Yeni Turan fəlsəfəsi: Türklük, islamlıq və insanlıq
Oxunub: 1783
24 Jun 2016 | 21:17
Yeni Turan fəlsəfəsi: Türklük, islamlıq və insanlıq
Ən azı on üç əsrdir türklərin, Türk-Turan xalqlarının özəyi dirəyi olan Qıpçaq-tatar və Oğuz-Karluk boyları İslam dünyası içində müsəlman kimi yaşayırlar. Bu 13 əsrlik tarix boyu İslam dini inancı istər türk xalqlarının məişət həyatında, istərsə də dövlətçiliyində (türk dövlətlərinin qurulmasında, inkişafında və tənəzzülündə) mühüm rol oynamışdır. Ancaq burada daha önəmli məsələlərdən biri 13 əsr ərzində İslam dininin, İslam fəlsəfəsinin və İslam mədəniyyətinin Türk xalqlarının həyat tərzinə, mədəniyyətinə, dünyagörüşünə, fəlsəfəsinə, adət-ənənələrinə (toyları, yasları, mərasimləri) nə dərəcədə təsir göstərməsidir. Başqa sözlə, Türk-Turan xalqlarının əsasən İslam mədəniyyəti arealına daxil olmasıyla milli özünəməxsusluqlarını nə qədər qoruması ya da qoruyamamasıdır. Bu da, çox ciddi bir məsələdir.

Əlbəttə, İslamaqədərki və İslam dövründə Türk-Turan xalqlarının adət-ənənələrini, mədəniyyətini, fəlsəfəsini, dövlətçilik ənənələrini yalnız o şəkildə müzakirə etmək olmaz ki, hər şey ya qaradır, ya ağdır. Yəni İslamaqədərki və İslamlıq dövründə Türk xalqlarının adət-ənənələrində, mədəniyyətində, fəlsəfəsində müsbət və mənfi olanları yalnız İslam diniylə müqayisə etmək doğru deyildir. Bu gün də məsələni bu cür qoymağı doğru görmürük. Hər bir məsələ elmi cəhətdən, mümkün olduğu qədər obyektiv olaraq əsaslandırılmalıdır. Düzdür, “elmi” və “obyektiv” sözlərinin özlərində də hardasa ”“ indi biz dünya tarixini, elmini, ədəbiyyatını, fəlsəfəsini, mədəniyyətini öyrənəndə görürük ki, nə qədər subyektiv amillər vardır. Bu baxımdan müxtəlif mədəniyyətlər (Mesapatomiya, Misir, Roma, Zərdüştlük, Buddizm, Xristianlıq, İslam və b.) daxilində Türkün varlığını nəzərdən keçirərkən, burada əsas diqqət yalnız onların türklərə nə verdiyinə deyil, eyni zamanda turanlılardan nələr qazandıqlarına da önəm verməliyik. Əks təqdirdə belə anlaşılır ki, Türklər ayrı ayrı mədəniyyətlərdən ancaq nə isə alıblar, demək olar heç bir mədəniyyət yaratmayıblar. Bunu, bu və ya digər formada Türklərin İslam mədəniyyəti içində olduğu zaman kəsiyinə də aid edirlər.

Bütün bunları Türk-Turan xalqlarına qarşı ədalətsizlik hesab etməklə yanaşı, ən doğru yolu məsələyə bütöv şəkildə yanaşılmasını görürük. Məsələn, İslam və Türklük məsələsinə bütövlükdə, kompleks olaraq yanaşmaq lazımdır. İslamaqədərki Türk mədəniyyətində, Türk fəlsəfəsində müsbət cəhətlərlə yanaşı, mənfi cəhətlər olduğu kimi, eyni məsələlərin aşağı-yuxarı İslam dövrüylə başlayan dönəmlərdə də yaşamağımız təbiidir. Yəni Türkün İslamlıq dövründə əldə etdiyi hər bir uğuru İslamla bağlayıb şişirtmək nə qədər yanlışdırsa, uğursuzluqları da yalnız İslam dininin adına çıxmaq da eyni dərəcədə haqsızlıqdır. Bir ulusun, toplumun uğuru ya da uğursuzluqlarını bütövlükdə hər hansı bir dinlə bağlamaq kökündən yanlışdır. Əgər hər hansı bir din bir millətin, toplumun bütün qədərini, yəni keçmişini, bu gününü və gələcəyini tamamilə həll etmək gücündədirsə, o zaman problemi dində deyil ulusda axtarmaq lazımdır.

Bu anlamda Türk xalqlarının İslamaqədərki həyatıyla (əxlaq, fəlsəfə, dünyagörüş, dövlətçilik və s.), İslam dövrüylə başlayan həyatı arasında böyük uçurumlar açmaq, özəlliklə İslamaqədərki həyat tərzini yumşaq dillə desək, kölgədə qoyub İslam diniylə  başlayan  dönəmləri isə şişirtmək Türk-Turan xalqlarının bugünkü problemlərinin həlli yolunda ciddi əngəllərdən biridir. Bu ona gətirib çıxarır ki, İslam dininə, İslam mədəniyyətinə bağlı bir müsəlman türkü bütün varlığını yalnız İslamda, Qərb-Xristian mədəniyyətindən təsirlənmiş başqa bir türk isə hər şeyi Qərb demokratiyasında, Qərb liberalizmində axtarır. Bununla da, bir toplum öz içində ən azı ikili zehniyyətə yuvarlanır ki, həmin şüurlardan çıxış edən elm insanları, araşdırmaçılar da özlərini ya İslam dünyası ”“ İslam Mədəniyyəti ya da Qərb-Xristian dünyası ”“ Qərb mədəniyyəti daxilində  görürlər.

Belə olduğu təqdirdə, özünü Şərq-İslam dünyasının içində görün bir türkü ittiham edə bilmədiyimiz kimi, eynilə özünü Qərb-Xristian dünyasında görən Türkü də suçlaya bilmərik. Çünki müsəlman türkü üçün İslam dünyasının ya da Türk-İslam dünyasının problemləri və həll yolları bir istiqamətdə, qərbçi türk üçün isə Qərbin demokratik, sivil, dünyəvi dünyanın problemləri və həll yolları başqa istiqamətdə maraqlıdır. O zaman bu gün, hər hansı türkün islamçılığı ya da qərbçiliyi üzərindənansımçılığı ya da qərbçiliyi  mühakimələr çıxarılması doğru deyildir. Çünki din dəyişdirmək deyil də, milli kimlik dəyişdirmək faciədir. İlk baxışda bu fikirlər doğru görünməyə, hətta yanlış anlamlar da yozula bilər. Ancaq heç bir zaman unutmamalıyıq ki, din dəyişdirmək millətlərin taleyində dəfələrlə olmuşdur. Bu anlamda din dəyişdirməyi faciə deyil, Tanrıya gedən yolda daha mükəmməl bir axtarış kimi dəyərləndirmək lazımdır.

Əgər Türk-Turan xalqlarının böyük bir qismi 13 əsrdir İslam dini üzərində dayanıb, bu din vasitəsilə Tanrının yolıunun qolçusu olıduqlarına inanırlarsa təbiidir. Lakin bu o demək deyil, Türk-Turan xalqları İslamaqədərki tapındıqlıarı milli və qeyri-milli dinlərində tamamilə yanlış yolda olublar. Demək istədiyimiz odur ki, Türk-Turan xalqlarının Tanrı yolunda yürüməkləri (yəni Türk əxlaqı, estetikası, adət-ənənləri, törələri, həyat tərzi, dövlətçiliyi və s.) İslamlıqla başlamadığı üçün, onu həddən artıq ideallaşdırıb Türk kimliyini arxa plana keçirmək doğru deyildir. Doğrudur ki, Şamançılıq, Xirstianlıq, Buddizm, Yəhudiliklə müqayisədə Türklər özlərini daha çox İslamlıqda tapmışlar. Məhz Türk özünü İslamlıqda stianlıq, buddizmdə olduğu kimi, bəlkə də onlardan daha ox daha çox tapdığı üçün də Tanrıya gedən yolda 13 əsrdir İslamla birlikdədir. Bununla yanaşı onu da idrak etməliyik ki, Türklərin İslam dinini qəbul etməyi saədəcə, Tanrı yolunda yürüməyin ən uğurlu davamıdır. Ancaq bu heç də İslamdan kənarda başqa yollarla (xristianlıq, buddizm, şamançılıq, yəhudilik və b.) Tanrı yolunda yürüməyə davam edən Türk soydaşlarımızı inkar etmək anlamına gəlməməlidir.

Ona görə də, burada diqqət etməli olduğumuz əsas məsələ yalnız müəyyən bir dinin daşıyıcısı olan millətin, həmin dinə tapınmış olan digər xalqlarla birlikdə mövcud problemləri və onun həlli yollarını düşünməsi deyil, eyni zamanda dini həssaslıqlarını qorumaqla yanaşı digər ideyalara (dini, ya da siyasi-ideoloji) tapınan daxildəki soydaşlarıyla da bu və ya başqa məsələlərin həllində bir araya gələ bilməsidir. Bir toplum daxilindəki dini birlik inam və inanc birliyidirsə, milli birlik isə milli qədər və milli dövlət yaratmaq, inkişaf etdirmək, yaşatmaq yoludur.

Bu məsələnin çox sadə həll yolu var. Belə ki, milliyyətçiliyimizə Qərb milliyyətçiliyi, İslamçılığa isə Sami dinçiliyi mövqeyindən yanaşmaqdan əl çəkməliyik. Hər halda, biz belə hesab edirik ki, Qərb (ingilis, fransız, alman və b.) milliyyətçiliyi Türk milliyyətçiliyini, Sami-Yəhidi dinçiliyi isə İslamçılığı olduğu kimi ifadə etmir. Ona görə də, Türk-İslam dünyası məsələləsi adına hər iki məsələnin ciddi şəkildə izahlarına ehtiyac vardır.

Bizcə, bu anlamda Türk xalqlarının həyatında mühüm rol oynamış, həmin rolu oynamağa davam edən istər İslamçılığa, istərsə də milliyyətçiliyə münasibət ilk növbədə, bir Türk dini-fəlsəfi dünyagörüşünün və Türk milliyyətçiliyinin ə milliyyətçiliyə ələləsi adəna hər iki möçərçivəsində olmalıdır. Əlbəttə, bu o anlama gəlmir ki, hər bir millət İslam dininə öz kimliyindən yanaşaraq onun əsil mahiyyətindən uzaqlaşmalıdır. Ancaq eyni şəkildə öz milli dəyərlərini, adət-ənənələrini, mədəniyyətini tamamilə dinin, konkret İslam mədədniyyətinin içində əritməyi də doğru hesab etmirik. Hər bir şey ölçüsündə, əndazəsində və qədərində olmalıdır. Bir din hər hansı millətin dəyərləri içində assimliyasiya olunanda zahiri xarakter daşıdığı kimi, bir millət də hər hansı dinin içində əriyəndə millətin yalnız adı qalır, özü və özülü isə məhv olur.

Birinciyə, yəni dinin millət içində assimilyasiya olunmasına ən bariz nümunə Yəhudilik-Musəvilikdir. Bizcə, Musanın yaydığı təktanrıçılıq dini, dinin inancdan daha çox milli xarakter kəsb etdiyi üçün sadəcə, əskilərdə önə çıxan Sami kökənli Yəhudi xalqının arasında qəbul görmüşdür. Əslində, Musəvilik dünyəvi dəyərləri, bəşəri dəyələri deyil, ancaq Yəhudi xalqını və onun milli xüsusiyyətlərini təbliğ edir. Bu anlamda musəvilik nə qədər təktanrıçılıq dini adlandırılsa da, buradakı təktanrıçılıq Yəhudi milli fəlsəfəsi üzərində qurulmuşdur. Yəhudilərin Yəhvası onlar üçün əsas Tanrı idi. Necə ki, bir müddət Misirdə Amon əsas və tək Tanrı olmuşdur. Bəlkə, Ziqmund Freydin də iddia etdiyi kimi, Musa da təktanrıçılıq ideyasını Misirdən əxz ermişdir.  Hətta, Musa bir yəhudi deyil misirli olmuş, sadəcə yəhudilər xidmət etdiyi üçün yəhudiləşmişdir.

Ona görə də, yəhudilikdə önəmli olan Musanın da milli kimliyi və təktanrıçılığı deyil, daha çox yəhudi xalqının fövqəladə üstünlüyü və seçilmişliyidir. Bu anlamda tarix boyu çox az sayda yəhudiliyi qəbul edən digər ulusların nümayəndələri olublar ki, onlar bu seçimi etməklə yalnız mövcud dini inanclarını deyil, milli kimliklərini də böyük ölçüdə itirmiş olublar. Belə olduğu təqdirdə də, digər uluslar yəhudilikdən kənar qaçmış, bununla da yəhudilik dünyəvi dinə çevrilə bilməmişdir. Çünki yəhudilik əslində milliyyətçiliyi ifadə edir.

Bəs, eyni sözləri İslam dini haqqında deyə bilərik mi?

Doç.Dr. Faiq ELEKBEROV
Oxşar xəbərlər
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:15
BDU-da elmi seminar keçirilib - FOTO
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:15
BDU-da elmi seminar keçirilib - FOTO
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR