Moderator.az xəbər verir ki, “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi tərəfindən bu ilin may ayından etibarən “Gənclərin fiziki və mənəvi hazırlığının artırılması” layihəsi həyata keçirilməyə başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir.
Layihənin məqsədi yeniyetmə və gənclər üçün narkotik, siqaret, spirtlik içkilər və s. kimi zərərli vərdişlərə qarşı mübarizə ilə bağlı təlimlərin keçirilməsi, məlumatlandırma aksiyası ilə hədəf qrupu arasında zərərli vərdişlərin qarşısının alınmasına nail olmaqdır.
Sözügedən layihə 3 ay müddətində Bakı şəhəri ərazisində yerləşən müxtəlif təhsil müəssisələrindəki tələbə və şagirdlər arasında həyata keçirilir. Hazırda mövzü üzrə seçilmiş qruplarla təlimlər təşkil olunur. Təlimlər zamanı iştirakçılar arasında interraktiv metodlardan istifadə edilməklə “Sağlam həyat tərzi haqqında məlumat”, “Sağlam həyat tərzinin əsas üstünlükləri”, “Siqaret, narkotik və spirtlik içkilərin sağlamlığa təsiri” mövzuları barədə imformasiya verilir.
İcra olunan layihə müddəti ərzində daha geniş auditoriyanın diqqətini layihədə qaldırılan məsələyə cəlb olunmasından ötür gənclər üçün mövzu üzrə kiçik həcmli təbliğat-maarifləndirici videoçarxların hazırlanması və maraqlı ssenarilər əsasında kiçik həcmli videoçarxlar çəkilməsi nəzərdə tutulub. Həmin videoçarxların daxil ediləcəyi xüsusi DVD hazırlanaraq tirajlanacaq və təlimlərdə iştirakçı olmuş şəxslər arasında paylanacaq, o cümlədən daha geniş auditoriyanı cəlb etmək məqsədi ilə sosial şəbəklərdə yayılacağı nəzərdə tutulub. Videoçarxlar yeniyetmə və gənclər arasında nümayiş olunacaq və sonda bu videoçarxlarda qaldırılan məsələlər ətrafında müzakirələr aparılacaq.
Layihə bu ilin avqustunda yekunlaşacaq.