"Mən bunu Allahsızlıq kimi qəbul edirəm..."
Müsahibə
Oxunub: 5705
27 Jun 2016 | 10:18
















Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Moderator.az - a müsahibə verib, onunla əməkdaşımızın söhbətini oxuculara təqdim edirik:

Müsahibənin əvvəlini bu linkdən oxumaq olar---  moderator.az/news/142262.html


- Fəzail bəy, seçicilərinizdən bank borcuna görə həbs olunan yoxdur ki?

- Məndə bu barədə bir məlumat yoxdur.
 
- Bəs banka borclu olması səbəbindən sizə müraciət edən seçiciləriniz də çoxdurmu?

- Açığı, bununla bağlı da mənə seçicilərimdən kimsə müraciət etməyib. Amma siz özünüz də onun şahidisiniz ki, ölkə miqyasında bu problem var və dəfələrlə Milli Məclisdə bununla bağlı məsələ qaldırmışam. 
 
- Amma heç bir nəticə yoxdur.

- Mənə elə gəlir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə işləyir və nəticəsini gözləyək görək nə olur. 

- Ölkənin “Qordi düyünü”nə çevrilmiş bank kreditlərinin qaytarılması məsələsində sizin təklifiniz nədən ibarətdir?

- Təklifim odur ki, Azərbaycan vətəndaşlarının, xüsusən də onun aztəminatlı təbəqəsinin maraqları nəzərə alınmalıdır. Mənə qalsa, banklar əhaliyə ucdantutma istehlak kreditlərini verməklə böyük bir soyğunçuluqla məşğul olub. 30 faizə qədər istehlak krediti verməklə Azərbaycan xalqının əksəriyyətinin ehtiyaclarının üzərində böyük para qazanıblar. Mən bunu Allahsızlıq kimi qəbul edirəm. Bu azmış kimi təkcə yüksək faizlə deyil, həm də əhalinin iqtisadi biliklərinin azlığından sui-istifadə edib onları aldadaraq kreditləri dollarla verib elə bankdaca manata çevirib verməklə müştərilərini ikiqat ağır və məşəqqətli vəziyyətə saldılar. Ona görə də bu bəla bu günə qədər də öz həllini tapa bilmir. Əslində banklar özlərini də çox çətin vəziyyətə salıblar. Yəni bank rəhbərləri öz tamahları ucbatından həm vətəndaşları pis duruma saldılar, həm özlərini. 

- Siz özünüz nə zamansa banklardan kredit götürmüsünüz ki, hansı faizlə verildiyini əyani şəkildə görəsiniz?

- Mən götürməmişəm, amma övladlarımdan götürən olub. 

- Siz o zaman faizlərin aşağı salınması üçün bank rəhbərliyinə müraciət etmisiniz yəqin...

- Yox, bir dəfə övladlarımdan biri “Dəmirbank”dan hardasa 22 faizlə kredit götürmüşdü, sonradan öyrəndim ki, orada müəyyən problem yaranıb, amma buna baxmayaraq mən özüm müdaxilə etmədim, oğlum özü də buna ehtiyac duymadı, özü onlarla danışıqlara getdi, haqsız olduqlarını onlara sübut elədi, bildirdi ki, belə olmasa məhkəməyə müraciət etmək zorunda qalacağıq. Bank rəhbərliyi də anladı ki, oğlum haqlıdır və bunu məhkəmədə sübut etməyə haqqı çatacaq, həm də axı ortada mən də varam axı, yəni övladımın haqqı pozulursa, mən də ona dəstək verəcəm, ona görə də bankın iddia etdiyi külli miqdarda hesablanmış əlavə faizlərin hamısını ləğv elədilər. Mən bundan sonra övladlarıma qadağan elədim ki, bu cür kreditlərə getməyin. Bildirdim ki, kredit lazım olanda yaxşı olar ki, Sahibkarlığa Yardım Fonduna müraciət edin və oradan kredit götürərək sahibkar kimi fəaliyyətinizi qurun. Amma heç bir halda fırıldaqçı banklarla iş birliyinə getməyin. 
 
- Fəzail müəllim, Eldar Mahmudovun özünün və dəstəsinin törətdiyi əməllərin bir qismi ilk dəfə ifşa olunandan bir neçə gün sonra elə sizin kabinetinizdə bu barədə geniş müsahibə etmişdik. Aradan 7 ay vaxt keçsə də bu mövzu aktuallığını nəinki itirmir,əksinə, artırır və bir gün onun ölüm xəbəri yayılır, o biri gün həbs xəbəri. Sizcə bu xəbərlərin hansının gerçəkliyə çevrilməsi ehtimalı böyükdür?

- Bu haqda hər hansı fikir söyləyə bilmərəm. Ancaq bircə onu bilirəm ki, hər halda Eldar Mahmudov və onun bandası çox böyük qanunsuzluqlara yol verib, törətdiikləri ciddi cinayət ortalıqdadır, hələ cəmiyyətə bəlli olmayan çoxsaylı cinayətlərin mövcudluğunu da kimsə danmır, istintaq gedir və hesab edirəm ki, irəlidə onların bir çox cinayətləri ifşa olunacaq. Ola bilməz ki, bütün bu cinayət işinin gedişində və yekunlaşmasında Eldar Mahmudov hansısa bir səviyyədə kənarda qalsın. Bu mümkün olmayan məsələdir. Çünki həmin bandanı formalaşdıran odur. Bütün bu proseslər onun rəhbərliyi altında aparılıb. Burada iki məsələ var, ya o özü bu cinayətkar komandaya rəhbərlik edib, ya da ondan xəbərsiz bütün bu dəhşətləri törədiblərsə də bunun özü də bir cinayətdir. Hər iki halda Eldar Mahmudov məsuliyyət daşıyır və mən bir daha təkrar edirəm ki, o bizim hər birimiz üçün müqəddəs bir yer olan milli təhlükəsizlik sistemimizə çox böyük zərbə vurdu, onun imicini zədələdi. O bunu etməli deyildi, mən heç cür başa düşə bilmirəm ki, nə üçün o bunu edib. Ağlıma belə gəlməzdi ki, Eldar Mahmudov bu cür əməllərin sahibi ola bilər. Təbii ki, mənim kimi təəccüb içində olan xeyli insanlar var.

- Buna “xeyli” deməyək, demək olar ki, ölkədə hamı heyrət içindədir...

- Niyə və nə üçün bunu etdilər, hələ də inana bilmirəm. İnanın səmimiyyətimə, bu sualın cavabın tapa bilmirəm. Ona görə də mən tam əminəm ki, Eldar Mahmudov hökmən bütün bu əməllərə görə cavab verəcək. İndi o başqa məsələ ki, siz dediyiniz kimi o istintaqın nəticələrinin doğura biləcəyi dəhşəti hesablayıb intihar edə də bilər. Amma indidən onu heç cür demək olmaz. Amma yaxşı olar ki, o qanun qarşısında cavab versin və törətdikləri əməllərə görə haqq etdiyi cəzasını sonadək çəksin. Əminəm ki, elə belə də olacaq. 

- Nə siz, nə mən hüquqşünas deyilik, amma hər birimiz gözəl bilirik ki, əgər Eldar Mahmudovun qudası Cahangir Hacıyev həbsə atılıbsa, onun həyat yoldaşı Zamirə Hacıyevanı bir an belə, nəzarətsiz buraxmaq olmaz. Çoxları bu qənaətdədir ki, onun ölkədən çıxışına göz yumulduqdan sonra indi durub barəsində axtarış elan ediblər...

- Təbii, bir nəfərə görə bütün ailəni nəzarətdə saxlamaq da doğru deyil. Amma haqlısınız, Zamirə Hacıyeva belə bir səs-küylü cinayət işinin istintaqınının gedişində heç cür nəzarətdən kənarda qoyulmalı deyildi. İndi o məsələ də araşdırılmalıdır ki, Zamirə Hacıyeva ölkəni nə vaxt tərk edib və əsas məqsəd istintaqdan yayınmaqmı olub, yoxsa başqa planların tərkib hissəsi kimi qaçıb aradan çıxıb. Bu cür adamlar çox ehtiyatlı olurlar və onlar varidatlarını xaricdə yerləşdirməklə bərabər eyni zamanda digər ailə üzvlərini də kənarda yerləşdirməyə də nail olurlar. Amma hər halda onun barəsində beynəlxalq axtarış elan olunubsa əminəm ki, bu axtarış özünün konkret nəticələrini verəcək. 

- Fəzail müəllim, oruc tutursunuzmu?

- Xeyr. 

- Gələcəkdə də oruc tutmağı planlaşdırmırısınız heç?

- Ehtiyac duymuram oruc tutmağa. Çünki digər əməllərlə Allahın qoyduğu yolla getdiyimi düşünürəm. 
 
- Oruc tutmasanız da fitrə çıxırsınız.

- Təbii ki, çıxırıq.

- Qafqaz Müsəlmanları İdarəsinin dediyi kimi çıxırsınız, yoxsa xeyli böyük məbləğ olur?

- Onu evdə xanımım müəyyənləşdirir və lazım olan adamlara verir. 

- Heç sizin xəbəriniz olmur demək?

- Yox, niyə ki, xəbərim olur, amma bir qayda olaraq hər il Ramazanda yoldaşım mənim və övladlarımın əmək haqqımızdan fitrəni çıxarır, ehtiyacı olanlara verir. Eyni zamanda hər müqəddəs bayramlarda dünyadan köçənlərimizin ruhuna dualar oxunması üçün də də müəyyən pul ayırırıq. 

- Amma deyirlər ki, oruc tutub namaz qılmayan insan dindar deyil. Nə vaxtsa Həcc ziyarətinə də getməyi düşünmürsünüz?

- Mən dindar deyiləm. Amma Allahımı da tanıyıram, ona sitayiş edirəm, onun qoyduğu yolu getməyə çalışıram, pisliklərdən uzağam, paxıllığım yoxdur.

- Bu günədək hətta bilmədən də kimsəyə pislik etməmisiniz?

- Yox, hətta mənə pislik edənə də çalışıram ki, pisliklə cavbab verməyim ki, o mənim yaxşılıqlarımdan nəticə çıxarsın. Mən indiyə qədər kiməsə baiskarlıq edib onu çətin vəziyyətə salmamışam. Mənim xarakterimdə bu yoxdur. Həm də etdiyim yaxşılıqları yaddaşımda saxlamıram, İnsanların uğuruna sevinirəm, kimsəyə paxıllıq etmirəm, kiminsə vəzifədə yüksəlməsinə həsədlə, qısqanclıqla baxmıram.

- Yeri gəlmişkən, arada bir söz çıxardılar ki, Fəzail Ağamalı da hansısa yüksək posta təyinat ala bilər... 

- Bundan böyük vəzifə varmı? Millət vəkili olmaqdan şərəfli və gözəl vəzifə varmı?

- Şərəfli deyə bilmərəm, amma gözəl vəzifə var. Tutaq ki, nazir, komitə sədri və s. 

- Nazir vəzifəsi də yaxşı vəzifədir, amma millət vəkili heç də ondan aşağı vəzifə deyil. 

- Təbii ki, kağız üzərində elədir, amma reallıqda nazirlər əlçatmaz, ünyetməzdirlər...

- Ola bilsin nazirin bəzi üstünlükləri var ki, millət vəkillərində bu yoxdur. Amma millət vəkillərinin dövlətçilik qarşısındakı xidmətləri əvəzsizdir.

- Amma bəzi nazirlər var ki, daim deputat həmkarlarınız gileylənirlər ki, onlara prezident nə qədər xalqın xidmətçisi olduqlarını desə də yenə də  ulaşamaq qeyri-mümkündür...

- Etiraf edim ki, bu problem var və zaman-zaman mən də, deputat həmkarlarım da bu məsələni parlament tribunasından da səsləndiriblər. Mən özüm də bəzi hallarda belə problemlə rastlaşmışam və xatırlayırsınızsa Milli Məclisdə də qaldırmışam bu məsələni.  Hesab edirəm ki, bizim nazirlərə olan sayğımız eyni zamanda adekvat olaraq nazirlərin də millət vəkillərinə sayğı göstərməsi ilə tamamlanmalıdır. Amma təəssüf ki, bir sıra hallarda biz bu formatın pozulmasının şahidi oluruq. Mən tam məsuliyyətlə deyirəm ki, bu gün millət vəkillərinin mütləq əksəriyyəti dövlətə çox sədaqətlidirlər, prezidentimizin ideyalarını həyata keçirməkdə bütün imkanları və potensialları ilə çalışan, öz təmizlikləri ilə fərqlənən  insanlardılar.

- Təmizlikləri ilə fərqlənən həmin deputatlar içərisində bir neçə nəfəri çıxmaq şərtilə az qala 80 faizinin 100 minlik xidməti maşını var və aşkar-gizli sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar...

- Bilirsiniz, millət vəkillərinin içərisində vaxtilə bizneslə məşğul olanlar olub. İndi gəlib millət vəkili seçilibsə biznesini dağıtmalı deyil ki. Yəqin ki, sonradan o işləri başqa bir adama və ya lap övladına həvalə edir. Yaxud müqavilə ilə sən o biznesi başqa birinə verirsən və oradan gələn puldan bu və ya digər formada istifadə edə də bilirsən.

- Deputatların tən yarısı oliqarxlardır...

-Təbii, mən demirəm ki, millət vəkilləri acından ölür. Onların dolanışıq imkanları da yaxşıdır, şəraitləri də var. Amma siz deyən kimi oliqarx kimi təqdim etmək onların imkanlarını şişirtməkdir. 
Oxşar xəbərlər
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"