Zaqatalada üsyan başlandı...
Cəmiyyət
Oxunub: 23699
25 Jun 2016 | 13:31
Zaqatalada üsyan başlandı...
Yazıçı Paşa Yaqub son vaxtlar özünün  elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini saytımızdan  izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.  

Moderator.az yazıçının hələ çapa getməmiş  “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib:

Birinci hissəni bu linkdən oxuya bilərsiniz:  //www.moderator.az/news/141987.html
 
Məhəmməd Davudinin həyat və fəaliyyətini öyrənməzdən öncə, yaşadığı dövrün ictimai-siyasi hadisələrinə nəzər salmağı vacib bilirəm. Tədqiq etdiyimiz dövrdə kənd icmasını ağsaqqallar idarə edirdilər. Cəmiyyətdə ruhanilərin də nüfuzu yüksək idi. Onlar məhkəmə işlərində şəriət qanunlarına əsaslanırdılar. Camaatlığın ali orqanı xalq yığıncağı idi. Burada yaşlılarla bərabər, yetkinlik yaşına çatmış kişilər də iştirak edirdilər. Yığıncaqlarda camaatın bütün daxili məsələləri, həmçinin müharibə və sülh məsələləri müzakirə edilir, qəbul edilən qərarlar qanun qüvvəsini alırdı.

Carlıların əsas məşğuliyyəti maldarlıq, əkinçilik və sənətkarlıq idi

1803-cü ilin martında rus qoşunları  beş minlik gürcü qoşunu ilə birlikdə mühüm strateji əhəmiyyətə malik olan Car-Balakənə hücuma keçdilər. Mərd və mübariz xalq olan avarlar düşmənə layiqli cavab verdilər. Lakin, ruslar və gürcülər sayca dəfələrlə çox olduğundan və nizami orduda birləşdiklərindən Car-Balakəni ələ keçirdilər. 1803-cü il aprelin 12-də Tiflisdə Car-Balakənin Rusiyanın tərkibinə qatılması barədə “Andlı öhdəlik”  sənədi imzalandı. Bu sənədə görə carlılar Rusiya xəzinəsinə ipəklə xərac ödəməli, girovlar verməli və öz ərazilərində rus qoşunlarını yerləşdirməli idilər. Lakin carlılar müqavilənin şərtlərini yerinə yetirmədiklərinə görə general Qulyakov  1804-cü ilin yanvarında yenidən Carı işğal etdi və yandırdı. Sonra rus qoşunları Zaqatalaya doğru hərəkət etdilər. Zaqatala yaxınlığında carlılar onların üzərinə hücum edərək qələbə çaldılar. Salamat qalan rus əsgərləri Muxax kəndinə tərəf geri çəkildilər, general Qulyakov isə öldürüldü.

Bu hadisə general Sisianovu çox qəzəbləndirdi. Onların bağışlanmaq haqqındakı müraciətlərinə general öz məktubunda belə cavab verirdi: “Kafir əclaflar. İstəyirsiniz ki, mən sizə inanım və əfv edim. Siz mənim gəlməyimi gözləyin və onda mən sizin bütün evlərinizi yandıracağam, sizin özünüzü oda yaxacaq, uşaqlarınızın və qadınlarınızın içalatını dartıb çıxaracağam”.   Carlılar müqavimətin mənasız olduğunu görüb, tabe oldular.

Rus tarixçisi N. F. Dubrovin yazırdı ki, Sisianov 1803-cü ildən dağlı tayfalarını qorxuya salır və xanlıqları bir-birinin ardınca istila edirdi. Car-Balakənin ardınca İlisu sultanlığı işğal edildi.

Həmin dövrdən başlayaraq Nikolay hökuməti Azərbaycanın şimal-qərbində əhalinin milli tərkibini dəyişməyə başladı. Belə ki, erməniləri, almanları, ingiloyları, rusları bu bölgəyə köçürüb, onlara çoxlu torpaq sahələri, geniş imtiyazlar verərək, müsəlman əhalini sıxışdırmağa başladılar.

 Azərbaycanın digər bölgələrində xanlıq idarə üsulu komendantlıq adlanan hərbi idarə ilə əvəzlənsə də, Car-Balakən camaatlarında daxili muxtariyyət hələ də qalmaqda idi. Bu da çarizmin müstəmləkəçilik siyasətinə uyğun gəlmirdi. Həm də, Car kəndinin  coğrafi vəziyyəti elə idi ki, o, Dağıstan, Gürcüstan və Şəki xanlığının qovşağında idi. Tiflis ”“ Şamaxı ”“ Bakı ticarət yoluna nəzarət edirdi. Bu da Rusiyanın Qafqazdakı hakimiyyətinə təhlükə yaradırdı. İran və Türkiyə ilə müharibə zamanı ruslar Car-Balakənin və Dağıstanın arxadan hücumuna məruz qala bilərdilər. Car keçidinə yiyələnmədən ruslar Dağıstanı ələ keçirə bilməzdilər. İ. F. Paskeviçin 1830-cu ildə hazırladığı plana əsasən Dağıstana hücum Car vilayətindən başlamalı idi. Planı icra etmək üçün Paskeviç Muğanlı ”“ Padar ”“ Əliabad ”“ Tala ”“ Car istiqamətindən hücum edərək, 3 mart 1830-cu ildə Cara daxil oldu. 

Baş verən hadisələr Car-Balakən şeyxlərini ciddi narahat edirdi. Odur ki, müridizm ideoloqlarından olan Şeyx Şabanın rəhbərliyi ilə 1830-cu ilin iyunun 12-də Carda rus hökumətinə qarşı üsyan başlandı. Üsyançılara kömək etmək üçün Dağıstan şeyxi Həmzət bəy iki min müridlə köməyə gəldi. Həmin ilin 15 oktyabrında rus qoşunları məğlub oldu.

Lakin, bir aydan sonra, noyabrın 14-də əks-hücuma keçən  rus ordusu Car, Köhnə Zaqatala və Göyəm kəndlərini ələ keçirdilər. Bununla Car vilayət idarəçiliyi ləğv edilərək, əvəzində Gürcü quberniyasına tabe olan uyezd idarəçiliyi yaradıldı. Müstəmləkəçi hakimiyyət orqanları Car- Balakən əhalisinə qarşı kobud müstəmləkə siyasəti yeridirdi. Hökumətin yeritdiyi zorakı xristianlaşdırma siyasətinin də sosial-siyasi vəziyyətin kəskinləşməsində mühüm rolu oldu. Carlıların şəxsi və torpaq hüquqlarını müəyyən etmək üçün Zaqatalaya hökumət komissiyası gəlmişdi. Komissiya belə fikirdə idi ki, Carlıların torpaqlarında yaşayan ingiloyları və muğalları qazandıqları gəlirin on qatı həcmində birdəfəlik vəsait ödəməklə keşkəl (torpaq-red.) sahiblərinin aslılığından qurtarmaq lazımdır. Torpağı becərənlər ingiloy və muğallar olduğundan, bu tədbirin həyata keçirilməsi nəticəsində Katex, Matsex, Tağam, Dörddoqqaz, Sumayıllı, Qarahacılı, Car və  Tala kəndlərinin keşkəl sahibləri əsas gəlir mənbəyindən məhrum olurdular. Bu səbəbdən də keşkəl sahibləri olan avarlar burada islahatların keçirilməsini istəmirdilər. Həmçinin bölgədə xristianlaşdırma siyasəti yeridilirdi. Belə ki, xristianlığı qəbul edənlər vergidən azad edilir, torpaqların yaxşısı onlara verilirdi.

Rusiyanın zorla xristianlaşdırma siyasəti

Həmin dövrü araşdıran tarixçi Arzu Əşrəfqızı “Car-Balakən camaatlığı” kitabında yazır: “Rusiya imperiyasının işğallarına qədər Car-Balakən camaatlığının və İlisu sultanlığının əhalisi etnik tərkibindən asılı olmyaraq İslam dininə etiqad edirdi”.

1850-1856-cı illərdə xristianlıq zorla Zəyəm, Lələpaşa, Tasmalı, Qax, Əlibəyli, Qarağan, Qoduqlu, Meşəbaş, Şotavar, Mirsaq, Yengivar və digər kəndlərin əhalisinə qəbul etdirildi. Burada yaşayan xalqlar İslam amilinin ətrafında sıx birləşmişdilər. Xüsusilə, xaricdən gözlənilən hücum təhlükələrində bu amil yerli əhalinin düşmənə qarşı birgə mübarizəsində mühüm rol oynayırdı.

Buna görə də Rusiya imperiyasının Car-Balakən camaatlığını qısa müddətdə işğal etmək planları reallaşmadı. 1803-1804-cü illərdə rus qoşunlarının Car-Balakən camaatlığına yürüşləri işğalın başa çatdırılmasında həlledici rol oynaya bilmədi. İşğal prosesini tezliklə başa çatdırmaqda maraqlı olan çarizm yerli əhalinin müqavimətini qırmaq və onu itaətə gətirmək üçün özünün sınaqdan keçmiş “silahından” ”“ xristianlaşdırma siyasətindən istifadə etməli oldu.

