-tez ailəvi şəkildə bizə gəlirdilər. Elə olurdu hər gün saatlarla evimizdə olurdular. Bir gün bibim öz qızı və oğlu ilə bizə gəlmişdi. Nahar edirdik. Atam bacısından soruşdu ki, Rasimin evlənmək işi nə yerdə qaldı? Bibimin yerinə qızı cavab verdi. Dedi, dayı, yaxşı ailə, halal süd əmmiş tapa bilmirik. Birdən bibim başını qaldırıb, yeməyini yeyə-yeyə mənə baxdı: “Odur ey, yaxşı qız Gülnarə. Gedib onun-bunun qapısını niyə döyürəm ki? Öz qardaşımın balası”. Gözlənilmədən deyilən bu sözdən atam tutuldu, mənsə utandım. Hiss etdim ki, yanaqlarım qızarıb. Ayağa durub süfrəyə çörək gətirmək bəhanəsi ilə otaqdan çıxdım. Üç gün sonra bibim yenə gəldi. Bu dəfə atamla elçilik söhbətini etməyə gəlmişdi”.
Gülnarənin bibisi bu təklifindən sonra qardaşının övladını evinə gəlin gətirmək istəyini həyata keçirməyə başlayır. “2009-cu ilin yayında elçilik, sonra “hə” oldu. Nişan məclisimizdə ancaq öz qohumlarımız idi. Beləcə nişanlandıq. Valideynlərim bu məsələdə mənə ancaq tövsiyə verdilər. Sevdiyim oğlan yox idi. Ona görə ata-anamın məsləhətinə qulaq asdım”.

Əvvəllər Rasimi sadəcə bibisi oğlu kimi tanıyan Gülnarənin sözlərinə görə, onu yaxşı, təmiz oğlan kimi tanıyıb: “Nişanlı vaxtlarımızda onun hərəkətlərində hər hansı qeyri-adilik hiss etməmişdim. Çox sakit, amma ciddi və zəhmli oğlan idi. Hərəkətlərində, davranışlarında əsla deməzdim ki, bu, belə “babnik”dir. Nə bilim, bəlkə də, sevgi gözlərimi kor etmişdi”. 

Gənclərin toyu 2010-cu ilin yanvarında baş tutub. Beş il əvvəl evləniblər: “Ailə həyatımızın ilk illərində münasibətlərimizdə hər hansı problemlər, söz-söhbət yaşanmırdı. Yalnız bir-iki dəfə yüngülvari umu-küsü olmuşdu, vəssalam. Əvvəllər mehriban idik”.

Lakin sonradan hər şey tədricən dəyişir: “2011-ci ildə Aydan dünyaya gəldi. Onda Rasim qızının olması xəbərini bir az tutqun şəkildə qarşıladı. Bibim ona başa saldı ki, bu, Allah verən paydır. Adam belə şeyə pis olmaz”.

“Otağa girəndə təəccübdən az qaldım dəli olum”

Onun sözlərinə görə internet aludəçiliyi, ən əsası isə Rasimin zərərli vərdişləri ailənin dağılmasının əsasını qoydu: “Hər şey Rasim evə kompüter alandan, internet xətti çəkdirəndən sonra başladı. Hiss edirdim ki, hər gün evdən soyuyur. Mənə, uşağa əvvəlki kimi qayğı göstərmirdi. Axşamlar işdən gəlib dincəlmək, ailəsi ilə maraqlanmaq, uşağını oynatmaq əvəzinə, saatlarla kompüterin qabağında oturub, oyun oynayırdı. Bizimlə maraqlanmırdı. Elə olurdu ki, Aydan atasını görəndə beşikdən əllərini uzadıb onunla oynamaq istəyirdi. Amma Rasim onu qucağına almırdı. Hiss edirdim ki, get-gedə bizə ailəsi kimi yanaşmır”.

Rasimin ailəsindən uzaqlaşmasının əsas səbəbi kompüterdə saatlarla oyun oynaması yox, internetdən başqa məqsədlər üçün istifadə etməsi imiş: “Sonradan bildim ki, məni aldadırmış. Hər dəfə gəlib otağa girəndə hiss edirdim ki, kompüterdə nəsə qurdalanır, monitorun ekranında nəyisə tez bağlayır. Bir gün axşam mətbəxdə iş görürdüm. Axşam saat 9 olardı. Məni yanına çağırdı. Elə bildim çay istəyir. Gəlib otağa girəndə təəccübümdən az qaldım dəli olum. Kompüterdə porno film izləyirdi. Əlimi atıb monitorun elektrik xəttini şəbəkədən çıxarmaq istəyəndə əlimdən tutub necə burdusa, elə bildim qolum dirsəkdən çıxdı. Əsəbiləşdi. Onu hələ belə hirslənən görməmişdim. Üstümə qışqırdı ki, bu nə hərəkətdir edirsən, qudurmusan? Hətta az qaldı məni vursun. Soruşdum ki, Rasim, pozğun filmlərə niyə baxırsan? Məgər sən də küçə uşağısan, ağlı başında olmayan yeniyetməsən? Cavab verdi ki, mənim 16 yaşım yoxdur. Xoşuma gəlir, baxıram. Kompüter monitorunda gördüyüm səhnələrdən iyrənib otaqdan çıxdım. Həmin gündən ailəmizin qara günləri başladı.

“İnternetdə əxlaqsız filmləri izləyirdi”

Əvvəllər erotik filmlərin aludəçisi olmuş Rasim evləndikdən sonra da zərərli vərdişlərindən əl çəkə bilməyib: “Hər gün axşam işdən qayıdıb saatlarla kompüter qarşısında otururdu. İnternetdə qızlarla yazışır, porno çarxları, filmləri izləyirdi. Mən də ev işlərini görürdüm. Elə olurdu ki, Aydan yataq otağımızda beşikdə ağlayıb qucaq istəyirdi. Əlimdə işim olduğundan uşağı qucağıma ala bilmirdim. Atasının isə dünya vecinə deyildi. Qonaq otağının qapısını açıb yalvarırdım ki, Rasim, nə olar Aydanı beş dəqiqəlik qucağına al, mənim əlimdə işim var axı. Elə bil heç nə eşitmirdi. Elə olurdu gecə saat 2-yə qədər kompüter qarşısında əyləşirdi. Ailəsi ilə heç maraqlanmırdı. Desəm inanmazsınız, bu adam gedib, işığın pulunu da ödəmirdi. Borclarımız o qədər yığılmışdı ki. Bir dəfə gəlib işığımızı kəsdilər. Axşam qaranlıqda qaldıq”.

Xanımı və azyaşlı uşağı ilə maraqlanmayan ailə başçısı getdikcə daha çox internet aludəçisinə çevrilib: “Axşam saat 9-dan gecə saat 2-yə, bəzən də 3-ə qədər kompüterin qarşısında əyləşirdi. Elə olurdu ki, gecə güclə kompüter qarşısından qaldırırdım ki, Rasim, səhər yatıb qalacaqsan, işə gedə bilməyəcəksən, dur dincəl. Hərdən elə kompüterin qarşısında yuxu basırdı onu. Gəlib görürdüm oturduğu yerdə yatıb”.

Gülnarə deyir ki, Rasimin belə zərərli vərdişlərindən, porno filmlərin “manyak”ı olmasından vaxtında xəbər tuta bilməyib: “Nişanlı vaxtda evlərində nə edirdi onu deyə bilmərəm. Amma sonradan boşanma söhbəti ortaya çıxanda kiçik qardaşı ağzından qaçırdı ki, Rasim yeniyetmə yaşlarından erotik filmləri izləyirmiş. Hətta tez-tez əxlaqsız qadınlarla da görüşürmüş”.

“Övladımın xatirinə hər şeyə dözürdüm”

Rasimin ailəsindən uzaqlaşmasının başlıca səbəblərindən biri də ailə qurduqdan sonra əxlaqsız qadınlarla intim görüşləri imiş: “Tez-tez telefonuna gizli mesajlar gəlirdi. Lakin telefonunu kodda olduğundan bunları oxuya bilmirdim. Hərdən telefonu qapadıb balkona çıxmasından, yaxud otağında xısın-xısın danışmasından başa düşürdüm ki, mənə xəyanət edir. Üzr istəyirəm, bir dəfə hansısa əxlaqsız qadından süzənək xəstəliyinə yoluxmuşdu. Hətta mənə də yoluxdurmuşdu. Bu addımına bəraət qazandıra bilməzdi. O heç mənə izahat verməyi şəninə sığışdırmırdı. Övladımın xatirinə hər şeyə dözürdüm. İstəmirdim ki, ailəm dağılsın. Onun mənə qarşı davranışlarındakı bu cür anormallıqlarla bağlı əvvəlcə bibimə, sonra valideynlərimə şikayət etdim. Birinci dəfə bibimə dedim. Əvvəlcə inanmadı. Dedi elə şey ola bilməz. Sonra inandı. Amma bunun heç bir xeyri olmadı. Bundan sonra anama dedim ki, Rasim bizimlə maraqlanmır. Anam dedi ki, ailənin sirri ailədə qalmalıdır. Səsini çıxarma. Mən də razılaşdım, başqa əlacım nə idi?”

“3 ildən çox idi ki, mənlə maraqlanmırdı”

Boşanma fikri ərinin qeyri-ənənəvi intim münasibətlərə olan marağından sonra yarandı: “Mənə maraq göstərmirdi. 3 ildən çox idi ki, övladı ilə də maraqlanmırdı. Balamın xətrinə canımı dişimə tutub dözürdüm ki, Aydanım atasız böyüməsin. Amma o, get-gedə daha da həddini aşırdı. Mənə əxlaqsız qadın kimi baxırdı. Söysəydi, ondan yaxşı idi. Bilərdim ki, ərimdir, hirslənir, əsəbini soyudur. O, bundan betərini edirdi. Son vaxtlar ən iyrənc üsullara əl atırdı. İnternetdə hansısa porno filmi izləyib, məni yanına çağırırdı. Deyirdi ki, gəl biz də kinodakı kimi sevişək. Deyirdim, ay Rasim, nə danışırsan? Onlar pozğun adamlardır. Buna görə nə qədər pul alırlar. Mən sənin ailənəm, pozğun qadın, fahişə deyiləm. Məhəl qoymurdu”.

Son bir ildə belə təkliflər irəli sürən ailə başçısı intim həyatını “romantik” qurmağa qərar verib: “İki dəfə mənə otaqda vəhşi kimi yaxınlaşdı. Dönə-dönə üzr istəyirəm, filmdəki səhnələri mənim üzərimdə həyata keçirdi. İntim münasibətlərin bütün formalarından istifadə etməyə başlamışdı. Özüm özümdən iyrənməyə başladım. Bütün bədənimi murdar etdi.

Bir dəfə gecə otağa girdi. Paltarını soyunanda oyandım. Filmlərdə izlədiyi qeyri-ənənəvi seks üsullarını mənim üzərimdə tətbiq etməyə başladı. Ağrıdan dözə bilmirdim. Yalvarırdım ki, ay Rasim elə eləmə. Hətta elə qışqırdım ki, uşaq diksinib oyandı. Qorxub ağlamağa başladı. Bu, əməlli seks manyakı idi. Belə hərəkətləri əvvəllər həftədə bir dəfə edirdi. Amma son aylar elə olurdu həftədə 3-4 dəfə mənə qarşı belə təkliflər edir, iyrənc hərəkətlərini davam etdirirdi, baxdığı pozğun kinoları gözünün qarşısına gətirib, oradakı səhnələri mənlə münasibətdə tətbiq edirdi. Ötən ilin martından etibarən zorakılıqları daha da artdı. Əgər əvvəllər mənə qarşı zorakılıqları qonaq otağında, yaxud yataq otağımızda edirdisə, sonradan bu hərəkətləri daha da çoxaldı. Mətbəxdə iş gördüyüm yerdə vəhşi kimi üstümə cumub, məndən qeyri-ənənəvi sekslə məşğul olmağı tələb edirdi. Ayaqyolunun qapısı açıq olsaydı, bəlkə, istədiklərini orada da edərdi. Ya bir də görürdün ki, sabun istəmək bəhanəsilə məni hamama çağırırdı. İçəri girib sabunu ona verəndə qollarımdan tutub içəri çəkirdi. Paltarımı su ilə isladıb əyin-başımı soyundururdu”.

Qadın buna etiraz edəndə Rasimin cavabı qeyri-adi olub: “Deyirdi ki, mən romantik ərəm. Başa sala bilmirdim ki, ay Rasim, bu iyrənclikdir. Düzdür, bu, aylardır davam edirdi. Amma sonralar əvvəlkindən də iyrənc üsullara əl atdı. Sanki mən bunun həyat yoldaşı yox, küçə qadını, fahişə idim. Hər gün özümü bir az da təhqir olunmuş hiss edirdim. Başa düşdüm ki, belə ailə olmaz. Sentyabrda qızımı da götürüb atamgilə gəldim. Hər şeyi bir daha olduğu kimi açıb evdəkilərə danışdım. Bir aydan sonra ərizə ilə məhkəməyə müraciət etdim”.

Rasimin buna reaksiyası çox adi olub. O, xanımının ayrılmaq qərarına heç təəccüblənməyib də: “O, onsuz da məni ailəsi kimi görmürdü. Boşanandan sonra düşündüm ki, gərək bu addımı çoxdan ataydım. Atam cehizlərimi yığışdırıb gətirdi. Sonralar onu işi ilə əlaqədar Gəncəyə göndərdilər. Hər ay aliment göndərir. Gedib götürmək istəmirdim, anam dedi ki, bala o, uşağın puludur. Heç olmasa, əyin-başına xərcləyərsən. Get pulu götür”.Publika.az
Oxşar xəbərlər
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB