"H.Əliyevi Bakıya dəvət etmək Elçibəy üçün elə də asanlıqla qəbul olunmamışdı"
Oxunub: 3101
26 Jun 2016 | 11:20
“Cinayətimiz məğlubiyyətimizdir” dən ikinci bölüm ...


***

Gündəmlə səsləşdiyini nəzərə alaraq Pənah Hüseynin 20-23 il əvvəl yazdığı "Cinayətimiz məğlubiyyətimizdir" başlıqlı məqaləni təkrarən dərc edir: Xatırladaq ki, bu yazı 1993- 1995- ci illərdə yazılıb və 20il əvvəl, 1996- cı ildə “525- ci qəzet”də çap olunub.

***


***

5 iyunda qiyamçıların Gəncəni ələ keçirmələri fakt olduqdan sonra vəziyyətdən çıxış yolları müzakirə edilərkən Prezident hadisələrin Gəncə miqyası ilə lokallaşmasına nail olmaq və dinc yollar axtarmaq xəttinə üstünlük verdi. Aydın idi ki, bu xəttin uğur qazanması üçün respublikanın qalan ərazisində siyasi sabitliyin saxlanması, antihakimiyyət çıxışlarına yol verilməməsi həlledici şərtə çevrilirdi. Beləliklə də, siyasi sahədə əsas vəzifə hərbi qiyamın respublikada sosial bazaya malik siyasi qüvvə və şəxslər tərəfindən açıq şəkildə müdafiə edilməməsinə nail olmaqdan ibarət idi. Yaxşı halda isə biz müxalif siyasi qüvvələrin qiyamın yatırılmasında əməkdaşlığına da ümid edirdik. Belə hesab edirdik ki, hər bir ciddi siyasi qüvvə silahlı hərbi qiyamla hakimiyyətə gəlməkdən, yaxud qiyamçılarla hakimiyyət bölüşdürməkdənsə, legitim hakimiyyətlə bölgüyə üstünlük verər və odur ki, biz real siyasi qüvvələrə dərhal hakimiyyət bölgüsü təklif etdik. O vaxtkı siyasi şəraitdə ümumrespublika miqyasında nüfuza və təşkilati struktura malik əsas müxalif qüvvələr Heydər Əliyev və onun tərəfdarları, Etibar Məmmədov və onun partiyası idi. İyunun 5 -də  mən baş nazirin müavini Rəsul Quliyevi dəvət edib ondan xahiş etdim ki, H.Əliyevlə əlaqə saxlasın və ona bildirsin ki, biz onun vətəndaş sülhünü, qanuni prezidenti müdafiə yönümündə bəyanat, çağırış və s. onun özünün lazım bildiyi formada münasibət bildirməsini istərdik. Eyni zamanda mən ona hakimiyyət məsələsində ciddi razılıqlara gəlmək niyyətlərimiz barədə ilkin məlumat verməsini də xahiş etdim. Müəyyən vaxtdan sonra R.Quliyev qayıdıb bildirdi ki, H.Əliyev hadisələr barədə məlumatının olmadığını əsas gətirərək münasibət bildirməkdən imtina edir. Həmin müddətdə İsa Qəmbər kabinetə gəlmişdi və R.Quliyev təklif etdi ki, H.Əliyevlə İsa bəy danışsa yaxşı olar. Rəsul Quliyev şəxsən “türk telefonu” adlandırılan telefonla Heydər Əliyevin kabinetini yığdı və İsa bəyin onunla danışmaq istədiyini bildirdi.

İsa bəylə H.Əliyevin danışığı ümumi fikir mübadiləsi ilə yekunlaşdı və konkret bir nəticə vermədi. İyunun 5-i axşam mən prezidentə H.Əliyevlə əlaqələr haqqında məlumat verdim və təklif etdim ki, o özü şəxsən H.Əliyevlə danışsa, yaxşı olar. Mənə məlumdur ki, həmin gecə Prezident H.Əliyevlə əlaqə saxlamışdır. Qeyd etməyi lazım bilirəm ki, iyunun 5-dəki danışıqlarda H.Əliyevin Bakıya dəvət edilməsi məsələsi qoyulmayıb.

İyunun 6-da günün birinci yarısında Arif Hacıyev Etibar Məmmədovla görüşdü. Onun məlumatına görə, E.Məmmədov prinsipcə hakimiyyət bölgüsündən imtina etməmiş, lakin S.Hüseynova müdafiə naziri vəzifəsini təklif etməyi irəli sürmüşdü.

Onun qiyama belə münasibəti problemlər və narahatlıqlar yaratsa da, E.Məmmədovla danışıqların davam etməsi məsələsi nəzərdə tutulmuşdu. Qeyd edim ki, bizim hakimiyyət bölgüsü barədə təkliflərimizin taktiki gediş yox, tamamilə ciddi olduğunu göstərmək üçün mən iyunun 6 -dan istefa haqqında ərizə yazmışdım və bu barədə həm R.Quliyevin, həm A.Hacıyevin vasitəsilə hər iki danışıq aparılan şəxsə məlumat verilmişdi. İyunun 7-də prezident aparatında müşavirədəki çıxışımda mən siyasi müxalifətə hakimiyyət bölgüsü barədə rəsmi müraciət etmişdim. Bu çıxış TV-də getdi. Qeyd edim ki, biz lap əvvəldən hakimiyyət bölgüsünə gedilərsə, H.Əliyev və E.Məmmdovun eyni zamanda hakimiyyətdə təmsil olunmasını nəzərdə tuturduq. Bu bütün digər, başlıca olaraq, ümummilli mənafelərlə bağlı səbəblərlə yanaşı Prezidentin H.Əliyev və E.Məmmədov arasında yaranacaq rəqabətdən siyasi cəhətdən faydalanaraq daha çox müstəqillik saxlaması, manevr imkanları qazanması üçün də vacib sayılırdı. Lakin gözlənilmədən iyunun 6-sı axşam E.Məmmədovun AMİP rayon şöbələrinə hakimiyyəti ələ almaq barədə əmr verdiyi haqqında məlumat gəldi. İyunun 7-də səhər isə o, mətbuat konfransı çağıraraq iqtidarı qardaş qanı tökməkdə, cinayətlərdə günahlandırdı, vətəndaş itaətsizliyinə keçdiklərini elan etdi. Baxmayaraq ki, AMİP faktiki olaraq heç bir rayonda hakimiyyəti ələ almağa nail olmadı, respublikada siyasi sabitliyin pozulması başlandı və qiyamın sonrakı uğurlarında bunun həlledici rolu oldu. 

Mən E.Məmmədovun hansı motivlərə görə belə taktika seçdiyini deyə bilmərəm. Onun Milli Məclisin iclaslarındakı fəaliyyətinin istiqaməti məlumdur. Qeyd edim ki, hətta E.Məmmədovun qiyama faktiki olaraq qoşulduğundan sonra da vəziyyətin dövlətin əsasları üçün törətdiyi təhlükəni nəzərə alaraq onun hakimiyyətdə təmsil olunması üzərində bir çoxları, o cümlədən mən təkid eləməkdə davam edirdik. İyunun 15-də H.Əliyev Ali Sovetin sədri seçildikdən sonra mən prezidentin qəbulunda oldum və nə üçün E.Məmmədovun baş nazir təyin olunmaması barədə soruşdum. Bəy mənə baxdı və dedi ki, o (E.Məmmədov) sənin həbsini, İsanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Mən “Əgər iş bununla düzəlirsə, göstəriş ver, elə məni indi həbs etsinlər” cavabını verdim və bunu həqiqətən səmimi deyirdim. Mən hesab edirdim ki, həm Ali Sovet sədri, həm də baş nazir postları tutulandan sonra qiyamçıların siyasi müxalifətlə ittifaqını davam edib leqallaşması şansı xeyli azalır. Mənə məlumdur ki, həmin gün E.Məmmədovun Baş Nazir təyin olunması haqqında fərman yazılmış və prezidentdən başqa bütün digər imzalar atılmışdı. Bu təyinatın niyə baş tutmaması barədə dəqiq məlumatım yoxdur.
        
H.Əliyevin Bakıya dəvət olunması hər şeydən başqa onunla birbaşa danışıqlar üçün texniki bir zərurət idi və bunun üçün R.Quliyev Prezident tərəfindən Naxçıvana göndərilmişdi. Qeyd etmək istəyirəm ki, H.Əliyevi Bakıya dəvət etmək Elçibəy üçün elə də asanlıqla qəbul olunmamışdı. Lakin şəxsi, ya qrup mənafeyini, yoxsa ümummilli mənafedən hansısa birini seçmək zərurəti yarandıqda həmişə olduğu kimi Elçibəy ikincini seçdi. Və millətə növbəti xidmətini göstərdi. (Elçibəyin hərbi-siyasi məğlubiyyəti keçici, ideya-siyasi qalibiyyəti əbədidir!).

H.Əliyevin Bakıya dəvət olunması haqqında qərar heç də impulsiv bir addım olmamışdı. Xüsusilə ona ali dövlət vəzifələri təklif etmək heç də sadə olmayan və ciddi, uzun müddətli müzakirələrdə diskussiya, mübahisələrə səbəb olmuşdu. Çünki, açıq toxunulmasa da, bu addımın, hadisələrin bizim üçün əlverişsiz inkişafı variantında hakimiyyətin bütövlükdə ona verilməsi ehtimalı da nəzərdə tutulurdu. Ən kritik vəziyyət iyunun 5-də Moskvanın H.Əliyevin Ali Sovetə sədr seçilməsində maraqlı olması haqqında gizli məlumatla (bu məlumat ixtisarla iyun hadisələrinə həsr olunmuş broşurada və səhv etmirəmsə, “Azadlıq” qəzetində hələ 1993-cü ildə çap olunub) bağlı yaranmışdı. Həmin məlumata görə, Rəhim Qazıyev Qurban Xəlilovun yeznəsinin iştirakı ilə iyunun 2(4)-də  Ayaz Mütəllibovla görüşmüş, görüşdə Rusiya xüsusi xidmət idarəsinin yüksək rütbəli iki nümayəndəsi də iştirak etmiş və guya H.Əliyevin Ali Sovetə sədr seçilməsi barədə A.Mütəllibovun razılığı alınmışdı. Bizimkilərin çoxu H.Əliyevi dəvət etməklə Moskvanın oyununa kömək etmirikmi sualını qoymuşdular...(senzura 15 sətrlik abzası buraxmayıb)... Hər halda o vaxt həmin məlumatın (H. Əliyevin Ali Sovetə sədr seçilməsi hissəsində) çox yəqin ki, elə rus xüsusi xidmət orqanlarının ötürdüyü “falşivka” olması fikri üstün oldu. Əvvəla, məlumatı bizim nümayəndəliyə verən mənbənin özü, həm də operativliyi şübhə doğururdu. Digər tərəfdən ermənilərin H.Əliyevin hakimiyyətə gəlməsində maraqlı olmaması haqqında  məntiqi və faktiki dəlillər vardı. Biz o vaxt hesab etdik ki, hətta hakimiyyəti tam şəkildə H.Əliyevə verməyə məcbur olunsa  belə, o, ömrünün bu çağında siyasi taleyini belə bir addımla  yekunlaşdırmağa getməz. H.Əliyevin Ali Sovet sədri seçildiyi iclasda müzakirə zamanı İsa Qəmbərin ona sual verərək müstəqilliyə və prezidentə münasibətini açıq bildirməsi sorğusu bu qayğının ifadəsi idi... (senzura 6 sətrlik hissəni buraxmayıb)

... H.Əliyev Prezidentin dəvətinə baxmayaraq, iyunun 9-na kimi Bakıya gəlməkdən imtina edirdi. Deyilir ki, bu onun respublika rəhbərliyinə gəlmək istəməməsi, siyasətdən kənar durmaq istəməsi ilə bağlı olub. Bəlkə də belə olub. Hərçənd ki, Azərbaycan üçün həmin fəlakətli anlarda H.Əliyevin  siyasətdən kənarda durmaq istəməsi və ondan istənilən köməyi göstərməməsi heç də onun xeyrinə izah oluna bilməz. Ümumiyyətlə isə, o, Bakıya gəlməkdən imtina etmirdi. O, gəlmək üçün şərt ”“ Ali Sovetin çağırılması tələbini qoyurdu. Bu isə bizi H.Əliyevdən gözlədiyimiz köməkdən məhrum etməyə bərabər idi. R.Quliyev nə üçün Ali Sovet çağırılsın tələbi qoyulur barədəki mənim sualıma, o, sizə inanmır cavabını vermişdi. Məncə, söhbət təkcə inanmaqdan getmirdi. H.Əliyev güman ki, Bakıya iqtidarın dəvəti ilə gəlmək istəmirdi. Ali Sovetin sessiyasının çağırılması isə onun deputat və Ali Sovet sədrinin müavini kimi gəlməsinə, bununla geniş siyasi manevrlər əldə etmək imkanı yaradırdı. İyunun 7-də gecə prezidentin qəbul otağında mənim R.Quliyevlə əsəbi söhbətim oldu və axırda mən təklif etdim ki, siyahını (Ali Sovetin deputatların siyahısını) H.Əliyevin qarşısına qoysun və ümid etdiyi səsləri saysınlar....

Hər halda iyunun 8-də və 9-da H.Əliyev tərəfdarları Milli Məclisdə Ali Sovetin sessiyasının çağırılması təklifi üzərində təkid edirdilər və yalnız iyunun 9-da günorta sessiya çağırılmasının baş tutmayacağı qəti şəkildə aydın olduqdan sonra R.Quliyevin və H.Əliyevin İsa bəylə və sonra mənimlə telefon danışığı oldu (onların öz təşəbbüsü ilə) və H.Əliyev bildirdi ki, o, 10 dəqiqə sonra Bakıya çıxmağa hazırdır. Mən prezidentlə əlaqə saxladım və sonra bildirdim ki, onu qarşılamaq üçün bütün tədbirlərin görülməsi barədə göstəriş verilib. Xidməti maşınımı və mühafizəçiləri təyyarə limanına göndərdim...
         
İyunun 9-10-11-də H.Əliyevlə Prezidentin, İsa bəyin və mənim iştirak etdiyim söhbətlərdə bizim tərəfdən irəli sürülən təkliflərin mahiyyəti qısaca bundan ibarət idi: H.Əliyev qiyama mənfi münasibətini heç olmasa ümumi şəkildə bildirməklə Elçibəylə əməkdaşlığa getdiyini bəyan edir və Elçibəylə birlikdə xalqa, öz tərəfdarlarına müraciət edərək dövlətçiliyi müdafiə etməyə çağırır. Biz əsaslandırırdıq ki, şəksiz müəyyən subyektiv və obyektiv səbəblər üzündən bizim iqtidarın nüfuzu aşağı düşmüşdür. Lakin Elçibəyi həm siyasi, həm də silahlı yolla müdafiə edən yetərincə qüvvə vardır ki, Gəncədəki qiyamı yatıra bilsin. Lakin bizi pis vəziyyətə salan əslində bilavasitə surətçilər yox, siyasi müxalifət və o cümlədən H.Əliyevin tərəfdarlarıdır. Qiyamın kütləvi sosial bazasını onlar təşkil edir. Əgər məqsəd hakimiyyətə gəlməkdən başqa bir şey deyilsə, onlar Elçibəylə əməkdaşlıqda da hakimiyyətə gələ bilərlər. Deyildi ki, H.Əliyevə hakimiyyət bölgüsü təklif olunarkən onun iqtidarda simvolik təmsili yox, öz plan və proqramlarını həyata keçirə bilmək üçün real rıçaqlara, o cümlədən öz kadrlarına malik olmasının zəruriliyi başa düşülür və bu məsələdə problem olmayacaq. Bizim  tərəfdən irəli sürülən yeganə şərt müstəqillik kursunun və geniş bazada milli birlik saxlanmasının qarantı kimi Elçibəyin prezident kimi qalmasıdır. Digərlərinin, məsələn, istefa vermiş mənim kimilərin şəxsi mənada heç bir şərti yoxdur və bizimlə razılıq bu baxımdan H.Əliyevin üstünə heç bir siyasi, yaxud mənəvi öhdəlik qoymur.

Mənim fikrimcə, həmin günlərdə bu məzmunda razılıq baş tutsaydı, H.Əliyev Prezidenti açıq şəkildə dəstəkləyib qiyam əleyhinə çıxaraq heç olmasa öz tərəfdarlarını neytrallaşdırsaydı, o dövrdə yaranmış hakimiyyət böhranından ən az zərərlə çıxmaq, Azərbaycanın başına gələn faciələrin əksəriyyətindən, o cümlədən yeni ərazilərin işğalından qurtarmaq mümkün idi. Çünki respublikada bu gün də davam edən AXC (müxalifət)- H.Əliyev (iqtidar) qarşıdurması yaranmazdı, Elçibəydən sonrakı iqtidarın siyasi baxımdan etibar etmədiyi “AXC batalyonları” buraxılmazdı, xaotik hakimiyyət dəyişikliyi zamanı labüd olan anarxiya, ruh düşkünlüyü sərhəd rayonlarındakı olan-qalan qüvvələri məhv etməz, ermənilərin hücumu qarşısında duruş gətirmək olardı. Axı nə deyilir, deyilsin, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın, Ağdamın neçə illərdən bəri müdafiəsi, həqiqətən AXC-nin güclü təsirə malik olduğu həmin qüvvələrin sayəsində mümkün olmuşdu.

Elçibəy və onun ətrafı bu şansdan istifadə etməsəydi, etməyə cəhd göstərməsəydi, ona indinin və gələcəyin münasibəti necə olardı? Bu imkanın reallaşması üçün Elçibəy və onun ətrafı hər şeyi etdi, bütün güzəştlərə getdi və əgər bu imkan reallaşmadısa, bunun üçün tarixi məsuliyyət Elçibəy və onun ətrafının üstünə düşmür.
        
Həqiqət naminə deməliyəm ki, H.Əliyev yuxarıda göstərdiyim görüşlər zamanı bizə elə bir ciddi vədlər vermədi, vəziyyəti öyrənəcəyini, davam edəcəyini, o cümlədən Gəncəyə gedəcəyini bildirdi. Sonrakı hadisələr məlumdur. H.Əliyev nəinki Elçibəyi dəstəkləmədi, hətta Gəncə hadisələrini qiyam adlandırmağa, ən ümumi şəkildə pisləməyə belə getmədi və sonradan S.Hüseynovu Baş Nazir vəzifəsinə irəli sürməklə onunla rəsmi ittifaqa qol qoydu. (Senzura 3 sətrlik cümləni buraxmayıb.)...Lakin Siyasi mübarizədə yol verilə biləcək qeyri-rəsmi əlaqələr başqa, legitim hakimiyyətə qarşı silahlı qiyama qalxmış şəxslə açıq siyasi ittifaq tamam başqa şeydir. Məsələn, mənim üçün H.Əliyev imicli bir adamın buna gedəcəyi tamamilə gözlənilməz olub, onun S.Hüseynovla il yarım işləyəcəyini isə əvvəldə təsəvvürümə belə gətirmirdim. Bizimlə söhbətlər zamanı H.Əliyevin Surət və onun ətrafı haqqında dəqiq məlumata malik olduğu görünürdü. Onun Gəncəyə gedərkən necə qarşılanmasını da bilirdik. Gəncədən qayıdandan sonra H.Əliyev Prezidentin Surətin onda hansı təəssürat yaratdığı sualına qısaca “o manyakdır” cavabını vermişdi.

Surət Hüseynovun baş nazir vəzifəsinə gətirilməsi dəfələrlə o dövrdəki hadisələrin məntiqi yekunu kimi əsaslandırılmış, yəni bunun məcburi-zəruri addım olduğuna işarə edilmişdir. Bəlkə də bu fikrin təsdiqi üçün nələrsə, məsələn mənə məlum olmayan faktlar və ya başa düşmədiyim mətləblər var. Ancaq məlum faktlar var ki, onlarla  bunu qəbul etmək olmur. H.Əliyevin  Elçibəyə ondan istənilən və yuxarıda deyilən köməklikləri göstərməkdən imtina etməsi, S.Hüseynovun Bakıya gələn dəstələrinə müqavimət göstərmək istəməməsi və hətta buna qarşı çıxması, 15 iyunda Navahıdakı toqquşma ilə bağlı prezident yanında müşavirəni yaddan çıxarıb bu “məntiqi yekunu” qeyd-şərtsiz labüd şey kimi qavramaq mümkün deyil. 

Mən qəbul edirəm ki, olduqca güclü kontrarqumentlər var...

(Ardı var...)

(musavat.com)
Oxşar xəbərlər
19:22, Bu gün
"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib