Rusiya Federasiyasının lideri Vladimir Putin İstanbuldakı terror hadisələrinə görə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək bassağlığı verib. Kremldən verilən açıqlamada Rusiya liderinin Türkiyə prezidenti Ərdoğanla telefonla danışdığı bildirilib.
Moderator.az xəbər verir ki, telefon danışığı zamanı Vladimir Putin dünən Atatürk hava limanında baş verən terror hadisəsindən çox məyus olduğunu dilə gətirib, həmkarına başsağlığı verib.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova da Türkiyədə törədilən terror hadisələrinə münasibət bildirib. O, feysbok səhifəsində verdiyi açıqlamada terror hadisəsini “şeytani qətliam” adlandırıb. Bu hadisənin iki dövlətin ortaq dərdi, üzüntüsü olduğunu əlavə edib. M.Zaxarova “ İstanbuldakı hadisələr terrorizmin milliyyətinin və dininin olmadığını göstərdi. Terrorla mübarizə aparmaq üçün dövlətlər güclərini birləşdirməlir. Bu günahsız əhalinin yaşama şansını artıracaq” deyib.
Qeyd edək ki, Türkiyə Atatürk havalimanında baş verən terror hadisəsinin İŞİD qruplaşmasının işi olduğunu hesab edir.
Kəmalə Yusifli