Qeyd edək ki, Azərbaycanı işğal etməsinə qədər çarizmin bir xristian dövləti kimi əsarət altına aldığı dövlətlərdə, xüsusilə də əhalisi müsəlman olan İslam dövlətlərində yerli əhalini xristianlaşdırmaq təcrübəsi var idi. Belə ki, XVI əsrin ortalarından (çar IV İvanın hakimiyyəti illərində) Rusiya dövlətinin xarici siyasətində əsas istiqamət yeni ərazilərin işğalı və yerli əhalinin (müsəlmanların və bütpərəstlərin) zorla xristianlaşdırılması olmuşdur. Kazan (1552), Həştərxan (1556) xanlıqlarının, həmçinin Sibirin işğalı zamanı çarizm məhz bu metoddan ”“ yerli əhalinin xristianlaşdırılması və bunun nəticəsində yaranmış dini parçalanmalardan istifadə edərək burada möhkəmlənir.

Car-Balakən və İlisu sultanlığının ərazisində də xristianlaşdırma siyasəti Kazan, Həştərxan, Sibirdə olduğu kimi, eyni metodlarla həyata keçirilirdi. Burada yalnız iki məsələdə fərq var idi: 1) başlanğıcda Car-Balakən camaatlağının ərazisində yaşayan bütün əhalinin deyil, ancaq ingiloyların xristianlaşdırılması nəzərdə tutulmuşdu,

2) camaatlığın ərazisində həyata keçirilən xristianlaşdırma siyasətində rus pravoslav kilsəsinin rolunu gürcü kilsəsi oynayırdı.

Ümumilikdə isə Car-Balakən camaatlığının və İlisu sultanlığının ərazisində aparılan xristianlaşdırma siyasətini həyata keçirilmə metodlarına və nəticələrinə görə 3 mərhələyə bölmək olar.

1. 1803-1850-ci illər;

2. 1851-1863-cü illər;

3. 1864-1890-cı illər;

Birinci mərhələdə Rusiya dövləti xristianlaşdırma siyasətinin həyata keçirilmə yollarını axtarmaqla məşğul idi.

Qeyd edək ki, çar hökuməti Şimal-Qərbi Azərbaycanda, yəni Car-Balakən camaatlığı və İlisu sultanığında xristianlığı (pravoslavlığı) yaymaq cəhdlərinə 1803-cü ildə Car-Balakən camaatlığının işğalı zamanı başladı. Özünü “gürcü əsilli, rus ürəkli” adlandıran çar generalı Sisianovun təşəbbüsü ilə rusların Car-Balakən camaatlığına yürüşünün nəticəsi olan “Car-Balakənin Rusiyanın itaətinə keçməsi haqqında”kı andlı öhdəlikdə qədim albanların nəsilləri olan müsəlman ingiloyların yaşadığı Əliabad kəndinə “xüsusi status” verildi. Xüsusi bənddə carlılara kənd camaatının “xristian dininə etiqad etməsi” üçün maneə törətməmələri şərti qoyuldu. Lakin gürcü kilsəsinin “zorla müsəlmanlaşdırılmış gürcülər” kimi qələmə verdiyi ingiloyların guya “xristianlığı qəbul etmək arzusunda olmaları” barədə çar hərbi və siyasi dairələrində formalaşdırdığı yalnış fikirlər özünü doğrultmadı. Car-Balakən camaatlığının ərazisində yaşayan ingiloylar arasında İslam dininin dayaqlarının kifayət qədər güclü olduğunu görən çar hökuməti burada xristianlaşdırma işini “əlverişli imkan yaranana qədər” tarixə saldı.

XIX əsrin 20-ci illərindən başlayaraq İlisu sultanlığının ərazisində yaşayan ingiloylar arasında pravoslavlığı yaymağa cəhdlər edildi. Qafqazdakı rus qoşunlarının baş komandanı general Yermolovun aşağıdakı ifadəsi bu cəhdlərin əsas məqsədlərinə tam aydınlıq gətirir: “Bu yolla dinc qonşulara və zaman keçdikcə sadiq təbəələrə çevrilərdilər”.

1830-cu ildə çarizm Car-Balakən camaatlığını tamamilə itaət altına aldıqdan sonra, burada yaşayan ingiloyların xristianlaşdırılması məsələsi yenidən ortaya atıldı. Hələ 1830-cu il aprelin 15-də qraf Paskeviç Gürcüstanın ekzarxı, mitropolit İonaya göndərdiyi gizli məktubda Car vilayətinin xalqlarının xristianlaşdırılması üçün “öz ağlı və müdrikliyi ilə seçilən bir neçə gürcü keşişi”nin hazırlaşdırılmasını xahiş etmişdi (47, s. 249). Lakin Car-Balakən camaatlığının ləğvindən sonra, burada yaradılmış Car-Balakən vilayətinin rəisi general-mayor knyaz Bekoviç-Çerkasski Paskeviçin bu qərarının müsbət nəticə verəcəyinə inanmırdı. O, yazırdı: “Bizim keşişlərin birdən-birə onların tayfaları arasında görünməsi, şübhəsiz onlarda bizim hökumətə qarşı pis fikir yaradacaqdır. Eyni zamanda artıq yarım əsrdən çox İslam dininə etiqad edən ingiloyların da bizim keşişləri yaxşı qarşılayacaqlarına inanmaq mümkün deyil”.

 Yeri gəlmişkən, Gürcüstan ekzarxı mitropolit İonanın özü də “dinindən zorla ayrılmışlar” adlandırdığı ingiloyların “könüllü” şəkildə xristianlığa qayıdacaqlarına inanmırdı. Buna görə də baş komandan qraf Paskeviçə yazdığı məktubda Car-Balakən vilayətinin rəisinin öz missiyalarını yerinə yeirmək üçün ora göndəriləcək keşişlərə “hərtərəfli imkan yaratmasını” vacib sayırdı.

1832-ci ildə Gürcüstan ekzarxı mitropolit İona Tiflis keşişi İmnadzeni Zaqatalada yerləşən rus qoşunları arasında dini ayinləri icra etmək adı altında müvəqqəti polk keşişi vəzifəsinə təyin edərək buraya göndərdi. Mitropolit İonanın təlimatlarına əsasən keşiş İmnadze Car vilayətinin əhalisinin əhval-ruhiyyəsi ilə tanış olmalı, müxtəlif bəhanələrlə Əliabad və ona yaxın ingiloy kəndlərinə gedərək camaatla yaxınlaşmalı və onları provaslavlığa döndərməyin əlverişli yollarını və vaxtını öyrənməli idi. Lakin ingiloyların xristianlığı qəbul etmək niyyətlərinin olmadığını görən keşiş İmnadze tezliklə öz vəzifəsindən istefa verərək geri dönməyə məcbur oldu.

1835-ci il oktyabrın 12-də Baş komandan baron Q. V. Rozen ingiloyların xristian dininə “həqiqətən meyl etdiyinə” şəxsən əmin olmaq üçün Car-Balakən vilayətinin rəisi Antropova əmr etdi ki, “ingiloy kəndlərinin hər birindən həmkəndlilərinin şüuruna təsir etmək imkanında olan və xristian dinini qəbul etməyə daha çox meyl göstərən iki nüfuzlu şəxs müəyyən edərək” təcili onun yanına göndərilsin. Lakin Antropovun xristianlığı qəbul etməyə meyilli olduğunu güman edərək seçdiyi həmin şəxslər Müsəlman bayramının gəlməsi münasibətilə evlərində qalıb bayram keçirməyi üstün tutmuş və bunun üçün icazə verməsini xahiş etmişlər .

Qeyd edək ki, əmri sonralar da yerinə yetirmək mümkün olmamışdır.

İngiloyların yaxın gələcəkdə xristianlığı qəbul edəcəyinə ümidini itirən Gürcüstan ekzarxı hətta keşiş İmnadzenin yerinə təyin edilmiş keşiş Erianova missioner fəaliyyətinə görə Osetin Ruhani komissiyasının[1] fondundan maaş verməkdən belə imtina edir. Baş komandan baron Rozen isə ingiloylar xristianlığı “könüllü” qəbul etmək niyyətində olmadıqlarına görə xristianlaşdırma işini hələlik təxirə salmağı və gələcəkdə əlverişli vəziyyət yaranan kimi yenidən bu işə təkan verməyi təklif edir.

Göründüyü kimi, keçən 10 il ərzində missionerlər ingiloy əhali ilə ünsiyyət belə yarada bilməmişdilər. Bu isə arxiyepiskop Yevgeninin Qafqazda Yunan-Rusiya inamını yayan missioner cəmiyyətin fəaliyyəti ilə bağlı qeyidlərində 1834-cü ildə Car-Balakən vilayətində 32 nəfərin öz dinindən döndərildiyi barədə göstərdiyi faktı şübhə altında qoyur. Artıq keçın illər ərzində ingiloyların sosial-iqtisadi vəziyyətilə ətraflı tanış olan işğalçılar əhalini daha təsirli tədbirlərin köməyilə xristianlığa döndərməyə cəhd edirdilər. 1851-ci il avqustun 18-də Zaqatala dairə rəisinin köməkçisi general-mayor knyaz Muxranski xristianlığı qəbul etmək müqabilində ingiloyların vergi və mükəlləfiyyətlərdən azad olunması, o cümlədən hər bir ingiloy ailəsinə gümüş pul ilə 15 rubldan 30 rubla qədər mükafat verilməsi təklifi ilə çıxış etdi. Bu təklif çar hakimiyyəti dairələrində dərhal rəğbətlə qarşılandı. 1851-ci il noyabrın 7-də Qafqaz canişini, knyaz M.S.Vorontsov xristianlığı qəbul edəcək ingiloyların dövlət xəzinəsinə verəcəkləri can və tüstü vergisindən azad edilmələri baradə xüsusi bir əmir verdi.

Əhalinin iqtisadi ehtiyaclarına hesablanmış bu siyasət, dərhal olmasa da, tədricən öz “bəhrəsini” verməyə başladı. Belə ki, artıq 1851-ci ildə Car-Balakən dairəsində 1133 nəfər ingiloyu xristianlaşdırmaq mümkün oldu.

Çarizmin xristianlaşdırma siyasəti nəticəsində xristianlaşdırılan (pravoslavlaşdırılan) ilk ingiloy kəndləri vaxtilə İlisu sultanlığının ərazisinə daxil olan Qax, Qorxanda, Meşəbaş, Kötüklü, Əlibəyli kəndləri oldu. Süskənd və Şotavar kəndlərinin camaatı isə xristianlığı qəbul etməkdən imtina etdilər. Tezliklə Qax və Qorağanda kilsə tikintisinə başlanıldı.

Qeyd etmək lazımdır ki, bu kilsələr Rusiya dövlət xəzinəsinin vəsaiti hesabına tikilmişdir. Çar hökuməti onların tikintisi üçün xəzinədən 3.800 rubl ayırmışdır. 1891-ci ildə keçmiş Car-Balakən camaatlığının ərazisində də kilsə tikintisinə başlanılır. Bu kilsənin tikintisi üçün Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti 400 rubl ayırmışdır.

Onu da qeyd etmək yerinə düşər ki, Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti Gürcüstanın ekzarxı, Kartalini və Kaxeti mitropoliti İsidorun təşəbbüsü ilə və Qafqaz canişini knyaz Aleksandır Baryatinskinin səyləri nəticəsində yaradılmışdır. 1860-cı il iyunun 9-da Rusiya çarının fərmanı ilə təsis olunmuş həmin cəmiyyətə imperatriçə Mariya Aleksandrovna özü himayədarlıq edirdi. Cəmiyyətin fəaliyyət göstərdiyi illərdə onun hesabından Qafqazda, o cümlədən Şimal-Qərbi Azərbaycan ərazisində pravoslav xristianlığını yaymaq məqsədilə 1.475.482 rubl 04 qəpik pul xərclənmişdir. Elə Tasmalı kilsəsi də bu pulların hesabına tikilən kilsələrdən biri idi.

XIX əsrin 50-ci illərinin sonlarında keçmiş Car-Balakən camaatlığının ərazisində yaşayan ingiloyların da xristianlaşdırılmasına başlanıldı.  Bu illərdə zorakılıq tədbirləri baş alıb gedirdi.

Lakin ingiloyların böyük əksəriyyəti verilən imtiyazlara, həyata keçirilən şirnikləndirmələrə aldanmır, özlərinin İslam etiqadlarını qoruyub saxlayırdılar. Elə buna görə də çar hakimiyyət orqanları müxtəlif imtiyazların verilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, burada xristianlaşdırma işini “məcrasına” qoya bilməmişdilər. Əhali öz dini inamını saxlamaq üçün Gürcüstan ekzarxının göndərdiyi missionerlərə ciddi müqavimət göstərirdi. Bunun nəticəsində 1856-cı ilədək burada cəmi 19 nəfər ingiloyu pravoslavlaşdırmaq mümkün olmuşdur. Əcnəbi missionerlər buradakı fəaliyyətlərinin nəticəsiz qaldığından, yaxın gələcəkdə keçmiş Car-Balakən camaatlığının ərazisində yaşayan ingiloylar arasında xristianlığın yayılacağına ümid etmirdilər.

Buna görə də çar məmurları keçmiş Car-Balakən camaatlığının ərazisində yaşayan ingiloyları zorla xristianlaşdırmağa başladılar. Zəyəm, Tasmalı, Lələpaşa kəndlərində xristianlaşdırma daha qəddarlıqla həyata keçirilirdi. Özü də bu proses görünməmiş vandalizm aktları ilə müşayiət olunurdu. Məsələn, müsəlman kəndlərindəki məscidlər əhalinin gözü qarşısında dağıdılırdı. Xristianlığı qəbul etmək istəməyən əhalinin bir hissəsi evlərini tərk edərək dağlara qaçırdılar. Qaçıb canını qurtara bilməyənləri isə, zorla, döyə-döyə nohurun yanına gətirmiş və zorla xristianlığı qəbul etdirmişdilər.

Car-Balakən dairəsinə göndərilmiş müstəntiq Purseladze polis rəisinin xristianlığı qəbul etmək istəməyən bir nəfər yaşlı müsəlmanı dəfələrlə döydürməsinin şahidi olmuşdur. Xristianlığı qəbul etmək istəməyənləri xaç suyuna salmaq üçün nohurlara doğru qovmaqdan ötrü odlu silahlardan və hərbi qüvvələrdən də istifadə olunurdu.

Çar məmurlarının zorakılıqları nəticəsində 1858-ci ildə ingiloyların yaşadıqları Tasmalı, Zəyəm, Lələpaşa, Marsa və Yengian kəndlərinin əhalisinin xeyli hissəsi xristianlaşdırıldı.  Bu zaman Gürcüstan ekzarxı hətta Balakən, Tasmalı, Zəyəm və Yengianda  kilsə tikintisi üçün plan və layihələr hazırlatdırdı.

Qeyd etmək lazımdır ki, dairə rəisi və onun köməkçiləri əhalinin zorla xristianlaşdırılması işinə o qədər aludə olmuşdular ki, heç bir etiraza məhəl qoymurdular. Zorla xristianlaşdırma həyata keçirildikdən sonra, xristian dininin qaydalarına uyğun ibadət etməyənləri və mövcud qaydaya etiraz edənləri həbs cəzası və sürgün gözləyirdi.  Ã–zbaşınalıq elə həddə çatmışdı ki, 1861-ci ildə knyaz Tarxan Mouravov özü camaatın gözü qarşısında dini etiqadını dəyişməkdən imtina edən mollanı cəzalandırmış, saqqalından tutaraq sürümüşdü.

Bölgənin bütün əhalisini xristianlaşdırmaq iştahasında olan gəlmə keşişlərin ədəbsiz hərəkətləri də heç bir ölçüyə sığmırdı. Dairənin yerli hakimiyyət nümayəndələri isə onları himayə edir və əllərindən gələn köməyi əsirgəmirdilər.  Hətta onlar məhbəsdə olan cinayətkarlara da öz dinlərini könüllü dəyişəcəkləri halda cəzadan azad ediləcəklərini vəd edirdilər.

 “Quldurlar, oğrular, əxlaqsızlar xristianlığı qəbul etməklə, asanlıqla cəzadan yaxalarını qurtarır və kilsənin himayəsinə sığınırdılar. Nəticədə Car-Balakən dairəsinin rəisi Stoletovun özünün etiraf etdiyi kimi, “15 il müddətində oğruları, acgözləri, əxlaqsızları müsəlmanlıqdan döndərməyə çalışaraq heç bir inamı olmayan 2000 nəfər toplaya bilmişik” .

Öz etiqadlarından ”“ İslamdan üz döndərmək istəməyən ingiloylar 1858-1861-ci illər ərzində dəfələrlə Qafqaz canişininə zorla xristianlaşdırıldıqlarına dair şikayət ərizəsi ilə müraciət etmiş və rəsmi cavab gözləmədən yenidən İslama qayıtmışlar. Zorla pravoslavlaşdrılmış ingiloyların öz əvvəlki dini etiqadlarına ”“ İslama qayıtmaları elə kütləvi hal almışdır ki, yüksək rütbəli çar məmurları İslama qayıtmış ingiloylara qarşı hansı tədbirləri görəcəklərini belə bilmirdilər. Bu məsələ çar hakimiyyət orqanlarını çox narahat edirdi və onlar hər hansı düşünülməmiş qərarın kütləvi müqavimət hərəkatına çevriləcəyindən ehtiyat edirdilər.

Nəhayət, 1861-ci ildə bu məsələyə açıq münasibət bildirildi: “... yenidən İslama dönmüş ingiloylar xristian hesab edilməsin və lazım olan məsələlərdə şahidlik edərkən müsəlman dininin qaydalarına görə and içsinlər” .

Lakin bununla yanaşı, çar hökuməti xristianlaşdırılmış əhali arasında bu dini etiqadı qoruyub saxlamaq üçün daha sərt addımlar atmağa başladı. Bunlardan ən başlıcası o idi ki, İslam dininə qayıdan ingiloylar xristianlığı qəbul edərkən əldə etdikləri bütün imtiyazlardan dərhal məhrum edilirdilər və yenidən üzərlərinə əvvəlki vergilər qoyulurdu. Yüksək rütbəli məmurlar bununla İslama axının qarşısını alacaqlarına ümid edirdilər. Lakin zorla xristianlaşdırılanların əksəriyyəti əldə etdikləri bütün imtiyazlardan və güzəştlətrdən məhrum olunmalarına baxmayaraq, yenidən əvvəlki etiqadlarına ”“ İslam dininə qayıdırdılar. Pravoslavlaşdırılmış ingiloyların kiçik bir qismi isə əldə etdikləri güzəştləri itirməmək üçün zahirən xristian olaraq qalır, gizlində isə öz etiqadına sədaqətlərini davam etdirirdilər. Əslində onların xristian dininin qayda-qanunlarından heç xəbərləri belə yox idi. Onlar doğum, ölüm və s. bu kimi məsələləri rəsmiləşdirmək xatirinə kilsəyə müraciət etdikdə belə, İslam dininin qayda-qanunlarına uyğun hərəkət edirdilər. Məsələn, biri-birlərini müsəlman adları ilə çağırır, öz ölülərini dəfn edərkən tabuta qoymaq əvəzinə kəfənə bürüyür, məzar daşlarının üzərinə Azərbaycan dilində yazırdılar. Hətta qadınlar və kişilər kilsədə yanaşı oturaraq ibadət etmirdilər.

Ardı var...
Oxşar xəbərlər
08:49, Bu gün
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?
08:39, Bu gün
İran İsrailə raket atdı, öz şəhərini vurdu
08:29, Bu gün
Yaşıl bananın faydaları nələrdir?
08:20, Bu gün
Rusiya irəliləyə bilər, özümüzü müdafiə etməliyik
08:17, Bu gün
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
08:04, Bu gün
ABŞ Ukraynaya dəstəyi DAYANDIRIR?
07:50, Bu gün
Çətir şimşəkdən qoruyurmu?
07:38, Bu gün
KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir
07:32, Bu gün
Bu ölkə Tehrandakı konsulluğunu bağladı
07:25, Bu gün
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
07:22, Bu gün
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
07:14, Bu gün
Zibil sanıb atdığınız - Dərdlərə dərman
07:03, Bu gün
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
06:48, Bu gün
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
00:05, Bu gün
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:58
Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
15 Apr 2024 | 23:52
Gürcüstanda "xarici agentlər" haqqında qanuna qarşı kütləvi etirazlar baş verib
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 23:42
Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - VİDEO
15 Apr 2024 | 23:33
DİN: Tbilisidə aksiyada təxribat törətmək istəyənlər var  
15 Apr 2024 | 23:31
Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşir, saxlanılanlar var
15 Apr 2024 | 23:29
91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi - VİDEO
15 Apr 2024 | 23:27
Amerikada yaşayan məşhur aparıcı pişik kafeyə gedib, VİDEO hazırladı-MARAQLI
15 Apr 2024 | 23:22
ABŞ Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib
15 Apr 2024 | 23:04
Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” - VİDEO
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
15 Apr 2024 | 22:52
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
15 Apr 2024 | 22:48
Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - VİDEO
15 Apr 2024 | 22:45
Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU
15 Apr 2024 | 22:39
Tikinti şirkəti məhkəyə verildi
15 Apr 2024 | 22:37
Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb
15 Apr 2024 | 22:32
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 22:25
Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
15 Apr 2024 | 22:23
Naxçıvanın keçmiş maliyyə naziri və DGK-sinin sabiq şöbə rəisinin məhkəmə prosesi keçirilib
15 Apr 2024 | 22:23
“Şuşa sadəcə elmi və tarixi deyil, həm də dini mədəniyyətimizin ən parlaq nümunəsidir”
15 Apr 2024 | 22:20
Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib
15 Apr 2024 | 22:15
Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi
15 Apr 2024 | 22:12
Gürcüstan DİN aksiyaçıları ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb
15 Apr 2024 | 22:03
2024-cü ilin ən dəbli şalvar modeli
15 Apr 2024 | 22:02
Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb
15 Apr 2024 | 21:55
100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - VİDEO
15 Apr 2024 | 21:48
Ərdoğan: İslam dünyası birlik üçün səylərini artırmalıdır
15 Apr 2024 | 21:43
Bakıda məşhur həkim telefon nömrəsini şok qiymətə SATIR – FOTO
15 Apr 2024 | 21:42
“Azəralüminium”la şüşə zavodu arasında alqı-satqı qalmaqalı
15 Apr 2024 | 21:33
Polşa Avropanın raketdən müdafiə sisteminə qoşulmağı planlaşdırır
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 21:20
“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı
15 Apr 2024 | 21:17
Fahriye və Burakın oğlunun 5 yaşı tamam oldu - FOTO
15 Apr 2024 | 21:16
Onun fırçası şəhid atasının xatirələrini çəkir: Qanı ilə boyanan torpağı qızı kətana hopdurur - VİDEO
15 Apr 2024 | 21:15
Türkiyənin İQ-sü ən yüksək şəhərləri - SİYAHI
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:11
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
15 Apr 2024 | 21:09
Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:58
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
15 Apr 2024 | 20:56
39 yaşlı azərbaycanlı müğənninin toyudur: “Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” - VİDEO
15 Apr 2024 | 20:47
Seneqalda bir tondan çox kokain ələ keçirilib
15 Apr 2024 | 20:45
Ayın sonu ilə bağlı MÜJDƏ - Bu bürc sahibləri çoxlu pul qazanacaq
15 Apr 2024 | 20:39
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 20:13
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
15 Apr 2024 | 20:09
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
15 Apr 2024 | 20:03
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
15 Apr 2024 | 20:01
Şakiradan tamaşaçılarına xoş xəbər
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 19:50
İsrail Rəfaha hərbi hücumunu təxirə saldı
15 Apr 2024 | 19:42
O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? - VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:31
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15 Apr 2024 | 19:29
Çexiya İran səfirini XİN-ə çağırıb
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 19:08
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
15 Apr 2024 | 19:06
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15 Apr 2024 | 19:03
Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb
15 Apr 2024 | 18:57
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başlayır
15 Apr 2024 | 18:41
Pəhriz sağlamlığa necə zərər verə bilər? - MÜTƏXƏSSİSLƏR DANIŞDI
15 Apr 2024 | 18:38
Bakıətrafının görünməyən tərəfləri: Zibilli yol - VİDEO
15 Apr 2024 | 18:35
İKT sektorunda orta aylıq əməkhaqqı 17 %-dən çox artıb
15 Apr 2024 | 18:01
Böyük Zəfərdən sonra keçirilən mitinqlər nəyə xidmət edir?- Millət vəkili AÇIQLADI  
15 Apr 2024 | 18:00
Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib
15 Apr 2024 | 17:56
Payızda istilik qiymətləri bahalaşacaq? - RƏSMİ AÇIQLAMA
15 Apr 2024 | 17:52
Müstəmləkə dövrünün xiffəti: Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH + FOTO
15 Apr 2024 | 17:48
Bakıda Çingiz Aytmatovun abidəsi qoyulub - FOTO
15 Apr 2024 | 17:45
Siqaretin qiyməti bahalaşacaq? - AÇIQLAMA
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 17:36
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
15 Apr 2024 | 17:32
Şəkidə sahibsiz itlər heyvanlara hücum edib - VİDEO
15 Apr 2024 | 17:30
Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı
15 Apr 2024 | 17:28
Bakı Zooloji Parkında heyvanlar necə QİDALANIR? - Rəsmi AÇIQLAMA
15 Apr 2024 | 17:24
QS-in regional direktoru: “UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır”
15 Apr 2024 | 17:20
İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunurlar
15 Apr 2024 | 17:17
UNEC-in müəllimi vəfat etdi - FOTO
GÜNLÜK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 10:14
Qoç – yeni sevgi, Qız – yaxşı xəbər: Qalanını nə gözləyir?
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 09:47
Niyə Qərb İran raketlərini vurmaqda İsrailə kömək edir, amma Ukraynaya?..- Sabiq baş diplomat cavab verdi
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 08:54
İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır
HƏFTƏLİK
09 Apr 2024 | 10:44
ƏDV çekləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
09 Apr 2024 | 13:44
Pensiya alanların DİQQƏTİNƏ: "Yaxın günlərdə..." - RƏSMİ
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
09 Apr 2024 | 15:13
“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”-ÖZƏL+FOTO
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
AYLIQ
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 10:14
Qoç – yeni sevgi, Qız – yaxşı xəbər: Qalanını nə gözləyir?
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 09:47
Niyə Qərb İran raketlərini vurmaqda İsrailə kömək edir, amma Ukraynaya?..- Sabiq baş diplomat cavab verdi
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 08:54
İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır